Məhkəmə qərarları › İş №2(007)-601/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-601/2020

21.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-601/2020 21.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(007)- 2306/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 06 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 sentyabr 2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuş və birgə nikahdan 06 iyul 2016-cı il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(007)-2306/2019 saylı qətnaməsi ilə aralarındakı nikah qeydiyyatı pozulmuş, birgə nikahdan olan uşaqları 06 iyul 2016-cı il təvəllüdlü X5 anasının himayəsində saxlanılmış, 06 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay onun aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh qızma verilməsi qət edilmişdir. O, uzun müddətdir "Hepatit B" xəstəliyindən əziyyət çəkir. Xəstəliyi hal- hazırda ağır formadadır. Hər ay müalicə və müayinə üçün külli miqdarda vəsait sərf edir. Cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün məhkəmənin müəyyən etdiyi məbləğdən də artıq məbləğdə ödəməyə hazırdır. Lakin aylıq qazancının ¼ hissəsi tutulması səbəbindən müalicə xərclərini ödəyə bilmir. Müalicə olunmadan xəstəliyi daha da kəskinləşir və həyatı üçün təhlükə yaranır. Bu səbəbdən alimnetin miqdarının dəişdirilərək, hər ay sabit pul məbləğində 2019-cu ildə uşaqlar üçün nəzərdə tutulmuş məbləğdə 160 manat məbləğində müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, alimentin azaldılmasında əsas məsələ ondan ibarətdir ki, oğlu Rəvanın əmək haqqısı stabil deyildir. Banka kredit borcları vardır. Onun əmək haqqısı işlədiyi saatlara görə ödənilir. Bundan başqa oğlu ağır xəstədir (hepatit B) müvafiq müainələr keçir. Xəstəlikliyi malicə etmirlər, lakin xəstəliyi irəliləməməsi üçün müayinələrdək keçməklə onu nəzarətdə saxlayırlar. Göstərdiklərinin nəzərə alınması və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(007)- 2306/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 sentyabr 2015-ci il tarixində “4 saylı Bakı ASAN xidmət” X3 bağlanmış və 2369 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 06 iyul 2016-cı il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı 06 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin ¼ həcmində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. - AZ-İİİ seriyalı, 870420 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 iyul 2016-cı il tarixdə anadan olmuşdur, atası -İddiaçı, anası Cavabdehdır. - “EuroMed” tibb mərkəzi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 09 iyun 2014-cü il tarixdən 10 yanvar 2020-ci il tarixədək həmin mərkəzdə həkim infeksionistin nəzarəti altındadır. Diaqnozu xroniki B virus hepatiti, delta antigeni ilə. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 20 sentyabr 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 06 iyul 2016-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bir müddət sonra tərəflərin münasibətləri pozulmuş, onlar ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 20 sentyabr 2015-ci il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 06 iyul 2016-cı il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı 06 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin ¼ həcmində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(007)-2306/2019 nömrəli qətnaməsi ilə aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında oğlu Rəvanın əmək haqqısının stabil olmamasını, onun əmək haqqısının işlədiyi saatlara görə ödənilməsini, banka kredit borcunun olması, bundan başqa oğlu ağır xəstədir (hepatit B) müvafiq müainələr keçməsini göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal, yəni iddiaçının səhhətlərində probleminin olması və digər hallar alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Belə ki, iddiaçının da bildirməsinə görə həmin xəstəlik aıliment məbləği təyin olunanadək də iddiaçıda mövcud olmuş, bu xəstəlik mütəmadi müalicə tələb olunan xəstəlik olmamaqla, analizlər verilməklə nəzarətdə saxlanılmalı olan xəstəlikdir. Göründüyü kimi, aliment məbləği təyin olunduqdan sonra iddiaçının aliment məbləğinin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində dəyişikliklər olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(007)- 2306/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 06 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(007)- 2306/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 06 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar