Məhkəmə qərarları › İş №2(007)-4166/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4166/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4166/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq hazırkı iş üzrə tərəflər arasında barışıq sazişi imzalandığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiaçı ilə arasında barışıq sazişi imzalandığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişində göstərilmişdir ki, 2.1) Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq (həmin tarixdən hesablanmaqla) hər ay qazancının (digər gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini öhdəsinə götürür. 2.2) İddiaçı iş üzrə iddiasının geri götürülməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müvafiq ərizə verməyi öhdəsinə götürür. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını, barışıq sazişlərinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişləri qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. O cümlədən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasına dair 2(007)-4166/2025 saylı mülki iş üzrə İddiaçı və Cavabdeh aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. Müqavilənin predmeti İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq (həmin tarixdən hesablanmaqla) hər ay qazancının (digər gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini öhdəsinə götürür. 2.2. İddiaçı iş üzrə iddiasının geri götürülməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müvafiq ərizə verməyi öhdəsinə götürür.

3. Yekun müddəalar 3.1. Bu Saziş mübahisəyə baxan məhkəmənin sazişi təsdiq etməsi barədə qərardad qüvvəyə mindiyi andan qüvvəyə minir. 3.2. Bu Sazişdə göstərilən məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilir. 3.3. Tərəflər Sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər məhkəməyə müraciət edərək Sazişinşərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdirlər. 3.4. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 3.5. Bu Saziş 3 (üç) nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi, onlardan bir nüsxə tərəflərin hər birində saxlanılır və bir nüsxə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunur. Həmin barışıq sazişi təsdiq edilsin və 2(007)-4166/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Tərəflərə izah olunsun ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda qərardad məcburi icraya yönəldiləcəkdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar