Məhkəmə qərarları › İş №2(007)-485/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-485/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-485/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Rauf qızının Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddiaçı Rauf qızı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla X2 nikahı 16.09.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 21.08.2018-ci il tarixdə X3 anadan olmuşdur. Bir müddət sonra P.Vəlizadə ilə onun münasibətləri pozulmuş və nikahın pozulması üçün məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur. Bakı şəhər Nizami rayon məhkəməsinin 20.02.2020-ci il tarixli 2(007)-272/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında nikahın pozulması qət edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. P.Vəlizadə ilə birbirilərini sevib evlənmişlər. Onların hər ikisi həmçinin Respublika Vergilər Nazirliyində bir yerdə işləmişlər. Evləndikdən sonra bir müddət münasibətləri normal, qarşılıqlı hörmət müstəvisində olmuşdur. Lakin hazırki iş üzrə Cavabdeh onların ailəsinin dağılmasına səbəbkar olmuşdur. Cavabdeh onlarla birlikdə nazirlikdə işləmişdir. Cavabdeh hər vasitə ilə Pərviz Vəlizadə ilə ən yaxın münasibətlər qurmuş, telefon danışıqları, vatsap yazışmaları ilə onu cəlb etmişdir.Məhz cavabdehin bu hərəkətləri, Pərviz Vəlizadənin ona xəyanətləri nəticəsində onlarının ailə həyatı pozulmuş, münasibətləri gərginləşmiş, ailədə hər gün söz-söhbətlər yaranmışdır, P.Vəlizadə hətda dəfələrlə iddiaçıya fiziki zor tətbiq etmiş, döymüşdür ki, bunun sonu olaraq övladları vaxtından tez, natamam doğulmuşdur ki, hazırda onun da əziyyətini ana-bala çəkir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə iddiaçıya mənəvi ziyanlar yetirilmişdir. Xidməti iş yerində peşəkarcasına fəaliyyət göstərməklə özünəməxsus reytinq qazanmışdır, özünə görə nüfuza malikdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının ailəsinin pozulması, hesab edir ki, onun nüfuzuna xələl gətirmişdir. Artıq xeyli müddətdir ki, psixoloji gərginlik içərisindədir ki, bu da onun şəxsi və xidməti həyatında mənfi təsirlərini göstərmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ona mənəvi ziyan yetirilmişdir. Bu mənəvi ziyanın ölçüsü heç bir maddi dəyərlə əvəzlənə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Sədrlik edən cavabdehin nümayəndəsi və vəkilinə iş üzrə izahat verməyi təklif edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddia tamamilə absurd faktlar əsasında verilmişdir. Belə ki, iddiaçıya hüquqlarını müdafiə etdiyii Cavabdeh tərəfindən heç bir qeyri qanuni hərəkətlərə yol verilməmişdir. İddiaçının iddia ərizəsində göstərmiş olduğu faktlar onun keçmiş həyat yoldaşı Vəlizadə Pərviz tərəfindən yetirilmişdir. Bununla bağlıda iddiaçı keçmiş həyat yoldaşı barədə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət edə bilər. Həmçinin bildirmək istəyir ki, qanunvercilikdə qeyd olunur ki, mənəvi ziyanla bağlı iddia o zaman tələb olunur ki, təqsirkar şəxsin qanunsuz hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ziyan çəkməsi ilə nəticələnsin.İndiki halda isə cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçın mənəvi ziyan cəkməsi subuta yetirilməmiş və iş materiallarında da öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X1 Bakı şəhəri,G.Mehmandarov küçəsindəki 18 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X6 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi M.Kazımov küçəsindəki 12 saylı evdə qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,X4 ilə İddiaçı arasında olan nikah 21 may 2020-ci ildə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatı iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Rauf qızı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar