Məhkəmə qərarları › İş №2(007)-509/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-509/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-509/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2nın iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 05 yanvar 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından bir övladıları dünyaya gəlib. Cavabdehlə münasibətləri pisləşdiyi üçün nikahları n məhkəmə qaydasında pozulub. Cavabdehlə nikahda olan dövrdə 2012/2020-ci il tarixdə birgə nikah dövründə əldə olunan vəsait hesabına Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi döngə 6-da yerləşən 9/1 saylı fərdi ev tikmişlər. Həmin fərdi ev nikah dövründə əldə etdikləri vəsait hesabına tikilib, təmir edildiyindən onlar arasında bərabər surətdə bölünməlidir. Belə ki, "xxxx" MMC”-nin daşınmaz əmlakın qiymətləndirilməsi texniki ekspertinin qiymətləndirmə rəyinə görə yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evlərinin tikinti və təmirinə çəkilən xərcin bazar qiyməti,yəni birmərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilən xərc 20.000 manat təşkil edir.Buna baxmayaraq o, idda tələbində ilk öncə təmir xərcini istəsə də sonradan tələbinin həcmini azaldaraq yalnız alqı-satqı zamanı ödənilən 35000 ABŞ dolları vəsaitin paylara uyğun olaraq onların arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi,iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərk göstərdi ki,o,məhkəməyə sənədlər təqdim etmişdir. Həmin sənədlərdən də, görünür ki,Sabunçu qəsəbəsində yerləşən ev ona məxsusdur. Kamilin adına hər hansı bir əmlak yoxdur, ümumiyyətlə birgə nikah dövründə Kamilin adına hər hansı bir əmlak alınmayıb. İş materiallarınada olan ərizənin də, əsli yoxdur. İddiaçı surətini təqdim edirsə, əslini də, təqdim etsin.Xahiş edir ki,idda təmin olunmasın. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək göstərdi ki, idda tamamilə əsassızdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, Sabunçu qəsəbəsində yerləşən ev Nümayəndə məxsusdur. Cavabdeh adına hər hansı bir əmlak alınmayıb, qarşı tərəfin təqdim etdiyi ərizə ilə bağlı isə onu qeyd etmək istəyir ki, həmin ərizə notariat qaydada təsdiq olunmayıb, heç ərizənin əsli də deyil, sadəcə olaraq kserosurətdir, həmin sənəddən kim istəsə surət çıxardıb nə istəsə yaza bilər. Ona görə də, xahiş edir ki, iddia tələbi tam olaraq əsassız olduğu üçün təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş mаtеriаllаrını аrаşdırıb və məhkəmə iclаsındа tədqiq оlunаn sübutlаrа hüquqi qiymət vеrərək bеlə hеsаb еdir ki, iddiа təmin еdilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Belə ki,iddiaçı tərəf yeganə sübut kimi Cavabdeh tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış 26 aprel 2014-cü il tarixli(notarial qaydada təsdiqlənmiş) ərizənin kserosurətinə istinad etmişlər.Lakin həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etmək üçün iddiaçının vəsatəti ilə məhkəmə iclası bir-neçə günlüyə təxirə salınsa da qeyd olunan sənəd təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbədən iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsinə dair iddiası təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar