Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-467/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2011-ci il tarixdə ailə qurmuşdur. Bu nikahdan 17 iyul 2011-ci il təvəllüdlü X5 və 18 dekabr 2015-ci il təvəllüdlü X6 anadan olmuşlar.Nikahları 10.12.2016-cı il tarixdə pozulmuşdur. Qeyd olunanlara əsasən azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı uşaqları ondan gizlədir. Uşaqlar Rusiya vətəndaşıdırlar. Maaşı 250 manat təşkil edir. Yeni ailə qurmuşdur. Bir övladı vardır. Aliment təyin edilərkən ailəsinin olmasını nəzərə alınmasını xahiş edir.Alimenti hər uşağa 130 manat olmaqla, cəmi 260 manat ödəyə biləcəyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 390054 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah 19.02.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 576 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra X10 soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 226661 nömrəli nikahın pozulması haqqında şəhadətnamdən görünür ki, Cavabdeh ilə X12 arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi hqqında akt qeydləri kitabında 10.12.2016-cı il tarixli 71 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 396333 saylı,atalığın müəyyən olunması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikahdan 27.12.2019cu il təvəllüdlü X11 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan,doğum haqqında arayışdan görünür ki,X7 12 dekabr 2015-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli DOST İŞ MƏRKƏZİNİN arayışından görünür ki, Cavabdeh aylıq maaşı 250 manatdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 31 avqust 2020-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 170,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən,eləcə də cavabdehin əmək haqqının cəmi 250 manat olduğunu,hal-hazırda başqa şəxslə ailə qurduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 iyul 2011-ci il təvəllüdlü X4 və 18 dekabr 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyul 2011-ci il təvəllüdlü X3 və 18 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-467/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-467/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver