Məhkəmə qərarları › İş №2(007)-556/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-556/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-556/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi maraqlı şəxs 1 saylı “Bakı ASAN” sidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsinin təmin edilərək, X4 1978-ci ildə və X5 1984-cü ildə ölmələri və onların X7 valideynləri olmarı faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, X6 xx.xx.1964-cü il tarixdə Erməsintan Respublikasının Masis rayonunun Kalinin qəsəbəsində doğulmasına dair akt qeydinin bərpa edilməsini, onun doğum akt qeydində ata adı qrafasında X9, ana adı qrafasında X3 qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə hazırlıq iclasında ərizəçinin ərizəsinə əsasən maraqlı şəxs 1 saylı “Bakı ASAN” sidmət mərkəzində qeydiyyat şöbəsi Maraqlı şəxs ilə əvəz edilmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən X11 ilə faktiki nikah münasibətində olub. Birgə yaşayış dövründə 29 aprel 2011-ci il tarixdə bir oğulları doğulub. AZ-İ seriyalı 260791 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X12 29 aprel 2011-ci il tarixində doğulmuş oğlunun atası hesab edilmiş və AZ-İİİ seriyalı 316572 №-li doğum haqqmda şəhadətnamə alınıb. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışa əsasən X6 tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 9 mərtəbəli evin 2-ci girişində, 6-cı mərtəbəsində ümumi sahəsi 84,0 kv.m olan dörd otaqlı 20 saylı mənzili vardır. AZ-İİ № 410507 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X11 06 mart 2024-cii il tarixdə ölüb. X1 rəsmi nikah qeydiyyatında olduğu arvadı və həmin nikahdan olan iki uşağı, eləcə də onunla birgə yaşayışdan 29 aprel 2011-ci il tarixdə doğulan Fariz vərəsə hesab edilir. Bunula əlaqədar vərəsəlik şəhadətnaməsi alınması üçün notariat ofiinə müraciət etdikdən ölənin validyenləri haqqında da sənəd tələb edilib. X1 validynİəri-atası X4 1978-ci, anası X5 isə 1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda ölüb və orada dəfn ediliblər. Bu səbəbdən mərhumun validynləri-atası X9 və anası X5 ölmələri barədə və onların mərhumun valideynləri olmaları barədə sənəd əldə etmək mümkün deyil. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb. O, X9 və X5 ölüm faktlarını və onların X6 valideynləri olmalarım təsdiq edəcək sənədləri başqa qaydada əldə edə bilmir.

İş materialları:

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0,141 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində, 84.0 kv.m ümumi, 48.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 984 nömrəli reyestr kitabının 88336 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. AZ-İİİ seriyalı 316572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 29 aprel 2011-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır.

7. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-259-15/24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən: 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir;

14. itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, X8 məxsus doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyindən onun doğum haqqında akt qeydinin bərpası ilə bağlı ərizənizin təmin edilməsi qeydiyyat şöbəsində mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-52/2-658/25 nömrəli məktubunda qeyd olunan X8 məxsus fərdi uçot kartoşkasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuşdur. Atası X17 оğlu, anası X13r.

9. Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-11248/2025 saylı məktubundan görünür ki, X6 doğumu, X4 və X5 ölümü haqqında akt qeydlərinin kserosurətinin istənilməsi barədə təkrar müraciətə baxılmışdır. Qeyd edirlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən F.Əliyevin doğumu, Q.Əliyevin və S.Məmmədovanın ölümü barədə akt qeydlərinə dair məlumat aşkar edilmədi. Belə ki, Ermənistanda doğulmuş şəxslərin doğumu haqqında akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilmir.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

11. Məhkəmə iclasında Ərizəçi ərizənin və ərizənin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

16. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ilə X11 faktiki nikah münasibətlərində olmuş və onların münasibətlərindən xx.xx.2011-ci il tarixdə X16 adlı övladları anadan olmuşdur. X11 xx.xx.2024-cü il tarixdə vəfat edib, o, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasında Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuşdur, atası X9, anası X13r. Onun doğum haqqında şəhadətnaməsi itirilmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir, məhkəməyə müraciət etməlidir.

17. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.

Nəticə:

18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, X6 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Kalinin qəsəbəsində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X9, ana adı qrafasında X14 göstərilməli, göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X6 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.

19. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X6 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Kalinin qəsəbəsində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X9, ana adı qrafasında X14 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X6 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar