Məhkəmə qərarları › İş №2(007)-76/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-76/2022

24.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-76/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı Axundzadə Məsudə İntiqam qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin həcmini artırmaq barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçi izahat verərək göstərdi ki, cavabdehlə 2017-ci il tarixində faktiki nikaha daxil olmuşdur.Birgə nikahdan 14.12.2018-ci il təvəllüdlü X3 adlı uşaqları vardır.O, ilkin olaraq cavabdehə qarşı aliment tələbi irəli sürmüşdü. Daha sonra iddianın həcmini artıraraq uşağın atadan alınıb ona verilməsi və onun saxlanması üçün cavabdehdən aliment tutulması tələbi irəli sürmüşdü. Lakin hal-hazırda tələbini müdafiə etmir.Qəyyumluq orqanında araşdırma aparılarkən uşağın atası ilə qalmasına rəsmi ərizə ilə razılıq vermişdir.Bu şərtlə ki, cavabdeh onun uşaqla ünsiyyətdə olmasına mane olmayacaq. İş üzrə qanunauyğun qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,uşaq onun himayəsindədir.İddiaçı ilə aralarında razılaşma olub ki,uşaq daim himayəsində qalacaq. Anasının uşaqla ünsiyyət qurmasına mane olmayacaq.Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki iddia təmin olunmamalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,X3 14.12.2018-ci il tarixdə anadan olmuşdur.Atası Cavabdeh,anası Axundzadə Məsudə İntiqam qızıdır. İş materiallarında olan Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında qəyyumluq və himayəçilik orqanının 26 noyabr 2021-ci il tarixli rəyində qeyd olunur ki,14.12.2018-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh himayəsində qalması daha məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatı,eləcə də qəyyumluq və himayəçilik orqanının 26 noyabr 2021-ci il tarixli rəyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmamalıdır.Belə ki,tərəflər uşağın atanın himayəsində qalması barədə razılaşmışlar və qəyyumluq orqanı işin bu halını,eləcədə uşağın mənafeyinə təsir edən digər halları nəzərə alaraq uşağın atanın himayəsində qalması barədə rəy vermişdir.Belə olan halda aliment tələbi də təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar