Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-391/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə cavabdeh “xxxx” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə cavabdeh “xxxx” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X12” Firmasından 48 aylıq əmək haqqına görə 48*250=12000 manat, maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat, olmaqla cəmi 17000 (on yeddi min) manat pulun, işlədiyi müddətdə almadığı məzuniyyət pullarının tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 01 yanvar 2016-cı il tarixdən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “X14” Firmasında 38 saylı marşrut üzrə sürücü vəzifəsində işləməyə başlamışdır. Hər gün ona yol vərəqəsi və həkim arayışı verilmişdir (həmin arayışlardan onda qalanını iddia ərizəsinə əlavə edir). Ona aylıq 250 manat əmək haqqı təyin olunmuşdur. Lakin həmin əmək haqqları ona verilməmişdir. Bəhanələri də bu olmuşdur ki, hələ ki, firmanın maddi vəziyyəti yaxşı deyil, ona marşrutdan pul qalır, hələki bunula yola versin, bütün əmək haqqları ödəniləcəkdir. Kim istəmirsə maşını təhvil verib gedə bilər. O və başqa sürücü yoldaşları başqa sənədləri olmadığı və işlədikləri əmək haqqlarını almaq naminə dözərək işləyirmişlər. 02.12.2017-ci il tarixdə firmanın rəhbərliyi məcburiyyət qarşısında qalaraq işçilərlə, o cümlədən onunla xxxxxxx000102 nömrəli əmək müqaviləsi bağlamışdır (həmin müqavilənin surətini ərizəyə əlavə edir). Həmin müqavilədə əmək haqqı 250 manat göstərilir. Çünki ölkədə minimum əmək haqqı 250 manat imiş. Lakin əmək haqqları onlara verilməmişdir. Yenə əvvəliki qaydada bəhanə etmişlər ki, əmək haqqları kartlarına yüklənəcək narahat olmasınlar. O, əmək haqqını tələb edən zamanı bildirmişlər ki, sakit ol, əks halda ona çox böyük miqdarda cərimə yazarlar. 12 yanvar 2020-ci il tarixdə marşrut kart sisteminə keçırilmişdir. Onlara maaş kartı verilməli imiş. Lakin həmin maaş kartı ona verilməmişdir. Əmək haqqı müdiriyyət tərəfindən əllə verilmişdir. Ona görə o, avtobusu təhvil verərək işə çıxmamışdır. Bundan sonra o, “X14” Firmasına işlədiyi əmək haqqlarının ödənilməsi barədə rəsmi müraciət etsə də, firmanın rəhbərliyi ona heç bir cavab verməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət edir. Hesab edir ki, firmada işlədiyi əmək stajı ümumilikdə 4 il, yəni 48 ay təşkil edir. 48 aylıq əmək haqqı isə 48*250=12000 manat təşkil edir. Hesab edir ki, firma onun halal zəhmətini, yəni almadığı əmək haqqını, eləcə də verilməyən 4 illik məzuniyyət pullarını hesablayaraq ona ödəməlidir. Onun “X14” Firmasında sürücü kimi işlədiyi əmək stajının 4 il təşkil etməsini nəzərə alaraq ümumilikdə 12000 manat məbləğində olan əmək haqqının verilməsi, 4 illik məzuniyyət pulumun da “X14” Firmasında hesablanaraq göstərilən məbləğin üzərinə əlavə olunaraq ona ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Bundan başqa əgər o, 4 il müddətində maaşını alsaymış, yəni bu məbləğ onun kartına yatrılsaymış o, bu pullarla öz sosial durumunu, ailə vəziyyətini və eləcə də öz sağlamlığının müalicəsi üçün istifadə edə bilərmiş. Firma ona külli miqdarda zərər vurmuşdur. Maddi zərər, itrimiş və əldən çıxmış nəzərə alınmaqla “X14” Firması tərəfindən ona zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. “X14'” Firmasında işlədiyi müddətdə heç vaxt məzuniyyətə çıxmamış və heç bir məzuniyyət pulu almamışdır. Hesab edir ki, həmin məzuniyyət pulları firma tərəfindən hesablanaraq ona ödənilməlidir. Məhkəməyə təqdim etdiyi “X14” Firması tərəfindən verilən yol vərəqəsi və tibbi arayışın surətindən də görünür ki, o, 38 saylı marşrut üzrə sürücü işləmişdir. Bundan başqa təqdim etdiyi “X14” Firması onunla xxxxxxx000102 nömrəli əmək müqavilənin surətindən də görünür ki, ona əmək haqqı olaraq 250 maaş verilməlidir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən mülki dövriyyə iştirakşıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürən işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinin bağlanması zamanı işə qəbul prosesinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla sənədləşdirilməsi, belə rəsmləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvülərinin yaşaması üçün əsas gəlir mənbəyidir.İşəgörürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh “xxxx” Firması etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinda iddiaçı qeyd edir ki, 01 yanvar 2016-cı il tarixdən “X15” firmasında 38 saylı marşurut üzrə sürücü işləməyə başlamışdır. 02.12.2017-ci tarixdə firmanın rəhbərliyi onunla əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsində əmək haqqı 250 manat göstərilmişdir. Lakin əmək haqqları onlara verilməmişdir. 12 yanvar 2020-ci ildə marşurut kart sisteminə keçirilmişdir. Onlara maaş kartı verilməli imiş, lakin həmin maaş kartı ona verilməmişdir. Əmək haqqı müdiriyyət tərəfindən əllə verilmişdir. Ona görə o, avtobusu təhvil verərək işə çıxmamışdır. Bundan sonra o, firmada işlədiyi əmək haqqlarının ödənilməsi ilə bağlı müraciət etmişdir. Ona cavab verilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, firmada işlədiyi əmək haqqı ümumilikdə 4 il əni 48 ay təşkil edir. 48 aylıq əmək haqqı isə 12000 (on iki) min manat təşkil edir. Firma onun halal zəhmətini, eləcə də 4 illik məzuniyyət pullarını hesablayaraq ona ödəməlidir. İddia ərizəsindəki tələb üzrə iddiaçının 02.12.2017-ci il tarixdən 17.04.2020-ci ilə qədər onu əmək müqaviləsinə xitam verildiyi müddət ərzində əmək məzuniyyətinə görə haqqın verilməməsi hissəsində qəbul edirlər, qalan hissələrdə əsassız olduğundan qəbul etmirlər və etiraz edərək hesab edirlər ki, həmin tələblər əsassızdır. Bidirirlər ki, iddiaçı ilə 02.12.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İddiaçının guya 01 yanvar 2016-cı il tarixdən işlədiyini qeyd etməsi əsassızdır, iddiaçı firmada işlədiyi 3 il 3 ay (02.12.2017-ci il tarixdən 17.04.2020-ci il tarixədək) müddətində 01.05.2018-ci il tarixdən 01.09.2018-ci il tarixədək olan müddətə işləmədiyi dövr istisna olmaqla, qalan dövrlər üçün əmək müqaviləsi üzrə razılaşdırılmış əmək haqqları ona ödənilmişdir. Sual olunur əgər ona əmək haqqı ödənilmirmişsə, iddiaçı niyə işlədiyi müddət ərzində işəgötürəndən əmək haqqının ödənilməsini tələb etmirmiş? və ya əmək haqqının ödənilməməsi barədə firma rəhbərliyinə və digər müvafiq dövlət qurumlarına müraciət etmirmiş? İddiaçı 01.05.2018-ci il tarixdə ərizə ilə firmanın direktoruna müraciət edərək ailə işi ilə əlaqədar Moskva şəhərinə getməsini nəzərə alaraq 01.09.2018-ci il tarixə qədər (4 ay müddətinə) icazə verilməsini xahiş etmiş və ona həmin müddətə icazə verilmişdir (ərizə və əmrin surəti əlavə edilir). Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh “X15” firmasına qarşı əmək haqqının ödənilməsi tələbi üzrə ödənilməmiş məzuniyyət haqqının ödənilməsi istisna olmaqla, iddia tələbinin digər hissələrdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X9 iddia tələbini müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı 2016-cı ildən başlayaraq 4 il müddətinə cavabdehə şirkətdə işləmiş, lakin əmək haqqı almamışdır. Cavabdeh tərəfindən məhkəməyə edilmiş əmək haqqı ödənişləri ilə bağlı cədvəllər təqdim edilmişdir. Lakin həmin cədvəllərdəki imzalar iddiaçı tərəfindən imzaladığı sənədin mahiyyəti bilinmədən imzalanmışdır. İddiaçıya əmək haqqı ödənişi edilməmiş, sadəcə sərnişin daşınması zamanı əldə edilən pulun müəyyən hissəsi əmək haqqı kimi onda qalırmış. Halbuki, iddiaçının əmək haqqı məbləği 250 manat təşkil etmişdir. İddia tələbinin digər hissəsi, yəni məzuniyyət haqqı ilə bağlı qeyd edir ki, qarşı tərəf özü də etiraf edir ki, məzuniyyət haqqı ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, məzuniyyət haqqı istisna olmaqla iddia tələbinin digər hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı təərf qeyd edir ki, ona əmək haqqı ödənilməmişdir, lakin məhkəməyə təqdim edilmiş edilmiş əmək haqqı ödənişlərinə dair cədvəllərdən görünür ki, iddiaçıya işlədiyi müddət ərzində hər ay əmək haqqı ödənilmiş, iddiaçı isə bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza araşdırması nəticəsində də müəyyən edilmişdir ki, həmin imzalar iddiaçı tərəfindən icra olunmuşdur, yalnız birinin iddiaçı tərəfindən icra olunması faktı təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əmək haqqının ödənilməməsi hissədində əsassızdır və iddiaçı tərəf buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbinin məzuniyyət haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya işlədiyi müddət ərzində məzuniyyət haqqı ödənilməmiş və məhkəməyə buna dai arayışlar təqdim edirlər. Məzuniyyət haqqının iddiaçıya ödənilməsinə etiraz etmirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin məzuniyyət haqqının ödənilməsi istisna olmaqla iddia digər hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, cavabdehlər bağlı şikayətlər daxil olmuşdur. Bunlardan 28.08.2020-ci və 31.08.2020-ci il tarixdə edilmiş müraciət kollektiv müraciət olmuşdur və müraciətin mahiyyəti məzuniyyət haqlarının ödənilməməsi imiş. Bununla bağlı araşdırma aparılmış və “xxxx” Firması 2020-ci il tarixində cərimə olunmuşdur. İddiaçı isə 28.09.2020-ci il, 30.09.2020-ci il və 05.10.2020-ci il tarixlərində fərdi şəkildə əmək haqlarının ödənilməməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciətə zəruri materiallar əlavə edilməyi üçün müraciət prokurorluğa göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “xxxx” Firmasının arayışından görünür ki, İddiaçı 02 dekabr 2017-ci il tarixdən 12 mart 2020-ci il tarixinə qədər işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günləri haqqhesab cədvəli üzrə hesablama aparılaraq İddiaçı ümumilikdə olaraq, məzuniyyət günlərinə görə hesablanmış 261 (iki yüz altmış bir) manat məbləğində əmək haqqı ödəniləcəkdir. - “xxxx” Firmasının arayışından görünür ki, İddiaçı 2018-ci ilin 12 ayı ərizndə (01.05.2018-ci ildən-01.09.2018-ci il tarixədək işçinin rəsmi icazə alması nəzərə alınmaqla) hesablanan məzuniyyət haqqı 89,90 manat təşkil edir. - “xxxx” Firmasının arayışından görünür ki, İddiaçı 2019-cu ilin 18 ayı ərizndə hesablanan məzuniiyət haqqı 130,67 manat təşkil edir. - “xxxx” Firmasının arayışından görünür ki, İddiaçı 2020-ci ilin 2 ayı ərzində hesablanan məzuniyyət haqqı 41,10 manat təşkil edir. - “xxxx” Firmasının 01.05.2019-cu il tarixli 152-1K/18 saylı icazə verilmə barədə əmrindən görünür ki, Firmanın dürücüsü İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq Moskva şəhərinə getmək üçün 01 may 2018-ci il tarixdən 01.09.2018-ci il tarixinədək icazə verilməsinə dair əmr verilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin yanvar ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin mart ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin aprel ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin oktyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin noyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2018-ci ilin dekabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin fevral ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 126,1 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin mart ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 174,6 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin aprel ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 174,6 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin may ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 174,6 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin iyun ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 174,6 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin avqust ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 174,6 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin oktyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin noyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2019-cu ilin dekabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2020-ci ilin yanvar ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - “xxxx” Firmasının 2020-ci ilin fevral ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı 237,75 manat əmək haqqı ödənilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli 4/02 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, “xxxx” firması üzrə 38 №-li xətt sürücülərinə 2018-ci il tarixli mart, 2018-ci il tarixli aprel, 2018-ci il tarixli oktyabr, 2018-ci il tarixli noyabr, 2018-ci il tarixli dekabr, 2019-cu il tarixli fevral, 2019-cu il tarixli mart, 2019-cu il tarixli aprel, 2019-cu il tarixli may, 2019-cu il tarixli iyun, 2019-cu il tarixli avqust, 2019-cu il tarixli sentyabr, 2019-cu il tarixli oktyabr, 2019-cu il tarixli noyabr, 2019-cu il tarixli dekabr, 2020-ci il tarixli yanvar, 2020-ci il tarixli fevral ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərində İddiaçı aid qrafalardakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. “xxxx” firması üzrə 38 №-li xətt sürücülərinə 2018-ci il tarixli sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlində İddiaçı aid qrafadakı imza - İddiaçı Möhübbət oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 22 aprel 2021-ci il tarixli 4/373 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “xxxx” Firması üzrə 38 № li Marşrut Xətti sürücülərinə 2018-ci ilin yanvar, mart, aprel, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar, 2019-cu ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar, 2020-ci ilin yanvar və fevral ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. ekspertizaya təqdim edilmiş, “xxxx” Firması üzrə 38 № li Marşrut Xətti sürücülərinə 2018-ci ilin sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, 12.03.2020-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddənin 2-ci bəndində göstərilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçinin əmək haqqı işəgörürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “X14” firması arasında 02 dekabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə 12 mart 2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, o, 01 yanvar 2016-cı il tarixdən cavabdeh firmada işləyir. Lakin iddiaçı tərəfindən onun 01 yanvar 2016-cı il tarixdən cavabdeh firmada işləməsi faktını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan yol vərəqələrindən görünür ki, iddiaçı 2017-ci il tarixində ayrı-ayrı vaxtlarda 38 nömrəli marşrutda işləmişdir. Lakin qeyd edilən yol vərəqələri əmək müqaviləsini əvəz etmir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı əmək 02 dekabr 2017-ci il tarixinə kimi, yəni əmək müqaviləsi bağlanana kimi “X14” firmasında işləmiş olsa belə həmin dövr üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə hüquqlarının müdafiəsi barədə məhkəmə müraciət etməyərək iddia müddətini ötürmüşdür (firmadakı fəaliyyətinin 2017-ci ildəki hissəsinə münasibətdə). Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin: 296.2-ci maddəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyində yuxarıda qeyd edilən tələblərlə əlaqədar məhkəməyə müraciət etmə müddətini tənzimləyən xüsusi norma mövcuddur. İddia müddətinin tətbiqi məsələləri isə əmək qanunvericiliyində tənzimlənmədiyi üçün, bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları hüdudlarında öz həllini tapır. Beləliklə araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdeh firmada müqavilə bağlanan tarixdən, yəni 02 dekabr 2017-ci il tarixdən işləməyə başlamış və onun əmək haqqı almaq hüququ yaranmışdır. Belə ki, iddiaçı 02 dekabr 2017-ci il tarixdən 12 mart 2020-ci il tarixinədək cavabdeh firmada işləmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqının ödənişi və hesablanması cədvəllərindən görünür ki, İddiaçı aylıq əmək haqqı məbləği ayrı-ayrı vaxtlarda 130, 180 və sonuncu dəfə 250 manat təşkil etmiş və vergilər tutulduqdan sonra cavabdeh “X14” firması tərəfindən uyğun olaraq 126,1, 174,6 və 237,75 manat işlədiyi hər ay üçün ona verilmiş və qeyd edilən məbləğ iddiaçı tərəfindən şəxsən imza edilməklə təhvil alınmışdır. İddiaçı tərəf məhkəmə iclasında qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş əmək haqqının ödənilməsinə dair cədvəllərdəki imzalar ona aid deyil. Qeyd edilən halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən xətşünasıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 13 yanvar 2021-ci il tarixli 4/02 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Ekspertizaya təqdim olunmuş, “xxxx” firması üzrə 38 №-li xətt sürücülərinə 2018-ci il tarixli mart, 2018-ci il tarixli aprel, 2018-ci il tarixli oktyabr, 2018-ci il tarixli noyabr, 2018-ci il tarixli dekabr, 2019-cu il tarixli fevral, 2019-cu il tarixli mart, 2019-cu il tarixli aprel, 2019-cu il tarixli may, 2019-cu il tarixli iyun, 2019-cu il tarixli avqust, 2019-cu il tarixli sentyabr, 2019cu il tarixli oktyabr, 2019-cu il tarixli noyabr, 2019-cu il tarixli dekabr, 2020-ci il tarixli yanvar, 2020-ci il tarixli fevral ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərində İddiaçı aid qrafalardakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. “xxxx” firması üzrə 38 №-li xətt sürücülərinə 2018-ci il tarixli sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlində İddiaçı aid qrafadakı imza - İddiaçı Möhübbət oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı tərəf qeyd edilən ekspert rəyi ilə razılaşmayaraq ekspertizanın təkrar keçirilməsini və ekspertizanın aparılmasının başqa ekspertə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edərək iş üzrə təkrar xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 22 aprel 2021-ci il tarixli 4/373 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, “xxxx” Firması üzrə 38 № li Marşrut Xətti sürücülərinə 2018-ci ilin yanvar, mart, aprel, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar, 2019-cu ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar, 2020-ci ilin yanvar və fevral ayları üçün əmək haqqının hesablanması və ödənişi cədvəllərindəki imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. ekspertizaya təqdim edilmiş, “xxxx” Firması üzrə 38 № li Marşrut Xətti sürücülərinə 2018-ci ilin sentyabr ayı üçün əmək haqqının hesablanması və ödənişi cədvəlindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zaman iddia tələbində əmək haqqının ödənilməməsi ilə bağlı göstərilənlər öz təsdiqi tapmamışdır. İddiaçı xxxx” Firmasında işlədiyi müddət ərzində əmək haqqı almış və bu iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı ödəniş cədvəlindəki imzanın ona aid olmamasını bildirsə də, müəyyən edilmişdir ki, cavabdeh xxxx” Firması tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqlarının ödənilməsi cədvəlindəki imzalar 2018-ci ilin sentyabr ayındakı cədvəldəki imza istisna olmaqla digərləri iddiaçıya məxsusdur və o, əmək haqqını qəbul etməsinə dair imzaları özü icra etmişdir. Nəticədə, iddiaçı əmək haqqının ödənilməməsi tələbinə dair iddiasının sübut edə bilməmiş, iddia tələbini həmin hissədə əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı yalnız 2018-ci ilin sentyabr ayı üçün əmək haqqının iddiaçıya ödənilməməsi halı öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək haqqının ödənilməsi hissəsində qismən təmin edilməli və ididaçının cavabdeh firmada işlədiyi müddət ərzində 2018-ci ilin sentyabr ayı üçün ödənilməmiş 126,1 manat əmək haqqı ona ödənilməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Belə ki, iddiaçı əmək haqqının ödənilməməsi nəticəsində əldə çıxmış fayda kimi 5000 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya cavabdeh firmada işlədiyi müddət ərzində əmək haqqı ödənilmiş, onun əmək haqqının alınmasına münasibətdə hüquqları puzulmamışdır. Nəticədə iddiaçının hüquqları pozulmadığından onun əldən çıxmış fayda kimi zərər vurulduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh “X16” Firmasından maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin məzuniyyət haqqının verilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırda cavabdeh tərəf iddiaçıya ona firmada işlədiyi müddət üçün məzuniyyət haqqı ödənilməməsi hissəsində iddia tələbini qəbul edirlər. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçı 02 dekabr 2017-ci il tarixdən 12 mart 2020-ci il tarixinə kimi işlədiyi müddət üzrə əmək haqqı almamış və üzrə əmək haqqı almamış və əmək haqqısına uyğun olaraq onun ödənilməmiş 261,57 manat (2018-ci il üçün 89,80 manat, 2019-cu il üçün 130,67 manat və 2020-ci il üçün 41,10 manat) məzuniyyət haqqı vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavavdeh “X16” Firmasından 261,57 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavavdeh “X16” Firmasından 2018-ci ilin sentyabr ayı üçün ödənilməmiş 126,1 manat məbləğində əmək haqqı məbləği və işlədiyi müddət üçün ödənilməmiş 261,57 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməsin Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavavdeh “X16” Firmasından 2018-ci ilin sentyabr ayı üçün ödənilməmiş 126,1 manat məbləğində əmək haqqı məbləği və işlədiyi müddət üçün ödənilməmiş 261,57 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-391/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-391/2021
24.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver