Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-591/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus zəncirvari qolbaq, 20 qram çəkidə, 600 manat dəyərində, zəncirvari iri klon sep (givenşi markalı), 1500 manat dəyərində, brilyant nişan üzüyü, 7 qram çəkidə, 1200 manat dəyərində, brilyant sırğa dəsti (givenşi markalı), 5 qram çəkidə, 700 manat dəyərində, üstü yumru şəkilli üzük, 5 qram çəkidə, 300 manat dəyərində, uşağa aid sırğalar (knopkalı, göy, ağ,yaşıl və təkqaşlı), 10 qram çəkidə, 400 manat dəyərində, boyunbağı klonla, 14 qram çəkidə, 1000 manat dəyərində, ad yazılı qolbaq, 6 qram çəkidə, 200 manat dəyərində, qızıl klon gözmuncuğu, 5 qram çəkidə, 200 manat dəyərində olan qızıl-zinət əşyalarının alınıb ona verilməsinə və qızılzinət əşyalarının olmadığı təqdirdə dəyərinin - 6100 (altı min bir yüz) manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 81 (səksən bir) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etmədiyini və bu məsələyə artıq iki dəfə birinci dəfə 18 mart 2013-cü il tarixli qətnamə ilə, ikinci dəfə 11 mart 2020-ci il tarixli qərardadla baxıldığını bildirdi. Ona görə də icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)-172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlaklar - yataq dəsti (çarpayı, şifoner, komod və stol)- 1 ədəd, uşaq yataq dəsti - 1 ədəd, divan-kreslo dəsti, kəfkirli saat 1 ədəd, qorka 1 ədəd, soyuducu - 1 ədəd, stol - 1 ədəd, stul 6 ədəd, mebel qapı - 1 ədəd, xalça 2 ədəd, qırmızı rəngli bogema kravin rumka ilə 6 ədəd, xrustal bagema kravin rumka ilə - 6 ədəd, bogema meyvə qabı yaşıl - 2 ədəd, bogema konfet qabı göy rəngli 2 ədəd, xrustal güldan - 1 ədəd, madonna güldan – 1 ədəd, madonna uzun meyvə qabı 2 ədəd, madonna ağzı qapalı qənd qabı - 1 ədəd, xrustal iri rumka - 5 ədəd, xrustal orta rumka - 6 ədəd, xrustal rumka araq stəkanı - 6 ədəd, xrustal uzun mürəbbə qabı - 2 ədəd, xrustal hündür meyvə qabı - 1 ədəd, xrustal ağzı qapalı konfet qabı - 2 ədəd, dərin dayaz kasa qab dəsti- 60 ədəd, kravin rumkası 6 ədədli - 2 dəst, çay stəkanı xrustal - 6 ədəd, nəlbəki - 6 ədəd, oxlov 1 ədəd, dayaz, qab 3 buludlu -10 ədəd, kasa balaca - 6 ədəd , kasa yekə -6 ədəd , çörək qabı 2 ədəd, madonna salfet qabı- 2 ədəd, çay dəstgahı 6 rumkalı - 1 dəst, padnos - 2 ədəd, 3 mərtəbəli madonna qab- 2 ədəd, dəmir çaynik, qəfədan- 1 dəst, tok çayniki - 1 ədəd, sokçəkən maşın - 1 ədəd, ütü- 1 ədəd, vedrə yekə - 1 ədəd, vanna yekə 2 ədəd, vedrə zibil üçün - 1 ədəd, su fincanı - 1 ədəd, divan kreslo üstü boz qara rəngli 1 dəst, slolüstü (kotanlı) - 2 ədəd, zərli qara- 1 ədəd, jurnal üstü süfrə (qara zərli)- 1 ədəd, stolüstü bənövşəyi gül 1 ədəd, kofe dəsti (göy)-6 ədəd, çay dəstgahı (madonna göy)- 6 fincanlı -1 dəst, balaca içi qırmızı sulu rumka - 3 ədəd, zərli iri tort qabı boz - 1 ədəd, narıncı rəngdə 6 dayaz boşqabı, səd buludlu 1 ədəd, qaşıq dəsti - bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı- 12 ədəd, iri qaşıq dəsti- 6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı - 1 dəst, emal olunmuş göy qazan dəsti 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxtada- 1 dəst, çilçıraq - İ ədəd, yastıq - 3 ədəd, iki yataqlı döşək - 1 ədəd, iki yataqlı yorğan 1 ədəd, uşaq üçün yastıq - 1 ədəd, uşaq üçün döşək - 2 ədəd, uşaq üçün yorğan 2 ədəd, uşaq üçün yataq örtüyü (çəhrayı)- 1 dəst, pərdə kətan - 2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal - 1 ədəd, tünd qırmızı rəngli yataq örtüyü - 2 yastıqlı - 1 dəst, kostyum şalvarla- 1 dəst, kostyum ətəklə- 1 dəst, şalvar cins - 2 ədəd, cins kapri 1 ədəd, yupka - 1 ədəd, köynəklər qış üçün- 6 ədəd, köynəklər yay üçün - 11 ədəd, toy geyimi don ağlı-qaralı - 1 ədəd, tək atlasdan kostyum 1 ədəd, jaket - 2 ədəd, çanta- 3 ədəd, ayaqqabı payız- 3 ədəd, boyun şərfləri- 3 ədəd, kəmərlər - 2-3 ədəd, saç- feni 1 ədəd, fen dəsti, qızın geyimləri: payız kurtkası 3 ədəd, palto 2 ədəd, papaq - 2 ədəd, çəkmə - 2 cüt, yay ayaqqabısı - 4 cüt. payız, ayaqqabısı 4-5 cüt, idman dəsti- 4 ədəd, jaket - 2 ədəd, köynəklər, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar - Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Göründüyü kimi 18 mart 2013-cü il tarixli, 2(007)-172/2013 nömrəli qətnamə ilə həm tərəflər, həm tələb, həm də tələbin əsası eyni olmuşdur. Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə tələbə hüquqi qiymət verilərək iddia qismən təmin edilmişdir. İddianın “qızıl-zinət” tələbinə dair hissəsi sübuta yetirilmədiyindən rədd edilmişdir. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusfiova
Məhkəmə qərarları › İş №2(007)-591/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-591/2023
03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver