Məhkəmə qərarları › İş №2(023)-491/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-491/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-491/2023 04.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının və atalıq faktının müəyyən edilməsi tələbinə dair işə 04 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X6 19 dekabr 2012-ci il tarixdə vəfat etməsi və həmin tarixdə vəfat edən X6 onun doğma atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə etmiş və bildirmişdir ki, ərizəçinin atası X12, anası X4 olmaqla xx xxxx 1991-ci il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. X12 19 dekabr 2012-ci ildə yaşadığı Qazaxbəyli kəndində vəfat etmiş və Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumları, qonşular və digər şəxslər iştirak etmişlər. X1 vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından onun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Bundan başqa Ərizəçi anadan olarkən valideyinlərinin nikahı olmadığından ona verilən doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. 19 dekabr 2012-ci ildə vəfat etmiş X6 onun atası olmasının faktının müəyyən olunmasını istəyir.Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs müdiri X13 məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında dindirilmiş X8 izahat verərək bildirmişdir ki, ərizəçinin anası onun xalasıdır. Həqiqətən də, bacısı X11 Rəcəbovla faktiki nikahlarından Ərizəçi doğulmuşdur. Ərizəçi atası X12 19 dekabr 2012-ci ildə vəfat etmişdir. Onun dəfnində o və yaxın qohumlar, qonşular iştirak etmişlər. Məhkəmə iclasında dindirilmiş X9 izahat verərək bildirmişdir ki, ərizəçinin anası onun atasının bacısıdır. Həqiqətən də, bacısı X11 Rəcəbovla faktiki nikahlarından Ərizəçi doğulmuşdur. Ərizəçi atası X12 19 dekabr 2012-ci ildə vəfat etmişdir. Onun dəfnində o və yaxın qohumlar, qonşular iştirak etmişlər. Məhkəmə iclasında dindirilmiş X7 şahid X3 izahatına uyğun izahat vermişdir. İşdə materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X5 olmaqla xx xxxx 1991-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. Ata qrafası boş saxlanılmışdır. X14 atası X12 anası X5 olmaqla 31 iyul 1994-cü il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. İşdə olan, 20 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X6 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. 20 fevral 2023-cü il tarixdə Qazax rayonu Qazaxbəyli kənd sakinləri X10, X7 və X3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Qazax rayonunun Qazaxbəyli kəndində yaşamış X12 xx.xx.2012-ci il tarixdə yaşadığı Qazaxbəyli kəndindəki evində vəfat etmiş və o, Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn olunmuşdur. X6 X4 ilə ər-arvad münasibətlərindən xx.xx.1991-ci il tarixdə Aygül adlı qız övladı doğulmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şahidləri dindirib, işdəki sübutları araşdırıb, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Ərizəçi anası X5 olmaqla xx xxxx 1991-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. Ərizəçi atası X6 anası X5 nikaha daxil olmadığından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılımışdır. X2 atası X12 anası X5 olmaqla 31 iyul 1994-cü il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. X12 xx.xx.2012-ci il tarixdə yaşadığı Qazaxbəyli kəndindəki evində vəfat etmiş və o, Qazax rayonunun Ağköynək kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu fakt, məhkəmə iclasında şahid ifadələri və iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, Ərizəçi atası X6 19 dekabr 2012-ci il tarixdə vəfat etməsi və həmin tarixdə vəfat edən X6 onun atası olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 45.2-ci maddəlsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki-Prosessual Qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 308 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 19 dekabr 2012-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. 19 dekabr 2012-ci il tarixdə vəfat etmiş X12 xx xxxx 1991-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamə 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar