Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-610/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “X6” Firmasına qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X6” Firmasına qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” Firmasından 18 aylıq əmək haqqına görə 48*175=8400 manat, maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat, olmaqla cəmi 13400 (on üç min dörd yüz) manat pulun, işlədiyim müddətdə almadığı 4 illik məzuniyyət pullarinin tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2016-cı il ilin oktyabr ayından Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “X6” Firmasında 38 saylı marşrut üzrə sürücü vəzifəsində işləməyə başlamışdır. Hər gün ona yol vərəqəsi və həkim arayışı verilib. Ona aylıq 175 manat əmək haqqı təyin olunub. Lakin həmin əmək haqqları ona verilməyib. Bəhanələri də bu olmuşdur ki, hələ ki, firmanın maddi vəziyyəti vaxşı deyil, onlara marşrutdan pul qalır, hələki bunula yola versinlər, bütün əmək haqqları ödəniləcəkdir. Kim istəmirsə maşını təhvil verib gedə bilər. O, və başqa sürücü yoldaşlarım başqa sənətləri olmadığı və işlədikləri əmək haqqlarını almaq naminə dözərək işləyirdilər. 01.12.2016-cı il tarixdə firmanın rəhbərliyi onunla xxxxxxxQ00601 nömrəli əmək müqaviləsi bağladı. Həmin müqavilədə əmək haqqı 175 manat göstərilir. Lakin əmək haqqları onlara verilmədi. Yenə əvvəliki qaydada bəhanə etdilər ki, əmək haqqları karta yüklənəcək narahat olmasınlar. O, əmək haqqını tələb edən zamanı bildirdilər ki, sakit ol, əks halda ona çox böyük miqdarda cərimə yazarlar. 12 yanvar 2020-ci il tarixdə marşrut kart siseminə keçrildi. Onlara maaş kartı verilməli idi. Lakin həmin maaş kartı ona verilmədi. Əmək haqqı müdiriyyət tərəfindən əllə verildi. Ona görə o, avtobusu təhvil verərək işə çıxmadı. Bundan sonra o, “X6” Firmasına işlədiyi əmək haqqlarının ödənilməsi barədə rəsmi müraciət etsə də firmanın rəhbərliyi ona heç bir cavab vermədi. Ona görə də məcbur olaraq məhkəməyə müraciət edir. Hesab edir ki, firmada işlədiyi əmək stajı ümumilikdə 4 il, yəni 48 ay təşkil edir. 48 aylıq əmək haqqı isə 48*175=8400 manat təşkil edir. Hesab edir ki, firma onun halal zəhmətini, yəni almadığı əmək haqqını, eləcə də verilməyən 4 illik məzuniyyət pullarını hesablayaraq ona ödəməlidir. Onun “X6” Firmasında sürücü kimi işlədiyi əmək stajının 4 il təşkil etməsini nəzərə alaraq ümumilikdə 8400 manat məbləğində olan əmək haqqının verilməsi, 4 illik məzuniyyət pulunun da “X6” Firmasında hesablanaraq göslərilən məbləğin üzərinə əlavə olunaraq ona ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Bundan başqa əgər o, 4 il müddətində maaşını alsaydım, yəni bu məbləğ onun kartına yatrılsaydı mən bu pullarla öz sosial durumunu, ailə vəziyyətini və eləcə də öz sağlamlığının müalicəsi üçün istifadə edə bilərdi. Firma ona külli miqdarda zərər vurmuşdur. Maddi zərər, itrimiş və əldən çıxmış nəzərə alınmaqla “X6” Firması tərəfindən ona zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. “X6” Firmasında işlədiyi müddətdə heç vaxt məzuniyyətə çıxmamış və heç bir məzuniyyət pulu almamışdır. Hesab edir ki, həmin məzuniyyət pulları firma tərəfindən hesablanaraq ona ödənilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, 38 nömrəli avtobusda sürücü işləmişdir. Ayda 15 gün işləyir. Əvvəllər gündəlik plana işləyirdilər. Sonra kart sisteminə keçdilər. Pandemiyaya qədər ayda 237 manat karta vurulur, plan verdikdən sonra günə 50-52 manat gəliri olurdu, Pandemiya dövründə şirkət gündəlik gəlirini kəsmiş, 35-40 manata endirmişdir. İşlədiyi müddətdə ona məzuniyyət verilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08.04.2021-ci il tarixli iclaslarında iştirak etmiş “X6” Firmasının nümayəndəsi Nümayəndə Şəmista oğlu bildirmişdir ki, iddia tələbini qismən məzuniyyət pulunun verilməməsi hissəsində qəbul edir, əmək haqqının verilməməsi hissəsində qəbul etmirik. Belə ki, iddiaçı 38 nömrəli avtobusda işləmək üçün 01.12.2016-ci il tarixdən sürücü kimi işə qəbul edilmişdir. İddiaçı 30.08.2020-ci il tarixdə, 06.10.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək olan dövrdə işə çixmamış və bu barədə onlara məlumat verməmişdir. İddiaçı 30.08.2020-ci il tarixdə işə çıxmaması barədə 01.09.2020-ci il tarixli izahatında məlumat vermədən işə çıxmamasını öz izahatında etiraf etmiş və bunun üzrlü sayılmasını xahiş etmişdir. 13.10.2020-ci il tarixli əmrlə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmrlə ona istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış təqvim günləri üçün pul əvəzinin verilməsi müəyyən olunmuşdur. İddiaçıya işlədiyi dövr üzrə əmək haqqları ödənilmiş, lakin istifadə etmədiyi məzuniyyətə görə haqq ödənilməmişdir. O məhkəməyə ödənilmiş əmək haqqları və istifadə edilməmiş məzuniyyətə görə iddiaçıya ödənilməli olan vəsaitlə bağlı məlumat təqdim edəcəklərini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş.“X6” Firmasının vəkilivə nümayəndəsi Musayev X4 Asif Şəmista oğlunun izahatına uyğun izahat verərərk iddia tələbini qismən məzuniyyət pulunun verilməməsi hissəsində qəbul etmələrini qalan hissədə qəbul etməməlirini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X6” Firmasının 01 dekabr 2016-cı il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 01 dekabr 2016-cı il tarixdən Firmaya sınaq müddətinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Nəcəfov X1 Auto Company” Firmasında müddətsiz olaraq işə qəbul edilmişdir. İşçinin əmək haqqı 175 manat təşkil edir. - “X6” firmasının sürücülərə 2020-ci ilin aprel ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X6” firmasının sürücülərə 2020-ci ilin avqust ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, Həsənov Namiqin ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X6” firmasının 13 oktyabr 2020-ci il tarixli 89 saylı marşrut xətlərində intizam hallarının pozulmasının qarşısını almaq məqsədilə töhmət verilməsi haqqında əmrdən görünrü ki, Cavabdeh Firmasının sürücü vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 13.10.2020-ci il tarixində heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb göstərmədən işə çıxmadığına təhkim olunmuş avtobusu qarajda qoyaraq hər gün üçün 300 manat firmaya maddi ziyan vurduğuna və daxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonununcu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. - 13 oktaybr 2020-ci il tarixli 89 nömrəli İddiaçı işdən azad olunması barədə əmrin surətindən görünür ki, İddiaçı 13 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan 06.10.2020-ci il tarixindən 13.10.2020-ci il tarixinədək işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış təqvim günü(ləri) üçün pul əvəzi verilməsi əmr edilmişdir. - 27.04.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən “X6” firması ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a, tərəflərdən birinin təşəbbüsünə əsasən xitam verilmişdir. - 28 sentyabr 2020-ci il tarixli MN 068767 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işçilərə əmək məzuniyyəti verilmədiyinə görə “X6” Firması barəsində inzibati tənbeh tətbiq edilmişdir. - “X6” firmasının arayışından görünür ki, X2 2020-ci ilin 7 ayı ərzində hesablanan məzuniyyət günlərinin əmək haqqı aşağıdakı qaydada hesablanmışdır. İllik əmək haqqı cəmi 1750 (bir min yeddi yüz əlli) manat; 1750 manat/12 ay=145,80 manat; 145,80 manat/30,40 manat=4,80 manat; 21 gün*4,80 manat=100,70 manat. Bir məzuniyyət günü üçün əmək haqqı (orta aylıq əmək haqqı/30,4) 4,80 azn, məzuniyyət günlərinin sayı 21 gün. Məzuniyyət günlərinin əmək haqqı üçün ödənilməli olan məbləğ 100,70 (bir yüz manat-00 qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 01.12.2016-cı il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmiş, 13.10.2020-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddənin 2-ci bəndində göstərilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçinin əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “X6” firması arasında əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə 13.10.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsində 48 aylıq əmək haqını tələb etsə də, iş materiallarında olan “X6” firmasının sürücülərə 2020-ci ilin avqust ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. Göründüyü kimi, 2020-ci ilin avqust ayından sonrakı dövr üçün, yəni İddiaçı əmək müqaviləsinə xitam verildiyi 13.10.2020-ci il tarixədək olan dövrdə işçinin əmək haqqının ödənilməmişdir. Beləliklə, iddia tələbi “cavabdeh “X6” Firmasından 48 aylıq əmək haqqına manat pulun tutulması” hissəsində qismən təmin edilməli, işçinin rəsmi əmək haqqının 175 manat olması nəzərə alınaraq ödənilməmiş 1 ay, 12 gün əmək haqqı üçün (175+70 (175:30*12)=245) iddiaçıya 245 manat əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin məzuniyyət haqqının verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçıya işlədiyi dövr üçün məzuniyyət haqqının verilməsi ilə bağlı heç bir sübut növü yoxdur. Bundan başqa 28 sentyabr 2020-ci il tarixli MN 068767 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işçilərə əmək məzuniyyəti verilmədiyinə görə “X6” Firması barəsində inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçıya “X6” Firmasında işlədiyi 4 il müddət ərzidə məzuniyyət haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına -30,4ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Həmin Məcəllənin 140.4-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan “X6” firmasının arayışından görünür ki, X2 2020-ci ilin 7 ayı ərzində hesablanan məzuniyyət günlərinin əmək haqqı aşağıdakı qaydada hesablanmışdır. İllik əmək haqqı cəmi 1750 (bir min yeddi yüz əlli) manat; 1750 manat/12 ay=145,80 manat; 145,80 manat/30,40 manat=4,80 manat; 21 gün*4,80 manat=100,70 manat. Bir məzuniyyət günü üçün əmək haqqı (orta aylıq əmək haqqı/30,4) 4,80 azn, məzuniyyət günlərinin sayı 21 gün. Məzuniyyət günlərinin əmək haqqı üçün ödənilməli olan məbləğ 100,70 (bir yüz manat-00 qəpik) manat təşkil edir. Həmin arayışda “X6” firmasında hazırki iddiaçı ilə eyni vəzifədə işləyən sürücü X2 2020-ci il üçün məzuniyyət haqqı hesablanmışdır. Həmin sürücü də hazırki iddiaçı ilə eyni, yəni 175 manat əmək haqqı alır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaçının da məzuniyyət haqqı eyni qaydada hesablanmalıdır. Beləliklə, cavavdeh “X8” Firmasından 4 il üçün ödənilməyən, ümumilikdə 402.80 (illik əmək haqqı cəmi 1750 (bir min yeddi yüz əlli) manat; 1750 manat/12 ay=145,80 manat; 145,80 manat/30,40 manat=4,80 manat; 21 gün*4,80 manat=100,70 manat. Bir məzuniyyət günü üçün əmək haqqı (orta aylıq əmək haqqı/30,4) 4,80 azn, məzuniyyət günlərinin sayı 21 gün. Məzuniyyət günlərinin əmək haqqı üçün ödənilməli olan məbləğ 4 il üçün 402.80 manat təşkil edir.) manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Belə ki, iddiaçı əmək haqqının ödənilməməsi nəticəsində əldə çıxmış fayda kimi 5000 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya cavabdeh firmada işlədiyi müddət ərzində əmək haqqı ödənilmiş, onun əmək haqqının alınmasına münasibətdə hüquqları puzulmamışdır. Nəticədə iddiaçının hüquqları pozulmadığından onun əldən çıxmış fayda kimi zərər vurulduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh “X8” Firmasından maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "X6" Firmasından 245 manat əmək haqqı, 402.8 manat məzuniyyət haqqı, ümumilikdə 647.8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməsin Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "X6" Firmasından 245 manat əmək haqqı, 402,8 manat məzuniyyət haqqı, ümumilikdə 647,8 (altı yüz qırx yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-610/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-610/2021
14.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver