Məhkəmə qərarları › İş №2(007)-71/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-71/2022

01.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-71/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Güseinov Gasanın iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Güseinov Gasan iddia tələbini əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobil verilib. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.82 manat, ümumilikdə isə 15186 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin öhdəliklərinə əməl etməmişdir. Cavabdehin 07 may 2020-ci il tarixinə olan borcu 12107.41 manat əsas,235.04 manat gecikdirilmiş mükafat məbləği və həmin günə hesablanmış 126.17 manat dəbbə pulu, cəmi 12468.62 manat təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv olunması, lizinq obyekti olan 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban,0430 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə qaytarılması, Cavabdeh 12107.41 manat əsas, 235.04 manat gecikdirilmiş mükafat məbləği və həmin günə hesablanmış 126.17 manat dəbbə pulu, cəmi 12468.62 manat borcun və 30 manat dövlət rüsumununİddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”dən görünür ki, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobil verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. “Daxili lizing müqaviləsi”-nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh illik 12 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.82 manat, ümumilikdə isə 15186 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 09 yanvar 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki,lizinq obyekti olan avtomobil lizinqalana təhvil verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı ASC-dir. Cinayət işinin başlanmasının rədd olunması haqqında Abşeron Rayon Polis İdarəsinin müstəntiqi X3 qəbul etdiyi 06.06.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh 07.05.2020-ci il tarixdə təxminən saat 02:30 radələrində idarə etdiyi, İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunda Mehdiabad-Fatmai istiqamətində hərəkətdə olarkən vaxt döngəli yolda idarəetməni itirmiş,avtomobil X2 məxsus fərdi yaşayış evinin hasarına və dəmir darvazasına çırpılmış,nəticədə özü və avtomobildə sərnişin kimi əyləşən X4 müxtəlif dərəcəli xəsarət almışlar. Əməldə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş,və inzibati xəta haqqında işə baxılması üçün material Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. TP ******* saylı,30.12.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.8-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3493 saylı 25 iyun 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 09 yanvar 2020ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi” Cavabdeh 11816.27 manat əsas,173.31 manat faiz borcu vardır.Cərimə hesablanması barədə müqavilədə hər hansı məlumat olmadığından cərimə hesablanmadı. X1 03 noyabr 2021- ci il 292 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillin hazırkı real bazar dəyəri 1905.00 manat təşkil edir. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanana maddələrinə əsasən: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1ş Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. İşin hallarından görünür ki,tərəflər arasında 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi” bağlanıb və lizinqverən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobil vermişdir.Lizinq ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilsə də cavabdeh lizinq müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam və hərtərəfli yerinə yetirməmiş,həmin müqavilələr üzrə lizinqalanın borcu yaranmışdır. Belə ki,ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 09 yanvar 2020-ci il tarixli UNİ- 3046 saylı “Daxili lizinq müqaviləsi” Cavabdeh 11816.27 manat əsas,173.31 manat faiz(gecikdirilmiş lizinq mükafatı) borcu vardır. Beləliklə,məhkəmə hesab edir ki,iddia əsas lizinq ödənişi və gecikdirilmiş lizinq mükafatının tələb olunması hissəsində qismən,11816.27 manat əsas,173.31 manat gecikdirilmiş lizinq mükafatı hissədə təmin olunmalıdır.Ekspert rəyi ilə cərimə müəyyən olunmadığından həmin hissədə iddia təmin olunmamalıdır. Bundan başqa,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv olunması və lizinq obyekti olan 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə qaytarılması hissəsində də iddia əsaslı olduğundan təmin olunmalıdır tərəflər arasında bağlanmış Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”ləğv olunmalı, lizinq obyekti olan 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı,XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-yə qaytarılmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməmiş lizinq ödənişlərinə görə 11816.27 manat əsas,173.31 manat gecikdirilmiş lizinq mükafatı və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına,300 manat X1 hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ:

İddia qismən təmin olunsun İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli UNİ-3046 saylı “Daxili lizinq müqaviləsi”ləğv olunsun. Lizinq obyekti olan 2014-ü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA594629 ban, 0430 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməmiş lizinq ödənişlərinə görə 11816.27 manat əsas,173.31 manat gecikdirilmiş lizinq mükafatı və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmamasın. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına,300 manat X1 hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar