Məhkəmə qərarları › İş №2(007)-62/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-62/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-62/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İHakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Alakhverdiyev Arazın iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 QSC-ə və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 07.10.2012-ci il tarixdə idarə etdiyi "Mercedes Benz” markalı ** JB *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, F.X.Xoyski prospekti ilə hərəkət edərkən sol cərgədən sağ cərgəyə yerdəyişmə zamanı manevr qaydalarını pozmuş, sağından düzünə hərəkətdə olan Bağır-zadə Məmməd Elxan oğluna məxsus "xxxx" Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Mercedes Benz” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Sumqayıt şəhər məhkəməsinin 3(060)-1521/2020 saylı X3 iş üzrə Qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı 08.10.2012-18.10.2012-ci il tarixli Akta uyğun olaraq, həmin avtomobilə 1242.50 manat ziyan dəymişdir. MİC № 120144-U00 saylı sığorta müqaviləsinə və № 2122/2012 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti 100 manat azadolma məbləği çıxmaqla 1142.50 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" Sığorta Şirkətinə 1142.50 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən Bağır-zadə Məmməd Elxan oğluna məxsus "xxxx" Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 1142.50 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat, cəmi 1172.90 manat cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Alakhverdiyev Araz iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə,iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qı̇ smən təmin olunmalıdır. İş materiallarında olan 29.10.2012-ci il tarixli 2212/2012 nömrəli sığorta aktından görünür ki, Cavabdeh2 07.10.2012-ci il tarixdə idarə etdiyi "Mercedes Benz” markalı ** JB *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, F.X.Xoyski prospekti ilə hərəkət edərkən sol cərgədən sağ cərgəyə yerdəyişmə zamanı manevr qaydalarını pozmuş, sağından düzünə hərəkətdə olan Bağır-zadə Məmməd Elxan oğluna məxsus "xxxx" Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir."xxxx" Sığorta Şirkəti 100 manat azadolma məbləği çıxmaqla 1142.50 manat sığorta ödənişi həyata keçirmişdir İş materiallarında olan 31.1.2012-ci il tarixli X3 iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 08.10.2012-18.10.2012-ci il tarixli Aktdan görünür ki, “Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə 1242.50 manat ziyan dəymişdir. İş materiallarında olan AB seriyalı 806711 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,“Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobil Bağır-zadə Məmməd Elxan oğluna məxsusdur. İş materiallarında olan AB seriyalı 796779 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Mercedes Benz” markalı ** JB *** dövlət nömrə nişanlı avtomobilii Cavabdeh1 QSC-nin mülkiyyətindədir. İş materiallarında olan 01.10.2012-ci il tarixli 002 saylı yol vərəqəsindən görünür ki Müesedess Benz markalı, avtomobilin mülkiyyətçisi Cavabdeh1 QSC** JB *** dövlət nömrə nişanlı avtomaşını idarə etmək Cavabdeh2 yol vərəqəsi vermişdir. İş materiallarında olan 05.06.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, X1 127 manat ödəniş etmişdir. İş materiallarında olan ********* nömrəli 24.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bağır-zadə Məmməd Elxan oğlu ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobil Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış, sığorta müddəti 02.05.2012-01.05.2013-cü il tarixi müəəyn edilmişdir. İş materiallarında olan Cavabdeh2 ünvanlanmış 10.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1142.50 manat sığorta ödənişini 10 iş günü ərzində şirkətə ödənilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 14.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1142.50 manat sığorta ödənişini 10 iş günü ərzində şirkətə ödənilmısi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin hallarından görünür ki, Cavabdeh2 07.10.2012-ci il tarixdə idarə etdiyi "Mercedes Benz” markalı ** JB *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, F.X.Xoyski prospekti ilə hərəkət edərkən sol cərgədən sağ cərgəyə yerdəyişmə zamanı manevr qaydalarını pozmuş, sağından düzünə hərəkətdə olan Bağır-zadə Məmməd Elxan oğluna məxsus "xxxx" Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı ** KB *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1521/2020 saylı X3 iş üzrə Qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində 08.10.2012-18.10.2012-ci il tarixli Akta uyğun olaraq, həmin avtomobilə 1242.50 manat ziyan dəymişdir. MİC № 120144-U00 saylı sığorta müqaviləsinə və № 2122/2012 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti 100 manat azadolma məbləği çıxmaqla 1142.50 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda cavabdeh "xxxx" QSC-yə qarşı subroqasiya tələbi yönələ bilməz.Belə ki, şirkət avtomobili idarə etmək üçün Cavabdeh2 qanunla müəyyən olunan səlahiyyətlər və yol vərəqəsi vermişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 iddiaçı "Atəşgah Sığorta Şirkəti” ASC-nin xeyrinə 1142.50 manat sığorta odənişi və 30.40 manat dovlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə 1142.50 manat sığorta odənişi və 30.40 manat dovlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar