Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-38/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqı”) Hakim Yusifova Ülkər Bayram qzının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə səkkiz ay göstərilən iş rejimi ilə işləməyi nəzərə alınmaqla 4560 manat əmək haqqı pulunun və son haqq-hesabın düzgün hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin 1 may ayından Cavabdehndə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Lakin Cəmiyyət onunla müqavilənin 2021-ci ilin iyun ayının 17-də bağlamışdır. O zaman müqavilə bağlamadığı müddətə əmək haqqını ona nağd formasında ödəmişlər. İş rejimi ilk vaxtlar sutkanın 24 saatı iş günü, sonra iki sutka evdə istirahət qaydasında olmuşdur. Təxminən 2022-ci ilin iyul ayına kimi göstərilən iş rejimində işləmişdir. Sonradan, yəni iyul ayının əvvəlindən onun iş rejimini dəyişdirmişlər və bildirmişlər ki, o, günün iki sutkasını, yəni 48 saat işləyəcək, iki sutka ona istirahət veriləcəkdir. Bununla əlaqədar əmək haqqında iki dəfə artım olmalı idi. Lakin Cəmiyyət onun əmək haqqını az vermiş və təxminən bir sutkalı iş rejiminin əmək haqqısını ödəmişdir. O, əmək haqqının az olması ilə əlaqədar, mühasibatlığa bildirmiş və o zaman ona deyilmişdir ki, əmək haqqını artıracaqlar və ödənilməyən dövrü ödəyəcəklər. Lakin 2023-cü ilin fevral ayında onunla bağlanmış müqavilə başa çatmış və yeni əmək müqaviləsi bağlanmamışdır. Ona görə o, işdən azad olunmuş və o zaman ona son haqq hesabını və artıq işlədiyi sutkalıq müddətlər üçün əmək haqqını ödəməmişlər. Ona görə o, mühasibatlığa gələrək artıq işlədiyi müddətlər üçün əmək haqqının ödənilməsini tələb etmiş, lakin ona bildirmişlər ki, “müəssisədə iş rejimi 12 saatlıqdır, sənin 12 saatdan artıq işləməyin barədə hesabat aparılmadığı üçün həmin vaxtlara pul ödənilməyəcəkdir. Get hara istəyirsən, şikayət et.“ Onda o, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi onun müraciəti əsasında araşdırma aparmış və ona verilən xx.xx.2023-cü il tarixli 3-17-5/2-i-14003/2023 saylı məktubunda araşdırma aparıldığını və müəssisənin Əmək Məcəlləsinin 83-cü maddəsini 2-ci hissəsinin tələbləri pozulduğunu və son haqq hesabının sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, hazırda onun hesablamalarına görə Cavabdeh ona 4560 manat əmək haqqı borcu vardır. Belə ki, sonuncu iş yerində bir sutkalıq iş üzrə aylıq əmək haqqı vergi və sosial müdafiə fonduna ödəmələr nəzərə alınmadan 570 manat təşkil etmişdir. Həmin məbləği iki sutkalıq (48 saat) iş üzrə aylıq əmək haqqı 1140 (bir min yüz qırx) manat təşkil etmişdir. Səkkiz ay göstərilən iş rejimi ilə işləməyin nəzərə alınarsa, o zaman müəssisə ona 570 X 8 ay =4560 manat pul ödəməlidir. Həmçinin bildirir ki, o, işlədiyi dövrdə iş yerində axşam saat 17:00dan sonra operator vəzifəsində işçi olmadığı üçün onu həmin işi görməyə məcbur etmişlər. Həmin vaxtlar üçün əvəzçilik qaydasında ona əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” məhkəməyə müraciət edərək ona işdən azad olunması ilə bağlı ödənilməmiş son haqq hesabdan əlavə 4560 manat əmək haqqı ödənilməsini tələb etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışıdır ki, o, 17 iyul 2021-ci il tarixdə işə qəbul olunmuş və işləməyə başlamışdır. Həmin zaman müqavilə bağlanmadığı üçün əmək haqqı ona nağd şəkildə ödənilmişdir. İş rejimi ilk vaxtlar sutkanın 24 saat iş günü, sonra iki sutka evdə istirahət qaydasında olmuşdur. Təxminən 2022-ci ilin iyul ayına qədər göstərilən iş rejimində işləmişdir. Sonradan 2022-ci ilin iyulun əvvəllərindən iş rejimi dəyişdirilmiş və 48 saatlıq iş rejiminə keçmişdir, yəni 2 sutka fasiləsiz olaraq işləmişdir və iki sutka evində istirahət etmişdir. Bildirir ki, iddiaçının ərizəsində qeyd etdiklərinin hamısı yalandır. MMC tərəfindən əmək məcəlləsinə ciddi riayət edilmişdir və əmək müqaviləsi bağlanmadan heç kəs işə buraxılmamışıdır. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır və o, əmək müqaviləsində göstərilən mühafizəçi vəzifəsini icra etmişdir. Müqavilənin 1.10-cu bəndinə əsasın iddiaçının iş günü 8 saat olmaqla, həftə ərzində 40 saatdan çox olmamışdır, bu isə əmək qanunvericiliyinin tələblərinə müvafiqdir. İddiaçı bildirir ki, guya onun iş rejimi dəyişdirilmiş 24 saat əvəzinə fasiləsiz olaraq 48 saat ərzində əmək funksiyaları yerinə yetirmişdir. Lakin əmək haqqı yalnız 24 saat hesabı ilə ödənilmişdir. İddiaçının bu yalanlarını təkzib edərək bildirir ki, insan robot deyil və onun 48 saat ərzində fasiləsiz olaraq işləməsi fiziki cəhətdən mümkün deyil. Belə ki, insan ən azından sutkada 8 saat yatmalıdır və fiziki resurslarını bərpa etməlidir. İddiaçının dediklərindən yalnız belə nəticə çıxarmaq olar ki, o sutkanın 24 saatını iş yerində yatmışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçı növbəti yalanlar danışaraq bildirmişdir ki, guya ki, əmək müqaviləsində göstərilənlər mühafizəçi vəzifəsindən başqa operator funksiyasını da icra etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əmək müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilədə göstərilən əmək funksiyasından hər hansı birinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Əmək müqaviləsi yazılı formada tərtib edildiyi ona hər hansı dəyişikliklərin edilməsi də yazılı formada icra edilməlidir. Lakin iddiaçı əmək müqaviləsinə dəyişiklik edilməsinə dair məhkəməyə hər hansı yazılı sübut təqdim etməmişdir, yalnız şifahi mülahizələr söyləmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, onun şikayəti üzrə X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmış və əmək qanunvericiliyinin pozulması faktı aşkar edilmişdir. Həqiqətən iddiaçının şikayəti üzrə əmək müfəttişliyi tərəfindən şirkətdə yoxlama aparılmışdır və müəyyən edilmişdir ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli əmək haqqı və digər ödəmələr ilə birlikdə sonuncu iş günü işçiyə verilməmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işdən çıxanda şirkətdən son haqq hesab plaraq 864.27 manat alıb. 1 il 8 ay 2 sutka işləyib, 2 sutka evdə olub. Dəfələrlə mühasibatlığa müraciət edib, bildiriblər ki, maaş artacaq, müvəqqəti çətinlikdir. Belə olan halda iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddia tələbi əsassızdır, iddiaçının yetərincə sübutları yoxdur. Əmək Məcəlləsinə əsasən artıq işləməklə bağlı əmr olmalıdır. Lakin belə bir əmr yoxdur. Tabel üzrə ödəniş olunmuşdur. Əmək Müfəttişliyinə müraciət edib, onlar da araşdırıb, Şirkət son haqq-hesabı gec verdiyi üçün cərimə edilib. Başqa heç nə müəyyən olunmayıb.
İş materialları:
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, "Sizin "Petro-Hongkong-Pirsaat Oil Limited” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə bağlı müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən Sizinlə xx.xx.2021-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən qüvvədən düşdüyü məlum olmuşdur. Eyni zamanda təqdim etdiyiniz əmək haqqı bank çıxarışından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) pozularaq son haqq hesabınızın sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 31 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş əmək haqqının hesablanması cədvəllərindən artıq iş saatlarına cəlb edildiyiniz saatlar üzrə əlavələrin düzgün hesablanıb ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən müəssisənin rəhbərliyinə artıq iş saatlarına cəlb edilməyinizlə bağlı razılığınızın olubolmaması və həmin saatlar üçün əlavə əmək haqqların düzgün hesablanması ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi üçün müraciət edilmişdir. Nəzərə çatdırır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayardırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirir ki, "xxxx" MMCnin rəhbərliyi tərəfindən müvafiq sənədlər təqdim edildiyi halda müraciətinizin yenidən araşdırılaraq Sizə cavab veriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.”
7. xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir. 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Mediasiya təklifi xx.xx.2023-cü il tarixdə göndərilmişdir.
8. 01.01.2023-cü il tarixli təhvil-təslimdən görünür ki, İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü ildə postu təhvil vermişdir.
9. e-sosial.az-dan çıxarılan çıxarışdan görünür ki, İddiaçı “muhafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 400 manat təşkil etmişdir. 2021-ci il üçün 694 manat, 2022-ci il üçün 1598.01 manat, 2023-cü il üçün 168 manat ödəniş edilmişdir.
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 29/PF nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 4 ay müddətinə “muhafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 360 manat qeyd edilmişdir. İş vaxtı gündə 8 saatdan, həftədə 40 saatdan çox olmaması qeyd edilmişdir.
11. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən edilən 1 nömrəli əlavədən görünür ki, əmək haqqı 400 manat təşkil etmişdir.
12. 17 fevral 2023-cü il tarixli, 04-23/KŞ nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. İşçinin işlədiyi müddətdə (xx.xx.2021-xx.xx.2023) istifadə edilməmiş 35 gün əmək məzuniyyətinin son haqq-hesabının hesablanıb ödənilməsi əmr edilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7187 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 29/PF saylı əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 240 manat əmək haqqı, 36 manat mükafat, 35 gün istifadə etdilməmiş əmək məzuniyyətinə görə 728,06 manat son haqq-hesab olmaqla ümumilikdə 1004,06 manat hesablandığı və vergilər, digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğin 864,27 manat təşkil etdiyi müəyyən olunur. Bank çıxarış məlumatlarından göründüyü 864,27 manat məbləğin xx.xx.2023-cü il tarixində ödənildiyi müəyyən olunur.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 29/PF nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “muhafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 360 manat qeyd edilmişdir. İş vaxtı gündə 8 saatdan, həftədə 40 saatdan çox olmaması qeyd edilmişdir. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən edilən 1 nömrəli əlavədən görünür ki, əmək haqqı 400 manat təşkil etmişdir. İddiaçı 17 fevral 2023-cü il tarixli, 04-23/KŞ nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. Hazırda İddiaçı Cavabdehndə səkkiz ay göstərilən iş rejimi ilə işləməyi nəzərə alınmaqla 4560 manat əmək haqqı pulunun və son haqq-hesabın düzgün hesablanıb ona ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 90-cı maddənin 3-cü bəndinə əsasən altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
16. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (bundan sonra – X2 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X2 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.
17. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi rədd edilməlidir.
20. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün 01 iyun 2023-cü il tarixdə mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir bu barədə iddiaçıya arayış verilmişdir.
21. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.
22. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, 2 sutka işləmiş, 2 sutka istirahət etmişdir. Lakin əmək müqaviləsində belə bir iş rejimi qeyd edilməmişdir. Həmçinin bu, fiziki cəhətdən mümkün deyil. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinə cavabdeh şirkətin hərəkətlərindən şikayət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən araşdırma aparılmış və cavabdeh şirkət "Petro-Hongkong-Pirsaat Oil Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq hesabın sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 31 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş əmək haqqının hesablanması cədvəllərindən artıq iş saatlarına cəlb edilməsi saatlar üzrə əlavələrin düzgün hesablanıb ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır.
23. Ekspert rəyindən görünü ki, iş materialında olan iş vaxtının uçotu cədvəlində İddiaçı növbəli iş rejiminə uyğun olaraq işlədiyi, yəni 1 gün işlədiyi, 2 gün istirahət günü olduğu məyyən edilir. Bu da əmək müqaviləsi ilə iş materiallarında olan digər mühasibat sənədləri arasında uyğunsuzluq yaradır. Əlavə olaraq, xx.xx.2021-ci il tarixli, 29/PF saylı əmək müqaviləsinin xx.xx.2021-ci il tarixli 1 saylı əlavəsinə əsasən İddiaçı əmək haqqı məbləği 2021-ci ilin dekabr ayı üçün 400 manat hesablanmalı təqdirdə, ona 360 manat əmək haqqı məbləği hesablanmışdır. Bu da xx.xx.2021-ci il tarixli, 29/PF saylı əmək müqaviləsinin xx.xx.2021-ci il tarixli 1 saylı əlavəsi ilə hesablama cədvəli arasında uyğunsuzluq yaradır. Bundan başqa İddiaçı əmək müqaviləsində əlavə məzuniyyət günləri, axşam və gecə növbəsində işləməsi və mütənasib olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq qanunlarına əsasən əmək haqqı üzrə əlavə qeydlərin öz əksini tapmadığı müəyyən edilir. Həmçinin, mülki iş materialında İddiaçı mükafatlar, əlavə işə cəlb edilməsi üzrə hesablanmış məbləğlər barədə hər hansı əmr və ya sərəncamlar öz əksi tapmamışdır.
24. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7187 nömrəli ekspert rəyindən həmçinin görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 29/PF saylı əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən 17 02.2023-cü il tarixədək 240 manat əmək haqqı, 36 manat mükafat, 35 gün istifadə etdilməmiş əmək məzuniyyətinə görə 728,06 manat son haqq-hesab olmaqla ümumilikdə 1004,06 manat hesablandığı və vergilər, digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğin 864,27 manat təşkil etdiyi müəyyən olunur. Bank çıxarış məlumatlarından göründüyü 864,27 manat məbləğin xx.xx.2023-cü il tarixində ödənildiyi müəyyən olunur.
25. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən 864,27 manat məbləğində son haqq-hesab və əmək haqqı ödənilmişdir.
26. Göründüyü kimi hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı 48 saat işlədiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
31. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri dövlət büdcəsinə adi edilməlidir.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova