Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-290/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən evindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 50607,52 (əlli min altı yüz yeddi manat 52 qəpik) manat təşkil edir. Bundan 38636,72 (otuz səkkiz min altı yüz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1, 10 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2019-cu il tarixli ***- *******TK300419-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 01 may 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.10.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Abşeron rayonu,Saray qəsəbəsi, M.Əzizbəyov küçəsi, 10 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında 01 may 2019-cu il tarixli ***-*******TK300419-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 05.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə etirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və raizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********242 saylı 07 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam erinə yetirsə də. cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq ixtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 50607,52 (əlli min altı yüz yeddi manat 52 qəpik) manat təşkil edir. Bundan 38636,72 (otuz səkkiz min altı üz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 50607,52 (əlli min altı yüz yeddi manat 52 qəpik) manat təşkil edir. Bundan 38636,72 (otuz səkkiz min altı üz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz borcu vardır. İddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Əsas borc məbləği ilə razıdır, lakin faiz borcunu qəbul etmir. Əsas borcu ödəməyə hazır olduğunu bildirdi, əsas borc məbləğinin hissə-hissə bölünərək aylıq ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 01.05.2019-cu il tarixli, ***-*******TK300419-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.05.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 01 may 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli evi 2019-cu il 01 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh3 ilə 01 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 07 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə 38636,72 manat əsas, 11970, 80 manat faiz borcu olmaqla ümumilikdə 50607,52 məbləğində kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi LPO İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 14.01.2022-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 90000 manat müəyyən edilmişdir. Aparılmış qiymətlənddirmənin dəyəri 200 manat təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2019-cu il tarixli ***-*******TK300419-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 01 may 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.10.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Abşeron rayonu,Saray qəsəbəsi, M.Əzizbəyov küçəsi, 10 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında 01 may 2019-cu il tarixli ***-*******TK300419-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 05.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə etirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********242 saylı 07 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam erinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq ixtında qaytarsaydılar bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 50607,52 (əlli min altı yüz yeddi manat 52 qəpik) manat təşkil edir. Bundan 38636,72 (otuz səkkiz min altı üz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə 38636,72 (otuz səkkiz min altı yüz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilsin, həmin əmlakın açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması hissəsi qeyri-müəyyən olduğundan rədd edilməlidir. Belə ki, hazırki qətnamə ilə ipoteka predmetinə yönəlməli olan borcun tutulması ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına mümkün olacaqdır. Ona görədə hərracdan əldə edilmiş vəsait kifayət etmədiyi halda qalan borcun kimdən və hansı qaydada ya məbləğdə tutulmasını müəyyən etmək hazırda mümkün deyil. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindəndə yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehlərdən tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin oluna bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 30.04.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə 38636,72 (otuz səkkiz min altı yüz otuz altı manat 72 qəpik) manat əsas, 11970,80 (on bir min doqquz yüz yetmiş manat 80 qəpik) manat faiz, cəmi 50607,57 mant borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəlsin. ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid olaraq 90000 (doxsan min) manat müəyyən edilsin, həmin əmlakın açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəlsin. İddia tələbi qalan hissədə rədd edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(060)-290/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-290/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver