Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-661/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə İsrafil oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1062 manat məbləğində siğorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 1092,40 manat məbləğində pulu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 mart 2014-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli və Z.Bünyadov küçələrinin kəsişməsində Cavabdeh1 mülkiyyətində, Cavabdeh3 sahibliyində olan “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN BDYPİ-nin 31.03.2014-cü il tarixli, № 3050 saylı arayışına əsasən və 25.03.2014-cü il tarixli, № BYP 866474 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının İXM 151.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, Cavabdeh2 hadisə ilə bağlı Bakı şəh., BPİ DYPİ nə vermiş izahatda, nəqliyyat vasitəsini sahibinin iştirakı ilə idarə edən zaman xəta törətdiyini bildirmişdir. AR DİN BDYPİ-nin 31.03.2014-cü il tarixli, № 3050 saylı arayışına və AB № 109291 X3 Şəhadətnaməsinə əsasən məlum olmuşdur ki, hadisə anında “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən Cavabdeh1 mülkiyyətində olmuşdur. Həmçinin, ƏN-İİ №235870 saylı Etibarnamədən məlum olurki, Cavabdeh1 “Opel Astra" markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə elmək üçün Cavabdeh3 etibar etmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığoratlanmış və zərər məbləği bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı qanunla müəyyən edilmiş 5000 (beş min) manat məbləğində məsuliyyət həddini aşdığı üçün “Bakı Sığorta" ASC həmin aşan hissəni zərər vuran şəxsdən tələb etmək hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi X1 hadisə zamanı idarə etdiyi, “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, AB№ 109291 saylı X3 Şəhadətnaməsinin surətinə və AR DİN BDYPİ-nin 31.03.2014-cü il tarixli. № 3050 saylı arayışına əsasən məlum olmuşdurki, hadisə anında “Opel Astra" markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş. “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin MİB- RAZ-0009/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Bakı Sığorta" ASC tərəfindən 17.01.2013-cü il tarixindən 17.01.2014-cü il tarixinədək 26900 (iyirmi altı min doqquz yüz) manat, 17.01.2014-cü il tarixdən 17.01.2015-ci il tarixədək 21520 (iyirmi bir min beş yüz iyirmi) manat, 17.01.2015-ci il tarixdən 17.01.2016-cı il tarixədək 17216 (on yeddi min iki yüz on altı) manat, 17.01.2016-cı il tarixdən 17.01.2017-ci il tarixədək 13773 (on üç min yeddi yüz yetmiş üç) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 300,00 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 07.02.2013-cü il tarixli MİB-RAZ-0009/13 saylı X2 Sığorta Şəhadətnaməsinə əlavədən görünür ki. 07.02.2013-cü il tarixdən etibarən avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X9 əlavə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş, 08.05.2014-cü il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində “X15" markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6362 (altı min üç yüz altmış iki manat) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 08.05.2014-cü il tarixli, 215/14 saylı sığorta aktına və 30.06.2014-cü il tarixli kassa məxaric orderinə əsasən 6062,00 (altı min alltmış iki) manat məbləğində sığorta ödənişi (300 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X6 ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə İsrafil oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş AB 906854 nömrəli X3 şəhadətnaməsinin surətindən görünür ki, “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İşə əlavə olunmuş ƏN-İİ №235870 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Opel Astra" markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə elmək üçün Cavabdeh3 etibar etmişdir. İşə əlavə olunmuş elektron informasiya sistemindən çıxarışın surətindən görünür ki, X10 ona məxsus olan “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 etibarnamə vermişdir. İş əlavə olunmuş AR DİN BDYPİ-nin 25.03.2014-cü il tarixli, № BYP 866474 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının İXM 151.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş AB 109291 nömrəli X3 şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dır. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 08 may 2014-cü il tarixli sığorta aktından görünür ki, 23 mart 2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6362 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş 08 may 2014-cü il tarixli "xxxx" ASC-nin Zərərin hesablanması aktının surətindən görünür ki, “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6362 manat maddi zərər dəymişdir. İşə əlavə olunmuş 06 oktyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş iş əlavə olunmuş AR DİN BDYPİ-nin 25.03.2014-cü il tarixli, № BYP 866474 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının İXM 151.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə cavabdeh X8 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, tələb olunan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tələb edilsə də, iş materiallarından görünür ki, “X15” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, həmin pul vəsaiti Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 1062 manat məbləğində sığarta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1092,40 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 1062 manat məbləğində sığarta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1092,40 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-661/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-661/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver