Məhkəmə qərarları › İş №2(007)-593/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-593/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-593/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara payın tanınmasına dair ilk iddia və iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın bölünməsi və payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara payın tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əeizə vermişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 16 oktyabr 2003-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurublar. Ailə münasibətləri bir müddət sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(007)-240/2020 saylı qətnaməsi ilə pozulub. Onların birgə nikahlarından olan Nihad və Cəmi adlı övldadları onun himayəsinə verilib. Onlar nikahda olduqları müddətdə cavabdehlə birgə təsərrüfat həyata keçiriblər. Birgə yaşadıqları müddətdə ailənin saxlanılması üçün o, cümlədən ümumi ailənin idarə edilməsi məqsədi ilə bir çox əmlaklar əldə edilib. Sözü gedən əmlakların hamısı iddia ərizəsində qeyd olunub, Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsindən də, göründüyü kimi, həmin əmlakların əldə olunması ortadadır.Qeyd olunanlara əsasən Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzilinə,Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44.8 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri yaşayış sahəsinə, ünvan 2,12-ci blok,12-ci mərtəbədəki 872 saylı(hal-hazırda ünvan 2,ev 66B,1-ci girişdəki 62 saylı)mənzilə, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzilə onun payının 2/3 hissədə tanınması və 40 manat dövlət rüsumunun cavabdehdeən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın bölünməsi və payların müəyyən edilməsinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki,onunla İddiaçı arasında 16 oktyabr 2003-cü il tarixdə qeydə alınmış nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulub. Birgə nikahdan iki övladları dünyaya gəlib.Qarşı tərəfin məhkəmədə təqdim etdiyi iddia ərizəsinin tələbinin artırılması barədə ərizəsində göstərilən əmlaklar həqiqətən də, birgə nikah dövründə əldə olunub, eyni zamanda əmlakın biri də, İddiaçı adına rəsmiləşdirilb.Qeyd olunanlara əsasən Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzilinə,Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44.8 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri yaşayış sahəsinə, ünvan 2,12-ci blok,12-ci mərtəbədəki 872 saylı(hal-hazırda ünvan 2,ev 66B,1-ci girişdəki 62 saylı)mənzilə, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzilə onun payının 55%, İddiaçı payının payının isə 45% hissədə tanınması,onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar diqqətəlayiq hal nəzərə alınmaqla Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44.8 kv.m qeyri yaşayış sahəsinin və həmin ünvanda 23,9 kv.m qeyri yaşayış sahəsi olan zirzəminin, Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzilin onun mülkiyyətində, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzilə, ünvan 2,12-ci blok,12-ci mərtəbədəki 872 saylı(hal-hazırda ünvan 2, 12-ci blok,12-ci mərtəbədəki ümumi sahəsi 119,39 kv.m olan 872 saylı mənzilin onun istifadəsində saxlanması,yetkinlik yaşına çatmayan uşaqların mənafeyi naminə Bakı şəhəri,Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 31 saylı evin 21 saylı,Yeni qaydalarla AZ 1033 Bakı şəhəri,Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 59 saylı evin 106.1 kv.m sahəsi olan 3 otaqlı,tam təmirli 5 saylı mənzilin İddiaçı mülkiyyətinə,Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzilin İddiaçı istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərisəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı isə qəbul etmədi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianı qəbul etmədilər, qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,hər iki iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)240/2020 saylı iş üzrə qəbul etdiyi 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2003-cü il tarixli nikahın ləğv olunması,birgə nikahdan doğulmuş 03 mart 2005-ci il təvəllüdlü X2 və 04.09.2006-cı il təvəllüdlü Səmədli Cəmil Novruz oğlunun anaları İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh hər aylıq gəlirlərinin 1/3 hissəsində aliment tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzili,Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44.8 kv.m qeyri yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 0088803 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzili 12.12.2012-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. 1072451 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 33 ünvanda olan 23,9 saylı qeyri yaşayış sahəsi 02.16.2017-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. 1068162 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 61A ünvanda olan 44.8 kv.m. qeyri yaşayış sahəsi 18.05.2017-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. 00385533 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 33 saylı evin 12a saylı mənzili 27.11.2012-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. Texnikabankdan Cavabdeh və “xxxx”Sənaye Tikinti İnvestisiya Korparasiyası ASC-nə ünvanlanmış 02 may l 2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı mənzilin alınması məqsədi ilə Cavabdeh ayrılmış 54706.48 manat kredit onun tərəfindən 28.12.2011-ci il tarixdə tam olaraq ödənilmişdir. Texnikabankdan “TBM”şirkətiniə ünvanlanmış məktubun məzmunundan görünür ki, ünvan 2, 12-ci blok,12-ci mərtəbədəki ümumi sahəsi 119,39 kv.m olan 872 saylı mənzilin alınması məqsədi ilə Cavabdeh ayrılmış kredit onun tərəfindən 23.04.2008ci il tarixdə tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə müvafiq olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.3. və 36.4-cü maddələrinə görə, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur.Bundan başqa, istinad olunan Mülki Məcəllənin 225.1.-ci maddəsinin əsas dispozitiv şərtindən göründüyü kimi ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin tədqiq olunan hallarından da görünür ki, tərəflər arasında nikah dövründə qazandıqları əmlaka dair nə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, nə də nikah dövründə nikah kontraktı bağlanmamış, həmçinin onlar arasında hər hansı bir razılaşma mövcud olmamışdır. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2003-cü il tarixli nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)240/2020 saylı iş üzrə qəbul etdiyi 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən ləğv olunmuş,tərəflərin birgə nikahdan doğulmuş 03 mart 2005-ci il təvəllüdlü X4 və 04.09.2006-cı il təvəllüdlü Səmədli Cəmil Novruz oğlu anaları İddiaçı himayəsinə verilmişdir. Tərəflər birgə nikahda olarkən aşğıdakı əmlakları əldə etmişlər: Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzili,Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44.8 kv.m qeyri yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzil, ünvan 2,12-ci blok,12-ci mərtəbədəki 872 saylı(hal-hazırda ünvan 2, 12-ci blok,12-ci mərtəbədəki ümumi sahəsi 119,39 kv.m olan 872 saylı mənzil; İddiaçı Bakı şəhəri,Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 31 saylı evin 21 saylı mənzil. Hər iki tərəf birgə nikah vaxtı əldə edilən əmlakdan payların müəyyən olunmasını xahiş edir. Məhkəmə işin faktiki hallarını,yetkinlik yaşına çatmayan hər iki uşağın İddiaçı himayəsində olmasını nəzərə alaraq hesab edir ki,qeyd olunan əmlaklara İddiaçı payı 3/5 hissədə, Cavabdeh payı isə 2/5 hissədə müəyyən olunmalıdır. Cavabdeh İddiaçı xeyrinə dövlət rüsumuna görə ödənilmiş 40 manat pul tutulmalıdır. Həm ilk iddia,həm də qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ev 22, mənzil 5-dən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 44.8 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 23.9 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən 12-ci blok, 12-ci mərtəbə, 872 saylı mənzildən (hal-hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 294-ci məh., ev 66B, giriş 1, 62 saylı mənzil), “xxxx” İnşaatsənayə MMC ilə 31.03.2008-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8 saylı binanın 5-ci blok, 558 saylı 4 otaqlı ümumi yaşayış sahəsi 153.01 kv.m olan mənzildən, Bakı şəhəri,Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31 saylı evin 21 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 59, M5, 106.1 kv.m ümumi sahəsi olan 3 otaqlı 3 saylı mənzil) 5/3 hissədə İddiaçı payı, 5/2 hissədə Cavabdeh payı müəyyən edilsin. Cavabdeh ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İlk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar