Məhkəmə qərarları › İş №2(007)-458/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-458/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-458/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa oruc qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarının (yataq dəst mebel, açılıb-bağlanan masa 1 ədəd, şkaf (qabları yığmaq üçün), xalça 1 ədəd, daroşka (yolluq) 2 ədəd 2 m*90, 1.50*90, tül pərdə 1 ədəd, televizor, tozsoran, ütü masası, uşaq yatağı, yorğan 1 ədəd, adyal 2 ədəd, yastıq 6 ədəd, döşək 1 ədəd, yataq üçün örtük (pokrıval) 1 ədəd, çxol mələfə (yataq üçün) 8 ədəd, qətvə və dəsmallar 12+6 ədəd, süfrələr 5 ədəd, mətbəx dəsmalları 12 ədəd, yay yorğan dəsti 2 ədəd, servis (12 person) yemək, çay, qəhvə, xrustal 12-li su dəsti, çay stəkanı+armudu stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qaşıq, çəngəl, bıçaq dəsti 12 person, mətbəx bıçaq dəsti 1 ədəd, mətbəx çömçə dəsti 1ədəd, tərəvəz doğrama dəsti 1 ədəd, mikser 1 ədəd, ədviyyat dəsti 1 ədəd, keramik saxlama qabı dəsti 3 ədəd, padnos 3 ədəd, çərəz qabı 2 ədəd, tort qabı 1 ədəd, desert dəsti (6+1), razeta 6, şüşə nimçə 6 ədəd, duzqabı 6 ədəd, salfetkalıq 2, fincan, nəlbəki 6 ədəd, qəndqabı 2 ədəd, mürəbbə qabı 2 ədəd, meyvə qabı 5 ədəd, güldan 2 ədəd, konfet qabı 2 ədəd, dekorativ vaza 3 ədəd, qranit (5-li) qazan dəsti, tefal (4-lü) qazan+1 qazan, samovar çaynik dəst 1ədəd, qəfədan 1 ədəd, ətçəkən, çuğun (3-lü) saxlama qabı, səbət paltar üçün, döşəmə yuyan, zibil qabı, paltar qurudan, hamam üçün ayaqaltı) ona məxsus olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Onun oğlu X5 05 yanvar 2019-cu ildə Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona məxsus olan evə yerləşdirib. Hazırda oğlu cavabdehə qarşı nikahın pozulmasına dair iddia ilə Bakı şəhər Nizami rayon məhkəməsinə müraciət edib. Cavabdeh hazırda valideynlərinə məxsus olan evdə yaşayır, lakin onun qeydiyyatı iddiaçıya məxsus olan mənzildədir və onun əşyaları da həmin mənzildədir. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını iddiaçıya məxsus olan evdən çıxartmayıb. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, ev onun həyat yoldaşınındı və cavabdehin cehiz əşyalarını evdən çıxarmağını istəyir. Eyni zamanda, o qeyd etdi ki, onların 1 uşaqları var və uşağın 2 yaşı var, istəyir barışsınlar, istəyir barışmasınlar cehizin onun mülkündə qalmasını istəmir, cavabdehin qardaşı, qohumları onun evinə hücum edib oğlunu, onu döyüblər, bununla bağlı cinayət işi olub və hökm çıxarılıb, siyahıda bir əşya-abajur əksik yazılıb və onu siyahıya əlavə edəcək. Həmçinin o bildirdi ki, 09.03.2022-ci il tarixdə oğlu ilə cavabdehin nikahları pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, nikahın pozulması ilə bağlı 3 ay verildiyini, nikahın pozulması ilə bağlı işin Ülkər Yusifovada olduğunu, vaxt verildiyini, evin qaynatasının olduğunu, orda qeydiyyatda olduğunu, küçədə qalmalı olmadığını, ev verildikdən sonra çıxacağını, özünə məxsus evinin olmadığını, ata evində yaşamağa imkanı olmadığını, çilçırağın onun olmadığını, əşyaların yerində olduğunu bildirdi. O, 09.03.2022-ci il tarixdə X5 ilə nikahlarının pozulmasını, əşyalarının iddiaçının evindən çıxarılması barədə qətnamə qəbul edilməsinə etiraz etməməsini bildirdi. Məhkəmə iclasında şahid X5 onunla cavabdeh arasında olan nikahın pozulmasına dair iddianı məhkəmədə onun qaldırdığını, məhkəmənin onlara barışıq üçün 3 ay vaxt verdiyini, amma aralarında barışıq olmadığını, evdə olan cehiz əşyalarının çıxarılması ilə bağlı cavabdehə təklif verdiklərini, amma cavabdehin əşyaları çıxarmadığını, nikahın pozulması ilə bağlı işin 09.03.2022-ci il tarixə təyin edildiyini, 2019-cu il tarixdə nikaha daxil olduqlarını, həmin mənzildə yaşadığını, cehizlə bağlı siyahı ilə tanış olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 224090 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1366 saylı reyestr kitabında 13 yanvar 2005-ci il tarixində qeydiyyat aparılmışdır. - İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 26.11.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzilində qeydiyyatdadır. -Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-264/2021 nömrəli, 09.08.2021-ci il tarixli hökmündən görünür ki, X6 zərərçəkmiş şəxs, X1 qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh və X5 05 yanvar 2019-cu il tarixində nikaha daxil olublar, nikahdan sonra Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzilində yaşamışlar və iddia ərizəsində göstərilən cehiz əşyaları həmin mənzildə yerləşdirilmişdir. 20 iyun 2021-ci il tarixində X3 X5 ilə bacısı Cavabdeh həkimə aparmaması səbəbindən aralarında mübahisə baş vermiş və nəticədə X2 yüngül zərər vurulmuşdur. Belə ki, X6 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-264/2021 nömrəli, 09.08.2021-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs, X1 qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cavabdeh və X5 arasında olan nikah Bakı şəhəri Nizami rayon Məhkməsinin 2(007)-336/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən isə gəlinin qayınatanı (və ya qayınananı) saxlamaq aliment kimi öhdəliyi müəyyən edilməmişdir. Yəni gəlin qayınatanın (və ya qayınananın) digər qohumu da hesab edilə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh ilə iddiaçının oğlu X5 arasında faktiki ailə münasibətlərinə son qoyulduğundan, cavabdeh iddiaçının gəlini kimi onun ailə üzvü hesab edilmədiyindən, onun iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzilində yerləşən cavabdehə aid cehiz əşyalarının cavabdeh tərəfindən götürülməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzilindən cavabdehə məxsus yataq dəst mebel, açılıb-bağlanan masa 1 ədəd, şkaf(qabları yığmaq üçün), xalça 1 ədəd, daroşka (yolluq) 2 ədəd 2 m*90, 1.50*90, tül pərdə 1 ədəd, televizor, tozsoran, ütü masası, uşaq yatağı, yorğan 1 ədəd, adyal 2 ədəd, yastıq 6 ədəd, döşək 1 ədəd, yataq üçün örtük (pokrıval) 1 ədəd, çxol mələfə (yataq üçün) 8 ədəd, qətvə və dəsmallar 12+6 ədəd, süfrələr 5 ədəd, mətbəx dəsmalları 12 ədəd, yay yorğan dəsti 2 ədəd, servis (12 person) yemək, çay, qəhvə, xrustal 12-li su dəsti, çay stəkanı+armudu stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qaşıq, çəngəl, bıçaq dəsti 12 person, mətbəx bıçaq dəsti 1 ədəd, mətbəx çömçə dəsti 1ədəd, tərəvəz doğrama dəsti 1 ədəd, mikser 1 ədəd, ədviyyat dəsti 1 ədəd, keramik saxlama qabı dəsti 3 ədəd, padnos 3 ədəd, çərəz qabı 2 ədəd, tort qabı 1 ədəd, desert dəsti (6+1), razeta 6, şüşə nimçə 6, duzqabı 6, salfetkalıq 2, fincan, nəlbəki 6, qəndqabı 2, mürəbbə qabı 2 ədəd, meyvə qabı 5 ədəd, güldan 2 ədəd, konfet qabı 2 ədəd, dekorativ vaza 3 ədəd, qranit (5-li) qazan dəsti, tefal (4-lü) qazan+1 qazan, samovar çaynik dəst 1ədəd, qəfədan 1 ədəd, ətçəkən, çuğun (3-lü) saxlama qabı, səbət paltar üçün, döşəmə yuyan, zibil qabı, paltar qurudan, hamam üçün ayaqaltı adlı cehiz əşyaları çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ona aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37 A saylı evin 38 saylı mənzilindən Cavabdeh tərəfindən ona məxsus yataq dəst mebel, açılıb-bağlanan masa 1 ədəd, şkaf(qabları yığmaq üçün), xalça 1 ədəd, daroşka (yolluq) 2 ədəd 2 m*90, 1.50*90, tül pərdə 1 ədəd, televizor, tozsoran, ütü masası, uşaq yatağı, yorğan 1 ədəd, adyal 2 ədəd, yastıq 6 ədəd, döşək 1 ədəd, yataq üçün örtük (pokrıval) 1 ədəd, çxol mələfə (yataq üçün) 8 ədəd, qətvə və dəsmallar 12+6 ədəd, süfrələr 5 ədəd, mətbəx dəsmalları 12 ədəd, yay yorğan dəsti 2 ədəd, servis (12 person) yemək, çay, qəhvə, xrustal 12-li su dəsti, çay stəkanı+armudu stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qaşıq, çəngəl, bıçaq dəsti 12 person, mətbəx bıçaq dəsti 1 ədəd, mətbəx çömçə dəsti 1ədəd, tərəvəz doğrama dəsti 1 ədəd, mikser 1 ədəd, ədviyyat dəsti 1 ədəd, keramik saxlama qabı dəsti 3 ədəd, padnos 3 ədəd, çərəz qabı 2 ədəd, tort qabı 1 ədəd, desert dəsti (6+1), razeta 6, şüşə nimçə 6, duzqabı 6, salfetkalıq 2, fincan, nəlbəki 6, qəndqabı 2, mürəbbə qabı 2 ədəd, meyvə qabı 5 ədəd, güldan 2 ədəd, konfet qabı 2 ədəd, dekorativ vaza 3 ədəd, qranit (5-li) qazan dəsti, tefal (4-lü) qazan+1 qazan, samovar çaynik dəst 1ədəd, qəfədan 1 ədəd, ətçəkən, çuğun (3-lü) saxlama qabı, səbət paltar üçün, döşəmə yuyan, zibil qabı, paltar qurudan, hamam üçün ayaqaltı adlı cehiz əşyaları çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar