Məhkəmə qərarları › İş №2(007)-559/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-559/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-559/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cаvаbdеh Cavabdeh оğlunа qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh оğlunа qаrşı iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyon Məhkəməsinə mürаciət edərək, cavabdehlə aralarında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 17 noyabr 2012-ci il tarixdə bağlanmış 2028 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanması, 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində və 15.12.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək onun saxlanılması üçün 100 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiа ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 17 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin ailəsinə qarşı qeyri-adekvat münasibəti korlanmışdır. Cavabdehlə aralarında dəfələrlə mübahisələr olmuş və ona şiddət göstərmişdir. O ailəsinin dağılmaması üçün onun bütün dözülməz davranışlarına dözmüşdür. O, hər dəfə cavabdehi bağışlamışdır. Onun cavabdeh ilə olan ailəsi faktiki olaraq dağılmışdır. Hazırda cavabdehin ona qarşı şiddətinə və zülmünə artıq dözümü qalmamışdır. O, cavabdehlə yaşadığı evi tərk edib, valideynlərinin evinə sığınmışdır. Boşanmaqda fikri qətidir, cavabdehin ona qarşı münasibəti yaxşılığıa doğru dəyişəcək deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bоşаnmаqdа fikrinin qəti оlmаsını bildirmiş və iddiаsının təmin оlunmаsını məhkəmədən хаhiş еtmişdir. 13 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizəyə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində Cavabdeh ilə barışıq olmamışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh oğlu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 809229 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı 17 noyabr 2012-ci il tarixdə şəhər Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2028 nömrə ilə qeyd edilmişdir. - AZ-İİİ 509996 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03.02.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. - AZ-İV 059051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15.12.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh оğlu 17 noyabr 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflərdən biri olan arvad nikahın pozulmasında təkidli olduğundan, iddia həmin hissədə təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X1 yanında qalması məsələsini müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, həmin uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlıların ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu nəzərə alınmalı, iddia həmin hissədə təmin edilərək uşaqlar ananın yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 220 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Həmçinin Məhkəmə alimentin hansı qaydada və məbləğdə tutulmasını müəyyən edərkən qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin yetərincə qazancının olmasına dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə 03.02.2015-ci il təvəllüdlü X3 və 15.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, ayrı yaşadıqları müddətdə Cavabdeh iddiaçı Cavabdeh qızına maddi cəhətdən köməklik göstərməmişdir. Halbuki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş X2 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, X2 üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi həmin hissədə qismən təmin edilməli və 50 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 02 dekabr 2019-cu il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 17 noyabr 2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanılmış və 2028 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X4 anasının yanında saxlanılmalı, Cavabdeh 03.02.2015-ci il təvəllüdlü X3 və 15.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 02 dekabr 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment və eyni zamanda 15.12.2017-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı əsas tələb olan “nikahın pozulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırda nikahın pozulması tələbi ilə yanaşı alimentin tutulması tələbi ilə də bağlı qətnamə qəbul edilməlidir. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bununla da iddia qiyməti 500 manatdan çox olan iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, həmin hallarda tutulmalı olan dövlət rüsumunun qalıq 10 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qimən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 noyabr 2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanılmış və 2028 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X4 anasının yanında saxlanılsın. Cavabdeh 03.02.2015-ci il təvəllüdlü X5 və 15.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 02 dekabr 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment və eyni zamanda 15.12.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentə aid hissədə dərhal icra edilsin. İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar