Məhkəmə qərarları › İş №2(007)-633/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-633/2022

01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-633/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Hacızadə Nı̇ gar Mir Elşən qızı və onun nümayəndəsi X6, Cavabdeh Hacıyev Mı̇ r Elşən Məhəd oğlunun vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onun xeyrinə hər ay ali təhsilini başa çatdıranadək qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması və illik təhsil haqqının yarısının Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-387/2021 saylı, 30.03.2021-ci il tarixli qərarına əsasən X11 ilə Cavabdeh arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı X6 himayəsində saxlanılması və yetlkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Həmin qərar icra olunması üçün icraya yönəldilmiş və icra edilmişdir. Onun artıq 18 yaşı tamam olmuş və məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin icrası başa çatmışdır. Lakin o, hal-hazırda ali təhsil alır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn ixtisası üzrə İİ kurs tələbəsidir, təhsilini ödənişli əsaslarla əyani formada alır, illik ödənişinin miqdarı 1800 manatdır. Belə olduğu halda onun əmək fəaliyyəti ilə məşğul olmağı qeyri-mümkündür və hal-hazırda anası ilə birlikdə onun himayəsində yaşadığı üçün xərclərini, o cümlədən təhsil xərclərini valideyn kimi anası qarşılayır. Lakin, anasının qazancının az olması, xərclərinin kifayət qədər çox olması, o cümlədən, kirayədə yaşadıqlarına görə hər ay kirayə haqqının ödənilməsi xərclərin qarşılanmasını çətinləşdirir. Atası Cavabdeh isə hal-hazırda Neft emalı zavodunda meterologiya üzrə mütəxəssis işləyir və əmək haqqı 1824,91 manatdır. Boşanmadan sonra icra qaydasında atasının əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmuş, bundan başqa ona heç bir maddi dəstəyi olmamışdır. Hal-hazırda da xərcləri, o cümlədən, təhsil xərcləriylə bağlı ona heç bir maddi köməklik göstərməmişdir. Beləliklə, onun müstəqil həyata hazırlanması, inkişafı və gələcəkdə cəmiyyətdə müstəqil bir şəxs kimi formalaşması üçün aldığı təhsilin xüsusi önəmi vardır. Aldığı təhsillə əlaqədar olaraq əmək fəaliyəti ilə məşğul olmağı qeyri-mümkündür. Buna görə də heç bir qazancı və gəlir yeri yoxdur. Cavabdeh 28.01.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin etirazda cavabdeh göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də təmin olunmamamlıdır. Belə ki, iddia ərizəsində göstərilənləri əksəriyyəti ümumiyətlə həqiqəti əks etdirmir. Əvvəla iddiaçı cavabdehin ailə üzvü deyil, o anası ilə birlikdə 15 noyabr 2020-ci il tarixdə atasından xəbərsiz başqa ünvana köçmüşdür və hal-hazırda da orada yaşayır. Cavabdehin ailə üzvü həmin nikahdan doğulmuş X2r ki, atası ilə birlikdə yaşayır və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əyani təhsilalma forması üzrə ödənişli əsaslarla oxuyur. X1 illik təhsil haqqı 2300 manat təşkil edir. Bundan əlavə o, bakalavr pilləsini başa vurduqdan sonra həmin universitetin magistratura pilləsində oxumağı düşünür və təbii ki, heç yerdə işləmir. Yəni Cavabdeh bundan sonra X3 görə hələ iki il yarım müddətə təhsil haqqı ödəyəcəkdir. Digər tərəfdən iddiaçı yaşadıqları evin kirayə haqqının anası tərəfindən ödənilməsi həqiqəti əks etdirmir, iddiaçının anası X13 AR Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında dövlət qulluğunda işlədiyi üçün mənzil kirayə haqqını dövlət qurumu tam ödəyir, yəni aldığı yüksək əmək haqqından kirayə haqqı vermir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. o, əlavə olaraq atasının onlardan niyə imtina etməsini anlamadığını, gecə işləməkdən qorxduğunu, maddi cəhətdən çətinlik çəkməsini xərclərini çatdıra bilməməsini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdehlə birgə nikahlarından olan oğulları hər iki tərəfdə yaşayır. Oğlan uşağıdır, ora gedir, bura gəlir. O, övladına qarşı haqsızlıq edildiyi üçün evdən çıxmışdır. O, övladlarına demək olar ki, ata da, ana da olmuşdur. Qarşı tərəf iddia edir ki, o, uşaqlarını atadan uzaqlaşdırmışdır. Qızına atasına zəng etməsini, ata qarğışı tutduğunu bildirmişdir. Qızı atasına yazır, amma atası qızına cavab yazmır. O, 10 ay aliment almışdır. Aliment bitəndən sonra 1-2 ay cavabdehin bir şey etməsini gözləmişdir, amma cavabdeh heç zəng belə etmir. Bundan əvvəl mediasiya prosesinə də gəlməmişdir. Qızının gəlməsini tələb etdi. O, sadəcə övladı təhsil alsın istəyir. Bu ata bir dəfədə olsun qızıyla maraqlanmır. Qızı 1900 manat ödəniş əsasında universitetdə təhsil alır. Oğlunun da təhsil haqqı 2300 manatdır, 2 ildir ki, oğlunun pulunu borc alaraq verir. Ata evdə olduğu halda, pulun 1000 manatını verirdi, 1300 manatını isə oradan-buradan yığa-yığa verirdi və evə də baxırdı. Hal-hazırda o, onu qeydiyyatdan çıxartdıqları üçün evdən çıxmışdır. O, özünü anlasa da, qızını niyə qeydiyyatdan çıxarmasını başa düşmür, bu qeydiyyatdan çıxarma məsələsi qızına psixoloji təsir edir. Pulun yarısını vermiş, yarısını verə bilmir. O, 2017-ci ildən Fövqalədə Hallar Nazirliyinin hərbi hissəsində çavuş mütəxəssis işləyir və 600 manat maaş alır,onun 400 manatını kirayə pulu verir. İş yerindən ona ildə bir dəfə kirayə haqqı verilir. 145 manat özünə və hər uşağa 295 manat. Cavabdehin hər ay 1824 manat ümumi gəliri var. Socarda neft emalı zavodunda işləyir. Cavabdehin 2 evi, qarajı və torpağı var. O, ondan təkcə övladının təhsil ödənişinə köməklik istəyir. Oğlu universitetdə kəsirləri olduğu üçün gedir işləyir, onun əynində düzgün pal-paltarı yoxdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O həmçinin qeyd etdi ki, yetkinlik yaşı qanunla şəxsin tam fəaliyyət qabiliyyəti hesab olduğu yaş sayılır. Yetkinlik yaşına çatmayanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Azərbaycan Respublikasında yetkinlik yaşı 18 yaşdır. İddiaçı 19 yaşın içindədir və istinad etdiyi maddə, normativ aktlar ona şamil oluna bilməz. İddiaçı əyani təhsilini qiyabi çevirə bilər və yaxud başqa ödənişsiz təhsil ala bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 417630 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacızadə Nı̇ gar Mir Elşən qızı 20.11.2003-cü il tarixdə anadan olmuşdur. Atası Hacıyev Mı̇ r Elşən Məhəd oğlu, anası X9r. - Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universiteti tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin üniversitetin Rəssamlıq fakültəsinin Dizayn ixtisasının əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alan 1-ci kurs tələbəsidir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departameninin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 141 saylı Kommunal İstismar Sahəsinin 558 və 559 saylı 09.08.2021-ci il tarixli arayışlarından görünür ki, X11 K.Balakişiyev küçəsi, ev 17, mənzil 345 ünvanında qeydiyyatdadır və yaşayır. İddiaçı və X4 ailə üzvləridir. - Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departameninin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 141 saylı Kommunal İstismar Sahəsinin 57 saylı, 17.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh K.Balakişiyev küçəsi, ev 17, mənzil 345 ünvanında qeydiyyatdadır və yaşayır. X13 onun keçmiş həyat yoldaşı, İddiaçı, X4 isə oğludur. - Azərbaycan Memarlıq və İnşaat Universitetinin 26.01.2022-ci il tarixli arayışından görünür ki, X4 həmin universitetin “Tikinti- iqtisad” fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasının əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alan İV kurs tələbəsidir. - 14.12.2021-ci il tarixli, 2021-007889 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, X11 və Hacıyev Mı̇ r Elşən Məhəd oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. X11 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X11 ilə Hacıyev Mı̇ r Elşən Məhəd oğlu arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş 20.11.2003cü il təvəllüdlü Hacızadə Nı̇ gar Mir Elşən qızı hazırda ali təhsil alır. İddiaçı Hacızadə Nı̇ gar Mir Elşən qızı və nümayənəsi X11 təhsil xərclərini qarşılaya bilmədiklərni bildirərək, cavabdeh Hacıyev Mı̇ r Elşən Məhəd oğluna qarşı cavabdehdən onun xeyrinə hər ay ali təhsilini başa çatdıranadək qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması və illik təhsil haqqının yarısının cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək bildirir ki, artıq yetkinlik yaşına çatmış 20.11.2003-cü il təvəllüdlü Hacızadə Nı̇ gar Mir Elşən qızının aliment tələbi ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan, onun iddiası təmin olunmamaldır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onun xeyrinə hər ay ali təhsilini başa çatdıranadək qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması və illik təhsil haqqının yarısının Cavabdeh tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırki halda dövlət rüsumu qismində ödənilməli 50 manat vəsait dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onun xeyrinə hər ay ali təhsilini başa çatdıranadək qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması və illik təhsil haqqının yarısının Cavabdeh tutulması” tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu qismində ödənilməli olan 50 manat vəsait dövlət büdcəsinin vəsaiti hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar