Məhkəmə qərarları › İş №2(007)-573/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-573/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-573/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 27.04.2014-cü il təvəllüdlü X7 və 20.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün Sabunçu rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-dək yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29 iyun 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 27 aprel 2014-cü il təvəllüdlü Nuray və 20 avqust 2015-ci il təvəllüdlü Sunay adlı iki uşaqları var. Sabunçu rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və uşaqlarının Ruhanə Sadıqovanın yanında qalması qət edilmişdir. Daha sonra Sabunçu rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanması üçün ondan Cavabdeh xeyrinə hər uşağa görə 154 manat, cəmi iki uşağa görə 308 manat alimentin tutulması və Sunay adlı uşaqlarının 3 yaşına çatanadək hər ay 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Sabunçu rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qətnaməsi ilə nüəyvən edilmiş aliment miqdarı dəyişdirilərək, ondan Cavabdeh xeyrirə hər ay hər uşağa görə 160 manat, cəmi iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə 15.07.2019-cu il tarixdə icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Lakin bununla bağlı onu icra məmuru icra şöbəsinə dəvət etməmiş və ondan alimentin ödənilməsi tələb olunmamışdır. Ondan alimentin tələb olunmamasının səbəblərini aşağıda göstərilənlərə əlaqələndirir. Həmin səbəblərlə bağlı arqumentləri aşağıdakılardan ibarətdir. Qanunvericiliyin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment borcunun yarandığı dövr üçün onların birlikdə (Maştağa qəsəbəsində) yaşamaqlarına dair kifayət qədər sübutları var. Uşaqlarının Bigəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində təhsil alır. Sunay adl uşaqları həmin internat məktəbinə 06.03.2019-cu ildə, Nuray adlı uşaqları isə 15.09.2019-cu ildə qəbul edilmişdir. Uşaqlarının həmin məktəbə aparılıbgətirilməsi üçün sürücü təşkil etmiş və həmin sürücü yaşadığı evin qonşuluğunda yışayır. Yaşadıqları evdə uşaqlarınn doğum günü məclisi təşkil olunmuş və həmin məclisdə cavabdehin özü anası və digər yaxın tanışlar iştirak etmişdir. Bundan başqa foto şəkillər vardır. Cavabdeh özü hazırda Ramana qəsəbəsində anasının yanında yaşayır və məhz onlar birlikdə yaşadıqları müddətdə uşaqları Bilgəh qəsəbəsindəki məktəbə qəbul edilmişdir. Hazırda yaşadığı evdə cavabdehə məxsus hər hansı bir əmlak yoxdur. Cavabdehlə nikahları pozulduqdan bir müddət sonra barışaraq birlikdə yaşamışlar və o 2020-ci ilin may ayının 11-də uşaqları ilə birlikdə özünə məxsus bütün əşyalarını götürərək anasının yaşadığı evə köçmüşdür. Nikahları pozuİduqdan bir müddət sonra cavabdehlə birgə yaşadıqları dövrdə uşaqlarının məktəbə qəbul edilmələri barədə rəsmi müraciəti cavabdeh özü etmişdir. Belə ki, onların nikahları pozulduğuna görə uşaqlarının məktəbə qəbul edilmələri barədə məhz cavabdeh tərəfindən müraciətin edilməsi tələb olunurmuş. Çünki uşaqların təhsil aldığı məktəb internat məktəbi olduğundan orada yalnız imtiyazlı ailələrin uşaqları təhsil ala bilər. Məhz onların nikahları poqulduğundan, uşaqları analarının yanında qaldığından, internat məktəbi bu səbəbləri əsas gətirərək uşaqlarını məktəbə qəbul etmişlər. Cavabdeh 2020-ci ilin may ayının 11-də evdən çıxıb getdikdən sonra məhkəməyə müraciət etmiş və qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi kimi qətnamə 16.05.2019-cı il tarixdə çıxarılmasına baxmayaraq 2020-ci ilin may ayının 11-nə dək ondan aliment borcunun ödənilməsini tələb etməmişdir. Qətnamə çıxarıldıqdan sonra icraya yönəldilsə də, ondna aliment tələb olunmurmuş. Çünki onlar birlikdə yaşayırmışlar və uşaqlarının bütün tələbatalarını, eyni zamanda cavabdehin özünün də təlabatlarını lazımi şəkildə yerinə yetirirmiş. Cavabdeh qətnamənin yenidən icraya yönəldilməsini isə ona görə xahiş etmişdir ki, o əvvəl icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə vermiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhz 2020-ci ilin may ayının 11-də evdən çıxıb getdikdən sonra qətnamənin yenidən icraya yönəldilməsi barədə məhkəməyə ərizə vermişdir. Daha sonra icra məmuru onu icra şöbəsinə dəvət etmiş və aliment borcunun olduğunu ona bildirmiş və o, cavabdehin evdən çıxıb getdiyi tarixdən sonra yaranan və davam edən alimenti ödəməyinə etiraz etmədiyini bildirmişdir. Hazırda onun həmin dövr üçün aliment borcu 3840 manat təşkil edir. Qeyd olunanlara əsasən hesab edir ki, işin faktiki hallarına dair mövcud olan sübutları iddia tələbinin təmin olunmasına zəmin yaradar. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o heç vaxt alimentin ödənilməməsi ilə bağlı icra şöbəsinə müaciət etməmiş və bununla bağlı İddiaçı ilə arasında razılaşma da olmamışdır. Alimenti tələb edir. Məhkəmə, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10875/2016 saylı 21 oktyabr 2016-cı il tarixli qətnaməsində görünür ki, X6 ilə İddiaçı arasında 29 iyun 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, 27 aprel 2014-cü il təvəllüdlü X2 və 20 avqust 2015-ci il təvəllüdlü X3 anaları X1 himayəsində qalmaları qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2364/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 08.02.2018-ci il tarixdən başlayaraq, 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment və 20.08.2015-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3297/2019 saylı 16 may 2019cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(008) 2354/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, İddiaçı 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh xeyrinə ödənilməsi, alimnetin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 13 iyul 2020-ci il tarixli 128 saylı arayışından görünür ki, 27.04.2014-cü il təvəllüdlü X7 valideyn (ana) Rühanə Hacıyevanın 15.09.2019-cu il tarixli ərizəsinə əsasən, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin məktəbəqədər hazırlıq sinfinə, 20 08.2015ci il təvəllüdlü X8 isə 06.03.2019-cu il tarixli ərizəsinə əsasən internat məktəbin nəzdində olan X10 qəbul edilmişdirlər. Məhkəmə, hüququn tətbiqinə bilavasitə cavabdehlik daşıdığı üçün aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 107-ci maddəsində aliment ödəməli şəxsin yaranmış aliment borcunun ödəməkdən tamamilə və ya qismən azad edilməsi imkanını və əsaslarını, 112-ci maddəsində isə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etməni təsbit etmişdir. Göründüyü kimi, məhkəmənin müəyyən etdiyi aliment məbləğinin azaldılması (aliment miqdarının dəyişdirilməsi) ilə aliment üzrə borcları ödəməkdən azad etmə ayrı-ayrı institutlardır. Hazırkı məhkəmə baxışının predmeti də məhz yaranmış aliment borcunun ödənilməsindən iddiaçının azad edilməsi tələbidir. Məhkəmə vurğulayır ki, valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcu konstitusion müddəadan irəli gəldiyi üçün hər hansı obyektiv və ağlabatan əsas olmadan, yalnız formal mülahizələrə əsaslanmaqla valideyn(lər)i bu vəzifənin icrasından, yaxud yaranmış aliment borcundan qismən və ya tam azad etmək yolverilməzdir. Bununla belə, hər bir halda nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümküsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Məhkəmə, hazırkı mübahisəyə də göstərilən kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödəməli şəxsin aliment borcunun ödənilməsindən tamamilə və ya qismən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin qanunverici bu imkandan yararlanmağı, yalnız aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinə görə bu borcları ödəmək iqtidarında olmaması hal(lar)ından aslı etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, AM-nin 107.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcud olduğu hallarda aliment borcu olan şəxsin həmin borcdan tamamilə və ya qismən azad edilməsi tələbinin təmin edilməməsi şəxsin məhkəmə müdafiə və qanuni gözlənti hüquqlarını pozmaqla yanaşı, ailə qanunvericiliyin sözügedən müddəasının deklarativ xarakterli olmasına dəlalət edərdi. Nəzərə alınmalıdır ki, Konstitusiyada valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vəzifəsi təsbit edilməklə yanaşı, qanunvericilikdə bundan istisna hallarının hüdudları da müəyyən edilmişdir. Lakin xüsusi diqqət yetirilməlidir ki, bu istisnalar qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin qaydanın mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Bu səbəbdən xüsusi şərtlər (əsaslar) mövcud olduğu halda aliment borcunun ödənilməsindən azad edilmə imkanının (qaydasının) borclu şəxsin hüquq və azadlıqlarının müdafiəsinə yönəldiyini diqqətə alaraq məhkəmə hesab edir ki, ailə qanunvericiliyində nəzərdə tutulmuş şərtlər müəyyən edildiyi təqdirdə şəxsin aliment borcunun ödənilməsindən azad edilməsi aliment alan şəxs(lər)in hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, hazırkı mülki iş üzrə araşdırma predmetini AM-nin 107.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçının tələbinə münasibətdə mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Belə ki, mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2364/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsinə əsasən X4 08.02.2018-ci il tarixdən başlayaraq, 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment və 20.08.2015-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3297/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi ilə həmin məhkəmənin 06.03.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, İddiaçı 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Hacıyev X9 rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-dək yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən göstərmişdir ki, 11 may 2020-ci il tarixə kimi cavabdehlə birlikdə yaşamış və bu müddət ərzində uşaqlarının tələbatlarını ödəmişdir. İcra sənədi üzrə yaranmış borc 11 may 2020-ci il tarixə kimi, yəni cavabdeh və uşaqları ilə birlikdə yaşadığı dövrdə yaranmışdır. Cavabdeh iddiaçı ilə faktiki olaraq ayrıldıqdan sonra evi tərk etmiş və icra sənədi üzrə alimentin tutulmasını tələb etmişdir. Belə ki, hazırkı iddia tələbi iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş aliment üzrə yaranmış borcundan azad olması ilə bağlıdır. Bu məsələnin həlli qaydası isə Ailə Məcəlləsinin 107.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun tamamilə və ya qismən azad edilməsinin ən əsas şərti borcun tərəfin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsinin, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsinin sübuta yetirilməsidir. Belə ki, iddiaçı iddia tələbi ilə bağlı hər hansı sübutu ərizəsinə əlavə etmiş, nə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmişdir. İddiaçı ərizəsində mübahisələndirdiyi dövr ərzində cavabdehlə barışaraq, birgə yaşadıqlarına, birgə təsərrüfat apardıqlarına, ailəsinə öz maddi hesabına baxdığına istinad etsə də, onun dəlilini təsdiq edəcək heç bir sənəd və yaxud da şahid ifadəsini məhkəməyə təqdim etməmişdir. Həmçinin alimentin tutulması barədə məhkəmə aktının icrasının dayandırılması ilə bağlı tərəflər arasında razılıq olmasına, eyni zamanda bu barədə aidiyyəti qurumlara hər hansı müraciət edilməsinə dair sübut təqdim edilməmişdir. İddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikahlarından doğulmuş 27.04.2014-cü il təvəllüdlü X7 və 20.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün Sabunçu rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-ədək yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcundan azad olunmağı" tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikahlarından doğulmuş 27.04.2014-cü il təvəllüdlü X7 və 20.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün Sabunçu rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-ədək yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcundan azad olunmağı” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar