Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3085/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, babası Ərizəçi Abbas oğlunun 1941-ci ilin avqust ayının 15-də vəfat etməsi və onun X6 qardaşı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun babası Mehdiyev X14 şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 91-saylı evin mülkiyyətçisi X11 ilə qardaşdır. Lakin onların heç birinin doğum haqqında şəhadətnamələri və ya doğum haqqında məlumatları barədə X2 heç bir məlumat qeyd edilməmişdir. O, babası Ərizəçi Abbas oğlunun doğum haqqında şəhadətnaməsinin alınması üçün Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona b u barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Onun babasının doğum haqqında şəhadətnaməsini əldə edəcəyi halda babasının qardaşı X11 ilə qardaş olması sübut olunacaq və İlyas Mehdiyevdən qalan miras əmlakın tranmissiya ilə qəbulu imkanı yaranacaqdır. Onun babası Ərizəçi Abbas oğlu 06 iyun 1897-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, 1941-ci ilin avqust ayının 15-də vəfat etmişdir. Onun atası Abbas Mehdiyev olmuşdur. Babasının qardaşı X11 isə 1903-cü il tarixdə anadan olmuş və 1981-ci ildə Gəncə şəhərində vəfat etmiş, İmamzadə qəbirstanlığında dəfn olunmuş, onun da atası Abbas Mehdiyev olmuşdur. Lakin bu məlumatlar X9 kitabında öz əksinin tapmamışdır. Hazırda isə o X4 miras qalan əmlakı qəbul edə bilmir. Ona notariusda bildirilmişdir ki, Ərizəçi Abbas oğlu ilə X6 qardaş olmaları faktı sübut olunmalıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə daxil olmuş məktubda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi Rəhmanın oğludur. Ərizəçi 15 avqust 1941-ci ildə vəfat etmişdir. X11 isə 14 oktyabr 1981-ci ildə vəfat etmişdir. Onların babaları Ərizəçi ilə X11 qardaş olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onların babası Ərizəçi 15 avqust 1941-ci ildə vəfat etmişdir. X11 isə 14 oktyabr 1981-ci ildə vəfat etmişdir. Onların babaları Ərizəçi ilə X11 qardaş olmuşlar. 27.07.2021-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanı X6 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 677(448)/4 saylı arxiv arayışından görünür ki, 01 oktyabr 1931-ci il tarixdə Kirovabad şəhərində anadan olmuş Rəhman Mehdiyevin atası Ərizəçi Abbas oğlu, anası X1r. 21.06.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13.10.1981-ci il tarixdə vəfat etmişdir. 01.08.2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 iyul 2000-ci il tarixdə vəfat etmişdir. 25.04.1969-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 birgə nikahlarından xx xxxxx 1969-cu il tarixdə Ərizəçi anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin babası Ərizəçi Abbas oğlu 1941-ci ilin avqust ayının 15-də vəfat etmiş və o, X6 qardaşıdır. Məhkəmə hesab edir ki, ərizəçinin babası Ərizəçi Abbas oğlunun 15.08.1941-ci il tarixdə vəfat etməsi və onun X6 qardaşı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin babası Ərizəçi Abbas oğlunun 15.08.1941-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi Abbas oğlunun X11 ilə qohumluq münasibətində (qardaşı) olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3085/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3085/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver