Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-668/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Xeybər oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 -ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15790.1 on beş min yeddi yüz doxsan dollar 11 sent) ABŞ dolları təşkil edir. Bundan 9066.08 (doqquz min altmış altı dollar 08 sent) ABŞ dolları əsas, 5001.61 (beş min bir dollar 61 sent) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1722.42 (bir min yeddi yüz iyirmi iki dollar 42 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 73 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanamsına kifayyət etmədikdə qalan borc məbləği X1 və X1 tutlması, və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16072015/126535 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 16 iyul 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət| hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 73 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə borc alan ipoteka qoyan Cavabdeh1 Hacıbal oğlu arasında 16 iyul 2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarı verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********296 saylı 08 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar/, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15790.11 (on beş min yeddi yüz doxsan dollar 11 sent) ABŞ dolları təşkil edir. Bundan 9066.08 (doqquz min altmış altı dollar 08 sent) ABŞ dolları əsas, 5001.61 (beş min bir dollar 61 sent) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1722.42 (bir min yeddi yüz iyirmi iki dollar 42 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Xeybər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana illik 25.07 % olmaqla 24 ay müddətinə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verir. Kredit müqaviləsinin əlavənin 1.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı ev ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı əsas kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Reyestrindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı ev Cavabdeh1 Hajıbala oğlunun xüsusi mülkiyyətindədir və ev Amrahbank ASC-də ipoteka ilə yüklü edilmişdir. - İş materiallarında olan xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı kredit müqaviləsinin bütün şərtləri qalmaqla, 3 ay müddətinə əsas və faiz məbləğin ödənişinə güzəşt müddəti verilmişdir. - İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş V-CQ seriyalı 487298 saylı nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və X2 arasında nikah xx.xx.1991-ci il tarixdə 2357 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İddiaçı ASC 17 iyul 2015-cı il tarixli qəbzindən görünür ki, 19000( on doqquz min) ABŞ dollarıməbləğində kredit vəsaiti Cavabdeh1 verilmişdir; İddiaçı ASC xx.xx.02021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx.xx.2015-cı il tarixdə Cavabdeh1 götürdüyü kredit borcuna görə 9066.08 ABŞ dolları məbləğində əsas borcu, 5001.61 ABŞ dolları məbləğində faiz borcu və 1722.42 gecikmiş 5 faiz borcu olmaqla, ümumilikdə cəmi 15790.11 ABŞ dollar Cavabdeh1 oölunun məbləğində borcu yaranmışdır; İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh1 məxsus və İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda qeydə alınmış, 40 manat xidmət haqqı ödənilmişdir; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, mənzil likvid dəyəri 61 000 (altmış bir min) manata dəyərləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mehkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1636 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 2516.14 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu və Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 586.43 ABŞ dolları faiz borcu var. Ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mehkəmə Eksoertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5443 saylı təkrar ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 2516.14 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu və Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 586.43 ABŞ dolları faiz borcu var. Ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Hajıbala oğlu və Cavabdeh2 İddiaçıASC ilə bağladığı xx.xx.2015-ci tarixli, 16072015/126535 nömrəli əsas kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə ödənilməli olan əsas, faiz və 5 faiz məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı iddia tələbində 9066.08 ABŞ dolları əsasə, 5001.61 ABŞ dolları məbləğində faiz borcun və 1722.42 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin ödənilməsini məhkəmədən xahiş etsədə, Məhkəmə Ekspertiza Mərkəzinin hər iki rəyindən məlum olur ki, cavabdehin 2516.14 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 586.43 ABŞ dolları faiz borcu mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2516.14 (iki min beş yüz on altı ABŞ dolları 14 sent) ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 586.43 (beş yüz səksən altı ABŞ dolları qırx üç sent) faiz borcu, cəmi 3102,57 (üç min yüz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları borc pul iddiaçıya ödəməlidirlər. Məhkəmə mülki iş üzrə iddia tələbində zaminə qarşı borcun ödənilməsinə dair xahiş olmadığından, borcun ödənilməsi ilə bağlı zamin X4 münasibət bildirmir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçıASC ilə Cavabdeh1 Hajcıbala oğlu və eyni zamanda ipoteka qoyan şəxsdir və onların arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı ev İddiaçıASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ekspert rəyindən görünür ki, əmlakın likvid dəyəri 61.000 (altmış bir min) manata müəyyən edilir. Habelə, İddiaçıASC ilə Cavabdeh1 Hacjıbala oğlu arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci tarixli, 16072015/126535 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı ev İddiaçı ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayyət etmədikdə yerdə qalan məbləğ Cavabdeh1 tutulmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 06 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evin ilkin satış qiyməti 61.000 (altmış bir min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ipoteka predmentinin Amrahbank ASC-yə təhvil verilməsi hissəsi qanunvericiliyin tələblərinə zidd olunduğundan təmin edilə bilməz. Belə ki, ipoteka predmenti keçiriləcək hərracın yükunlarına dair məlumata əsasən mülkiyyətçiyə verilməli olduğundan və hazırki vəziyyətdə ipoteka predmentinin kimin alacağı məhkəməyə məlum olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı Cavabdeh1 Hcjıbala oğlundan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa mühasibatlıq ekspertizası rəyi üzrə 100 manat məbləğində pul vəsaiti LPO Amrahbank ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Bundan əlavə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı ev açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 Hajıbala oğlu və X5 tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2516.14 (iki min beş yüz on altı manat, on dörd qəpik) ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 586.43 (beş yüz səksən altı dollar, qırx üç sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 40 (qırx) manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 tutulmalı olan borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1yf məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evinə yönəldilsin. Həmin yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Evinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayyət etmədikdə yerdə qalan məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evin ilkin satış qiyməti 61.000 (altmış bir min) manat məbləğində müəyyən olunsun. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsindəki 73 saylı evə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. İddiaçı ASC–dən ekspertizası rəyi üzrə 100 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-668/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-668/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver