Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4260/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd sep 10 qram -800 manat dəyərində, 1 ədəd üzük 3 qram -240 manat dəyərində, 1 ədəd qolbaq 7 qram -560 manat dəyərində, 1 cüt sırğa 6,3 qram -500 manat dəyərində, 1 ədəd nişan üzüyü 4 qram (ağ qızıl) -980 manat dəyərində əşyaların qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri olan 3080 manat məbləğində pulun alınaraq ona verikməsini; mediasiya xərcinə görə 60 manat ödənilmiş vəsaitin və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ödənilmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Hakimin mövqeyi:
4. İddia tələbindən göründüyü kimi iddiaçı qızıl-zinyət əşyalarının qaytarılmasını bu mümkün olmadıqda isə onların dəyəri olan 3080 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş edir. Göründüyü kimi iddiaçının tələbi qiymətləndirilən iddiadır.
5. İddia ərizəsinə əlavə olunmuş “Kapital Bank “ASC-nin 1503 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ödənilmişdir
6. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 2(010)-5808/2024 nömrəli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadından görünür ki, iddiçının ərizəsi məhkəmə aidiyyəti düzgün verilmədiyi üçün iddiaçıya geri qaytarılmışdır. Həmçinin Qərardan görünür ki, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılmışdır.
7. Bu səbəbdən iddiaçı yenidən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə dövlət rüsumu ödəməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən geri qaytarılmış qəbzi iddia ərizəsinə əlavə etmişdir.
8. Beləliklə, hesab edirəm ki, dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
Məhkəmə baxışının hədləri:
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat. 8.1.2. iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
Nəticə:
10. Beləliklə, belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova