Məhkəmə qərarları › İş №2(007)-3828/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3828/2025

19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3828/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X1 üçün ərizənin məhkəməyə təqdim edildiyi gündən uşaqları yetkinlik yaşına çatanadək hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir həddində alimentin tutulub İddiaçı ödənilməsi, xx.xx.2025-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində 25 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlanmış və AZ-İİ № 553224 nömrəl ilə nikah haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X7 doğulmuşdur. Bir neçə aydır ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və uşaqların hər ikisi iddiaçı ilə qalır. Cavabdeh isə uşaqları ilə maraqlanmır, valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. İddiaçı isə tək uşaqların saxlanılmasında və onların artan təlabatlarını ödəməkdə çətinlik çəkir. Bir valideyn kimi cavabdehdə övladlarının saxlanılmasında köməklik göstərməlidir. İddiaçı bir valideyn kimi övladlarının qayğısına qalır, təlim tərbiyəsi ilə məşğul olur, lakin uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə ata olaraq üzərinə düşən vəzifələri yerinə yetirmir.

Cavabdehin etirazı:

3. Cavabdeh iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinin qismən təmin edilməsini, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2025-ci il təvəllüdlü X2 üçün hər uşağa sabit olaraq 450 manat olmaqla, cəmi 900 manat alimentin məndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o iddianı qismən qəbul edir. Belə ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. O uşaqlarla ünsiyyət hüququnu həyata keçirə bilməsə də onların saxlanması üçün aliment ödənilməsinə etiraz etmir. Ancaq onun hazırki maddi durumu və öhdəlikləri prizmasından baxanda tələb edilən aliment məbləği uyğun deyil. Belə ki, hazırda onun ipoteka mənzil ilə bağlı ödənişləri və kredit ödənişləri var. Hazırda o aylıq ümumi olaraq 1300 manat ödəniş edir. Onun hazırda ümumi qazancı 4000 maat təşkil edir. Kredit borclarını da nəzərə aldıqda iddia bu şəkildə təmin edilərsə ona çatacaq ümumi məbləğ onun xərclərini ödəməyəcəkdir. Odur ki, o, onun öhədəliklərinə uyğun olan məbləğin qazancından çıxarılaraq yerdə qalan məbləğin 1/3 hissəsində sabit aliment məbləğinin təyin edilməsinı etiraz etmir. Bu həm ədalətli olar, həm də onun maddi vəziyyətini çətinləşdirməz. O, iddia ərizəsində olan digər tələb bağlı da fikirlərini bildirmək istəyir. İddia ərizəsində göstərilənin əksinə olaraq o uşaqların saxlanması üçün ödəniş etmişdir. Həmin qəbzləri məhkəməyə təqdim edərək məhkəmənin nəzərinə çatdırır.

İş materialları :

5. AZ-İİ seriyalı, 553224 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 4 saylı Bakı Asan xidmət X5 xx.xx.2023-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Ərə Museyibov, arvada Museyibova soyadı verilmişdir.

6. AZ-İV seriyalı, 962350 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2023-cü ildə doğulmuş və bu barədə 6 saylı Bakı “Asan Xidmət” X5 doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-V seriyalı, 142587 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2025-ci ildə doğulmuş və bu barədə 6 saylı Bakı “Asan Xidmət” X5 doğum haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 2284 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

8. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/6-01963 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat İMS və 10 manat kargüzarlıq xərcini ödəmişdir.

9. İş materiallarına Azərbaycan Kredit bürosundan çıxrış əlavə edilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

11. İddiaçının vəkil-nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X1 üçün ərizənin məhkəməyə təqdim edildiyi gündən uşaqları yetkinlik yaşına çatanadək hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir həddində alimentin tutulub İddiaçı ödənilməsi, xx.xx.2025-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin vəkil-nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək şəxsi məsələlər ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin vəkil-nümayəndəsinin gəlməməsinin səbəblərini üzrlü hesab etməyərək işə onun və iddiaçının vəkilnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmamışdır.

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar və birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsindədir.

15. Cavabdeh İddiaçı qarşı “alimentin 50 faiz hissəsinin bank hesabına köçürülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə baxış iclasında qarşılıqlı iddiaçının vəkil və nümayəndəsi elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

16. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(007)-3828 saylı qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin 50 faiz hissəsinin bank hesabına köçürülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmış və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

26. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

27. Hazırki mülki iş üzrə İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş uşaqların ananın himayəsində olması və cavabdeh tərəfindən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə aliment tutulmalı olması işin mübahisəsiz halıdır.

28. Mülki işin mübahisəli halı, yəni cavabdeh tərəfindən mübahisələndirilən halı alimentin miqdarı ilə bağlıdır. Belə ki, cavabdehin vəkil-nümayəndəsi iddia tələbinə etirazında alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Etirazının dəlilləri qismində məhkəməyə kredit ödənişlərinin olmasını bildirmişdir.

29. Məhkəmə alimentin miqdarı ilə bağlı ilk növbədə qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

30. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

31. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

32. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

33. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

34. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh qarşı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması tələbini irəli sürmüşdür.

35. Məhkəmə cavabdehin etirazına münasibətdə ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı Elcan qızı alimentin cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etdiyindən, ailə qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə uşaqların yetikinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır.

36. Həmçinin cavabdehin etirazının kredit ödənişlərinin olması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

37. İddiaçı iddia tələbinin “uşaq 3 yaşına çatanadək ona qulluq üçün 300 manat alimnet tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Məhkkəmə qeyd edir ki, cəmiyyətdə sosial sabitliyin, iqtisadi inkişafın, hüquqi nizam-intizamın cəmiyyətin sosial strukturunun əsasını təşkil edən ailənin (onun üzvlərinin) rifah içində olmasından birbaşa asılılığı nəzərə alınaraq və qeyd edilənlərlə bağlı dövlətin pozitiv öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qanunvericilikdə nikah münasibətlərinin pozulmasından sonra da keçmiş ər-arvadın və uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün xüsusi hüquqi tədbirlər müəyyən edilmişdir. Bu tədbirlər ailə üzvlərinin sosial müdafiəsinə yönəlməklə qarşılıqlı maddi məsuliyyət prinsipini reallaşdırmağa xidmət edir. Belə tədbirlərdən biri də aliment institutudur.

39. Aliment ailə hüququnun ən vacib hüquqi mexanizmlərindən biri olmaqla əsas məqsədi ailə üzvlərinin bir-birinə yardım göstərməsini təmin etməkdir. Bu institut qanunvericiliklə müəyyən edilmiş hallar üzrə bir ailə üzvünün digərinə maddi dəstək göstərməsini hüquqi məcburiyyət halına gətirir.

40. Ailə qanunvericiliyinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

41. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq qeyd edir ki, uşağın 3 yaşına çatanadək iddiaçının xeyrinə aliment tutulmasına dair iddia tələbi əsaslıdır.

42. Belə ki, hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.

43. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı uşaq 3 yaşına çatanadək 300 manat məbləğində aliment tutulmasına dair tələb irəli sürməsinə baxmayaraq, cavabdehin hər ay ona 300 manat ödəmək iqtidarında olmasına, yəni zəruri vəsaitə malik olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

44. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdehin xeyli miqdarda kredit öhdəlikləri vardır. Məhkəmə qeyd edir ki, cavabdehin kredit öhdəliyinin olması onu, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimnetin miqdarının azaldılması üçün mütləq əsas olmasa da, uşağın üç yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə tutulan alimentin miqdarının müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.

45. Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə icraatının tərkib hissəsi olduğundan, məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlüyünü nəzərə almalı, dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası mümkün olmalıdır. İddiaçı tərəfindən isə cavabdehin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.78 misli həddində sabit pul məbləğində aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

46. Məhkəmə qərarının icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. 47..Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, uşaq üç yaşına çatanadək iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay 70 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır.

48. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır

Nəticə:

49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment və xx.xx.2025-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 03 iyul 2025-ci il təvəllüdlü X3 3 yaşına çatanadək Cavabdeh hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar