Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-715/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X18 Mirzəyevin sədrliyi, X10 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı cehiz əşyaların mənzildən çıxarılması və çatışmayan əşyalarının dəyərinin kompensasiya ilə əvəz olunması tələbinə dair ilk iddia və iddiaçı X2 cavabdeh İddiaçı qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı cehiz əşyaların mənzildən çıxarılması və çatışmayan əşyalarının ləyərinin kompensasiya ilə əvəz olunması tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,cavabdeh X12 oglu ilə 30 aprel 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı iki övladları, dünyaya gəlmişdir.Cavabdehlə nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1417/2022 saylı qətnaməsi ilə pozulub. O, keçmiş həyat yoldaşı X6 ilə ailə quraraq cavabdehin hazırda yaşadiği, cehiz əşvalarıın və qızıl zinyət əşyalarımın olduğu ünvan 1 ünvanında olan mənzilə köçmüşdür.O,həmin evə gəlin gələnədək keçmiş qaynatası Şahid1 bu ünvanda yaşayırdı.O, gəlin gələndə onlar başqa evə, hazırda o, qeydiyyatda olduğu evə köçdülər. Ev uçuq vəziyyətdə olduğu üçün o, böyük cehiz əvəzinə işlədə biləcəyi avadanlıqlar və əldə işlədəcəyi əşyaları aparmışdımr.2018-ci ildə ev pis vəziyyətdə olduğu üçün evi söküb yenidən tikdirdilər.Ev sökülüb yenidən tikildiyinə görə həmin evə 2021-ci ilin fevral ayında atası Nümayəndə mebel avadanlıqlarını alıb bu ünvana gətirdi, Gəlin köçən zaman aşağıda adları çəkilən əşyaları cehiz kimi aparmışdır ki, hazırda bunlar cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildir, o, cümlədən toy zamanı ona hədiyyə olaraq verilən qızıl-zinət əşyaları bu ünvandadır. Əşyalarını könüllü olaraq götürməsinə maneə yaradırlar. Buna görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ona məxsus olan aşağıda sadalanan cehiz əşyalarının ünvan 1 ünvanında olan mənzildən çıxarılması,çatışmayan əşyaların dəyərinin kompensasiya ilə əvəz olunması baədə qətnamə çıxarılmasını xahiş edir. Yataq dəsti (1 ədəd dolab, 1 ədəd çarpayı,2 ədəd tumba,1 ədəd pastelnisa,1 ədəd trumo)-cəmi 1500 azn,uşaq dəsti(1 ədəd dolab, 1 ədəd çarpayı, 1 ədəd yazı masası, 1 ədəd tumba,)-cəmi 1000 azn, künc divanı avanqard 1 ədəd- 920 azn,tac mebel klassik (tək qapı qorka 2 ədəd ,kamod)-2200 masa- 1000 azn,taxt döşəyi 1 ədəd-100 azn,taxt yorğanı 2 ədəd -120 azn,taxt piedi tiqrovi 1 ədəd -320 azn,taxt pakrivali -çemodan -500 azn,taxt yay yorğanı 1 ədəd+2 yastıq üzü -40 azn,tək yay yorğanı 2 ədəd-50 azn,tək yay yorğanı 2 ədəd-50 azn,hamam dəsmalı 3 ədəd-100 azn,üz dəsmalları 12 ədəd-100 azn,yataq dəsti 4 ədəd- 130 azn,yastıqlar 6 ədəd-90 azn,taxt yay pakrivah dəst-70 azn,qonaq dəstinin stulları 10 ədəd-850 azn,soyuducu LG-700 azn,paltaryuyan maşın LG-450 azn,mikrodalğalı soba Scarlett-200 azn,təbriz xalçası 1 ədəd-700 azn,divar saatı 1 ədəd-40 azn,yemək və çay dəsti,madonna yaşıl rəng 125 predmet -450 azn,meyvə qabı 2 ədəd-50 azn,tort qabı 1 ədəd-35 azn,güldan 1 ədəd-30 azn,meyvə qabı qızılı rəng 1 ədəd-55 azn,xrustal şamdan 1 ədəd- 30 azn,salat qabı naxışlı 2 ədəd-20 azn, şirniyyat qabı 1 ədəd-30 azn,meyvə qabı 1 ədəd -25 azn,aş buludu 2 ədəd-15 azn fujer yaşıl lepkalı 6 ədəd-40 azn,fujer xrustal 6 ədəd-50 azn,fujer versage 6 ədəd-55 azn,konfet qabı xrustal 2 ədəd-50 azn,çəngəl-bıçaq dəsti çemodan -150 azn,qazan dəsti qırmızı naxışlı 5 ədəd-120 azn,qazan dəsti ağ güllü 5 ədəd-90 azn,ətçəkən maşın elektrik 1 ədəd-80 azn,xrustal stəkan 12 ədəd -30 azn,nəlbəki 12 ədəd -25 azn,qrafın+6 stəkan dəst-40 azn,tarelka 3 konıplekt -45 azn,ləbləbi qabı ağ rəng 6 dənəli-25 azn,güldan 2 ədəd-15 azn,kasa iri-xirda 10 ədəd-15 azn,stolüstii lampa -30 azn,Suvenir lampa qlobus -90 azn,uqlavoy divan+stol-1050 azn, televizor Samsung-1900 azn,qızıl və zinət əşyaları:gəlinlik komplekt(brilliant,ağ qızıl)kolye, sırğa,bilərzik,tək qaş üzük-7200 azn(P.750) nişan üzüyü brilliant-700 azn, (P750),sırqa ,sep, klon komplekt(damcı)-230 azn (P.585),üzük,ağ sarı qızıl-160 azn(750),Sep yumru kloııla-700 azn (P.583),Gül üzük 1 ədəd-400 azn,qırmızı qaşlı sırqa- 400 azn,Nazik braslet-500 azn, Oğlan uşağı üçün qızıl sep-200 azn,Oğlan uşağı üçün braslet-150 azn Sep tros-300 azn (P.583),üzük-180 azn (585) Üzük 2 ədəd-(P,583)-200 azn,sırqa ağ sarı qızıl-460 azn (P.750) Məhkəmədə işə baxılarkən iddiaçı X6 cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cehiz əşyası kimi yalnız bir dəst yorğan döşək, iki korobka,birində qab-qacaq, digər korobkada isə yataq dəstlərinə aid əşyalar gətirib. Başqa heç bir cehiz əşyaları gətirməyib.Belə ki, qaynata evində mebel olduğu üçün, əlavə mebelə ehtiyac olmayıb.Belə ki,tərəflər nişanlı olduqları vaxtlarda Sevincin anası onun valideynlərinə bildirib ki,o qızına “cehiz əşyası kimi qab-qacaq və 1 dəst yataq əşyaları verəcəkdir. Çünki başqa əşyalara imkanı yoxdur.” Həmin vaxt onun valideynləri Sevincin ansına bildiriblər ki, “cavanların - yəni tərəflərin yaşaması üçün, evlərində bütün şərait vardır, ona görə heç bir cehiz əşlarına ehtiyac yoxdur. Onsuz da evdə başqa əşyaları yerləşdirməyə yer də yoxdur”.Tərəflərin nikahı qeyd edilərkən ailə üzvləri nişan üzüyü, komplekt zinət əşyası, nazik braslet, iki ədəd üzük alaraq qıza hədiyyə ediblər.Onlar ailə quranda ata evində olan əşyalardan istifadə ediblər və ya sonradan onun qazancı ilə bəzi əşyalar alıblar.Belə ki, onlar birgə nikah dövründə ümumi gəlir hesabına bir sıra daşınar və daşınmaz əmlaklar əldə ediblər.Həmçinin, valideyinləri onlar üçün otaqda rahatlıq olsun deyə əlavə olaraq bəzi mebbellər, stol-stul, divan-kreslo və s. alaraq yaşadıqları otağa yerləşdiriblər. Həmin mebellərin cehiz əşyalarına heç bir aidiyyatı yoxdur.Qeyd edir ki, ata evində bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşın, bir ədəd yumşaq mebel, bir ədəd qonaq mebel masası vardır. Sevinc onunla ailə quranda heç vaxt göstərilən əşyaları cehiz əşyası kimi gətirməyib.Ona görə Sevincin bildirdiyi kimi güya gəlin gələndə evə yataq və qonaq mebel dəstlərinin alması və göstərilən əşyaalrdan başqa cehiz əşyalarının gətirməsi barədə iddiaları tamailə yalandır.İddiaçıin gəlin gələrkən cehiz əşyası kimi yalnız qab-qaşıq, prostina,dəsmal, yorğan döşək gətirib. Həmin əşyaları istənilən vaxtı gəlib apara bilər.Onların birgə nikahından iki övladı olub və onun valideyinləri övladlarına hədiyyə olaraq bir övladına qızıl sep və digərinə isə braslet alıblar.Ailənin tədricən böyüməsini və onalrın gələcəkdə ata evində yaşamaqları çətinləşdiyi üçün, atası və qardaşının maddi köməkliyi ilə onun adına mənzil alınıb. Həmin mənzil xx.xx.2015- ci il tarixli ********** qeydiyyat nömrəli,RX seriyalı, ******* reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 22 saylı mənzil olmaqla onun adına qeydiyyatdan keçib.Təxminən iki il bundan əvvəl İddiaçı qeyri etik hərəkətləri, ona və valideyinlərinə qarşı pis münasibətləri olduğundan, valideyinləri onun adına alınan mənzilə köçüb getməyi təklif ediblər. Lakin İddiaçı ilə münasibətləri pisləşdirdiyindən onlar öz mənzilinə köçüb yaşaya bilməyiblər.Belə ki, İddiaçı bəzən ata evində, bəzən isə yaşadıqları evdə qalırdı. Sonradan Sevinc bəhanələr gətirərək uşaqları da ata evinə aparıb. O, dəfələrlə Sevincə evə qayıtmağı və normal həyatlarını yaşamaları üçün öz mənzilinə köçüb getmələrini təklif etməsinə baxmayaraq,Sevinc bəhanələr gətirib.Sonradan Sevinc iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın pozulmasını tələb edib. O, iddia ərizəsinin sürətini alanda, Sevincdən nə üçün iddia ərizəsi verdiyini soruşmuş, Sevinc bildirmişdir ki, “əcəb etmişəm”. Həmin vaxtı İddiaçı ata evində yaşayırdı.Qeyd edir ki, o həmin vaxt avtomaşın alqı-satqısı ilə məşğul olurdu və bir çox hallarda isə qardaşının bəzi işlərinə kömək etməklə məşğul olurdu.Həmin işlərdən qalan vəsaitlə ailənin nisbətən maddi təlabatım ödəyirdi.O zaman Sevincin atası ona bildirmişdir ki, “avtomaşın alverində yaxşı pul qazanmaq olar, ona görə atandan və qardaşından pul al və birlikdə alver edək”. O, atasından və qardaşından ilkin olaraq 13 min, sonra 8 min və daha sonra 3 min manat cəmi 24000 manat pul alaraq, avtomaşın alınması üçün qayınatasına vermişdir. Həmin vaxtı qayınatası bildirib ki, avtomaşını mütləq onun adına alacaqdır.Lakin bir müddət sonra qayınatası Nümayəndə VİTO markalı avtomaşını öz adına alaraq onun atasının yaşadığı həyətə gətirmişdir. Sonradan o, avtomaşının nə üçün öz adına aldığını soruşduqda, Ağalar bildirmişdir ki, “sən Gürcüstan vətəndaşısan, sənin adına alınan avtomşını Bakıda qeydiyyata almırlar”. Avtomaşın bir müddət atasının evinin həyətində qalıb və avtomaşının satılması barədə elanlar verilib. O, zaman hətta avtomaşını almaq üçün müştərilər onun atasının həyətin gəlmişlər. Lakin avtomaşın satılmamışdır. Sonradan avtomaşına sərf edilən pulu nağdlaşdırmaq istədilər ki, həmin pulla başqa bir işlə məşğul olsunlar. Ona görə avtomaşına verilən pulu avtomaşını aldıqları qiymətə satacaqlarını bildirmişlər. O, zaman Nümayəndə bir neçə gündən sonra avtomaşını öz yaşadığı evin yaxınlığında yolda saxlayaraq, avtomaşının üstündə “satılır ” sözü yazaraq satışa çıxarıb. Həmin avtomaşın atasının həyətində olan zaman gələn müştərilər yol kənarında satışa çıxarılan avtomaşını görüb və mobil nömrəyə zəng edərək avtomaşını almaq istədiyini bildirib.Həmin vaxtı Nümayəndə avtomaşının kürəkəninin oduğunu və satışının ona həvalə edildiyini bildirib. Həmçinin, telefonda bildirilib ki, avtomaşın kürəkəni Xəqanindir, o, Xəqaninin qayınatası olduğunu, avtomaşının satılmasını ona həvalə edildiyini, əgər avtomaşını alırsansa, Xəqanin çağıra biləcəyini bildirmişdir. Həmin vaxtı müştəri avtomaşının qiymətini soruşub və Nümayəndə avtomaşının “iyirmi dörd min beş yüz manat olduğunu” bildirib. Müştəri ona etiraz edərək avtomaşını kürəkəni Xəqaninin ona 24000 manata satmaq istəyini bildirib. Nümayəndə dərhal telefonda “yaxşı sənə 24000 manata sata bilərəm” deyib.Lakin, Nümayəndə uzun müddət avtomaşını satılmasını ləngidib. Həmin vaxtı artıq onunla Sevincin arasında münasibətlərdə soyuqluq yaranıb. Sevinc evdə olan şəxsi əşyalarını hər dəfə çantalara yığaraq atası evinə apaıb. Həmin vaxt o bunu bilməyib.Bir müddət sonra isə Sevinc ona şərtlər irəli sürməyə başlayıb. Belə ki, Sevinc nə üçün mənzili onun adına almadıqlarını soruşmuş, avtomaşını atası Nümayəndə verməyi təklif etmişdir. Sevincin ona və ailə üzvlərinə qarşı aqressiv hərəkətləri onu şübhələndirmişdir.Ona görə o, avtomaşını gedib gətirmək istəyərkən, Nümayəndə ona qarşı aqressiv hərəkətlər edib və avtomaşını verməkdən imtina etdi. Belə olan halda o, avtomaşını ciddi sürətdə qaytarmağı tələb etdikdə, Nümayəndə onu və qardaşını Polisə verib bildirmişdir ki, güya iki qardaş ona hədə-qorxu gələrək, avtomaşını ondan almaq istəyib.Polis orqanında Nümayəndə bildirdi ki, güya avtomaşının dəyərinin 10000 manatı qızına məxsusdur və ona görə avtomaşını qaytarmayacaq. Polis təhqiqatçısı Nümayəndə qızının işləyib-işləməməsini soruşduqda, Ağalar “bildirmişdir ki, qızı heç yerdə işləmir, lakin onun əri Xəqani avtomaşını birgə nikah dövründə aldığı üçün, avtomaşının dəyərini yarısı ona məxsusdur” Polis orqanında ona irad tutulmasına baxmayaraq, Ağalar Yusibov avtomaşını bu vaxta kimi qaytarmayıb.Onunla Sevincin atası Nümayəndə arasında mübahisə olduğu vaxtda, Sevinc evdə özünə məxsus və apara biləcəyi əşyaları tədricən aparıb. İlk vaxtlar o, Sevincin evdən əşyalarını aprılmasını bilməyib, lakin sonradan onu məhkəməyə verərək nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinin sürəti təqdim olunduqdan sonra, Sevincdən bunu nə üçün etdiyini soruşduqda, İddiaçı “necə istəyirəm elədə edirəm, mən səninlə yaşamaq istəmirəm” demişdir. Ondan sonra evdə şifanerə baxdıqda, artıq evdə Sevincin əşyalarının olmadığını görmüşdür. Eyni zamanda Sevincin şəxsi qızılzinət əşyaları, onun özünə hədiyyə edilən və övladalrına hədiyyə edilən zinət əşyalarını və anasının özünə məxsus, lakin şənliklərdə istifadə üçün müvəqqəti istifadə üçün Sevincə verdiyi qızıl-zinət əşyalarının aparıldığını görüb. O zaman Sevincdən özünə aid olmayan qızıl zinət əşyalarını nə üçün apardığını soruşduqda, bildirmişdir ki, “həmin qızılzinət əşyaları ona məxsusdur, özü bilər harada istəsə orada saxlayar”. O, anasına və özünə məxsus qızıl zinyət əşyaları Sevincdən geri qaytarmağı tələb etdikdə bildirmişdir ki, “sənə məxsus nişan üzüyünü atam alıb, qızıl saatı isə uşaqları böyüyəndə onlara verəcəm, anana məxsus qızıl-zinət əşyalarını isə anan daimi olaraq mənə verib. Ona görə qeyd olunan qızıl-zinət əşyaları qaytarmayacaqdır” O, Sevinclə evlənərkən ona hədiyyə edilən qızıl-zinyət əşyaları o zaman çəkilən video görüntülərdə öz əksini tapıb. Həmin video görüntülərdə İddiaçı hədiyyə edilən qızıl-zinyət əşyalarının nədən ibarət olması müəyyən etmək olar.Hazırda, İddiaçı ona və anasına məxsus qızıl saat və qızıl brosleti (qolbağı) ilə birlikdə-qiyməti 6000 manat, toy zamanı ona alınan nişan üzüyünü -1000 manat, evlənməmişdən qabaq, cavanlıq vaxtlarında istifadə etdiyi şəxsən ona məxsus 2 ədəd üzüyü - hər biri 500 manat olmaqla, cəmi 1000 manat,anasına məxsus - sep və klonu qiyməti 5000 manat dəyərində özü ilə aparıb, buna görə də, həmin əşyalar geri qaytarmalıdır.Sevincin ona qarşı “Cehiz əşyalarının cavabdehin mənzilindən çıxarımasına və çatışmayan əşyaların dəyərinin kompensasiya ilə əvəz olunması tələbinə dair” iddia tələbi əsasız olduğundan təmin edilməməlidir.Hesab edir ki, Sevincin ona qarşı cehiz əşyaları barədə əmlak tələbi qismən, yəni qab-qaşıq, dəsmal-prostina,yorğan-döşək hissəsində etiraf olunan həddə təmin edilməli və iddianın digər hissəsində tələbi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Sevinc Yusibova onunla ailə quran vaxtı Sevincin valideyinlərinin maddi imkanları zəif olub. Belə ki, o zaman Sevincin atasıgil 1 otaqlı mənzildə yaşayırdılar və böyük həcmdə cehiz əşyaları almaq imkanları olmayıb. Sevinc Yusibovanın atası yalnız, 2021-ci ildə yaşadığı bir otaqlı mənzilini dəyişdirib.O, Sevinclə ailə quranda onun atası və qardaşı xırda ticarətlə məşğul olurdu. O, zaman atası və qardaşı onlarla birlikdə işləməyi təklif etdi və razılaşıb onlarla birlikdə xırda ticarətə qoşuldu. Qazandıqları məbləğə, atasının və qardaşının verdiyi pula ailəsi üçün 2 otaqlı mənzil alıb.Hazırda o, xəstələndiyi üçün heç yerdə işləmir və valideyinlərinin himayəsində yaşayır. Birgə nikah dövründə onların yalnız bir mənzili və avtomaşını olub. Hazırda avtomaşını İddiaçı atası Nümayəndə mənimsəyib və qaytarmayıb.Sevinc onunla nikahda olduğu müddətdə heç bir işdə işləməyib və hər hansı bir formada qazanc gətirməyib. İddiaçı yalnız uşaqları baxıb. Ona görə də birgə nikah dövründə valideyinləri tərəfində öz evinə alınan və ümumi istifadələrndə olan əşyaların tərəflərin birgə nikahına heç bir aidiyyatı olmadığı üçün iddia həmin hissəsdə rədd edilməlidir.Eyni zamanda hesab edir ki, Sevincin mebel - yataq və qonaq dəsti hissəsində qaldırdığı iddia tələbi də əsasızdır və təmin edilməməlidir.Qeyd olunanlara əsasn,anasına məxsus,qiyməti 6000 manat olan qızıl saat və qızıl broslet(qolbağı)ilə birlikdə,anasına məxsus dəyəri 5000 manat olan sep və klon,toy zamanı ona alınmış dəyəri 1000 manat olan nişan üzüyü,evlənməmişdən qabaq,cavabnıq vaxtında istifadə etdiyi və şəxsən ona məxsus hər birinin dəyəri 500 manat olmaqla iki ədəd üzük,anasına məxsus dəyəri 5000 manat olan sep və klon, zinyət əşyalarının İddiaçı alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi,qarşılıqlı iddianı qəbul etmədi.İlk iddianın təmin,qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə İddiaçı verdiyi izahatın məzmununa uyğun izahat vedi,əlavə olaraq bildirdi ki, qeyd olunan qızılların hamısı qarşı tərəfdə qalıb. Qonaq və yataq dəstlərini özü şəxsən alıb aparmışdır.Qarşılıqlı iddia ərizəsi tam olaraq əsassızdır, xahiş edir ki, ilk ididanın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılsın. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.İlk iddianın qismən,mebellər və qızıl-zinyət əşyaları istisna olmaqla təmin olunması,qarşılıqlı iddianın isə tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia qismən təmin olunmalı,qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1417/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki,X4 X3 qarşı nikahın pozulması,uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası qismən təmin olunmuş,tərəflər arasında bağlanmış nikahın pozulması,birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X9 anaları X4 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 18 mart 2012-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat alimentin X4 xeyrinə tutulması,qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2858/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki,X4 X3 qarşı “əmlak üzrə payların müəyyən olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin olunmuş,Bakı şəhəri,Nizami rayonu,Rizvan Teymurov küçəsində yerləşən 30a saylı evin 22 saylı mənzilinə ½ hissədə X2, ½ hissədə isə X4 mülkiyyət hüququnun tanınması,qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-17 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsi təmin olunmuş, ünvan 4 ünvanda iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən əmlakların üzərinə həbs qoyulması və onlardan istifadə olunmasının cavabdehə və 3-cü şəxslərə qadağan olunması qərara alınmışdır. Həmin qərardad 17 mart 2023-cü il tarixdə icra olunmuş Bakı şəhəri Nizami rayou İcra Şöbəsinin əməkdaşları təərfindən həmin tarixdə tərtib olunan aktla müəyyən olunmuşdur ki,qızıl-zinət əşyaları istisna olunmaqla ilk iddia ərizəsində sadalanan bütün əşyalar qeyd olunan mənzildədir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, İddiaçı onların evinə gəlin köçən zaman cehiz olaraq ancaq yorğan-döşək,yataq dəsti,qab-qacaq gətirib. Həmin əşyalar da hamısı indi karobkalara yığılıb 4-5 karobka əşyadır gəlib istədiyi zaman götürə bilər.Sevinc onun villasına köçən zaman orada mebellər olub, lakin bir müddət yaşadıqdan sonra oğlu Xəqani və Sevincin atası gedib yeni mebellər alıb, köhnələri isə evdən çıxardıblar.Bundan bir müddət sonra Sevinc gəlib oğluna deyib ki, boşanmaya ərizə verək, lakin oğlu razılaşmayıb, bundan sonra o, özü boşanma ərizəsi verib.Məhkəmədə boşanma işi gedən zaman Sevinc həmin evdə yaşayıb və dəfələrlə atasının evinə gedib-gəlib. Nəinki özünə məxsus, hətta onun həyat yoldaşına məxsus 10000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını da, aparıb. Sevinc və onun atası mebel almayıb, o, ərindən götürdüyü pulları yığıb verib atasına, atası da evdən köhnə mebelləri çıxardıb, yeni mebellər gətirib.Mebeli almağa oğlu və Sevincin atası gedib.Mebellərin pulunu oğlu verib. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərmişdir ki, atası 2018-ci ildə ev tikdi, həmin evə qardaşı öz ailəsi ilə birlikdə köçdülər,orada bütün əşyalar mövcud idi, sadəcə qardaşının ailəsi köçən zaman köhnə əşyaları yenisi ilə əvəz etdilər,5000 manat dəyərində mebellər aldılar. Xəqani arvadına pul verib,o, da gedib mebelləri alıb.Evdə Xəqani və onun keçmiş arvadı yaşayıb.Uşağın ayaqqabısını aparan şəxs, o, evdə qızıl qoyar? Ondan bəzi əşyaları istədilər,o da apardı əşyaları verdi. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İşin hallarından görünür ki,tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olublar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1417/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.Onlar ailə qurduqları və birgə yaşadıqları müddət ərzində ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilən cehiz əşyalarını gəlin köçdüyü Bakı şəhəri,Nizami rayonu,Özbəkistan küçəsindəki 20 saylı evə gətirmişdir.Bundan başqa,həm öz qohumları,həm də keçmiş həyat yoldaşı və onun qohumları tərəfindən İddiaçı bəzi qızılzinyət əşyaları hədiyyə edilmişdir. Məhkəmə hesab edir ki,ilk iddia cehiz əşyalarının qaytarılması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.Belə ki,ilk iddia üzrə cavabdeh tərəf mebellər və qızıl-zinyət əşyaları istisna olmaqla ilk iddianı etiraf edir.Bununla yanaşı,ilk iddia üzrə cavabdeh tərəfdən dindirilən şahidlər mebellərin də İddiaçı atası tərəfdən alındığını etiraf etmişlər.Düzdür,həmin mebellərin pulunun Sevincin Xəqanidən və onun atasından alınaraq atasına verildiyini qeyd etmişlər,lakin bunu sübuta yetirə bilməmişlər. Məhkəmə hesab edir ki,ilk iddia qızıl-zinyət əşyalarının tələb olunması hissəsində təmin olunmamalıdır.Belə ki,işin hallarından göründüyü kimi,2022-ci ilin əvvəllərindən tərəflərin münasibətində soyuqluq yaranmışdır.Buna baxmayaraq İddiaçı gəlin köçdüyü evdə yaşamağa davam etmişdir.Ara-sıra atası evinə gedərək orada yaşamış və hər dəfə gedərkən özü ilə bəzi zəruri əşyalarını aparmışdır.Həmin müddət ərzində evin açarlarının biri onda olmuşdur və evə gəlib getməsinə,bəzi əşyaları özü ilə aparmasına maneçilik törədən olmamışdır. Daha sonra isə o,boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Məhz işin bu hallarını nəzərə alaraq,İddiaçı özünə məxsus qızıl əşyalarını mənzildə qoyub getməsi inandırıcı görünmür. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərkən onu qeyd etməyi zəruri hesab edir ki,qarşılıqlı iddiaçının tələb etdiyi əşyaların bir çoxu onun özünə yox,anasına məxsus olmuşdur.Ona görə də qarşılıqlı iddiaçının həmin əşyaları tələb etməsi üçün subyektiv hüququ yoxdur.Özünə məxsus qızıl-zinyət əşyalarının İddiaçı tərəfindən aparılmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.Ona görə də qarşılıqlı iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Yataq dəsti (1 ədəd dolab, 1 ədəd çarpayı,2 ədəd tumba,1 ədəd pastelnisa,1 ədəd trumo),uşaq dəsti(1 ədəd dolab, 1 ədəd çarpayı, 1 ədəd yazı masası, 1 ədəd tumba,) künc divanı avanqard 1 ədəd-tac mebel klassik (tək qapı qorka 2 ədəd ,kamod),taxt döşəyi 1 ədəd,taxt yorğanı 2 ədəd ,taxt piedi tiqrovi 1 ədəd,taxt pakrivali -çemodan,taxt yay yorğanı 1 ədəd+2 yastıq üzü,tək yay yorğanı 2 ədəd,tək yay yorğanı 2 ədəd,hamam dəsmalı 3 ədəd,üz dəsmalları 12 ədəd,yataq dəsti 4 ədəd,yastıqlar 6 ədəd-,taxt yay pakrivalı dəsti,qonaq dəstinin stulları 10 ədəd,soyuducu LG-700,paltaryuyan maşın LG,mikrodalğalı soba Scarlett,təbriz xalçası 1 ədəd-,divar saatı 1 ədəd,yemək və çay dəsti,madonna yaşıl rəng 125 predmet,meyvə qabı 2 ədəd,tort qabı 1 ədəd,güldan 1 ədəd,meyvə qabı qızılı rəng 1 ədəd,xrustal şamdan 1 ədəd, salat qabı naxışlı 2 ədəd,şirniyyat qabı 1 ədəd,meyvə qabı 1 ədəd,aş buludu 2 ədəd,fujer yaşıl lepkalı 6 ədəd,fujer xrustal 6 ədəd,fujer versage 6 ədəd,konfet qabı xrustal 2 ədəd,çəngəl-bıçaq dəsti çemodan,qazan dəsti qırmızı naxışlı 5 ədəd,qazan dəsti ağ güllü 5 ədəd ,ətçəkən maşın elektrik 1 ədəd,xrustal stəkan 12 ədəd,nəlbəki 12 ədəd,qrafın+6 stəkan dəst ,tarelka 3 konıplekt, ləbləbi qabı ağ rəng 6 dənəli,güldan 2 ədəd,kasa iri-xirda 10 ədəd,stolüstii lampa, Suvenir lampa qlobus, uqlavoy divan+stol,televizor Samsung-dan ibarət cehiz və şəxsi əşyalar ünvan 1 ünvndakı evdən çıxarılaraq İddiaçı verilsin.Qalan hissədə ilk iddia təmin olunmasın. X2 İddiaçı qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-715/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-715/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver