Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-753/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Açar sözlər: “təmir xərclərinin ödənilməsi və ya əşyaların götürülməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X7, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təmir xərclərinin ödənilməsi və ya əşyaların götürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “təmir xərclərinin ödənilməsi və ya əşyaların götürülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 50, mənzil 5-in təmiri ilə əlaqədar mənzilə qoyulmuş əşyaların dəyərinin, yəni – 15120 manat və məhkəmə rüsumu olaraq ödənilmiş 138 manat pul vəsaitinin Cavabdeh alınaraq iş üzrə iddiaçı olaraq ona, yəni İddiaçı verilməsi, dəyəri ödənilmədiyi halda isə iddia ərizəsində adı gedən bütün əşyaların tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı, iş üzrə cavabdeh olan Cavabdeh oğlu X12 ilə nikaha girərək, sözügedən mənzilə 1985-ci ildə gəlin gəlmiş və 1987-ci ildən isə sözügedən mənzildə pasport qeydiyyatındadır. 6 övladının hamısı sözügedən evdə yaşadığı dövrdə dünya gəlmişdir. Hamısı da dünyaya gəldikləri dövrdən həmin mənzildə pasport qeydiyyatındadırlar. İlkin olaraq sözügedən mənzilin kirayə müqaviləsi 15 noyabr 1971-ci il tarixli orderə əsasən qayınatası X21 adına olmuşdur. Qayınatasının vəfatından sonra isə olar hazırki mülkiyyətçiyə, yəni qayınanasına inanıb sözügedən mənzilin Cavabdeh adına özəlləşməsinə razılıq vermişlər. Həyat yoldaşının vəfatına qədər həmin mənzildə yaşamaqları ilə bağlı heç bir narazılıq olmamışdır. Əksinə mənzil daimi olaraq onların istifadəsinə verilmişdir. Ona görə də mənzilin bütün təmiri, təmir ilə bağlı xərclər həmişə onların tərəfindən edilmişdir. Mənzildə olan bütün yenidən qurmalar hamısı onlar tərəfindən edilmişdir, bu vəziyyət bu günə kimi də belə qalmışdır. Həyat yoldaşı vəfat etdikdən sonra isə qayınanası artıq onlarla əsassız mübahisələr yaradaraq onları evdən çıxarmağa çalışırmışdır. Nəhayət ki, 25.000 manat kompensasiya ödənilməsi yolu ilə həmin mənzilə dair istifadə hüquqlarına xitam verilmişdir. Bu barədə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2023 cü il, iş N-2(007)-24/2023 saylı qətnaməsi vardır. Həyat yoldaşı sağ olanda mənzilin xərclərini ailə olaraq birlikdə, onun vəfatından sonra isə mənzilin bütün xərclərini tək özü qarşılamışdır. Mənzildə istismara yararsız olan əşyaların çoxunu dəfələrlə təzələmişdir. Etməyə də bilməzdi. Mənzildə hər hansısa bir əşya yararsız vəziyyətə düşəndə onu düzəltməyə, ya da əvəzinə yenisini almağa məcburdur. Çünki mənzillər bir-birinin üstündə olduğundan onun mənzilində olan nasazlıq onun mənzilindən aşağı yaşayan sakinə problem yarada bilir. Bina evində yaşayanlar bunu daha yaxşı bilir. Ona görə də şəxsi istəyindən aslı olmayaraq hər 5 ildən bir mənzildə əsaslı təmir işləri aparmışdır. Axırıncı dəfə 1 il bundan qabaq mənzildə əsaslı təmir işləri görmüşdür. İşıq sistemində isə aprel-may ayında əsaslı təmir işləri gördürmüşdür. Bunun vacib səbəbi olub. Etmədiyi halda mənzildə qısaqapanma baş verə bilərdi. Onu da qeyd edilmişdir ki, yaşadıqları mənzil ünvan 1 ünvanında yerləşir və 4 otaqlıdır. Onun təmirində istifadə olunan əşyalar və onların dəyəri aşağıda qeyd edildiyi kimidir: 1) Qonaq otağına qoyulmuş pəncərənin qiyməti 500 manat, onun montaj olunmasına sərf olunan suvaq və usta pulu 50 manat, ümumi 550 manat; 2) Qonaq otağında digər pəncərə, qapı ilə bitişik olan (veranda) qiyməti 500 manat, onun da montaj olunmasına sərf olunan suvaq və usta pulu 50 manat, ümümi qiyməti 550 manat; 3) 10 top oboy qonaq otağına vurulub, qiyməti 400 manat, usta pulu 350 manat, ümumi 750 manat; 4) Mənzilə tavan boyu və çilçıraq ətrafına lepka vurulub. Lepka 200 manat, usta pulu 150 manat, ümumi 350 manat, cəmi 2200 manat. Balaca yataq otağı: 1) Qapı, pəncərə ilə bitişik qiyməti (veranda) 500 manat, usta pulu 50 manat, cəmi 550 manat; 2) Oboy 300 manat, onun vurulmasına sərf olunan usta pulu 250 manat, cəmi 550 manat; 3) 5 ədəd qapının hər birinə bir ədədinin qiyməti 50 manatdan olmaqla 5 ədəd mat şüşə qoyulub, 50 manat da usta pulu olmaqla, cəmi 300 manat; cəmi 1400 manat. Böyük yataq otağı: 1) Divara Suvaq vurulub 300 manat; 2) Tavana suvaq (alçı) vurulub 200 manat; cəmi 500 manat. Sanitar qovşağı: Yerin betonuna 300 manat; Sanitar qovşağın kafelinə 1000 manat; Sanitar qovşağa metlax 500 manat; Hamama lambrin və usta pulu 150 manat; Mala 300 manat; Hamamın kranti 150 manat; Hamamın qapısı 250 manat; Tualetin qapısı 250 manat; Borulara 500 manat; Usta haqqı 1500 manat, cəmi 4900 manat. Çanaq 250 manat; Unitaz 250 manat; Kanalizasiya sisteminin çəkilməsinə 500 manat; Tualetə Lambirin, tavan və taxta pulu 100 manat; Su qızdırıcı (Pitiminutka) 200 manat; 1 nəfəslik 100 manat (tualet), cəmi 1400 manat. 1-ci koridor: Tavan, lambrin, taxta və usta pulu cəmi 500 manat; Koridora vurulan lepka 200 manat və usta pulu 100 manat, cəmi 300 manat, Güzgü 200 manat, cəmi 1000 manat. 2-ci Koridor: Tavan, lambrin, taxta və usta pulu 400 manat; Oboy 250 manat, usta pulu 100 manat, cəmi 350 manat; Süpürgəlik (Pilintus) 50 manat, cəmi 800 manat. Mətbəx: Beton 250 manat; Usta pulu 100 manat; Linoleum 100 manat; Qapı, pəncərə 500 manat; Tavan, taxta, lambrin 200 manat, usta pulu 100 manat, cəmi 300 manat; Qapı 200 manat; Moyka, Krant 100 manat, cəmi 1550 manat. İşiq sistemi, qəzalı vəziyyətin təmirinə: Usta pulu və kabelin xərci 500 manat; Elektrik yuvası, usta pulu və suvaq pulu 200 manat; İstilik sistemi boru bərpası 250 manat; Girişə qoyulan qardirob qiyməti 100 manat; Blokda mərtəbənin metlak boya işi 250 manat; Mənzilin giriş qapısı 350 manat; Mənzilə internet çəkilişinə 100 manat; Mənzilin blok qapısı 170 manat; Məhəlləyə giriş turniket pullu 100 manat, cəmi 2020 manat. Ümumi xərclərin cəmi: 15770 manat. Mənzilin bütün təmir, eləcədə təmirlə bağlı bütün xərclərinin onun tərəfindən edildiyini təsdiq edən çoxlu şahidləri vardır. Təmirin onun tərəfindən edildiyinə dair 4 nəfərin iştirakı ilə akt tərtib etmişlər ki, həmin aktı da iddia ərizəsinə əlavə etmişdir.
İş materialları :
3. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, aktda İddiaçı yaşadığı ünvan ünvan 2 təmirinə yuxarıda göstərdiyi sənətdə 8 km bazarından hissə-hissə material alıb evi təmir etdiyini və təmirə cəmi 15770 manat pul xərclədiyini və buna qonşularının (X14, X16, X22 və X23) şahid olduğu qeyd edilmişdir.
4. İş materiallarına iki ədəd fləş kart əlavə edilmişdir.
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-24/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq X6, X2, X3, X4, Şahid, X1 və İddiaçı 25000 manat kompensasiya ödənilməklə onların Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, X11, X8, X9, X10, Şahid, X5 və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılması qət edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, icra vərəqəsi üzrə borcluların mənzildən çıxarılması təmin olunmuş, borclulara məxsus əşyalar tam şəkildə borclular tərəfindən götürülmüş, bundan sonra mənzilin açarları tələbkarın Cavabdeh etibarnamə üzrə nümayəndəsi X17 təhvil verilmiş və mənzil tam şəkildə boşaldılaraq ona təhvil verilmiş, X25 mənzilin açarlarını təhvil almış və heç bir tələb və şikayəti olmamışdır.
7. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 137.31 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 1985-ci ildən 15 yanvar 2024-cü il tarixədək ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. O bildirmişdir ki, sanitar qovşağı, koridorları 3 il bundan qabaq, qonaq otağı, mətbəxi, yataq otağını oboyları keçən ilin yayında təmir etdirmişdir. Evin qapı-pəncərələrini keçən yay plastik qapı-pəncərələr ilə əvəz etmişdir. İşıq sistemini ay yarım olarki təmir etdirmişdir. Evin təmirində istifadə etdiyi vasitələri təxminən 2 il, 5 il bundan qabaq müxtəlif vaxtlarda fasilələrlə almışdır. Evin lepkalarını vurdurmuşdur. Axırıncı təmir işlərini evdən çıxarılmasından 1-2 ay qabaq qızının xeyir işi ilə əlaqədar aparmışdır. Evdə ilk təmir işlərini isə 12 il bundan qabaq aparmışdır. Evin bir otağını qayınanası bağlamışdır, həmin otağı təmir etdirməmişdir. Həmçinin qeyd etmişdir ki, evdən cehiz əşyalarını götürmüşdür. Əşyaların dəyəri verilmədiyi halda oboyların qoparılıb verilməsini, yenilədiyi qapıların verilməsini istədiyini bildirmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı 1985-ci ildən mübahisəli mənzildə yaşayır və 1987-ci ildən həmin mənzildə qeydiyyatdadır. İddiaçı hər 5 ildən bir mübahisəli məzili təmir etdirmişdir. İddiaçının 6 övladı var və həmin evdə doğulublar. İddiaçının övladlarının hər birinin xeyir işində iddiaçı mənzili təmir etdirmişdir. Aydındır ki, 1985-ci ildən bu günə kimi təmirin qalması qeyri-mümkündür. İddiaçının evin təmiri üçün əşyaları bazardan almışdır. Bu səbəbdən qəbzləri yoxdur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o mübahisəli 16 yanvar 2024-cü il tarixində 7 il sonra birinci dəfə getmişdir. Evə daxil olduğu zaman evdə demək olar ki, heç nə yox idi. İddia ərizəsində qeyd edilən əşyaların çox hissəsi yoxdur. Evdəki bütün əşyaları götürüb aparmışdılar. O özü mübahisəli mənzilin təmirinə yenidən başlamışdır. İddiaçı evə gəlin gəldiyi zaman ev təmirli olmuş, evin qapısı və pəncərəsi olmuşdur. O halda iddiaçının qoyduğu plastik qapı, pəncərəni qaytarar ki, iddiaçı köhnələri gətirib qaytarsın. Evdə 3 ədəd plastik qapı-pəncərə var, ancaq gəlib götürə bilər yerinə əvvəlkilərini qoymalıdır. İddiaçı evdəki əvvəlki əşyaları istifadə edib sındırıb yerinə alıb qoyub, yəni əşyalardan özü istifadə etmişdir. Həmçinin qeyd etmişdir ki, əvvəlcə mübahisəli mənzildə anası və özü qalmışdır. Daha sonra ailə fərdləri artdığı üçün o evdən çıxıb bağda yaşamağa başlamışdır. Həmçinin mübahisəli mənzilin sanitar qovşağın suvağını özüm etmişəm, kafelini böyük qardaşım vurmuşdur.
Şahid İfadələri :
11. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid izahatında bildirmişdir ki, iddiaçı onun anasıdır. Onun nənəsi, yəni Şahid mübahisə predmeti olan evdə yaşamamışdır. Evə qonaq kimi gəlib-getmişdir. O atası rəhmətə gedənə kimi, 2013-cü ilədək qonaq kimi gəlibgetmiş, lakin ondan sonra ümumiyyətlə gəlməmişdir. Onlar həmişə belə bilmişlər ki, bağ evi onların əmilərinin olmuş, onların yaşadıqları ev isə onun mərhum atasına məxsus olmuşdur. Onlar yaşadıqları ev cavabdehin mülkiyyətində olsa belə, nənəsi onlarla deyil, bağ evində gedib yaşamışdır. Evin təmirini atasının sağlığında atası, sonra isə anası özü etmişdir. Evi ilk dəfə atasının sağlığında 10-11-ci ildə təmir etmişdilər. Sonra 3 il əvvəl təmir etdilər. Evin təmiri atasının sağlığında başlamış, o vəfat etdikdən sonra yarımçıq qalan işlər görülmüşdür. O doğulduğu vaxt evdə taxta qapı, pəncərə olmuş, plastik qapı, pəncərə olmamışdır. 3 il əvvəl qonaq otağı təmir olunub. Keçən ilin sonunda isə bacısının xeyir işi zamanı balkonun giriş qapısını, evin qapı-pəncərələri dəyişdirilib, qonaq otağı təkrar təmir edilib, oboyları dəyişdirilib, kolidora əl gəzdirilib. Evin mətbəxinin yeri beton idi. Üstünə laminat vurdular. Evin mətbəxinin, qonaq otağının uçuq-sökük hissələrini bərpa etdilər. Onların (cavabdehin) mübahisəsi evlə balı olub ki oğlu yoxdu.
İşin faktiki halı :
12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı öz ailə üzvləri ilə birlikdə 1985-ci ildən 16 yanvar 2024-cü il tarixinədək mübahisəli mənzildə yaşamışdır.
13. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 nömrəli evin 5 nömrəli mənzilə olan istifadə hüququna 25 000 manat kompensasiya ödəməklə xitam verilmişdiur
14. xx.xx.2024-cü il tarixdə İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmışlar.
15. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 50, 5 saylı mənzildə yaşadığı dövrdə həmin mənzilə çəkdiyi xərclərin əvəzinin ödənilməsini və ya iddia ərizəsində qeyd edilən əşyaların götürülməsini istəyir. Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.1. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
20. İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 nömrəli evin 5 nömrəli mənzilində yaşadığı dövrdə mənzildə yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar mənzilə qoyulmuş əşyaların dəyərinin əvəzinin cavabdehdən tutulması və bu mümkün olmadığı təqdirdə isə iddia ərizəsində qeyd edilən bütün əşyaların onun tərəfindən götürülməsi barədədir.
21. İddiaçı iddia tələbinı həmin mənzildə yaşadığı dövrdə (1985-2024-cü il 16 yanvaradək) həmin mənzilin təmirinin onun vəsaiti hesabına aparılması ilə əsaslandırmışdır.
22. İşin faktiki hallarından görünür ki, iddiaçı 1985-ci ildən xx.xx.2024-cü il tarixədək mübahisəli mənzildə yaşamışdır. Mübahisəli mənzil 2008-ci ildən iddiaçının qaynanası Cavabdeh mülkiyyətindədir. İddiaçının həmin mənzilə istifadə hüququ mövcud olmuş və onun istifadə hüququna Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kompensasiya ödənilməklə xitam verilmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə icra edilmiş və iddiaçı ailə üzvləri (uşaqları) ilə birlikdə mübahisəli mənzildən çıxarılmışlar.
23. İddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə son 3 il ərzində (3 il qabaq və keçən yay, mənzildən çıxarıldığı vaxtdan ay yarım qabaq) çəkilmiş xərclərin cavabdeh tərəfindən ödənilməsini və bu mümkün olmadığı halda isə həmin əşyaların (qapı-pəncərə, oboylar, lepkalar) verilməsini tələb edir.
24. Belə ki, İddiaçı izahatına qeyd etmişdir ki, iddia ərizəsində qeyd etdiyi sanitar qovşağın, birinci və ikinci koridorun təmirinə 3 il qabaq və böyük yataq otağı, balaca yataq otağının, mətbəxin təmirinə keçən yay və işıq sisteminə keçən ilin sonu xərc çəkilmiş və otaqların qapı-pəncərələri plastik qapı və pəncərələr ilə keçən yay əvəz edilmişdir və iddiaçı həmin xərclərin əvəzinin ödənilməsini tələb edir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı və cavabdehin izahatları, şahid ifadəsi əsasında müəyyən edilmişdir ki, mübahisəli mənzildə 1985-ci ildən iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşamış və cavabdeh və onun nümayəndəsi qismində məhkəmə prosesində iştirak edən iddiaçının qaynı Nümayəndə həmin mənzildə ilk illər yaşamalarına baxmayaraq uzun müddətdir ki həmin mənzildə yaşamırlar. İddiaçının ərinin sağlığınadək (şahidin deməsinə əsasən 2013-cü ilədək) Cavabdeh mübahisəli mənzilə qonaq kimi gəlib-getmiş, lakin ölümündən sonra isə gəlməmişdir, münasibətləri yaxşı olmamışdır.
26. İşin məhkəmə tərəfindən araşdırılmış faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzili təmir etdiyini qeyd etdiyi 3 il əvvəl həmin əmlaka sahiblik hüququ mövcud olmuşdur, lakin həmin mənzili təmir etdiyini qeyd etdiyi və tələb etdiyi 2023-cü ilin sonunda onun həmin mənzilə istifadə hüququna xitam verilmiş və onun həmin mənzilə sahiblik hüququ olmamışdır.
27. Belə olan halda məhkəmə iddia tələbinin 3 il qabaq çəkildiyi qeyd edilən xərclər ilə bağlı aşağıdakıları qeyd edir:
28. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilinin əşyalarının iddiaçının özünün qeyd etdiyi təmirin aparılmasını zəruri edən istismara yarasız vəziyyətə düşməsi halı həmin mənzilinin iddiaçı və onun ailəsinin faktiki sahiblik və istifadəsində olduğu müddət ərzində (38 il kimi uzun müddət ərzində) baş vermişdir. İddiaçı qeyd etmişdir ki, normal yaşayışlarını təmin etmək üçün həmin əşyaları dəyişməyə, mənzili təmir etməyə məcbur olmuşlar.
29. Belə olan halda məhkəmə hazırki işini faktiki hallarına əsasən ilk növbədə qeyd edir ki, həmin mənzilin iddiaçı və onun ailəsinin faktiki sahiblik və istifadəsində olduğu müddətdə (38 il ərzində) mənzilin əşyalarının istismara yararsız vəziyyətə düşməsi və iddiaçı tərəfindən öz normal yaşayışını təmin etmək üçün aparılan təmir işləri ilə bağlı cavabdehə qarşı tələb irəli sürülməsi hüquqdan sui-istifadədir.
30. Belə ki, iddiaçı, habelə onun ailə üzvləri həmin mənzildə uzun müddət ərzində faktiki yaşamış və mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir.
31. İddiaçı 3 il qabaq çəkildiyini qeyd etdiyi xərclərə sanitar qovşaq, birinci və ikinci koridora çəkilmiş xərcləri aid etmişdir. Lakin həmin xərclər ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz.
32. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənzilin təmiri üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında mənzildə təmir işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri aralarında təmir işlərinin aparılması halında həmin mənzilə çəkilmiş xərclərin cavabdeh tərəfindən ödəniləcəyinə dair razılaşmanın olmasını iddia etmir. Əksinə işin faktiki hallarından görünür ki, tərəflər arasında münasibətlər yaxşı olmayıb. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı təmir xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, lakin iddiaçının həmin mənzilə istifadə hüququ mövcud olub və həmin mənzil uzun müddət onun sahibliyində olduğundan ailəsi ilə birlikdə yaşayacağı mənzilin təmiri üçün xərc çəkib. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İddiaçının uzun müddət sahibliyində olması nəticəsində yararsız hala düşmüş əşyaları öz yaşayışını təmin etmək üçün təmir etməsi caavbdehin əsassız varlanmasına səbəb olmur. İşin faktiki hallarından görünür ki, iddiaçı həmin mənzilə gəlin gəlmiş və bir müddət cavabdeh ilə birlikdə yaşamışdır. Yəni təmirsiz mənzilə gəldiyi qeyd etməsinə baxmayaraq həm qeyd etdiyi bu halı sübut edə bilməmiş, həmçinin uzun illər sonra mənzili təmir etməyə başladığını qeyd etməsi də onun deməyə əsas verir ki ən azı orta təmirli mənzil olmuşdur. Belə olan halda cavabdeh tərəfindən iddiaçının istifadəsinə verdiyi orta təmirli mənzilin eyni vəziyyətdə ona qaytarılması cavabdehin ‘sass;z varlanmasına səbəb olmur. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.
33. Məhkəmə iddia tələbinin keçən ilin yay aylarında və noyabr ayında çəkildiyi qeyd edilən xərclər ilə bağlı aşağıdakıları qeyd edir:
34. İddiaçı keçən ilin yay aylarında və noyabr ayında çəkildiyini qeyd etdiyi xərclərə böyük yataq otağı, balaca yataq otağı, mətbəxin təmirinə, işıq sisteminə çəkilmiş xərcləri və otaqların qapı-pəncərələrinin plastik qapı və pəncərələr ilə əvəz edilməsi ilə əlaqədar xərcləri aid etmişdir.
35. İşin faktiki hallarından isə görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı və onun ailə üzvlərinin mübahisəli mənzilə olan istifadə hüququna 25 min manat kompensasiya ödənilməklə xitam verilmişdir.
36. Qeyd edilən hal ilə əlaqədar verilən suala cavab olaraq iddiaçı və şahid öz izahatında qeyd etmişdir ki, onlar cavabdehin onları mənzildən çıxaracaqlarını güman etmədikləri üçün qeyd edilən xərcləri çəkmişlər. Lakin işin faktiki halları və şahidin verdiyi ifadəyə əsasən müəyyən olunmuşdur ki, iddiaçı və onun ailə üzvlərinin Cavabdeh ilə münasibətləri yaxşı olmamışdır, cavabdeh iddiaçının əri rəhmətə getdikdən sonra (deməsinə əsasən 2013-cü il) həmin mənzilə gəlməmişdir. Belə olan halda, hətta onların mənzildən çıxarılması barədə məhkəmə mübahisəsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçının belə güman etməsi anlaşılan deyildir.
37. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənzilə olan istifadə hüququna xitam verilməsinə baxmayaraq mübahisəli mənzildə özünün deməsinə əsasən təmir işləri aparılması cavabdehin mənafeyinə uyğun olmamışdır. Bu halda mülki qanunvericiliyin özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma əsasları mövcud deyildir, həmin normalara istinad edilsə belə tələb etmə hüququ yaranmır.
38. Həmçinin məhkəmə qeyd edir ki, Nizami rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, iddiaçıların mənzildən çıxarılması onlara məxsus bütün əşyaların mübahisəli mənzildən götürülməsi ilə təmin edilmişdir.
39. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təmirə çəkilmiş xərclərin, bu mümkün olmadıqda isə həmin əşyaların (divar kağızı, lepkalar, qapı-pəncərə) sökülərək ona verilməsinə dair iddia tələbi əsaslı deyildir.
40. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
42. Həmçinin məhkəmə onuda qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir və bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
43. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
44. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, evin təmirində istifadə edilmiş əşyalar bazardan alındığı üçün həmin əşyaların qiymətini təsdiq edən ödəniş qəbzi və ya digər hər hansı bir sənəd yoxdur, ustalara verilmiş haqq ilə bağlı isə iddiaçının nümayəndəsi qeyd etmişdir ki ən azı bilirik ki, həmin işlərə görə ödəniş edilməlidir. Lakin qeyd edilən halı təsdiq edən sübut təqdim edilməmiş, ən azı məhkəmə qeyd edir ki həmin şəxslərin şahid qismində dindirilməsinə dair vəsatət verilməmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
46. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
47. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
48. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
49. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
51. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən sözügedən mənzilə məhz 15120 manat məbləğində təmir xərci çəkilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə bir hal olmuş olsa da bu hal həmin təmirə çəkilən xərcin cavabdehdən tələb olunmasına əsas vermir. Digər tərəfdən, iddiaçı mübahisəli mənzildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kompensasiya ödənilməklə və bütün əşyaların götürülməsi təmin edilməklə çıxarılmışdır.
Nəticə :
52. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “təmir xərclərinin ödənilməsi və ya əşyaların götürülməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:
İddiaçı Cavabdeh qarşı “təmir xərclərinin ödənilməsi və ya əşyaların götürülməsi”nə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 137.31 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva