Məhkəmə qərarları › İş №2(007)-458/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-458/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-458/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X5 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2006-cı il təvəllüdlü X6 atası İddiaçı olmamasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ərarvad münasibətində olmuş və bu münasibətlərindən övladları olmamışdır. Cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri-rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt o, cavabdehlə rəsmi nikahda olmamış və uşağı saxlamağa etiraz etməsə də uşaq evindən götürülmüş xx.xx.1999-cu il təvəllüdlü Rəhimov Murada dair atalığı qəbul etməmiş və bununla bağlı razılıq verməmişdir. Sonradan 19 aprel 2003-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olub yaşasa da övladları olmamış və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına gedərək orada işləyib qalmışdır. Bir neçə il sonra Bakıya qayıtdıqda cavabdehin başqa şəxsdən xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsul adında ikinci uşağının olduğunu görmüş və bununla bağlı aralarında mübahisə yaranmışdır. Cavabdehin xəyanətindən sonra Rusiya Federasiyasına qayıtmış və cavabdehlə əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edərək 1999cu il təvəllüdlü Rəhimov Murad və xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsul adlı uşaqlara doğum haqqında şəhadətnamə almış və rəsmi nikahda olduqları üçün uşaqların ataları kimi onun adını vermiş və doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı yazılmışdır. xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsulun anadan olmasından 9 ay əvvəl o Azərbaycanda olmamışdır və həmin müddətə cavabdehdə Azərbaycandan kənarda olduğundan uşağın atasının o olması istisnadır. Bununla bağlı AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyi tərəfindən DNT testi keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsulun bioloji atasının iddiaçının olması inkar olunmuş, bu əvvəlki məhkəmə qətnamələrində öz əksini tapmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz və etiraza əlavə verərək iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, o, İİ qrup əlil anasıdır, yoldaşı X12 aliment verməkdən yayınır və qaçır. O, uzun illər Rusiyada gizlənmiş, 2009-cu ildə Kürdəmir Rayon İcra şöbəsinin icraçıları Nərimanın aliment verməkdən yayınması ilə əlaqədar onun valideynlərindən Nərimanı soruşmuşlar və valideynlər bu haqda Nərimana xəbər verdiklərindən adı çəkilən şəxs icraçıların onu axtarmasından, barəsində axtarış və həbs qərarının olduğunu bildiyindən Azərbaycana qayıtmaq fikri otmamışdır. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmş qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən imtina etməsinə görə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 20 levral 2018-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)-271/2018 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmündən məhkum edilmiş şəxs X3 müdafiəçiləri X14 və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasika şikayətləri qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü dəyişdirilmiş, məhkum edilmiş şəxs İddiaçı AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına qədər azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)-271/2018 saylı qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, «məhkum edilmiş şəxsin müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərinə və məhkumun söylədiklərinə uyğun çıxış edərək əlavə etdi ki, məhkum edilmiş şəxsin həbsdə qalması və bunun nəticəsində uşaqların alimentdən məhrum olunması, əslində məhz həmin uşaqların məhrumiyyətlərə düçar olmasına gətirib çıxaracaqdır. Məhkum edilmiş şəxs 11 mart 1999-cu ildə anadan olmuş Rəhimov Murad və 30 iyun 2006-cı ildə anadan olmuş Rəhimzadə Rəsul adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtı-vaxtında ödəyəcəyinə söz verir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmünün ləğv edərək, İddiaçı Feyzulla oğluna ittihamla elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə bəraət verilməsi barədə məhkəmə kollegiyası qərar qəbul edə bilmədiyi təqdirdə, məhkum edilmiş şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməklə Kürdəmir Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdi». Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri məhz İddiaçı dediklərinə əməl edəcəyini nəzərə alaraq, hökmdə dəyişiklik edərək, onun cəzasını 6 ay azaltmışdır. Lakin Nəriman məhkəmədə verdiyi sözə əməl etməyərək, məhkəməni aldatmaqla cəzasını azaltmağa nail olmuş, hu günə qədər də alimenti verməkdən yayınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)-370/ 2009 saylı qətnaməsində də qeyd edilir ki, «iş materiallarından köçürmə ərizələrindən görünür ki, X12 tərəfindən Cavabdeh xx.xx.2005-ci il tarixdə 618 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2005-ci ildə 309 ÄBŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2006-cı ildə 1000 ABŞ dolları, xx.xx.2006-cı ildə 500 ABŞ dolları, xx.xx.2007-ci ildə 1000 ABŞ dolları və xx.xx.2007-ci işidə 1000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İddiaçı həbsdən çıxdıqdan sonra ona hədə-qorxular gəlmiş, onun həyatını alt-üst edəcəyini, onun başına oyunlar gətirəcəyini, vəkil tutub alimenti ləğv edəcəyini, ona verəcəyi pulları vəkillərə verib onu çətin vəziyyətə salacağını demişdir. İddiaçının hazırki tələbi ona olan 25000 manat aliment borcunu ödəməkdən canını qurtarmaq üçün əl atdığı ən son variantdır. O, hazırda özü İİ qrup əlil olmaqla qanazlığından (anemiya) əziyyət çəkən Murad və Rəsul adlı iki uşağını saxlamaqla, onların müalicəsi ilə məşğul olmaqla çox çətin maddi sıxıntı içərisində yaşayır, özünün də müalicəyə ehtiyacı var. Bu neçə illər ərzində qohum-əqrəbadan, tanışlarından aldığı borc və götürdüyü kredit hesablarına uşaqlarını güc-bəla ilə böyüdüb saxlasa da, həmin pulları qaytardığı təqdirdə özünün və uşaqlarının müalicələrini davam etdirmək üçün hazırda iddiaçının ona borclu olduğu alimentə çox ehtiyacı var. İddiaçı onu həbsdən çıxdıqdan sonra məhkəmələrə vermiş və məhkəmələr onun iddialarını rədd etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(007)-370/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, X4 11 mart 1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş X9 və 30 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin 14 yanvar 2009-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həyat yoldaşı Cavabdeh qızma görə hər ay sabit pul məbləğində 65 manatın, 14 yanvar 2009cu il tarixdən başlayaraq, Cavabdeh əmək qabiliyyətli hesab edildiyi vaxtadək ona verilməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2017-ci il tarixli 2(103)-5461/ 2017 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)-370/2019 saylı qətnaməsi «X4 Cavabdeh qızma görə hər ay sabit pul məbləğində 65 manatın xx.xx.2009-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması» hissəsində ləğv olunması, Cavabdehnm iddia tələbi «cavabdehdən özünün saxlanması üçün hər ay ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində pul vəsaitinin tutulması» hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən 23 oktyabr 2017-ci il tarixdə kassasiya şikayəti təmin edilməmiş,. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2017-ci il tarixli 2(103)-5461/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarı ilə hakim Elşanə Vəliyeva qeyd etmişdir ki, «Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən uşaqların saxlanılmaları iiçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı olması bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur». Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-590/2017 saylı qətnaməsinə əsasən X12 ölmüş elan edilmiş, həmin məhkəmənin 17 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli 2(007)-590/2017 saylı qətnaməsi ləğv edilmişdir. X12 30 mart 2017-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli qətnaməsindərn apellyasiya şikayəti verərək, iddianın ləğv edilməsini, iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətində qeyd etmişdir ki, «həqiqətən də Cavabdeh ilə 1998-ci ildə ailə qurmaqla onunla bir müddət yaşasa da uşaqları olmamış, Muradı götürüb saxlamışlar. Sonradan iddiaçı ilə 19 aprel 2003-cü ildə rəsmi nikaha daxil olsa da uşaqları olmamış, 2004-cü ilin sonlarında işləmək üçün Moskva şəhərinə getmişdir. Moskvada olduğu dövrdə iddiaçının da qeyd etdiyi kimi 2005-ci ilin may ayından 2007-ci ilin iyun aymadək ona pul göndərmiş, lakin sonradan Bakıya gələrkən iddiaçının başqa şəxsdən ikinci uşağının doğulduğunu görmüş, buna görə aralarında mübahisə yaranmış, iddiaçı polisə şikayət etmiş, polisdə də uşaqların ondan olmadığını bildirmişdir. 2016-cı ildə Moskvadan Bakıya qayıdarkən Hava Limanında onu saxlayaraq Kürdəmir rayonuna aparmışlar və məhkəmənin qərarı ilə ona 20 sutka həbs cəzası verilmişdir. Bundan sonra bilmişdir ki, iddiaçı 2009-cu ildə məhkəməyə müraciət etmiş və ondan aliment tutulması barədə qətnamə çıxarılmışdır. X2 özü evə gətirib övladı kimi böyütməyi təklif etmiş, hətta iddia ərizələrində də özü təsdiq etmişdir ki, uşağı götürüb saxlamağa etiraz etməmişdir. Uşaqların 8 yaşına kimi böyüdülməsində çox böyük zəhməti olmuş, uşaqlarına və ailəsinə böyük qayğı göstərmiş, uşaqlarının yolunda dəfələrlə qurban kəsib paylamış, qohum-əqrabasının evinə aparıb-gətirmişdir. Rəhimzadə Rəsulun dünyaya gəlişi səbəbindən qurbanlar kəsərək xx.xx.2006-cı ildə E.Süleymanov küçəsində 1 otaqlı mənzil almışdır. Nəriman qardaşı qızı 13 yaşlı Leyla Rəhimovanın onların evinə gəlib uşaqlara baxmaqda ona kömək etməsinə də şəxsən özü təşəbbüs göstərmişdir. Bütün bunları sübut edən fotoşəkillər də vardır. X15 1999-cu ildə doğulmuş, R.Nəriman 2007-ci il yanvarın 18-də öz xətti ilə əlyazması ilə ona məktub yazaraq Rusiyaya gedəcəyini, 3 gündən sonra pul göndərəcəyini, daha sonra onları öz yanına aparacağını qeyd etmişdir. Çünki Nəriman ailəsini və uşaqlarını həmin vaxtlarda çox sevib qayğı göstərmişdir. Sonradan Nərimanın ailəsindən uzaqlaşıb, pul göndərməməsinə səbəb isə qardaşı ilə arvadının onu ailəsindən uzaqlaşdırmaq və pul göndərməmək, həmin pulları onlara xərcləmək üçün min bir yolla etdikləri cəhdlər, yalanlar olmuşdur. R.Nəriman onun üstünə şər ataraq ərizəsində qeyd etmişdir ki, “polislər Sədaqətin Nərimana xəyanət etməsini, Nərimandan uşağının olmamasını sübut etmişlər.” Axı polislərin bu işlə nə əlaqəsi ola bilər və buna dair Nərimanın heç bir sübutu belə yoxdur. Bütün bu yazdıqları ilə Nəriman ona şər, böhtan və iftira ataraq şərəf və ləyaqətini alçaltmaq istəmişdir. Lakin onun söylədiklərinin sübut olunmaz olduğu, şər-böhtan olduğu aşkardır. Əgər o, Nərimana xəyanət etmişdirsə, məhkəmə iclasında dedikləri ilə sübut olunur ki, onunla aralarındakı mübahisə xəyanət yox, az pul göndərdiyinə görə olub. Buna görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2007-ci il tarixli 7-110/07 saylı, "inzibatı qərarında qeyd edilir ki, «məhkəmədə iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2002-ci ildən Rusiya Federasiyasına pul qazanmaq üçün getmiş və hər ay ailəsinə 500 ABŞ dolları göndərməklə ailəsini saxlayır. Lakin bu məbləğ həyat yoldaşı Cavabdehm qane etmədiyindən onlar arasında mütəmadi olaraq mübahisələr baş verir». Nizami Rayon Məhkəməsi «İddiaçı barəsində cəza təyin edərkən onun şəxsiyyətini, əvvəllər məhkum olmamasını, ailəli, himayəsində iki uşağının, olmasını, həyat yoldaşı ilə barışmasını nəzərə alaraq, belə hesab etmişdir kı, İddiaçı haqqında cərimə növündə inzibati cəza təyin edilməsi mümkündür» və bütün bu halları nəzərə alaraq, N. Rəhimov AR. İXM-nin 296-cı maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 25 mislində, yəni 27 manat 50 qəpik cərimə edilmişdir. Rəhimov Nəriman «nikahın pozulması və uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında qeydin etibarsız sayılmasına dair» ərizəsində də qeyd etmişdir ki, «Cavabdeh ilə rəsmi nikaha daxil olmamış və aşağın qeyri-rəsmi götürülüb saxlanılmasına etiraz etməmişdir». Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi və məhkəmə qərarı vardır ki, Rəsul iddiaçının uşağı deyildir. İddiaçının uşağının olması mümkünsüzdür. Ekspert rəyinə əsasən cavabdehin əməlində cinayət tərkibi var. İddiaçı başqa adamın uşağına atalıq etməyə razı deyildir. O, həmçinin cavabdehin iddiaya etirazına münasibətdə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsində iddia düzgün verilmədiyindən rədd edilmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 2007-ci ildə iddiaçı barəsində cinayət işi olmuş və uşağı olduğu üçün ona bəraət verilmişdir. İddiaçı ona qarşı qərəzlidir. Bu söhbət olandan böyük uşağı evdən çıxıb getmişdir. İddiaçı ona məhkəmədə 30000 manat xərc çəkdiyini demişdir. İddiaçı ona mənzillə bağlı da iddia irəli sürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını xx.xx.2003-cü il tarixdə rəsmiləşdirmişlər. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş Murad adlı və 30 iyun 2006-cı il tarixdə anadan olmuş Rəsul adlı uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında “X12”, ana qrafasında isə “Cavabdeh” yazılmışdır. İddiaçı həmin uşaqların onun olmasını mübahisələndirmiş məhkəmə qərardadına əsasən keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2019-cu il tarixli, 647/2019 nömrəli rəyi ilə genetik test nəticəsində testə uğradılan uşaq X6 güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, X5 ekspertizaya təqdim olunmuş X13 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X6 doğum akt qeydinə müvafiq düzəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 127,0 (yüz iyirmi yeddi) manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3730/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti isə təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 Cavabdeh qarşı doğum haqqında şəhadətnamədə ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, 30 iyun 2006-cı il təvəllüdlü X8 münasibətdə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın xx.xx.2006-cı il təvəllüdlü Rəsul Rəhimzadəyə münasibətdə ata qrafasındakı qeydi etibarsız hesab edərkən 25 oktyabr 2019-cu il tarixli ekspertiza rəyinə əsaslanmışdır. Həmin ekspertiza rəyində X5 ekspertizaya təqdim olunmuş X13 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X13 tərəflər rəsmi nikahda olduqları müddətdə doğulmuş və Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən də doğum haqqında şəhadətnaməsində onlar uşağın valideynləri kimi qeyd olunmuşlar. Başqa sözlə iddiaçının Rəsulun atası kimi qeydi cavabdehlə rəsmi nikah qeydinə əsasən aparılmışdır. Buna görə də, həm doğum akt qeydində, həm də doğum haqqında şəhadətnamədə iddiaçının atalıq qeydinin aparılması həmin qeyd aparılan vaxt qanuni olmuşdur. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 47.1-ci maddəsinə əsasən, bu məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamnədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu məcəllənin 46.2-ci maddəsinə uyğun olaraq uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvəyyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən normalarının məzmunundan görünür ki, valideynlər öz aralarında nikahda olduqda nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın atası və anası kimi qeyd olunur. Tərəflər arasında atalıq və analıq barədə mübahisə olduqda isə mübahisə məhkəmə yolu ilə həll olunur. Atalıq faktına dair mübahisənin həlli isə xüsusi bilik etdiyindən ekspert rəyi əsasında müəyyən edilə bilər. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli 647/2019 nömrəli rəyini həm nəzəri, həm də elmi-tədqiqi baxımından kifayət qədər əsaslandırıldığı üçün mötəbər sübut kimi qəbul edir. Həmin rəyə əsasən X5 ekspertizaya təqdim olunmuş X13 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3730/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsində də ekspert rəyinə qiymət verilmiş və onun mötəbərliyi mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən xx.xx.2016-cı il tarixli qərarına əsasən mülki iş üzrə qanuni qüvəyyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Məhkəmə iddiaçının iddia tələbinin “doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, doğum şəhadətnaməsi müvafiq doğum qeydinə əsasən verildiyindən doğum qeydi ləğv edilmədən doğum barədə şəhadətnamədə iddiaçının adının ləğv edilməsi mümkünsüzdür. Ona görə də iddia tələbi həmin hissə qismən təmin olunmalı xx.xx.2006-cı il təvəllüdlü X6 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydi ləğv edilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında müvafiq qeyd ləğv edildikdən sonra doğum şəhadətnaməsində də həmin qeydlərin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Rəhı̇ mov Nərman Fəzulla oğlunun xx.xx.2006-cı il təvəllüdlü X6 atası olmaması müəyyən edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə 50 manat mediasiya xərci çəkilmiş, 50 manat da dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Rəhı̇ mov Nərman Fəzulla oğlunun xx.xx.2006-cı il təvəllüdlü X6 atası olmaması müəyyən edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində Rəhı̇ mov Nərman Fəzulla oğlu tərəfindən çəkilimiş 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar