Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-602/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 500 manat borcun və 3307 manat dəyən zərərin əvəzi olaraq, cəmi (24800 + 3307) 28107 (iyirmi səkkiz min yüz yeddi) manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə çoxmərtəbəli yaşayış binaları üçün şəhərsalma əsaslandırılmasına əsasən sökülən və söküləcək binaların sakinləri ilə "xxxx" MMC arasırda müvafiq müqavilələr bağlanılıb və bu müqavilələrə əsasən həmin ailələr söküləcək mənzillərdən köçürülür. "xxxx" MMC və ünvan 1 ünvanda yaşayan Cavabdeh arasında bağlanan 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh məxsus 3 otaqlı, sahəsi 92 kv.m. olan mənzil "xxxx" MMCyə təhvil veriləndən sonra ona 3 otaqlı, sahəsi 124 kvm. olan 3 otaqlı, yeni tikilən binadan mənzil verilməsi nəzərdə tutulurdu. Həmin müqavilənin tələbinə əsasən sahəsi 124 kv.m. olan mənzilin təmiri üçün T. Məmmədovaya 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsait ödənilməsi nəzərdə tutulmuşdu. Müqavilə imzalandıqdan dərhal sonra Cavabdeh dəfələrlə "xxxx" MMC - nin ofisinə gələrək Ramana qəsəbəsində ev almaq üçün beh verdiyini bildirmiş və mənzilin təmiri üçün nəzərdə tutulan pulun hamısının ona qabaqcadan verilməsini tələb etmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh Ramana qəsəbəsindəki həmin evi aldıqdan dərhal sonra hazırda yaşadığı mənzili "xxxx" MMC - yə təhvil verməli idi. Buna baxmayaraq, T. Məmmədova müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Pulu aldıqdan sonra Türkiyə Respublikasına gedərək, özünün deməsinə görə 24800 manat pulun hamısını şəxsi məqsədləri üçün xərcləmişdir. Cavabdeh yaşadığı mənzili təhvil verməkdən də imtina edib. Bununla əlaqədar, onunla "xxxx" MMC arasında bağlanan 05 noyabr 2018-ci il tarixli müqavilə ləğv edilib. 27.01.2019-cu il tarixdə Cavabdeh yazılı iltizam verməklə 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsaiti "xxxx" MMC-dən aldığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 manat pulu "xxxx" MMC-yə qaytarmaq barədə öhdəlik götürüb. Lakin, Cavabdeh bu öhdəliyini də yerinə yetirmir və yeni müqavilə bağlamaqdan da imtina edir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 24 800 manat borcun və 3979 manat dəyən zərərin əvəzi olaraq, cəmi (24800 + 3979) 28779 (iyirmi səkkiz min yeddi yüz yetmiş doqquz) manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin müqavilənin hansı bəndinin şərtlərinə əməl etmədiyi iş materialları ilə sübut olunmur. MMC-nin əsas məqsədi məsuliyyətdən yayınaraq müqavilənin şərtlərini pozmaq və hazırda tikintisi başa çatmış binada cavabdehə verilməli olan mənzili verməməkdir. "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu günədək təhvil verməli olduğu Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzilini cavabdehə təhvil verməmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC ilə onun arasında 05 noyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, mülkiyyətində olan mənzili "xxxx" MMC-yə təhvil verməyi, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 65 ünvanında tikilməkdə olan 4 saylı binasınını 4-cü mərtəbəsindəki 3 (üç) otaqlı 124.36 kv.m olan 17 №-li mənzilini onun mülkiyyətinə verməyi "xxxx" MMC öz öhdəsinə götürmüşdür. O cümlədən həmin müqavilənin 1 -ci bəndinə əsasən Cəmiyyət mənə 17 saylı mənzilin təmir olunmasına görə 24.800 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci hissəsinə əməl olunaraq 17 saylı mənzilin təmir olunmasına görə 24.800 manat pul vəsaiti ona ödənilsədə, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 65 ünvanında tikilmiş 4 saylı binanın 4-cü mərtəbəsindəki 3 (üç) otaqlı 124.36 kv.m olan 17 №-li mənzilini bugünədək mülkiyyətinə və sahibliyinə verilməmişdir. Hətta 05 noyabr 2018-ci il tarixdə bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən "xxxx" MMC müqavilədə nəzərdə tutulan mənzil ona təhvil verilənə qədər mülkiyyətçi, yəni ona, Cavabdeh müvəqqəti yaşayacağı mənzilin kirayə haqqını, aylıq 350 AZN (üç yüz əlli manat) olmaqla, təminatlı formada hər ayın 1-dən 5-dək ödəməyi öhsədinə götürmüşdür. Lakin Cəmiyyət tərəfindən müqavilənin bu şərtinə də əməl olunmayaraq kirayə pulu ödənilmədiyi üçün o məcburən yarasız vəziyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Şahin Mirzəyev küçəsindəki, 59 saylı evin 9-cu mənzilində ailəsi ilə birlikdə yaşamağa davam etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzilini Cəmiyyətə təhvil vermək, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq Cəmiyyət Cavabdeh 17 syalı mənzilin təmir olunmasına görə 24800 manat pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. - 27 yanvar 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanan 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzilini "xxxx" MMC-yə təhvil verərək binanın sökülməsinə və bunun əvəzinə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzili təmirsiz vəziyyətdə almağa razılıq verdiyini, əlavə olaraq "xxxx" MMC-dən 24800 (iyitmi dörd min səkkiz yüz) manat pulu nəğd şəklində aldığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 (iyirini dörd min səkkiz yüz) manat pulu "xxxx" MMC-yə qaytarmaq barəsində öhdəlik götürdüyünü bildirmiş və bunları öz imzası ilə təsdiq etmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş ödənilən vəsaitin geri qaytarılması barədə 27 aprel 2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanan 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsait ödənildiyi, buna baxmayaraq onun, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, 27.01.2019 - cu il tarixdə verdiyi iltizama əsasən 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsaiti "xxxx" MMC - dən aldığı, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 manat pulu "xxxx" MMC-yə qaytarmaq barədə öhdəlik götürdüyünü, müqavilə öhdəliklərinə əməl etməməsi ilə əlaqədar onunla "xxxx" MMC arasında bağlanan 05 noyabr 2018 -ci il tarixli müqavilənin pozulduğu, aldığı vəsaiti 5 (beş) iş günü ərzində "xxxx" MMC-yə qaytarmağı xahiş etmiş, əks-təqdirdə bununla bağlı qanunvericiliyin tələbinə uyğun surətdə müvafiq tədbirlər görüləcəyi barədə xəbardar edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzilini Cəmiyyətə təhvil vermək, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq Cəmiyyət Cavabdeh 17 saylı mənzilin təmir olunmasına görə 24800 manat pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. Cavabdeh 27 yanvar 2019-cu il tarixli iltizama imza edərək, "xxxx" MMC ilə aralarında bağlanan 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzilini "xxxx" MMC-yə təhvil verərək binanın sökülməsinə və bunun əvəzinə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzili təmirsiz vəziyyətdə almağa razılıq verdiyini, əlavə olaraq "xxxx" MMC-dən 24800 (iyitmi dörd min səkkiz yüz) manat pulu nəğd şəklində aldığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 (iyirini dörd min səkkiz yüz) manat pulu "xxxx" MMC-yə qaytarmaq barəsində öhdəlik götürdüyünü bildirmişdir. Hazırda "xxxx" MMC maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Rahatlığın Məkanı” MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzilini Cəmiyyətə təhvil vermək, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçəsinin kəsişməsində inşa edilən 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 124.36 kv.m. sahəsi olan mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq Cəmiyyət Cavabdeh 17 saylı mənzilin təmir olunmasına görə 24800 manat pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə üzərində düşən öhdəliyin təmir pulunun verilməsi ilə bağlı hissəsini icra etmişdir. Belə ki, Cavabdeh 27 yanvar 2019-cu il tarixli iltizama imza edərək, "xxxx" MMC-dən 24800 (iyitmi dörd min səkkiz yüz) manat pulu nəğd şəklində aldığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 (iyirini dörd min səkkiz yüz) manat pulu "xxxx" MMC-yə qaytarmaq barəsində öhdəlik götürdüyünü bildirmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl edib, müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin 9 saylı mənzili iddiaçı "xxxx" MMC-yə təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh, ödənilən vəsaitin geri qaytarılması barədə bildiriş göndərilmiş və Cavabdeh "xxxx" MMC ilə arasında bağlanan 05 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsait ödənildiyi, buna baxmayaraq onun, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, 27.01.2019 - cu il tarixdə verdiyi iltizama əsasən 24800 (iyirmi dörd min səkkiz yüz) manat vəsaiti "xxxx" MMC - dən aldığı, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 manat pulu "xxxx" MMC-yə qaytarmaq barədə öhdəlik götürdüyünü, müqavilə öhdəliklərinə əməl etməməsi ilə əlaqədar onunla "xxxx" MMC arasında bağlanan 05 noyabr 2018 -ci il tarixli müqavilənin pozulduğu, aldığı vəsaiti 5 (beş) iş günü ərzində "xxxx" MMC-yə qaytarmağı xahiş etmiş, əks-təqdirdə bununla bağlı qanunvericiliyin tələbinə uyğun surətdə müvafiq tədbirlər görüləcəyi barədə xəbardar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 24800 manat pulu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçıya qaytarmaldır. Belə ki, yuxarıda qeyd olunan 27 yanvar 2019-cu il tarixli iltizama imza edən Cavabdeh, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin pozulacağı təqdirdə 24800 (iyirini dörd min səkkiz yüz) manat pulu "xxxx" MMC-yə qaytarmaq barəsində öhdəlik götürdüyünü bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə “MMC” qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, qeyd olunan məbləği ödəməlidir. Məhkəmə iddia tələbinin “3307 manat dəyən zərərin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi” hissəsini qismən əsaslı sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Cavabdeh maddi zərər tələb etməsi qismən əsaslıdır. Belə ki, Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2480 məbləğində pul vəsaiti əldən çıxmış fayda qismində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat və 2480 (iki min dörd yüz səksən) manat dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 27280 (iyirmi yeddi min iki yüz səksən) manat pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat və 2480 (iki min dörd yüz səksən) manat dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 27280 (iyirmi yeddi min iki yüz səksən) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-602/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-602/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver