Məhkəmə qərarları › İş №2(007)-759/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-759/2021

12.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-759/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Fİrdun oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Qasan Hüseynovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 avqust 2020-ci il tarixə 1692.55 manat gecikdirilmiş əsas, 652.06 manat gecikdirilmiş mükafat və həmin günə hcsablanmış 847.54 manat dəbbə pulu, 1000 manat dəymiş zərər, cəmi 4192.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlə qeydiyyat nişanlı, XWB5V319DEA591247 ban, 0563 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddət hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8708 manatın 14800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” rnarkc lı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 avqust 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1000 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 20 fevral 2020-ci il tarixdə 310 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 24 del abr 2018-ci il tarixli UNİ-2953 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə nüvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 avqust 2020-ci il tarixə 1692.55 maı at gecikdirilmiş əsas, 652.06 manat gecikdirilmiş mükafat və həmin günə hesablanım 847.54 manat dəbbə pulu, cəmi 3192.15 manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Qasan Hüseynov iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, şirkətdən ona bildirmişlər ki, 2000 manat ödəniş etsə maşını qaytaracaqlar. İddiaçı şirkətlə barışmaq istəyir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli lizinqi müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlə qeydiyyat nişanlı, XWB5V319DEA591247 ban, 0563 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli qüsur aktından görünür ki, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlə qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirən zaman aşkar olunmuşdur ki, avomobilin dəyişilməli olan ehtiyyat hissələrinin qiyməti ümumilikdə 700 manat, usta pulu 300 manat olmaqla, cəmi 1000 manat təşkil edir. - İddiaçı ASC-nin 24 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2018-ci il-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1692.55 manat, mükafat borcu 652.06 manat, cərimə borcu üzrə 847.54 manat olmaqla, ümumilikdə 3192.15 manat borcu vardır. - 31 avqust 2020-cı il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli lizinqi müqaviləsi və ona əlavəyə əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlə qeydiyyat nişanlı, XWB5V319DEA591247 ban, 0563 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini ödəməmişdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş pul məbləğlərini, habelə lizinq obyektinə vurduğu maddi zərəri iddiaçıya ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli qüsur aktından görünür ki, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD- *** dövlə qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirən zaman aşkar olunmuşdur ki, avomobilin dəyişilməli olan ehtiyyat hissələrinin qiyməti ümumilikdə 700 manat, usta pulu 300 manat olmaqla, cəmi 1000 manat təşkil edir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməli, Cavabdeh 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.08.2020-ci il tarixə 1692,55 manat əsas, 652,02 manat gecikdirilmiş mükafat, və həmin günə hesablanmış 80 manat dəbbə pulu, 1000,00 manat dəymiş zərər olmaqla cəmi 3424,61 (üç min dörd yüz iyirmi dörd manat altmış bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh 24 dekabr 2018-ci il tarixli UNİ-2953 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.08.2020-ci il tarixə 1692,55 manat əsas, 652,02 manat gecikdirilmiş mükafat, və həmin günə hesablanmış 80 manat dəbbə pulu, 1000,00 manat dəymiş zərər olmaqla cəmi 3424,61 (üç min dörd yüz iyirmi dörd manat altmış bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar