Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-6/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh1-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1” MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1” MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı “ipotekaya xitam verilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai İX35” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipetekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:10-a təyin edilmiş, tərəflərə qanunla müəyyən olunmuş qaydada bildiriş verilməklə məhkəmə iclasına dəvət edilmişlər. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırkı halda, məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədiyindən və cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1” MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı “ipotekaya xitam verilməsi”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-6/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-6/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver