Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-740/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 2021-ci il təvəllüdlü X3 saxlanması üçün hər ay onun gəlirinin 1/4 hissəsi məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Farzaliyeva Anna ilə 2021-ci ildə nikaha daxil olub və xx.xx.2019-cu ildə nikahlarını rəsmiləşdiriblər. Birgə nikahdan 2021-ci il təvəllüdlü X5 doğulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3221/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulub. Mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02171 saylı barışıq sazişinə əsasən onunla xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 manat aliment ödəmək barədə razılıq əldə edilib. Lakin bildirmək istəyir ki, hazırda o, xx.xx.2024-cü il tarixindən başqa vəzifəyə keçirilməsi ilə əlaqədar olaraq 555,43 manat əmək haqqı alır. Bununla da o, barışıq razılaşmasında göstərilən alimenti ödəməkdə çətinlik çəkir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 1000 manat alimenti ödəyə bilmir, əmək haqqı məbləği azaldılıb. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində 11 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.20210ci il tarixdə 2385 nömrəli qeyd ilə bağlanan nikahın pozulması (ləğv edilməsi), birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəfin birinci tərəfə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəməsi, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 (uşaqların mənafei nəzərə alınaraq) ikinci tərəf (atası) İddiaçı ilə xx.xx.2023-cü il tarixdən etibarən vaxt məhdudiyyəti olmadan ünsiyyətdə olmasına şərait yaradılması barədə razılıq əldə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2959/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək, ərizəçi Cavabdeh (birinci tərəf) ilə maraqlı şəxs İddiaçı (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilmişdir: Birinci tərəf: Cavabdeh: 1. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdır; 2. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini İkinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair İkinci tətəfın öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: İddiaçı: 1. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 Birinci tərəf Cavabdeh (anasının) yanında (himayəsində) qalmasına razıdır; 2. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü övladları X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəfə hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öhdəlik götürür. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cəmiyyətdə diektor müavini vəzifəsinə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqı məbləği 2269,71 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixli dəyişikliyə əsasən əmək haqqı 555,43 manat müəyyən edilmişdir. - Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də Sərəncamverici direktor, müəssisə/kommersiya xidməti vəzifəsinə işləyir və aylıq əmək haqqı məbləği 555,43 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində 11 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.20210ci il tarixdə 2385 nömrəli qeyd ilə bağlanan nikahın pozulması (ləğv edilməsi), birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəfin birinci tərəfə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəməsi, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X4 (uşaqların mənafei nəzərə alınaraq) ikinci tərəf (atası) İddiaçı ilə xx.xx.2023cü il tarixdən etibarən vaxt məhdudiyyəti olmadan ünsiyyətdə olmasına şərait yaradılması barədə razılıq əldə edilmişdir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2959/2024 saylı qətnaməsi ilə tərəflər arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) məzmunda təsdiq edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, hazırda xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdehna ödənilməsi barədə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Lakin barışıq saziş bağlandıqdan sonra iddiaçının 2269,71 manat məbləğində əmək haqqı məbləğində dəyişiklik olub və əmək haqqı məbləği xx.xx.2024-cü ildən 555,43 manat müəyyən edilib. Məhkəmə, alimentin tutulmasının uşağın qayğısına qalmaq və onu tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyini, uşağın mənafeyini və onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması, iddiaçının əmək haqqında baş vermiş dəyişikliyi nəzərə alaraq, hesab edir ki, iddia əsaslıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X7 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, xx.xx.2023-cü il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, xx.xx.2023-cü il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən o, iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, xx.xx.2023-cü il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-740/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-740/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver