Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-657/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşməklə Cavabdeh məxsus yaşayış mənzilində yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsinə və onun həmin mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənib. 29 avqust 2009-cu il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdiriblər. Cavabdehlə birgə yaşadıqları müddətdə onların 09 avqust 2005-ci il tarixdə cavabdeh X2 adlı bir uşaqları olub. Həmin uşaq hazırda yetkinlik yaşına çatıb. O, Cavabdeh ilə evləndiyi zaman onun ünvan 3 ünvanında yerləşən yaşayış mənzilinə köçüb və özünə məxsus cehiz əmlakını da həmin mənzilə aparıb. O, Cavabdeh ilə evləndiym vaxtdan həmin mənzildə yaşayıb və uşağı da həmin mənzildə anadan olub. Cavabdeh X2 ilə əvvəllər mehriban yaşasalar da, axır vaxtlar münasibətləri pozulub. Cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia qaldırıb və Qusar Rayon Məhkəməsinin 2(029)- 263/2024 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulub. Bundan sonra Cavabdeh mənzildə onunla yola getməyib və 15 iyul 2024-cü il tarixdə onu həmin mənzildən çıxardıb. Lakin onun bütün cehizləri, əmlakı hazıradək cavabdehin mənzilində qalıb. Qeyd etmək istəyir ki, o, işi ilə əlaqədar hazırda Bakı şəhərində yaşayır. Cavabdeh onu mənzildən çıxartdıqdan sonra o, kirayələrdə yaşayır, kirayə haqqlarını ödəyə bilmir. Onun başqa yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Ona görə də, o, Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilində yaşayış sahəsindən istifadə hüququnun bərpa edilərək, həmin mənzilə köçürülməyini tələb edir.
İş materialları:
4. Qusar Rayon Məhkəməsinin 2(029)-263/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində 29 avqust 2009-cu il tarixli 753 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.
5. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2004-cü il tarixli 003775 saylı orderinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə 1 nəfər ailə tərkibi ilə (özü) Cavabdeh yaşamaq hüququ var.
6. "xxxx" Mənzil tikinti kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 22 saylı arayışdan görünür ki, X1 ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binada 2004-cü ilin aprelindən 2023-cü ilin yanvarına qədər pasport qeydiyyatı olmadan yaşamışdır. 2009-cu ildən Cavabdeh ilə nikah qeydiyyatına düşüb.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383, ev 53, məznil 2A, Yeni qaydalarla: AZ1119, ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir.
8. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh keçmiş əridir. Köçürülmək istədiyi mənzil cavabdehin mülkiyyətindədir. Cavabdehlə 2004-cü ildə ailə quraraq həmin mənzilə köçüb, 2005-ci ildə uşaqları doğulub. O, 2004-cü ildən 07 iyun 2024-cü ilə qədər həmin mənzildə yaşayıb, lakin mənzilə qeydiyyata düşməyib. O, hazırda kirayədə yaşayıb.
10. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı onun keçmiş arvadıdır. 2004-cü ildən qeyri-rəsmi olaraq iddiaçı ilə birlikdə yaşayıblar. İddiaçı ilə nikaha 2009-cu ildə daxil olublar. Evliliklərindən bir uşaqları var. İddiaçının mənzilinə köçürülməsinə razı deyil. Hazırda cavabdehlə evliliklərindən doğulmuş uşağı ilə birlikdə mənzildə yaşayır. İki ildir ki, uşağına tək baxır. Oğlu ikinci kurs tələbəsidir. İddiaçını 2023-cü ildə evdən çıxarıb, 2024-cü ildə iddiaçı kirayə qaldığına görə onu evə qaytarıb. Yenə də yola getmədiklərindən həmin ildə iddiaçını mənzilimdən qovub. İddiaçı ilə nikahları pozulub. İddiaçı nə rəsmi nikahlarının olduğu, nə də ki, mənzilə qeydiyyatının olmadığını deyirdi, o, da iddiaçı ilə rəsmi nikahda daxil oldu, lakin qeydiyyatı sonra edəcəyini deyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
İşin faktiki halı:
13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.2009-cu ildə nikaha daxil olaraq ailə qurublar. Onların birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383, ev 53, məznil 2A, Yeni qaydalarla: AZ1119, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdən Cavabdeh adına dövlət qeydiyyatında alınsa da, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2004-cü il tarixli 003775 saylı orderinə əsasən mənzil cavabdehə verilmişdir, həmçinin iddiaçı X1 həmin ünvanda 2004-cü ilin aprelindən 2023-cü ilin yanvarına qədər pasport qeydiyyatı olmadan yaşamışdır. Tərəflər arasında nikah xx.xx.2009-cu ildə rəsmiləşdirsələr də, tərəflər bundan əvvəl faktiki nikah münsaibətlərində olmuş, iddiaçı həmin vaxtdan mübahisəli mənzildə yaşamışdır. Tərəflər arasında nikah münasibətləri pisləşdiyindən iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı mübahisə zəminində mənzildən çıxmaq məcburiyyətində qalmasını və başqa yaşayış yeri olmamasını əsas gətirərək, həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. İddiaçı 2024-cü il tarixdə Cavabdeh ilə faktiki nikaha daxil olaraq mübahisəli mənzilə köçdüyündən, həmin mənzil Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2004-cü il tarixli 003775 saylı orderinə əsasən verildiyindən və bununla bağlı məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir.
17. Məhkəmə qeyd edir ki, Cavabdeh ona orderlə verilən ünvan 6 ünvanında yerləşən mənzilə arvadı İddiaçı razılıq əsasında köçürmüş və İddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2004-cü ildən əri ilə birgə yaşamışdır. Daha sonra Cavabdeh həmin mənzilin xx.xx.2019-cu ildə mülkiyyətçisi olmuşdur. Hazırda İddiaçı və Cavabdeh arasında nikah pozulmuşdur.
18. İddiaçı hazırkı iddiasında mübahisəli mənzildə yaşamasına cavabdeh tərəfindən maneə yaradıldığına istinad edərək sözügedən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş edir.
19. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində qeyd edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Tərəflər arasında mövcud olan münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailəüzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
21. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1dək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
22. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır.
23. İddiaçı 2023-cü ildə cavabdehin onu mənzildən qovduğunu qeyd etmiş, cavabdeh isə 2023-cü ildə iddiaçını mənzildən çıxardığını, kirayədə qalması səbəbindən 2024-cü ildə onu mənzilə qaytardığını, lakin sonradan yola gedə bilmədikləri üçün iddiaçını yenidən mənzildən qovduğunu bildirmişdir. Hazırkı halda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir. Məhkəmə qeyd edilənləri, iddiaçının mənzildən istifadə hüququnun olmasını, onun başqa yaşayış yeri olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383, ev 53, məznil 2A, Yeni qaydalarla: AZ1119, ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmalı və o, həmin mənzilə köçürülməlidir. Məhkəmə xərcləri:
25. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383, ev 53, məznil 2A, Yeni qaydalarla: AZ1119, ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva