Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4469/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 19 noyabr 2010-cu ıl tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Birgə nikahlarından 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 10.01.2017-ci il təvəllüdlü X4 adlı iki övladları var. Cavabdeh uşaqların saxlanmasına maddi yardım göstərmir.Buna görə də azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulması vacibdir.Qeyd edilənlərə əsasən Cavabdeh 16 sentyabr 2011-ci il təvəllüdlü X1 və 10.01.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat,cəmi 350 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 513768 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 19 noyabr 2010-cu il tarixdə Naxçıvan MR Şərur rayon Danyeri kənd icra nümayəndəliyində bağlanmış və bu barədə 27 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Qocayeva Arzu “Məmmədova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 836188 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 16 sentyabr 2011-cı il tarixdə X3 doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 893022 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 10.01.2017-cı il tarixdə X4 doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 01.11.2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.11.2021-ci il tarixdən başlayaraq 16 sentyabr 2011-ci il təvəllüdlü X1 və 10.01.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat, cəmi 350 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.11.2021-ci il tarixdən başlayaraq 16 sentyabr 2011-ci il təvəllüdlü X1 və 10.01.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat,cəmi 350 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4469/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4469/2021
03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver