Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-595/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “müqavilənin ləğv edilməsi və ödənişin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “müqavilənin ləğv edilməsi və ödənişin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla hüquqi şəxs statusu olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X3 arasında bağlanılmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsinə əsasən o, aldığı mənzilin təmir-tikinti işlərinin yerinə yetirilməsini cavabdehə həvalə etmiş, sonuncu da öz növbəsində həmin işlərin görülməsini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən görüləcək işlərin qiyməti 30.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiymətinin 5.000 manatı əvvəlcədən, qalan 25.000 manatının isə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə görə təmir-tikinti işlərinin təhvil verilməsi 6 ay ərzində həyata keçirilir. Göstərilən müqaviləyə əlavə edilmiş təmirtikinti işlərinin ödəniş cədvəlinə əsasən onun tərəfindən 27 noyabr 2020-ci il tarixdə (müqavilə bağlanan gün) ilkin ödəniş 5.000 manat, sonra isə 04 yanvar 2021-ci il tarixdə 600 manat pul ödənilmişdir. Lakin müqavilə bağlanan gündən bir il vaxt keçməsinə baxmayaraq, cavabdeh S.Ə.Səfərov tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş və heç bir iş başlanılmamışdır. Nəticədə onun kirayədə qalma müddəti uzanır və ona maddi zərər vurulur. Buna görə də, onunla hüquqi şəxs statusu olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh S.Ə.Səfərov arasında bağlanılmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilmiş 5600 (beş min altı yüz) manat pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat pulun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin dəlillərinə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, müqavilənin qiyməti 30.000 manat təşkil etmiş, cavabdehə 5600 manat ödənilmişdir, bu barədə qəbzləri də məhkəməyə təqdim etmişdir. Cavabdeh bir ildən çoxdur ki, heç bir iş görməyib, hansı ki, cavabdeh müqaviləyə əsasən 6 ay ərzində işləri təhvil verməli idi. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (istifadəsində olan mobil nömrəsinə sms-bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə X3 arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən müqavilənin qiyməti 30.000 manat müəyyən edilmiş, müqavilənin qiymətinin 5.000 manat hissəsinin əvvəlcədən, qalan 25.000 manat hissəsinin isə müvafiq aylara bölünərək hissəhissə nağd və ya köçürmə yolu ilə sifarişçi İddiaçı tərəfindən podratçı S.Ə.Səfərova ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi 6 ay ərzində həyata keçirilir. - 27 noyabr 2020-ci il tarixli təmir-tikinti işlərinin ödəniş cədvəli və ona əlavə edilmiş 058750 nömrəli mədaxil qəbzinin surətlərindən görünür ki, İddiaçı tərəfindən təmir-tikinti işlərinin qiyməti olan 30.000 manatın 5.000 manat hissəsi ilkin ödəniş olaraq, həmçinin 04.01.2021-ci il tarixdə 600 manat pul cavabdehə ödənilmişdir. Cavabdeh qeyd olunan pul vəsaitlərini qəbul etmişdir. - "xxxx" ASC-yə məxsus 29.11.2021-ci il tarixli, 3754 nömrəli qəbzdən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsinə əsasən, təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 30.000 manat müəyyən edilmiş, müqavilənin qiymətinin 5.000 manat hissəsinin əvvəlcədən, qalan 25.000 manat hissəsinin isə müvafiq aylara bölünərək hissə-hissə nağd və ya köçürmə yolu ilə sifarişçi İddiaçı tərəfindən podratçı S.Ə.Səfərova ödənilməsi və bütün işlərin 6 ay ərzində təhvil verilməsi razılaşdırılmışdır. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, ilkin olaraq 5.000 manat, daha sonra 600 manat pulu cavabdehə ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı sözügedən müddət ərzində tikinti işlərinin başa çatmamasını, buna görə də müqavilənin ləğv edilməklə, ödənilmiş pulların geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd edilənlərlə müəyyən olundu ki, sifarişçi olan hazırkı iddiaçı tərəfindən işlərin 6 ay təhvil verilməsi müqabilində 5.000 manat ilkin ödəniş və 600 manat qrafik üzrə ödəniş podratçıya ödənilməsinə baxmayaraq, podratçı öz öhdəliklərini yerinə yetirməmiş, nəticədə podratçı müqavilə üzrə öhdəliklərinə əməl etmədiyindən hazırda sifarişçinin müqavilənin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat pulun cavabdeh X1 tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün 150 manat ödənilməsini təsdiq edən hər hansı dəlil təqdim edilməmişdir, belə olan halda, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 29.11.2021-ci il tarixli, 3754 nömrəli qəbzdən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə X3 arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsi ləğv edilməli, X1 5600 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə X3 arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli tikinti podrat müqaviləsi ləğv edilsin. X1 5600 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-595/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-595/2022
27.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver