Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4223/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh İddiaçı oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutulmasına və uşağın 3 yaşına qədər hər ay 650 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2024-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2025-ci il təvəllüdlü X8 adlı bir uşaqları dünyaya gəlmişdir. Cavabdehlə hazırda faktiki nikah münasibətlərini ayırmışlar və bir yerdə yaşamırlar.
Etiraz:
3. Cavabdeh X7 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, aliment məbləği olaraq əmək haqqından tutulması tələb edilən 650 manat məbləğə etiraz edir. Qanunvericiliyin tələbinə və digər əsaslara görə əmək haqqından daha az məbləğin tutularaq cavabdehə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Həmçinin, aliment məbləği ilə bağlı qərar qəbul edilərkən xeyli miqdarda kredit kimi borc öhdəliyinin olmasını, tutulacaq yüksək məbləğin onu və ailəsinin maddi vəziyyətinin ağırlaşmasına səbəb olacağını nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında mütləq onun və vəkilinin iştirak edəcəyini, müvafiq sənədlər təqdim edəcəyini nəzərə alaraq hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh X4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. AZ-V seriyalı 165336 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 oktyabr 2025-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır.
9. AZ-İİ seriyalı 654911 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 29 noyabr 2024-cü il tarixdə 7 saylı Bakı “Asan xidmət” X6 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3244 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “İsgəndərova” soyadını qəbul etmişdir.
10. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 19 noyabr 2025-ci il tarixli, MŞB/8/2025-02473 saylı arayışdan görünür ki, cavabdeh X7 İMS-də iştirak etməmişdir. Mediasiya xərci olan 60 manatı İddiaçı ödəmişdir.
11. “AZEMİS”dən çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzdində İnşaat Kolleci”ndə böyük laborant vəzifəsində işləyir. 728 manat məbləğində aylıq əmək haqqı alır.
12. “AZEMİS”dən çıxarışdan görünür ki, X7 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) "Neftqaztikinti" Trestində mühəndis, neft vəzifəsində işləyir. 1514 manat məbləğində aylıq əmək haqqı alır.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X7 rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 1 övladları doğulmuşdur. Tərəflərin nikahı pozulmamışdır, lakin onlar ayrı-ayrı yaşayırlar. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı Cavabdehdan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutulmasına və uşağın 3 yaşına qədər hər ay 650 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:
3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:
8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı:
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, X3 01 oktyabr 2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 noyabr 2025-ci il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır.
23. Məhkəmə, iddiaçının 01 oktyabr 2025-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək cavabdehdən 650 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən 27 noyabr 2025-ci il tarixdən hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab edir ki, bundan əlavə hər ay 650 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 100 manat məbləğində təmin edilməli, X3 01 oktyabr 2025-ci il təvəllüdlü X5 3 yaşına qədər hər ay 100 manat məbləğində aliment tutulub İddiaçı verilməlidir.
24. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
26.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
27. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur.
28. Odur ki, alimentin tutulması ilə bağlı ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X3 01 oktyabr 2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 noyabr 2025-ci il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 01 oktyabr 2025-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. X3 01 oktyabr 2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 noyabr 2025-ci il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 01 oktyabr 2025-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova