Məhkəmə qərarları › İş №2(103)-828/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-828/2025

04.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-828/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, X12 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra – iddiaçı) X10 vərəsəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər (bundan sonra – cavabdeh) Cavabdeh2 və X3 vəkili və nümayəndəsi Vəkil1, X3 nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(007)-41/2024 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 cavabdehlər Cavabdeh2 və X5 qarşı “evin paylara uyğun naturada bölünməsi, maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsini, mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər tərəfindən maneələrə qadağa qoyulması, ümumi giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin qadağan edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 130,1 kv.m fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsini; mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən maneələrə qadağa qoyulması; ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən paylara mütənasib istifadə qaydasının müəyyən edilməsi; ümumi 2 ədəd giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması; iddiaçının fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin cavabdehlərə və ailə üzvlərinə qadağan edilməsi; cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt edilən tikililərin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya qaytarılması; cavabdehlər tərəfindən sökülən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması; iddiaçıya məxsus fərdi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi kimi (mağaza) istifadə edilən hissəni cavabdehlərin hesabına əvvəlki vəziyyətə bərpa edilərək iddiaçıya qaytarılması və istifadə nəticəsində götürdükləri aylıq 500 manat olmaqla, cəmi 18000 manat məbləğində faydanın iddiaçıya qaytarılması; iddiaçıya məxsus 40 kub taxta,qapı-pəncərə və taxta relslərin (şpal) cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi, olmadığı təqdirdə ümumi dəyəri 30000 manatın cavabdehlərdən tutularaq iddiaçıya verilməsi; cavabdehlərin zəbt edərək iddiaçıya məxsus istifadə etdikləri yaşayış sahələrinə görə ayrı-ayrılıqda cavabdeh X1 iki yaşayış sahəsinin icarəsinə görə 600 manat, Cavabdeh2 150 manat olmaqla kirayə haqqının 36 ay müddətində hesablanmaqla, 27000 manat kirayə haqqının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və X7 cavabdeh X11 qarşı “paylı mülkiyyətdə olan əmlaka çəkilmiş xərclərin bölünməsi və kompensasiya verilməklə paylı mülkiyyət hüququna hissəvi xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evində tərəflərindən aparılmış təmir-tikinti işlərinin əvəzi olaraq X9 hər birinin xeyrinə 7870,71 manat məbləğində pulun tutulması və paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 5 saylı fərdi yaşayış evinin 77,3 kv.m hissəsi cavabdeh X9 52,8 kv.m hissəsi onlara qalmaqla evin iki yerə bölünməsi, cavabdehin 20,26 kv.m hissə olaraq azalmış payının əvəzi olaraq mövcud bazar qiymətinə uyğun kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(007)-41/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ülkər Yusifova) ilkin iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı X10 vərəsəsi İddiaçı mülkiyyətinə ayrılmış əmlak payından istifadəyə, cavabdehlər Cavabdeh2, X5 və onların ailə üzvlərinə maneələrin yaradılmasının qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində texniki pasporta uyğun əvvəllər müvcud olmuş iki giriş qapısının açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, ilk iddia üzrə iddiaçı X10 vərəsəsi İddiaçı fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneələrin yaradılmasının cavabdehlərə və ailə üzvlərinə qadağan edilməsi, ilk iddia üzrə iddiaçı X10 vərəsəsi İddiaçı fərdi yaşayış evində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneələrin yaradılmasının cavabdehlərə və ailə üzvlərinə qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılılqlı iddianın rədd edilməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı X10 vərəsəsi İddiaçı, həmçinin cavabdehlər Cavabdeh2 və X7 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X10 vərəsəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəflərin barışıq sazişi bağladıqlarını bildirərək, həmin sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və X3 vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X3 nümayəndəsi X8 tərəflərin barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarına əlavə edilən 04 mart 2025-ci il tarixli Barışıq Sazişində qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-828/2025 saylı iş üzrə İddiaçı adından nümayəndəsi Vəkil2 (bundan sonra iddiaçı) cavabdehlər X6 və Cavabdeh1 adından (bundan sonra cavabdehlər) nümayəndəsi Vəkil1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünə dair aşağıdakı şərtlərlə razılığa gələrək, Barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər: 1.Fərdi yaşayış evinin naturada bölgüsü “xx.xx.1981-ci il tarixdə tərtib edilmiş sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş Fərdi yaşayış evinin Texniki Pasportuna” (bundan sonra Texniki Pasport) və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1987 saylı Ekspert Rəyinə əlavə edilən “Fərdi yaşayış evinin faktiki vəziyyətinə dair Sxemə” (bundna sonra Sxem) əsasən aparılır. 2.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 1 (17,4 kvadrat metr), 2 (24,0 kvadrat metr), 3 (10,4 kvadrat metr) kimi qeyd edilən otaqları mövcud vəziyyətdə cavabdehlərin istifadəsində qalır. 3.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin qalan 4-7 saylı yaşayış otaqları və B tikilisi iddiaçının istifadəsində qalır. 4.Texniki Pasportda qeyd edilən “Küçə” tərəfdən fərdi yaşayış evinə giriş cavabdehlərin istifadəsində qalır. 5.Texniki Pasportda qeyd edilən “Döngə” tərəfdən fərdi yaşayış evinə giriş iddiaçının istifadəsində qalır 6.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 1 (17,4 kvadrat metr) və 2 (24,0 kvadrat metr) saylı otaqların qarşısında hazırda mövcud olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 9,04 kv.m, 7,0 kv.m, 12,04 kv.m, 8,9 kv.m, 2,4 kv.m, 1,36 kv.m və 2,9 kv.m sahələr cavabdehlərin istifadəsində qalır. 7.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) və 7 (11,4 kvadrat metr) saylı otaqların qarşısında hazırda mövcud olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 14,7 kv.m, 1,12 kv.m və 2,6 kv.m sahələr iddiaçının istifadəsində qalır. 8.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Texniki Pasportda “Əzizbəyov” küçəsi kimi qeyd edilən istiqamətdən başlayaraq “Qonşu sahə” kimi qeyd edilən istiqamətdə davam edərək Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) və 4 (11,5 kvadrat metr) saylı otaqların arasından keçməklə, -daha sonra Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) saylı otaqla və Sxemdə 3 (10,4 kvadrat metr) saylıotağın qarşısında əlavə tikili kimi qeyd edilən 14,7 kv.m sahənin arasından Texniki Pasportda “Küçə” kimi qeyd edilən istiqamətdə davam etməklə, -daha sonra Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 2 (24,0 kvadrat metr) saylı otağın qarşısında olan və Sxemdə qeyd edilən 8,9 kv.m sahə ilə Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) saylı otağın qarşısında olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 14,7 kv.m sahənin arasından Texniki Pasportda “Qonşu sahə” kimi qeyd edilən istiqamətdə davam edərək iddiaçı və cavabdehlər arasında 2 yerə bölünməklə hasarla bir-birindən təcrid olunur. 9.Barışıq Sazişinin hüquqi nəticələri tərəflərə aydındır, imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(007)-41/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(007)- 41/2024 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.

1. Fərdi yaşayış evinin naturada bölgüsü “xx.xx.1981-ci il tarixdə tərtib edilmiş sonuncu dəfə xx.xx.2006-cı il tarixdə korrektə edilmiş Fərdi yaşayış evinin Texniki Pasportuna” (bundan sonra Texniki Pasport) və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1987 saylı Ekspert Rəyinə əlavə edilən “Fərdi yaşayış evinin faktiki vəziyyətinə dair Sxemə” (bundna sonra Sxem) əsasən aparılır. 2.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 1 (17,4 kvadrat metr), 2 (24,0 kvadrat metr), 3 (10,4 kvadrat metr) kimi qeyd edilən otaqları mövcud vəziyyətdə cavabdehlərin istifadəsində qalır. 3.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin qalan 4-7 saylı yaşayış otaqları və B tikilisi iddiaçının istifadəsində qalır. 4.Texniki Pasportda qeyd edilən “Küçə” tərəfdən fərdi yaşayış evinə giriş cavabdehlərin istifadəsində qalır. 5.Texniki Pasportda qeyd edilən “Döngə” tərəfdən fərdi yaşayış evinə giriş iddiaçının istifadəsində qalır 6.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 1 (17,4 kvadrat metr) və 2 (24,0 kvadrat metr) saylı otaqların qarşısında hazırda mövcud olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 9,04 kv.m, 7,0 kv.m, 12,04 kv.m, 8,9 kv.m, 2,4 kv.m, 1,36 kv.m və 2,9 kv.m sahələr cavabdehlərin istifadəsində qalır. 7.Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) və 7 (11,4 kvadrat metr) saylı otaqların qarşısında hazırda mövcud olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 14,7 kv.m, 1,12 kv.m və 2,6 kv.m sahələr iddiaçının istifadəsində qalır. 8.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Texniki Pasportda “Əzizbəyov” küçəsi kimi qeyd edilən istiqamətdən başlayaraq “Qonşu sahə” kimi qeyd edilən istiqamətdə davam edərək Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) və 4 (11,5 kvadrat metr) saylı otaqların arasından keçməklə, -daha sonra Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) saylı otaqla və Sxemdə 3 (10,4 kvadrat metr) saylı otağın qarşısında əlavə tikili kimi qeyd edilən 14,7 kv.m sahənin arasından Texniki Pasportda “Küçə” kimi qeyd edilən istiqamətdə davam etməklə, -daha sonra Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 2 (24,0 kvadrat metr) saylı otağın qarşısında olan və Sxemdə qeyd edilən 8,9 kv.m sahə ilə Texniki Pasportda A tikilisi olaraq qeyd edilən yaşayış evinin 3 (10,4 kvadrat metr) saylı otağın qarşısında olan və Sxemdə əlavə tikili kimi qeyd edilən 14,7 kv.m sahənin arasından Texniki Pasportda “Qonşu sahə” kimi qeyd edilən istiqamətdə davam edərək iddiaçı və cavabdehlər arasında 2 yerə bölünməklə hasarla bir-birindən təcrid olunur.

9. Barışıq Sazişinin hüquqi nəticələri tərəflərə aydındır, imzaları ilə təsdiq edirlər. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar