Məhkəmə qərarları › İş №2(007)-635/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-635/2023

16.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-635/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilmiş yaşayış kompleksində A.10.2 saylı mənzilə dair Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 0068 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq tərəflər mübahisəni məhkəmədənkənar barışıq sazişi ilə bitirmək qərarına gəldiyini, barışıq sazişinin bağladıqlarını, tərəflərin barışıq sazişini məhkəməyə təqdim etdiklərini bildirmiş və həmin barışıq sazişini təsdiq edərək yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq tərəflərin öz aralarında razılığa gələrək məhkəmə çəkişməsini barışıq sazişi ilə tamamlamağı qərara aldıqlarını, qanunvericiliyin tələblərinə uyğun olaraq barışıq sazişinin hazırlandığın və məhkəmənin diqqətinə çatdırıldığını, qeyd olunan barışıq sazişində tərəflərin öz üzərlərinə qarşılıqlı öhdəliklər götürdüyü və sazişdə göstərilən öhdəliklərin yerinə yetirilməsində iddialı olduqlarını bildirmiş və barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, ididaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, 1. İddiaçı Cavabdeh ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2017ci il tarixli müqavilə əsasında cavabdehin iddiaçıya ödədiyi 62787 (altmış iki min yeddi yüz səksən yeddi) manat vəsaiti xx.xx.2023-cü il tarixədək geri qaytarılacağına dair üzərinə götürdüyü öhdəliyi qəbul edir və bunun qarşılığında iddiaçı Bakı şəhəri, Nizami Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı "müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına" dair tələbindən imtina edəcəyinə dair üzərinə öhdəlik götürür, həmin mənzilə dair tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin "xxxx" MMC-yə geri qaytarılmasına etiraz etmir. 2. İddiaçı "xxxx" MMC Cavabdeh ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı- satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında axrıncı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 62787 (altmış iki min yeddi yüz səksən yeddi) manat vəsaiti xx.xx.2023-cü il tarixədək geri qaytaracağına dair üzərinə öhdəlik götürür və bunun qarşılığında iddiaçı "xxxx" MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına" dair tələbindən imtina etməsini və həmin mənzilin Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılmasını qəbul edir. 3. Hazırki barışıq sazişini bağlayan tərəflər gələcəkdə mübahisənin predmeti olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilə dair bir-birinə qarşı iddia və tələblərinin olmayacaqlarına dair üzərinə öhdəlik götürürlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını, barışıq sazişlərinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişləri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. O cümlədən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair 2(007)-635/2023 saylı mülki iş üzrə İddiaçı MMC ilə Cavabdeh aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. İddiaçı Cavabdeh ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdehin iddiaçıya ödədiyi 62787 (altmış iki min yeddi yüz səksən yeddi) manat vəsaiti xx.xx.2023cü il tarixədək geri qaytarılacağına dair üzərinə götürdüyü öhdəliyi qəbul edir və bunun qarşılığında iddiaçı Bakı şəhəri, Nizami Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı "müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına" dair tələbindən imtina edəcəyinə dair üzərinə öhdəlik götürür, həmin mənzilə dair tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin "xxxx" MMC-yə geri qaytarılmasına etiraz etmir.

2. İddiaçı "xxxx" MMC Cavabdeh ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı- satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında axrıncı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 62787 (altmış iki min yeddi yüz səksən yeddi) manat vəsaiti xx.xx.2023-cü il tarixədək geri qaytaracağına dair üzərinə öhdəlik götürür və bunun qarşılığında iddiaçı "xxxx" MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına" dair tələbindən imtina etməsini və həmin mənzilin Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılmasını qəbul edir.

3. Hazırki barışıq sazişini bağlayan tərəflər gələcəkdə mübahisənin predmeti olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilə dair bir-birinə qarşı iddia və tələblərinin olmayacaqlarına dair üzərinə öhdəlik götürürlər. Barışıq müqaviləsinin şərtlərinin icra edilməsi qaydası Barışıq müqaviləsi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq müqaviləsinin şərtləri ilə razı olmasına dair məhkəmə iclas protokoluna imza edirlər. Tərəflər arasında bağlanılmış, imzalanmış barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, istinad edilmiş barışıq sazişi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər: Tərəflər bəyan edirlər ki, barışıq müqaviləsinin şərtləri, müqavilənin bağlanması qaydası onların könüllü iradəsini əks etdirilir. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması AR MPM-nin 262.4-cü maddənin tələblərinə uyğun olaraq həyata keçirilir və həmin maddənin tələbləri məhkəmə tərəfindən tərəflərə izah edilmişdir. Hazırki barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq olunur. X1 hər biri 3 (üç) nüsxədə tərtib olunub imzalanır. Barışıq Sazişlərinin 01 (bir) nüsxələri tərəflərin özündə saxlanılır, 01 (bir) nüsxələri isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilir. Həmin barışıq sazişləri təsdiq edilsin və 2(007)-635/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Tərəflərə izah olunsun ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda qərardad məcburi icraya yönəldiləcəkdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar