Məhkəmə qərarları › İş №2(007)-557/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-557/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-557/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun alınaraq “Yaşat” Fonduna ödənilməsi və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onlar məxsus evdə oğluna yaxınlaşaraq onun ailəsini dağıtmağa səbəb olmuşdur. Belə ki, onların yaxın münasibətdə olduqlarını gəlini gördükdən sonra oğlu gəlini ilə nikahını pozaraq cavabdehlə nikaha daxil olmuşdur. Elə bundan sonra da cavabdehin qanunsuz hərəkətləri başlamışdır. O artıq cavabdehin hərəkətlərindən boğaza yığılmışdır. Polisə də bu barədə müraciətlər, şikayətlər etmişdir. Belə ki, Cavabdeh sonuncu dəfə onun iş yerinə böyük ictimai yerə qardaşı ilə birlikdə gələrək dava-dalaş yaratmaqla, ictimai yerdə onu təhqirtənqid etməklə ondan ev tələb edərək şou yaratmışdır.O, cavabdehlə nəvələrinin bir yerdə yaşamağına razı ola bilmər. Buna görə də ona ev verilməsinə imkan verməyəcəkdir. Cavabdehnm özünün də iki azyaşlı uşağı vardır. O bütün bunları Cavabdeh bildirmişəm. Bununla belə o mütəmadi olaraq onların yaşadıqları mənzilə, iş yerinə gələrək ona qarşı nalayiq söyüşlər işlədir, qışqır-bağır salır. Bütün bunlar dözülməzdir. O, iş yerində rahat otura bilmir. Onun bu qanunsuz hərəkətlərinə, təhqirlərinə bütün iş yoldaşları da şahiddirlər. Cavabdeh qəsdən onun iş yerimə gələrək ona qarşı təhqirlər edərək iş yerində onu nüfuzdan salmağa çalışır. Hər dəfə iş yerinə gələrək ictimai yerdə insanların arasında cavabdeh qışqır-bağır salaraq ona narahatlıq, əsəb və stress verir. Cavabdehin böyük ictimai yerdə yüzlərlə şəxsin içində onu təhqir etməyə qardaşı ilə bir yerdə gəlməsi, ona təzyiq göstərməsi, onu iş yerində iş yoldaşlarının və digər şəxslərin yanında alçaltması, söyüşlər söyməsi nəticəsində ona mənəvi zərərin vurulması sübut olunur. Onun bu hərəkətləri bağışlanılmazdır. Bu qanunsuz hərəkətlərinə görə Cavabdeh cavab verməlidir. Cavabdehin bu hərəkətlərinin qarşısının alınması və ona dəyən mənəvi zərərin əvəzinin ödənilməsi üçün onun böyük imkana malik olduğu nəzərə alınaraq 3000 manat pul ondan tutularaq "Yaşat" Fonduna ödənilməlidir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməməsini iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin o bildirmişdir ki, iddiaçının oğlunun ailəsini o dağıtmamış, bunun oğlu, onun hazırkı həyat yoldaşının ailəsi başqa bir qadına görə dağılmışdır. İddiaçı deyir onun iş yerinə getmiş, guya ev tələb etmişdir, amma yalandır, onun iş yerinə getmiş, amam ev tələb etməmiş, iddiaçıdan öz pulunu istəməyə getmişdir. İddiaçının deyir kimi söyüşlər söyməmişdir. Bu yalandı, həmin söyüşləri ona qarşı iddiaçı söymüşdür. Həmin vaxt iddiaçı onu təhqir etdiyi üçün 102 xidmətinə müraciət etmişdir. İddiaçı ondan 2000 ABŞ dolları pul almış, onu tələb etmək üçün ora getmişdir. İddiaçı 2018-ci ildəTürkiyəyə gedəndə ondan həmin məbləği almış hələ də verməmişdir. Həmin puldan iddiaçı ona cəmi 2 dəfə 100 manat pul göndərmişdir. O, 2018-ci ildən verdiyi pulu istəyir. İddiaçının oğlu narkotik üstündə tutulmuşdur. O iddiaçıdan pulunu istəyəndə ona deyir get yoldaşın Rəşaddan ial, o da Rəşaddan istəyəndə o dava salır. İddiaçıdan pulunu istəmiş o da onu çolə çıxarmış və söyüşlər söymüşdür. Orada o heç kəsi təhqir etməmişdir. Ona polis düzgün iş görməməsini iş yerinə getməsini bildirdiyi üçün cəriməni qəbul edərək ödəmişdir. Ora o, iş yoldaşı ilə getmişdir. İş üzrə iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid X1 ifadəsində bildirdi ki, İddiaçı Mehd qızı ilə bir yerdə “Caspian Shopping” ticarət mərkəzində işləyirlər. Onun tükanı iddiaçının tükanı ilə üzbəüzdür. Öz tükanda olarsən səs-küy düşmüş, o xanımı tanımamasına baxmayaraq ona bildirmişdir ki, burada səs-küy salmasın, nalayiq söyüş işlətməsin. Ofelya xanımın ailəsi barədə nalayiq sözlər işlətmiş oğlanlarının narkaman olmasını bildirmişdir. Sonra dörd polis və qızın qardaşı onun gəlib sürütdüyüb aparmışlar. İş üzrə iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid X3 ifadəsində bildirdi ki, İddiaçı Mehd qızı ilə bir yerdə “Caspian Shopping” ticarət mərkəzində işləyirlər. Onun tükanı iddiaçının tükanı ilə yanbayandır. 2021-ci ilin dekabr ayı idi. Səs-küy düşmüş, o xanım tanımasada öna ayıb olması, səs-küy salmamasını bildirmişdir. Xanım Ofeliya xanımın oğlunu təhqir etmiş, onun barəsində nalayiq ifadələr işlətmişdir. Xanım böyük oğlunun patı çəkməsini, balaca oğlunun narkaman olmasını demişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli MN seryalı ******* saylı “İnzibati tənbeh vermə haqqında Qərar”ın sürətindən görünür ki, Nəcəfova X2 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. - İnzibati xətanın qeydiyyatı sistemindən (İXQS) əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat tətbiq edilmiş və cərimə məbləği xx.xx.2021-ci il tarixdə ödənilmişdir. - Nərimanov rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ictimai yerdə ətrafa açıqcasına hörmətsizlik edərək, xırda xuliqanlıq inzibati xətası törətdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən cərimə edilmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Caspian Shopping” ticarət mərkəzində yerləşən İddiaçı məxsus mağazaya gəlmiş. İctimai yerdə ətrafa açıqcasına hörmətsizlik edərək, xırda xuliqanlıq inzibati xətası törətdiy üçün barəsində Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat tətbiq edilmiş və cərimə məbləği sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri ilə bağlı qeyd etməyi zəruti hesab edir ki, hər iki şahid cavabdeh tərəfindən ictimai qaydanın pozması ictimai yerdə səs-küy salaraq onları və ətrafdakıları narahat etmələrini təsdiq etdilər ki, bu əməlinə görə də cavabdeh artıq inzibati qaldada cəzalandırılmışdır. Həmçinin işin faktiki halları məhkəməyə iddiaçının oğlu ilə cavabdehin faktiki ailə münasibətlərində olması, bununla bağlı iddiaçının hazırki iddianın sırf tərəflər arasında əvvəldən yaranmış şəxsi inciklik və ədavət zəmnində qaldırılması qənaətinə gələməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh mənəvi zərərə görə 3000 manat tələb etməsinə baxmayaraq cavabdehin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Cavabdeh inzibati xəta törətməsinə görə artıq inzibati qaydada cəzalandırılmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun alınaraq “Yaşat” Fonduna ödənilməsi və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görəiİddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda iddia tələbi təmin olunmadığına görə İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun alınaraq “Yaşat” Fonduna ödənilməsi və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar