Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4340/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.08.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 138096,63 (bir yüz otuz səkkiz min doxsan altı manat 63 qəpik) manat təşkil edir. Bundan 49467,07 (qırx doqquz min dörd yüz altmış yeddi manat 07 qəpik) manat əsas, 11327,84 (on bir min üç yüz iyirmi yeddi manat 84 qəpik) manat faiz, 59831,31 (əlli doqquz min səkkiz yüz otuz bir manat 31 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17470,41 (on yeddi min dörd yüz yetmiş manat 41 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 104-11-241-12 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.07.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borc alan-Cavabdeh1, ipoteka qoyan-Cavabdeh3 və Cavabdeh2 arasında 10.07.2012-ci il tarixli № 104-11-241-12 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********283 saylı 09 avqust 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03.08.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 138096,63 (bir yüz otuz səkkiz min doxsan altı manat 63 qəpik) AZN təşkil edir. Bundan 49467,07 (qırx doqquz min dörd yüz altmış yeddi manat 07 qəpik) AZN əsas, 11327,84 (on bir min üç yüz iyirmi yeddi manat 84 qəpik) AZN faiz, 59831,31 (əlli doqquz min səkkiz yüz otuz bir manat 31 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17470,41 (on yeddi min dörd yüz yetmiş manat 41 qəpik) AZN faiz borcu təşkil edir. Cavabdeh1 iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gənclik filialı ilə onun arasında 10 iyul 2012-ci il tarixli, 104-11-241-12 saylı kredit müqaviləsi bağlanıb, ona illik 24% olmaqla, 24 ay müddətinə 55000 manat məbləğində kredit verilsə də, hər hansı bir əmlak ipoteka ilə yüklü edilməmiş və bununla bağlı müqavilə imzalanmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ASC-nin Gənclik filialı ilə onun arasında bağlanan 10 iyul 2012-ci il tarixli, 104-11-241-11 saylı kredit müqaviləsinin müddəti 10 iyul 2014-cü il tarixdə bitmişdir. İddiaçı tərəf isə həmin tarixdən bu günə kimi, yəni 7 il müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 7 il keçdikdən sonra 13 oktyabr 2021-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia ərizəsinin isə məhkəməyə daxil olduğu tarixə baxdıqda açıq-aşkar bəlli olur ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasını gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının və digər cavabdehlərin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq hüquq əməkdaşlarının COVİD-19 xəstəliyi keçirmələri səbəbilə iclasda iştirak edən hüquqşünaslarının azlığı səbəbindən iştiraklarının qeyri-mümkün olduğunu, iddia tələbini tam şəkildə müdafiə etdiklərini bildirmiş və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh1 da məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda özünü nasaz hiss etdiyini, onda Covid-19 xəstəliyinə yoluxduğu hissinin olduğunu, bu gün xəstəliyi ilə bağlı test verməyə gedəcəyini, buna görə də, məhkəmə baxış iclasında iştirak etməyinin sual altında olduğunu bildirdi. O, məhkəməyə təqdim etdiyi iddia müddəti ilə bağlı ərizəni müdafiə etdiyini, keçirilən bütün iclasları onun iştirakı olmadan baxılmasını bildirmişdir və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia müddətinin tətbiq olunması barədə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 iyul 2012-ci il tarixli, 104-11-241-12 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 55000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 10 iyul 2012-ci il tarixli, 104-11-241-12 saylı İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evi 10 iyul 2012-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuşdur; - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10.07.2012-ci il tarixli, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10.07.2012-ci il tarixli, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - 29.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - 18.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 49467,07 manat əsas, 11327,84 manat faiz, 59831,31 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 17470,41 manat faiz borcu olmaqla cəmi 138096,63 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Amrahbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 104-11-241-12 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.07.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borc alan-Cavabdeh1, ipoteka qoyan- Cavabdeh2 arasında 10.07.2012-ci il tarixli № 104-11-241-12 saylı İpoteka müqaviləsi bağlanmışdır. İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanan 10 iyul 2012-ci il tarixli, 104-11-241-11 saylı kredit müqaviləsinin müddəti 10 iyul 2014-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 307.6-cı maddəsinə əsasən, İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 104-11-241-12 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.07.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə İddiaçı ASC ilə borc alan Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 arasında 10.07.2012-ci il tarixli № 104-11-241-12 saylı İpoteka müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbi ilə bağlı 10 iyul 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia tələbi ilə 13.10.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 372-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Mülki Məcəllən 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllən 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfиndən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə bildirir ki, İddiaçı ASC tərəfindənCavabdeh1tututlması tələb olunana borc məbləğinin Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəlməsi xahiş edilsə də iddia tələbinə bağlanılmış ipoteka müqaviləsi əlavə edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 10 iyul 2012-ci il tarixli, 104-11-241-11 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və həmin müqavilənin müddəti 10 iyul 2014-cü il tarixdə bitmişdir. İddiaçı ASC isə 13 oktyabr 2021-ci il tarixdə, yəni 7 il müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyü üçün müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə də müddət ötürülmüş hesab edilməlidir. Məhkəmə əlavə olaraq bildirir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli evin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1, ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 arasında 10.07.2012-ci il tarixli, 104-11-241-12 saylı İpoteka müqaviləsinin bağlanıldığı bildirilsə də, Cavabdeh3 adına bağlanmış ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmiş, müqavilə əsasında hər hansı bir əmlak ipoteka ilə yüklü edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “03.08.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 138096.63 (bir yüz otuz səkkiz min doxsan altı manat 63 qəpik) manat təşkil edir. Bundan 49467,07 (qırx doqquz min dörd yüz altmış yeddi manat 07 qəpik) manat əsas, 11327,84 (on bir min üç yüz iyirmi yeddi manat 84 qəpik) manat faiz, 59831,31 (əlli doqquz min səkkiz yüz otuz bir manat 31 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17470,41 (on yeddi min dörd yüz yetmiş manat 41 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4340/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4340/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver