Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-543/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Mirzəyev Niyazi Mustafa oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24A ünvanında yerləşən 75 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmışdır. Sığortalı Mirzəyev Niyazi Mustafa oğlu sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi ilə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi nəticəsində sığortalı əmlaka maddi zərər dəymişdir. 142 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 sentyabr 2017-ci tarixli akta əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24A, mənzil 75-ə baxış keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 77 saylı mənzildən alt mərtəbədə yerləşən mənzilə su axıdılmışdır. Nəticədə 75 saylı mənzilin dəhlizinin tavanına, divarlarına və hamam, tualet hissələrinə maddi ziyan dəymişdir. Həmçinin aktda qeyd olunur ki, 77-ci mənzildə yaşayan sakinlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nasazlıq aradan qaldırılmamışdır. Əmlakın hadisə nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 13 oktyabr 2017-ci il tarixli Qüsur aktına əsasən, hadisə nəticəsində əmlaka dəymiş zərərin həcmi 403,50 manat məbləğində qiymətləndirilmişdir. RAT********** saylı sığorta Müqaviləsinin 043599 saylı sığorta aktına əsasən Mirzəyev Niyazi Mustafa oğluna məxsus əmlaka dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və sığorta məbləğinin bərpa olunması üçün lazım olan 0,50 manat çıxılmaqla 153 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilmişdir. Aşağıda göstərilənlərə əsasən, qeyd olunan sığorta hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 153 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən Sığortalı Mirzəyev Niyazi Mustafa oğluna məxsus ünvan 1 ünvanda yerləşən 75 saylı mənzilə dəymiş zərərə görə 153 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 dövlət rüsumu, cəmi 173,40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "İddiaçı" SŞ ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirdi ki, bəli sözü gedən mənzilə su axıdılıb və o qonşuya təklif etdi ki, köməklik göstərsin,lakin iddiaçı ona sığorta şirkətinə müraciət edəcəyini bildirdi. Məhkəmədən cərimə borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: 23 oktyabr 2017-ci il tarixli 043599 nömrəli Sığorta Aktı RAT-dan görünür ki, Mirzəyev Niyazi Mustafa oğluna məxsus əmlaka dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və sığorta məbləğinin bərpa olunması üçün lazım olan 0,50 manat çıxılmaqla 153 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilmişdir. 13.10.2017-ci il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində əmlaka dəymiş zərərin həcmi 403,50 manat məbləğində qiymətləndirilmişdir. "İddiaçı" SŞ ASC ilə Mirzəyev Niyazi Mustafa oğlu arasında bağlanmış BA seriyalı 780252 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, Mirzəyev Niyazi Mustafa oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24A ünvanında yerləşən 75 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24A ünvanında yerləşən 75 saylı mənzil Mirzəyev Niyazi Mustafa oğlunun xüsusi mülkiyyətindədir. Mənzil Mirzəyev Niyazi Mustafa oğlunun adına 01.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 142 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 sentyabr 2017-ci tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24A, mənzil 75-ə baxış keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 77 saylı mənzildən alt mərtəbədə yerləşən mənzilə su axıntıları müəyyən edilmişdir. Nəticədə 75 saylı mənzilin dəhlizinin tavanına, divarlarına və hamam, tualet hissələrinə maddi ziyan dəymişdir. Həmçinin, 77-ci mənzildə yaşayan sakinlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nasazlıq aradan qaldırılmamışdır. 06.08.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 06.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 153 manat sığorta ödənişini 07 iş günü ərzində şirkətə ödənilməsi barədə xəbərdar olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsisindəki, 24A saylı evin 75 saylı mənzilinə, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 77 saylı mənzildən su axıdılmış,nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Dəymiş ziyanın miqdarı 153 manat təşkil edir.75 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də sığortalandığından sığorta şirkəti iddiaçıya ödəmiş və həmin vəsaitin tələb olunması üçün subroqasiya qaydasında iddia qaldırmışdır. Cavabdeh iddianı qəbul etmişdir.Ona görə də iddia əsaslı hesab olunmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 153 manat sığorta ödənişi və ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 173,40 manat "İddiaçı Sığrorta Şirkəti" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 153 manat sığorta ödənişi və ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 173,40 manat "İddiaçı Sığrorta Şirkəti" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-543/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-543/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver