Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-41/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər X9 və X6 qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X2 cavabdeh İddiaçı Səlim oğluna qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk tələb “evin paylara uyğun naturada bölünməsi, maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və pul tələbi”, qarşılıqlı tələb “paylı mülkiyyətdə olan əmlaka çəkilmiş xərclərin bölünməsi və kompensasiya verilməklə paylı mülkiyyət hüququna hissəvi xitam verilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı X7, Qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi X3, Qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər X9 və X6 qarşı “evin paylara uyğun naturada bölünməsi, maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və pul” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X2 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan əmlaka çəkilmiş xərclərin bölünməsi və kompensasiya verilməklə paylı mülkiyyət hüququna hissəvi xitam verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, İlk tələb:
1. İlk iddia üzrə iddiaçı X27 ilk iddia üzrə cavabdehlər X9 və X6 qarşı “evin paylara uyğun naturada bölünməsi, maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsini, mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər tərəfindən maneələrə qadağa qoyulması, ümumi giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin qadağan edilməsini xahiş etmişdir.
2. Daha sonra ilk iddia üzrə iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsini; mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən maneələrə qadağa qoyulması; ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən paylara mütənasib istifadə qaydasının müəyyən edilməsi; ümumi 2 ədəd giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması; iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin cavabdehlərə və ailə üzvlərinə qadağan edilməsi; cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya qaytarılması; cavabdehlər tərəfindən sökülən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması; iddiaçıya məxsus fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi (mağaza) istifadə edilən hissəni cavabdehlərin hesabına əvvəlki vəziyyətə bərpa edilərək iddiaçıya qaytarılması və istifadə nəticəsində götürdükləri aylıq 500 manat olmaqla, cəmi 18000 manat məbləğində faydanın iddiaçıya qaytarılması; iddiaçıya məxsus 40 kub taxta, qapı-pəncərə və taxta relslərin (şpal) cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi, olmadığı təqdirdə ümumi dəyəri 30000 manatın cavabdehlərdən tutularaq iddiaçıya verilməsi; cavabdehlərin zəbt edərək iddiaçıya məxsus istifadə etdikləri yaşayış sahələrinə görə ayrı-ayrılıqda cavabdeh X1 iki yaşayış sahəsinin icarəsinə görə 600 manat, X4 150 manat olmaqla kirayə haqqının 36 ay müddətində hesablanmaqla, 27000 manat kirayə haqqının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə verərək qarşılıqlı iddia tələbinin iddia müddəti keçdiyi üçün rədd edilməsini xahiş etdi.
İlk iddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0,019 ha olan 130,1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. İddiaçı 6/8 hissədə, cavabdehlər isə hər biri 1/16 hissədə paya malikdirlər. X28 isə 1/8 hissədə payı açıq saxlanılmışdır. Cavabdehlər ilk əvvəllər müvəqqəti onlara möhlət verilməsini xahiş etsələr də sonradan əlavə tikililər tikərək iddiaçını ümumiyyətlə mülkiyyətinə buraxmamışlar. Dəfələrlə şifahi danışıqlar aparılsa da iddiaçı ilə nəinki razılığa gəlmişlər, iddiaçının mülkiyyətində olan əmlakdan istifadəyə imkan verilməmişlər, həyətə buraxılmamışlar, yaşadığı otaqlar isə dağıdılaraq uçurulmuşdur. Cavabdehlərə bölgü qaydası barədə rəsmi bildiriş göndərilmiş, bildirişdən sonra hətta görüş olsa da nəticə əldə edilməmişdir. Cavabdehlər onlara düşən 8 kv.m qane olmayaraq bildirişə rəsmi cavab belə yazmamışlar. Hazırda fərdi yaşayış evinin ümumi girişi cavabdehlər tərəfindən bağlanılmış, iddiaçının mülkiyyətindən sərbəst istifadəsinə qadağa edilərək maneələr törədilir. İddiaçı mülkiyyətində olan əmlakdan sərbəst istifadə edə bilmir, gedib-gələ bilmir, əmlakına vurulan ziyanın səbəblərini araşdıra bilmir. Cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi istifadə etməklə gəlir götürmüş və faydalanmışlar ki, bunun da məbləği son 3 il üçün aylıq 500 manatdan 18000 manat edir. Cavabdeh iddiaçıya məxsus əmlakı istifadə edib faydalandığı üçün əldə etdiyi gəliri, götürdüklərini də iddiaçıya qaytarmalıdır.
Qarşılıqlı tələb:
5. Qarşılıqlı iddia üzrə iddiaçılar X15 və X11 cavabdeh X19 qarşı “paylı mülkiyyətdə olan əmlaka çəkilmiş xərclərin bölünməsi və kompensasiya verilməklə paylı mülkiyyət hüququna hissəvi xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evində tərəflərindən aparılmış təmir-tikinti işlərinin əvəzi olaraq X16 hər birinin xeyrinə 7870,71 manat məbləğində pulun tutulması və paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evinin 77,3 kv.m hissəsi cavabdeh X16 52,8 kv.m hissəsi onlara qalmaqla evin iki yerə bölünməsi, cavabdehin 20,26 kv.m hissə olaraq azalmış payının əvəzi olaraq mövcud bazar qiymətinə uyğun kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X2 vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evində ilk iddia üzrə cavabdehlər tərəfindən aparılmış təmir-tikinti işlərinin əvəzi olaraq qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlərin hər birinin xeyrinə 7870,71 manat məbləğində pulun tutulması və paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evinin ilk iddiaçıya məxsus 97,56 kv.m. hissəsinin qarşılıqlı iddia üzrə iddiaçıların faktiki istifadəsində olan 20,26 kv.m hissəsinə görə qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ümumilikdə 6078 manat məbləğində pul əvəzinin qarşılıqlı iddia üzə cavabdeh İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar:
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında qarşılıqlı iddia üzrə cavabdeh X18 onlara qarşı “ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 130.1 kv.m. fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi, mülkiyyətə ayrılmış əmlak payından istifadəyə maneələrə qadağa qoyulması, ümumi giriş qapısının açılması, fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin qadağan edilməsi tələbinə dair” iddia qaldırmış, məhkəmənin 13 fevral 2022-ci il tarixli iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək “ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 130.1 kv.m. fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi, mülkiyyətə ayrılmış əmlak payından istifadəyə maneələrə qadağa qoyulması, ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən paylara mütənasib istifadə qaydasının müəyyən edilməsi, ümumi 2 ədəd giriş qapısının açılması, fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin qadağan edilməsi, iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinə bərpa edilməsi, 30.000 manat material pulunun, 27.000 manat icarə haqqının tutulması və s. barədə” qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin maddəyə əsaslanaraq ilkin iddiaçıya qarşı hazırki qarşılıqlı iddia tələbini irəli sürürlər ki, həmin iddianın əsasları aşağıda əks olunmuşdur. Əvvəla qeyd edilməlidir ki, ilkin iddia ərizəsində göstərilənlər əsl həqiqəti əks etdirmir, odur ki, qarşılıqlı iddianın dəlillərini ilkin iddiaya etiraz olaraq qəbul edilməsini də məhkəmədən xahiş edirlər. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, hazırda paylı mülkiyyətdə olmaqla ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi X17 miras qalmışdır ki, həmin şəxs 1966-cı ilin sentyabr ayında Hacıqabul rayon sakini X5 (o, 1-ci iddiaçının anası idi) xadimə işlədiyi Navahı kənd klubundan axşam vaxtı evə qayıdarkən silahla təhdid edib qaçırmış və mübahisəli evə gətirmişdir. Həmin hadisədə hazırki ilkin iddiaçı Nail Hümbətov, habelə Rza Qurbanovun kürəkənləri Əbülfəz Əliyev və Qəhrəman Hüseynov da iştirak etmişlər. Həmin vaxt Meyrənsə Hənifəyevanın himayəsində 2 (iki) övladı, o cümlədən 12 yaşında X12 (o, sonradan hazırki qarşılıqlı iddia üzrə 2-ci iddiaçı Hənifəyeva (İbrahimova) Şahnaz Mahmud qızının keçmiş həyat yoldaşı olmuş və xx.xx.2019-cu ildə vəfat etmişdir) və 8 yaşında X15 (hazırki qarşılıqlı iddia üzrə 1-ci iddiaçı) olmuşdur ki, onlar həmin hadisəyədək Navahı kəndində mal-qarası, qoyunquzusu, ev quşları və s. ibarət təsərrüfatı olan 5 sot torpaq sahəsində yerləşən evdə yaşamışlar (Meyrənsə Hənifəyevanın həyat yoldaşı X20 1958-ci ildə vəfat etdiyindən o, himayəsində iki uşaq olmaqla dul qalmışdır). Meyrənsə Hənifəyeva hazırki mübahisəli evə qaçırıldıqdan sonra həddi-büluğa çatmamış övladlarını da gətirməyi Rza Qurbanovdan tələb etdiyindən, X32 gedib qadının yaxınları ilə görüşüb barışıq edərək məqsədini bildirmiş, qadının qaynı X13 isə onlara məxsus yuxarıda göstərilən 5 sot həyət evinə işarə edərək uşaqlara özləri baxacağını bildirmişdir. X35, əliboş geri dönə bilməyəcəyini israrla bildirib təkidlə xahiş etmiş, uşaqlara öz övladı kimi baxacağına, onların yaşaması və gələcəyi üçün 2 (iki) otaq ayıracağına kişi sözü vermiş, uzun söz-söhbətdən sonra qadının qohumlarının razılığını almışdır. Belə olan təqdirdə, İmamverdi Hənifəyev mərhum qardaşı Hənifə Hənifəyevin həm 2 övladının saxlanmasına, həm də onların kənddə, yəni İmamverdi Hənifəyevin sərəncamında qalan evlərinə və həyət-bacalarına “halallıq olsun” deyə Rza Qurbanova 25.000 manat məbləğində pul vermiş və onlar birdəfəlik olaraq razılaşmışlar. Odur ki, 1966-cı ildə Rza Qurbanov, Meyrənsə Hənifəyevanın ardınca onun 8 və 12 yaşlı övladlarını da hazırda mübahisəli olan evə gətirmiş, onlara sahəsi 17,40 kv.m. və 24,0 kv.m. sahəsi olan 2 (iki) otağı ayıraraq öz övladları kimi baxmışdır (qeyd edilməlidir ki, hətta onlar böyüyüb evləndikdən sonra onların həyat yoldaşlarına, eləcə də dünyaya gəlmiş övladlarına Rza Qurbanov öz doğmaları kimi baxmış, diqqət və qayğısını əsirgəməmişdir və bunu təsdiq edən bir neçə fotoşəkil qarşılıqlı iddia ərizəsinə əlavə edilir ki, həmin fotoşəkillərdə X30 Hənifəyevanın özü, övladları, gəlinləri və nəvələri ilə əks olunmuşdur). 1967-ci ildə Rza Qurbanov ilə Meyrənsə Hənifəyeva nikahlarını rəsmiləşdirmişlər. Meyrənsə Hənifəyevanın böyük oğlu Əflatun Hənifəyev (yuxarıda göstərildiyi kimi, onun hüquqi varisi, yəni həyat yoldaşı 2-ci qarşılıqlı iddiaçı Şahnaz Hənifəyevadır) 1976-cı ildə ailə qurmuş, 2 (iki) oğlu və 1 (bir) qızı dünyaya gəlmişdir, halhazırda isə onların hər üçü evlidir ki, bir oğlunun, yəni Fərhad Hənifəyevin 5 (beş), digər oğlunun 3 (üç), qızının isə 2 (iki) övladı vardır (Əflatun Hənifəyev xx.xx.2019-cu il tarixdə vəfat etmişdir). Meyrənsə Hənifəyevanın kiçik oğlu Füzuli Hənifəyev (1-ci qarşılıqlı iddiaçı) isə 1981-ci ildə ailə qurmuşdur ki, onun da 3 (üç) övladı vardır. Rza Qurbanovun 1-ci nikahdan 7 qızı olmuşdur ki, o, X10 ilə 2-ci nikahından əvvəl onları köçürmüş və bundan sonra yuxarıda göstərilən qaydada ailə qurmuş, həmin nikahdan isə övladı olmamışdır. Göründüyü kimi, 1-ci iddiaçı olan o, yəni Füzuli Hənifəyev, eləcə də mərhum qardaşı Əflatun Hənifəyev 1966-cı ildən etibarən hazırda mübahisələndirilən evin, sahəsi 17,40 kv.m. və 24,0 kv.m. olan 2 (iki) otağına köçürülərək orada yaşamağa başlamış, böyüyüb ailə quraraq həmin evə gəlin gətirmiş və övladları həmin evdə dünyaya gəlmişdir. Qeyd etməlidir ki, Rza Qurbanov vəfat edənədək həmin evdə onlardan başqa heç kim yaşamamış, yalnız evin boş hissələri onun tərəfindən kirayəyə verilmiş, vəfatından sonra isə kirayə münasibətləri kəsilmişdir. Rza Qurbanov, 8 yanvar 1980-ci ildə qəflətən vəfat etdikdən sonra, bütün yuxarıda göstərilənlərdən və vaxtilə aparılan bölgüdən, yəni onlara 2 (iki) otağın ayrılmasından və orada uzun illərdir ki, yaşamaqlarından bilavasitə xəbəri olan ilk iddiaçı Nail Hümbətov, özü bilavasitə vərəsə olmadığı və miras ev qeyri-bərabər paylarla bölünməli olduğu halda, 1981-ci ildə əlaqələrindən sui-istifadə edərək mirası bərabər olaraq (yəni miras qoyanın qızlarının hər birinə və arvadına 1/8 hissədə) böldürmüş, sonra isə müxtəlif təsir vasitələri ilə 6/8 hissəni öz adına rəsmiləşdirmiş, anaları Meyrənsə Hənifəyeva isə savadsız ev qadını olduğundan bərabər bölgünü və onun mahiyyətini başa düşməmişdir. Qeyd edilməlidir ki, yaşadıqları ev köhnə tikili, yəni 1900-cü ilin tikilisi olduğuna görə getdikcə yaşayış üçün hissə-hissə yararsız vəziyyətə düşdüyündən, mütəmadi olaraq vəsait xərcləyərək zəruri təmir-tikinti işləri gördürməyə məcbur olmuşlar. Belə ki, evə dəyə biləcək əhəmiyyətli zərərin qarşısının alınması üçün təcili tədbirlər görülməli olduğundan, lakin evin paylı mülkiyyətçilərinin dairəsinin müxtəlif fasilələrlə bir neçə dəfə dəyişməsi səbəbindən (bu hal ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı arayışla da təsdiq olunur) həmin işlərə ideal payçıları cəlb edə bilməmişlər. Odur ki, evin dam örtüyünün, tavanlarının, daxili divarlarının xeyli hissəsini təmir etdirmiş, evin həyət səviyyəsi küçənin torpaq səthindən xeyli aşağıda olduğundan yağış yağarkən yaranan gölməçə suları evin bünövrə və döşəmə hissəsinə zərər vurduğuna görə beton saldırıb həyətin səviyyəsini qaldırmış, suvama və rəngləmə işlərini və s. işləri gördürmüşlər ki, bu illər ərzində tərəflərindən birgə çəkilmiş xərclər 20988,56 manat təşkil edir. Bu hal qarşılıqlı iddiaya əlavə edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 02-18/23 saylı mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəyin 18-ci səhifəsində qeyd edilmişdir ki, fiziki şəxs X15 (1/16 hissə), X2 (1/16 hissə) və başqalarının paylı mülkiyyətində olan ünvan 3 ünvanına baxış keçirərkən təmirtikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış təmir-tikinti işlərinin xərci Cədvəl 1ə uyğun olaraq 20988,56 manat təşkil edir. Ona görə də hesab edirlər ki, həmin məbləğin cavabdeh Nail Hümbətovun 6/8 payına düşən hissəsi, yəni 15741, 42 AZN (20988,56 AZN : 8 hissə = 2623,57 AZN x 6 hissə = 15741,42 AZN) cavabdehdən onların xeyirinə bərabər paylarla, yəni hər birinə 7870,71 manat tutulmalıdır (15741,42 AZN : 2 = 7870,71 AZN). Digər tərəfdən, qeyd edilməlidir ki, mübahisəli evin ümumi sahəsi 130.1 kv.m təşkil edir ki, onun 6/8 hissəsi, yəni 97,56 kv.m sahəsi üzərində qarşılıqlı iddia üzrə cavabdeh Nail Hümbətovun ideal payı mövcuddur. Onların isə ailələrinin say tərkibi böyüdüyündən Rza Qurbanov tərəfindən onlara verilərək uzun illərdir ki, tərəflərindən istifadə edilən sahəsi 17,40 kv.m və 24,0 kv.m olan 2 (iki) otaqdan (ümumi sahə 41,40 kv.m) əlavə, sahəsi 11,40 kv.m olan otaqdan da istifadə etməyə məcbur olmuşlar. Göründüyü kimi, hal-hazırda onların istifadəsində olan ümumi sahə 52,8 kv.m təşkil edir ki, belə olan halda Nail Hümbətovun payı 20,26 kv.m azalaraq 77,3 kv.m. təşkil edir (ümumi sahə 130.1 kv.m - 52,8 kv.m (onlar qarş. id. olan hissə) = 77,3 kv.m. + 20,26 = 97,56 kv.m). Evin texniki pasportundan da görünür ki, hal-hazırki vəziyyətdə evin paylara uyğun naturada bölgüsünün aparılması onun təsərrüfat təyinatına ziyan vurmadan mümkün deyildir, lakin 52,8 kv. m. hissə onlarda, 77,3 kv.m hissə isə Nail Hümbətovda qalmaqla evin iki yerə bölünməsi onun təsərrüfat təyinatına ziyan vurmadan mümkündür ki, belə olan halda Nail Hümbətovun 20,26 kv.m hissə olaraq azalmış payının əvəzi olaraq tərəflərindən mövcud bazar qiymətinə uyğun kompensasiya verməyə hazırdırlar.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı X15 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi X14 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X2 vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materialları:
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən verilmiş **********11-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,019580 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 130,10 kv.m fərdi yaşayış evi paylı mülkiyyət olmaqla 6/8 hissəsi X18, xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi onun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin 1/8 hissəsi X28 (açıq qalıb), 1/16 hissəsi X7 (xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), 1/16 hissəsi X2 (xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınmışdır.
13. X9 və X6 ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə əsasən ünvan 5 ünvanında yerləşən və 0.0195 kvadrat metr torpaq sahəsindən və 130,1 kvadrat metr yaşayış sahəsindən ibarət paylı mülkiyyətin payçıların paylarına mütənasib olaraq bölgüsünü təklif edir. Paylara uyğun olaraq 18 kvadrat metr yaşayış sahəsinin X7, 8 kvadrat metr yaşayış sahəsinin X2 və 114 kvadrat metr yaşayış sahəsinin X18 istifadəsində qalmaqla naturada bölgü aparılmasını və buna dair 3 gün müddətində münasibətlərini və ya təkliflərini bildirməyi təklif edir. Əks təqdirdə bu məhkəmə vasitəsi ilə tələb olunacaq.
14. xx.xx.1981-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş Texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə X21 adına qeydiyyata alınmışdır.
15. 14.07.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X27 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
16. Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 20 fevral 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında və ətraf ərazidə yerləşən orta təmirli 1 otaqlı həyət evinin aylıq kirayə haqqı 350 manatdır.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 10/1987 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.1981-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş fərdi yaşayış evinin mövcud olan tikililərinin Texniki pasport sənədində öz əksini tapdığı, eyni zamanda müqayisəli tədqiqat zamanı Texniki pasportda öz əksini tapmış tikililərdən hər hansı birinin sökülmədiyi müəyyən edilmişdir. 2ci və 7-ci sual üzrə: xx.xx.1981-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş fərdi yaşayış evinə dair Texniki Pasportda göstərilən 1 saylı tikilinin qarşısında sahəsi 9,04 və 7,0 kv.m olan, 2 saylı tikilinin qarşısında sahəsi 12,04 və 8,9 kv.m olan, 3 və 4 saylı tikililərin qarşısında sahəsi 14,7 kv.m olan yaşayış otaqlarının, 7 saylı tikilinin qarşısında sahəsi 1,12 və 2,6 kv.m olan köməkçi tikilinin, «İ» literli köməkçi tikilinin qarşısında sahəsi 2,4 və 1,36 kv.m olan hamam və ayaqyolu tikililərinin, həyətyanı sahədə sahəsi 2,9 və 1,2 kv.m olan hamam və ayaqyolu tikililərinin inşa edildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş tikililərin yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir (bax rəyə əlavəyə). 3-cü, 4-cü və 9-cu suallar üzrə: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin mülkiyyətçiləri paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları”
2. 08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 5-ci və 6-cı sual üzrə: 28.05.198-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş fərdi yaşayış evinin texniki pasportu nəzərə alınmaqla və nəzərə alınmadan paylara uyğun istifadə qaydasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı. 8-ci sual üzrə xx.xx.1981-ci il tarixdə tərtib edilmiş sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş fərdi yaşayış evinin texniki pasportu nəzərə alınmaqla mövcud olan əlavə tikililərin hansı dövrü əhatə etməsinin müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılmadı. 10-cu sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H.Cavid küçəsində yerləşən 5 saylı evə dair xx.xx.1981-ci ildə tərtib edilmiş, xx.xx.2006-cı ildə isə korrektə edilmiş texniki pasportda göstərilən «A» literli fərdi yaşayış evinin sahəsi 17,4 kv.m olan 1, sahəsi 24,0 kv.m olan 2, sahəsi 8,9 kv.m olan 5, sahəsi 8,9 kv.m olan 6 və sahəsi 11,4 kv.m olan 7 saylı tikililərinin cavabdehlər tərəfindən istifadə edildiyi, sahəsi 10,4 kv.m olan 3, sahəsi 11,5 kv.m olan 4 saylı tikililərin, həmin tikililərin qarşısında inşa edilmiş sahəsi 14,7 kv.m olan tikilinin və sahəsi 37,6 kv.m olan «B» literli fərdi yaşayış evinin faktiki olaraq boş olduğu müəyyən edilmişdir.
18. 03 may 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X18 vərəsəsi oğlu İddiaçıdur. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130,1 kv.m fərdi yaşayış evinin mərhum X19 məxsus 6/8 hissəsindən ibarətdir.
19. "xxxx" MMC-nin 03 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X15 (1/16 hissə), X11 (1/16 hissə) və başqalarının paylı müıkiyyətində olan ünvan 1 ünvanına baxış keçirərkən təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış təmir-tikinti işlərinin xərci 20988.56 manatdır.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evi üzərində 6/8 hissə X18, 1/8 hissə X28 (açıq qalıb), 1/16 hissə X7 (xx.xx.2019-cu il tarixdə), 1/16 hissə X2 (xx.xx.2019-cu il tarixdə) adına qeydiyyata alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar faktiki olaraq mübahisəli fərdi yaşayış evində yaşayırlar. Məhkəmə gedişatı zamanı fərdi yaşayış evi yerində müayinə olunmuşdur və qarşılıqlı iddia üzrə iddiaçıların ailələri ilə qeyd olunan evdə yaşamaları, həmçinin fərdi yaşayış evinin təmirsiz bir qisminin isə təbii yolla baxımsızlıqdan sökülmüş vəziyyətdə olması müəyyən olunmuşdur. Hazırda ilk iddia üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsini, mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən maneələrə qadağa qoyulması, ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən paylara mütənasib istifadə qaydasının müəyyən edilməsi, ümumi 2 ədəd giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin cavabdehlərə və ailə üzvlərinə qadağan edilməsi, cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlər tərəfindən sökülən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, iddiaçıya məxsus fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi (mağaza) istifadə edilən hissəni cavabdehlərin hesabına əvvəlki vəziyyətə bərpa edilərək iddiaçıya qaytarılması və istifadə nəticəsində götürdükləri aylıq 500 manat olmaqla, cəmi 18000 manat məbləğində faydanın iddiaçıya qaytarılması, iddiaçıya məxsus 40 kub taxta, qapı-pəncərə və taxta relslərin (şpal) cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi, olmadığı təqdirdə ümumi dəyəri 30000 manatın cavabdehlərdən tutularaq iddiaçıya verilməsi, cavabdehlərin zəbt edərək iddiaçıya məxsus istifadə etdikləri yaşayış sahələrinə görə ayrı-ayrılıqda cavabdeh X1 iki yaşayış sahəsinin icarəsinə görə 600 manat, X4 150 manat olmaqla kirayə haqqının 36 ay müddətində hesablanmaqla, 27000 manat kirayə haqqının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçılar X15 və X11 paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evində ilkin üzrə cavabdehlər tərəfindən aparılmış təmir-tikinti işlərinin əvəzi olaraq qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlərin hər birinin xeyrinə 7870,71 manat məbləğində pulun tutulması, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evinin ilkin iddiaçıya məxsus 97,56 kv.m. hissəsinin qarşılıqlı iddiaçıların faktiki istifadəsində olan 20,26 kv.m hissəsinə görə qarşılıqlı iddiaçılar tərəfindən ümumilikdə 6078 manat məbləğində pul əvəzinin qarşılıqlı iddia üzə cavabdeh İddiaçı ödənilməsini xahiş edirlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: “Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.
24. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı:
Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki:
“Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun:
1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
27. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.
30. Məhkəmə ilk iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 10/1987 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin mülkiyyətçiləri paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
31. Məhkəmə ilk iddia tələbinin “mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən törədilən maneələrə qadağa qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evi üzərində X18 (hazırda isə X18 vərəsəsi İddiaçı) 6/8 hissədə, X7 1/16 hissədə, X2 1/16 hissədə payları vardır. Belə ki, mübahisə predmeti olan, ilk iddia üzrə cavabdehlərin hazırda yaşadığı, iddiaçının isə mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən törədilən maneələrə qadağa qoyulmasını istədiyi ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evi paylı mülkiyyətdədir. Bu xüsusat mülki iş üzrə tərəflərin mübahisəsiz qəbul etdikləri haldır. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ilk iddia üzrə cavabdehlər yararlanaraq orada yaşadıqları halda, digər payı daha çox olan mülkiyyətçinin həmin evdən istifadə tələbinin təmin edilməməsi onun mülkiyyət hüququnun pozulmasına səbəb olardı. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir.
32. Məhkəmə ilk iddia tələbinin “ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən paylara mütənasib istifadə qaydasının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin tərəflərin paylarına uyğun real bölgüsü olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.
33. Məhkəmə ilk iddia tələbinin “ümumi iki ədəd giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir. xx.xx.1981-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş Texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iki giriş qapısı mövcud olmuşdu. Sözügedən fərdi yaşayış evində ikinci qapı bağlıdır. Odur ki, ilk iddia tələbi bu hissədə təmin edilərək həmin qapının açılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır.
34. Məhkəmə ilk iddia tələbinin “iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin cavabdehlərə və onların ailə üzvlərinə qadağa qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evi üzərində X18 (hazırda isə X18 vərəsəsi İddiaçı) 6/8 hissədə payı vardır. İddiaçı mülkiyyətçi olaraq özünə məxsus pay hissəsinə istifadə və sərəncam hüququ vardır. Mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə ilk iddia üzrə cavabdehlər tərəfindən maneələr yaradılması yolverilməzdir və onlara maneələrin yaradılması qadağan olunmalıdır. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
35. Məhkəmə ilk iddia tələbinin “cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir. İlk iddia üzrə iddiaçıya məxsus əmlak, yəni sözügedən fərdi yaşayış evinin 6/8 hissəsi əvvəlki vəziyyətinə qaytarılıb, cavabdehlər tərəfindən boşaldılmalıdır. Yuxarıda qeyd edildiyi kimi mülkiyyət hüququ həm də əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə cavabdehlər ailə üzvləri ilə birlikdə özlərinə məxsus paydan əlavə otaqarda da yaşayırlar və texniki pasportda olmayan qanunsuz tikililər də tikmişlər. Odur ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir.
36. Məhkəmə ilk iddia tələbinin “cavabdehlər tərəfindən sökülən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, iddiaçıya məxsus fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi (mağaza) istifadə edilən hissəni cavabdehlərin hesabına əvvəlki vəziyyətə bərpa edilərək iddiaçıya qaytarılması və istifadə nəticəsində götürdükləri aylıq 500 manat olmaqla, cəmi 18000 manat məbləğində faydanın iddiaçıya qaytarılması, iddiaçıya məxsus 40 kub taxta, qapı-pəncərə və taxta relslərin (şpal) cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi, olmadığı təqdirdə ümumi dəyəri 30000 manatın cavabdehlərdən tutularaq iddiaçıya verilməsi və cavabdehlərin zəbt edərək iddiaçıya məxsus istifadə etdikləri yaşayış sahələrinə görə ayrıayrılıqda cavabdeh X1 iki yaşayış sahəsinin icarəsinə görə 600 manat, X4 150 manat olmaqla kirayə haqqının 36 ay müddətində hesablanmaqla, 27000 manat kirayə haqqının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması və yerli müayinəsi zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinin ilk iddia üzrə cavabdehlər tərəfindən sökülməsi yox, təbii yolla baxımsızlıqdan istifadəyə yarasız hala düşməsi müəyyən olunmuşdur. Fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi (mağaza) istifadə edilən hissəni cavabdehlərin hesabına əvvəlki vəziyyəti bərpa edilərək iddiaçıya qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli rəyindən görünür ki, texniki pasportda öz əksini tapmış tikililərdən hər hansı birinin sökülmədiyi müəyyən edilmişdir. Əksinə xx.xx.1981-ci il tarixdə tərtib edilmiş, sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş fərdi yaşayış evinə dair Texniki Pasportda göstərilən 1 saylı tikilinin qarşısında sahəsi 9,04 və 7,0 kv.m olan, 2 saylı tikilinin qarşısında sahəsi 12,04 və 8,9 kv.m olan, 3 və 4 saylı tikililərin qarşısında sahəsi 14,7 kv.m olan yaşayış otaqlarının, 7 saylı tikilinin qarşısında sahəsi 1,12 və 2,6 kv.m olan köməkçi tikilinin, «İ» literli köməkçi tikilinin qarşısında sahəsi 2,4 və 1,36 kv.m olan hamam və ayaqyolu tikililərinin, həyətyanı sahədə sahəsi 2,9 və 1,2 kv.m olan hamam və ayaqyolu tikililərinin inşa edildiyi müəyyən edilmişdir.
37. Həmçinin tələbin bu hissəsi “cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya qaytarılması” tələbində ehtiva olunduğundan iddia tələbi bu hissədə təmin olunmamalıdır.
38. Tələbin “Cavabdehlərin istifadə nəticəsində götürdükləri aylıq 500 manat olmaqla, cəmi 18000 manat məbləğində fayda, iddiaçıya məxsus 40 kub taxta, qapıpəncərə və taxta relslər (şpal) və iki yaşayış sahəsinin icarəsinə görə 600 manat, 150 manat olmaqla kirayə haqqının 36 ay müddətində hesablanmaqla 27000 manat kirayə haqqının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə ilk iddia üzrə iddiaçı məhkəməyə tələbini əsaslı edəcək hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən ilk iddia tələbi həmin hissədə təmin edilməməlidir.
39. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarılıqlı iddia tələbi təmin edilməməlidir.
40. Belə ki, məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin 03 fevral 2023-cü il tarixli mütəxəssis rəyində X15 (1/16 hissə), X11 (1/16 hissə) və başqalarının paylı müıkiyyətində olan ünvan 1 ünvanına baxış keçirərkən təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış təmir-tikinti işlərinin xərci 20988.56 manat qeyd olunsa da, mütəxəssis rəyindən də görünür ki, təmir işləri qarşılıqlı iddia üzrə iddiaçıların faktiki yaşadıqları və qanunsuz tikili olaraq artırdıqları tikililərə çəkilmiş xərclərdən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, faktiki yaşayıb istifadə etdikləri tikililərin təmir haqqını qarşılıqlı iddia üzrə cavabdehdən tutulması yolverilməzdir.
41. İddia tələbinin ilk iddia üzrə iddiaçıya məxsus paya kompensasiya ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçılar cuzi paya malikdirlər. Belə olan halda qanunvericilik qeyd edir ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli əmlakda cüzi paya malikdirlər. X18 vərəsəsi İddiaçı sözügedən əmlakda 6/8 hissədə payı vardır. Beləliklə məhkəmə hesab edir ki, kompensasiya ilk iddia üzrə iddiaçıya deyil, qarşılıqlı iddia üzrə iddiaçılara ödənilə bilər. Həmçinin evin 20,26 kv.m hissəsinə görə təklif olunmuş 6078 manat pul məbləğindən görünür ki, iddiaçıların təklif etdiyi məbləğ ağıla batan deyil və ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi tələbi etiraf etməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə baxışının hədləri:
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
44. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tələb etmədiyindən, qarşılıqlı iddia isə rədd edildiyindən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir.
Nəticə:
45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə, cavabdehlər X9, X6 və onların ailə üzvlərinə maneələrin yaradılması qadağan edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində texniki pasporta uyğun əvvəllər mövcud olmuş iki giriş qapısının açılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalı, ilk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneələrin yaradılması cavabdehlərə və ailə üzvlərinə qadağan edilməli, ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyəti bərpa edilməli və boşaldılaraq iddiaçıya qaytarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə, cavabdehlər X9, X6 və onların ailə üzvlərinə maneələrin yaradılması qadağan edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində texniki pasporta uyğun əvvəllər müvcud olmuş iki giriş qapısının açılması öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. İlk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneələrin yaradılması cavabdehlərə və ailə üzvlərinə qadağan edilsin. İlk iddia üzrə cavabdehlər tərəfindən ilk iddia üzrə iddiaçı X18 vərəsəsi İddiaçı məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyəti bərpa edilsin və boşaldılaraq iddiaçıya qaytarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı X18 vərəsəsi İddiaçı, 25 manatı cavabdehlər X4 və X1 müştərək qaydada tutularaq X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova