Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-781/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və əlavə xərclərə cəlb edilməkdən azad edilmə” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və əlavə xərclərə cəlb edilməkdən azad edilmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə cəmi 200 manat sabit pul məbləğində aliment tutulması, eləcə də onun 2(007)- 4512/2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı əsasında əlavə xərclərə görə Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində təyin edilmiş 200 manat pulun tutulmasından azad edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İlkin iddia tələbini iddiaçı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1997-ci ildə ərarvad münasibətlərinə daxil olmuşdur. Cavabdehlə ailə münasibətlərindən 16.07.1999-cu il təvəllüdlü X9 və 26.12.2006-cı il təvəllüdlü X10 anadan olmuşdur. O, 2016-cı ilin aprel ayına kimi cavabdehlə birlikdə yaşamışdır. Lakin cavabdehlə xarakterlərində bir çox ziddiyyətlər əmələ gəldiyindən, 2016-cı ilin aprel ayından cavabdehlə aralarında olan ərarvad münasibətlərinə son qoyulmuşdur. Cavabdeh aliment tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə 16.07.1999-cu il təvəllüdlü X9 və 26.12.2006-cı il təvəllüdlü X2, həmin uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 03.05.2017-ci il tarixdən başlayaraq hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. X16 16.07.2017-ci il tarixdə 18 yaşı tamam olduğu üçün barəsində məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin verilməsi dayandırılmış, həmin vaxtdan sonra cavabdehin xeyrinə qazancının dörddə bir hissə həcmində aliment tutulmaqdadır. Həmçinin, cavabdehin “alimentin həcminin artırılması və əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-4512/2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli icra vərəqəsi əsasında 11.07.2017-ci il tarixdən başlayaraq ondan 26.12.2006-cı il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat alınıb Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən alimentin miqdarı təyin edilərkən subay idi. Hal-hazırda heç bir yerdə işləmir. Onun təqaüdü 1832 manat təşkil edir. Hal-hazırda hər ay təqaüdündən cavabdehin xeyrinə 632 manat pul tutulur. Digər gəlir yeri yoxdur. O, 18 avqust 2016-cı il tarixdə X14 ilə rəsmi nigaha girib ailə qurmuşdur. Onların birgə nigahlarından 27.06.2020ci il təvəllüdlü X11 anadan olmuşdur. O, uzun illərdir ki, 2-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir və insulin hesabına yaşayır. 27.05.2012-ci il tarixdə idarə etdiyi avtomaşınla hərəkətdə olarkən şəkərli diabet xəstəliyi ilə bağlı huşunu itirərək idarə etdiyi avtomaşın yol kənarındakı dəmir dirəyə çırpılmış və nəticədə ağır dərəcəli baş, kəllə, beyin travması və onurğa sümüyünün sınığı ilə ağır dərəcəli bədən xəsarətləri almış və həmin xəsarətləri ilə bağlı uzun müddət müalicə almışdır və hal-hazırda da həmin müalicəsi davam etdirilir. Hal-hazırda görmə qabiliyyəti tam zəifləmiş, yaddaşı isə pozulmuşdur. O, mütəmadi olaraq müayinə və müalicə olunur və olunmalıdır. Hər ay müayinə və müalicələri üçün zəruri dərmanların alınmasına 400-500 manat pul sərf edilir. Qeyd edir ki, həyat yoldaşı X14 da görmə qabiliyyətindən əziyyət çəkir. Heç bir yerdə işləmir. Həmçinin, Cavabdeh uşaqları X9 və X10 ilə birlikdə ər-arvad kimi birgə yaşadıqları dövrdə əldə etdiyi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 61, mənzil 32-də yaşayırlar, cavabdeh heç bir kirayə pulu ödəmir, eyni zamanda hal-hazırda cavabdeh Təhsil Nazirliyinin Bakı Texniki Kollecində laborant işləməklə 300 manatdan artıq əmək haqqı alır. O, isə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 152 A, mənzil 42-də qeydiyyatda olsa da, həmin mənzildə, birinci nikahdan olan qızı X15, iki azyaşlı övladları-2011-ci ildə doğulmuş X12 və 2016-ci ildə doğulmuş X7 və həyat yoldaşı X13 ilə birlikdə yaşayırlar. Həmin mənzil iki otaqlı olmaqla 42,5 kv metrdir. O, X14 ilə ailə qurduqdan sonra həmin mənzilin sahəsi kiçik olması səbəbindən onların həmin mənzildə yaşamaqları mümkün olmadığı üçün, X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 152 A saylı evin 37 nömrəli mənzildə kirayəçi qalmağa məcbur olmuşdur. Həmin kirayə mənzilə görə hər ay 400 manat, mənzilin kommunal xərclərinə görə isə 100 manat pul ödəyir. Qeyd olunanı X8 ifadəsi ilə təsdiq edə bilər. Həmçinin qeyd edir ki, X2 heç bir, o cümlədən şəkər xəstəliyi olmadığı halda, Cavabdeh 2(007)-4512\2017 saylı mülki iş üzrə izahatında guya 26.12.2006-cı il təvəllüdlü X2 şəkər xəstəliyinə tutulması, ona görə də onun mütəmadi olaraq müayinə və müalicə olunmasını bildirməklə yalan danışmış, uşağın müalicəsi üçün hər hansı bir xərcin çəkilməsini və yaxud gələcəkdə müalicəsi üçün çəkilməli olan xərcləri təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli,2(007)-3265\2017 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması və onu 2(007)-4512/2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli icra vərəqəsi əsasında təyin edilmiş 26.12.2006-cı il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat pulun tutulmasından azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.2006-cı il təvəllüdlü oğlu X3 xəstəliyi üçün müəyyən olunmuş 200 manat alimetin miqdarını artıraraq 400 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, İddiaçı ilə nikah münasibətlərində olmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Oğlu 26.12.2006-cı il təvəllüdlü X10 ağır diabet xəstəsidir. Artıq neçə illərdir ki, insulin iynələr vurmaqla yaşayır. Muradın qanında şəkərin miqdarı 25-dir. Hazırda poliklinikada şəkər xəstəsi kimi qeydiyyata alınmışdır. Övladı çox böyük streslər yaşayır. Hər dəfə şəkər ölçən cihazdan istifadə edərək barmağını deşdikdə uşaqda qorxu yaranır, diksinmələr baş verirdi. Belə olan halda hər ay istifadə etmək üçün barmağı deşmədən qola yapışdırılan cihaz vasitəsilə şəkəri müəyyən edən cihazın alınması üçün Rusiyada yaşayan bacısına 600 manat pul göndərmişdir. Eyni zamanda övladına yetkinlik yaşında olduğu üçün digər orqanlarına zərər yetirməyəcək dərmanlardan istifadə edir ki, bunlar da kifayət qədər baha başa gəlir. Dəfələrlə Murad şəkərin qəflətən qalxmasından özündən gedib, halı pisləşib. Övladını itirmək qorxusu bir ana kimi onu həm mənəvi, həm də maddi sarsıntı içində qoyub. Qəbzlər məhkəməyə təqdim edilmişdir. Oğlu eyni zamanda skorlioz xəstəsidir. Hər ay həkim müayinəsindən keçməklə müalicə alır. Hazırda gündəlik 5 manat, aylıq 150 manat ödəməklə xüsusi idman kursuna yazılmışdır. 23.06.2017-ci il tarixli, 2(007)- 3265/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı Muradın xəstəliyi ilə bağlı 200 manat aliment tutulur. Lakin övladının xəstəliyinə çəkilən xərcləri çatdıra bilmir. Bu səbəbdən də alimentin miqdarının artırılması ilə bağlı müraciət etmişdir. Cavabdehin kifayət qədər qazancı vardır. Belə ki, o, 1828,69 manat əmək pensiyası və 80 manat Qarabağ müharibəsi veteranı olaraq pensiya alır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, həqiqətən maliyyə cəhətdən çox çətinliyi olduğu üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa o, yenidən ailə qurmuş və bu nikahdan bir uşağı vardır. Əvvəlki nikahdan olan qızı yetkinlik yaşına çatıb, qızı onlara gəlir və ikinci evlilikdən olan uşağıyla oynayırdılar. Birdən-birə dəyişdilər və burada uşaqlarda günah yoxdur. Hazırda yaşayış tərzinin zəifləməsini, özünün hal-hazırda kirayə qalmağının, əlavə iş yerinin olmamasının ancaq təqaüdlə dolanmağını və xərclərinin hamısının əlavə xarclərə getməyini nəzərə alaraq məhkəmədən xahişi odur ki, iddia təmin edilsin, aliment və digər xərcləra azaldılsın. O, 632 manat aliment ödəyir, bundan 432 manat aliment 200 manat əlavə xərcdir. 2016-cı ilə qədər cavabdehlə birlikdə yaşadıqları dövrdə uşaqda heç bir xəstəlik yox idi. 2017-ci ildə onlar ayrıldıqdan sonra anası uşağa çoxlu şirniyyat yedirdərək uşaqda süni şəkər xəstəliyi yaratmış və onun nəticəsində bugünki gündə uşaq əziyyət çəkir. O, özü 35 ildir şəkər xəstəsidir. Hazırda bu xəstəliklə əlaqədar çox oxuyur. Bilir ki, o, irsi xəstəlik deyil. O, 1832 manat əmək pensiyası aldığını qəbul edir. O, alimentin 50% azadılmasını istəyir, yardımla bağlı pul yəni 200 manat dəyişdirilmədən saxlanılmasını, ¼ sabit olan 200 manat olmaqla və cəmi 400 manat verməyə hazırdır. O, 1999-cu ildə aldığı ünvan 1 ünvanında yerləşən evi onlara verərək evdən çıxmışdır. O, hal-hazırda kirayədə yaşayır. Övladlarından imtina etməmiş, COVİD- 19 virusu ilə bağlı xəstəxənaya yerləşdirilmiş, heç uşaqları bir dəfə də onunla maraqlanmamışdırlar. Onun ödədiyi alimentə qarşı tərəf özünə avtomobil almışdır. Onun pensiyası artdıqca aliment də artır. Vəsilə hal-hazırda da işləyir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədiklərini bildirərək, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirirdi ki, iddiaçı bu günki gün öz uşağının xəstəliyini müəyyən bəhanələrlə bir fikir formalaşdırmaq istəyir. Uşağın 15 yaşı var, birinci dərəcəli diabet xəstəsidir, uşağın qolunda anasının Moskvadan hər ay 600 manat ödəyərək gətizdirdiyi cihaz var. Bu cihazı ona görə qoyulmuşdur ki, uşağın barmağı deşilməsin. Barmaqlarının deşilməsinə görə uşağın artıq əsəbləri pozulmuşdur və qələmi tuta bilmirdi. Uşaq İnsulinlə yaşayır. Amma çox maraqlı məsələdir ki, bu günki gün xəstəliyi olan övladının hansı ki, 15 yaşlı uşaq aparatla gəzir, hər dəqiqə bu uşaq özündən gedir. Bu uşağın hər dəqiqəsi narahatçılıqdır, uşaq hər iki aydan bir xəstəxanada yatır. Belə bir xəstə uşağın, bu cür əziyyət çəkən uşağın alimenti necə azala bilər? Uşaq üçün müvəqqəti ödənilən puldur, buna görə azadılmamalıdır. Bu günki gündə ata bu uşağın müalicəsinə kömək etməlidir. Alimentə verilən pulu bu aparata verilir və hər ay alınmalıdır. Yəni bu uşaq üçün 200 manat böyük pul deyil, adi şəkər dərmanı içir. Şəkərini tənzimləmək üçün istifadə olunan dərman 50-60 manatdır. Bu uşaq birinci dərəcəli diabetdir və insulinlə yaşayır, dövlət tərəfindən verilən dərmanlar bu uşağa yaş baxımından uyğunluğu yoxdur. Bir o barmağın deşilməyi uşağın psixologiyasını, əsəbləri pozmuşdur. Onda olan məlumata görə Vəsilə xanım hazırda işləmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər Nizami rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli 2(007)-3265\2017 saylı qətnaməsindən görünür ki, 16.07.1999-cu il təvəllüdlü X9 və 26.12.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 03.05.2017-ci il tarixdən başlayaraq iddiaçı X4 xeyrinə cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. - Bakı Şəhər Nizami rayon Məhkəməsinin 11.08.2017-ci il tarixli, 2(007)-4512/2017 saylı qətnaməsi əsaında verilmiş icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Bağırov X1 Vəsilə Mirzə qızından 26.12.2006-cı il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan 11.07.2017-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat alınınb Cavabdeh verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. - Bakı Şəhər Nizami rayon Məhkəməsinin 11.08.2017-ci il tarixli, 2(007)-4512/2017 saylı qərarından görünür ki, mülki işin icraatına iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin həcminin artırılması” tələbinə dair hissədə, iş hazırki əsaslala məhkəmədə baxılmalı olmadığından xitam verliməli, Cavabdeh qanunla müəyyən olunmuş əsaslar yaramdıqda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. - 29.12.2021-ci il tarixli 2021-002882 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdiriləbilməməsi barədə” arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 06.01.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 152A nömrəli evin, 42 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 1997-ci ildə ər-arvad münasibətlərinə daxil olmuş, ailə münasibətlərindən 16.07.1999-cu il təvəllüdlü X9 və 26.12.2006-cı il təvəllüdlü X10 anadan olmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Cavabdeh aliment tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 16.07.1999cu il təvəllüdlü X9 və 26.12.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 03.05.2017-ci il tarixdən başlayaraq hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmiş, Bakı Şəhər Nizami rayon Məhkəməsinin 11.08.2017-ci il tarixli, 2(007)-4512/2017 saylı qətnaməsi ilə də Bağırov X1 Vəsilə Mirzə qızından 26.12.2006-cı il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan 11.07.2017-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat alınınb Cavabdeh verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə cəmi 200 manat sabit pul məbləğində aliment tutulması, eləcə də onun 2(007)-4512/2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı əsasında əlavə xərclərə görə Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində təyin edilmiş 200 manat pulun tutulmasından azad edilməsi” tələbinə dair ilkin iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə aliment tutulmasına və Bakı Şəhər Nizami rayon Məhkəməsinin 11.08.2017-ci il tarixli, 2(007)-4512/2017 saylı qətnaməsi ilə əlavə xərclərə cəlb edilməsinə maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması və əlavə xərclərdən azad edilməsi yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması və əlavə xərclərdən azad edilmə uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İlkin İddiaçı məhkəmə iclasında yenidən ailə qurmasını, bu nikahdan bir uşağı olmasını, bu günki gündə həqiqətən maliyyə cəhətdən çox çətinliyi olduğunu, özünün halhazırda kirayə qalmağını, əlavə iş yerinin olmamasının ancaq təqaüdlə dolanmağını və xərclərinin hamısının əlavə xarclərə getməyini bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması və əlavə xərclərdən azad edilməsi ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar, alimentin miqdarının azaldılması və əlavə xərclərdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməldir. Göründüyü kimi, aliment məbləği və əlavə xərclərdən azad edilməsi təyin olunduqdan sonra iddiaçının xərclərin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində elə də ciddi dəyişikliklər olmamışdır. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı “26.12.2006-cı il təvəllüdlü oğlu X3 xəstəliyi üçün müəyyən olunmuş 200 manat alimetin miqdarını artıraraq 400 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə İddiaçı tutulmuş hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, hazır da isə bir uşağa görə 1\4 hissəsi miqdarında və Bakı Şəhər Nizami rayon Məhkəməsinin 11.08.2017-ci il tarixli, 2(007)-4512/2017 saylı qətnaməsi ilə alınmış əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat aliment vasitəsilə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatı mümkün qədər maksimal saxlanması imkanları mövcud olması, eləcə də tərəflərin maddi və ailə vəziyyəti, cavabdehin tələb olunan alimenti ödəməyə imkanının olması, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmaları nəzərə alınaraq qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə cəmi 200 manat sabit pul məbləğində aliment tutulması, eləcə də onun 2(007)- 4512/2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı əsasında əlavə xərclərə görə Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində təyin edilmiş 200 manat pulun tutulmasından azad edilməsi” barədə ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “26.12.2006-cı il təvəllüdlü oğlu X3 xəstəliyi üçün müəyyən olunmuş 200 manat alimetin miqdarını artıraraq 400 manat müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(007)-3265/2017 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə cəmi 200 manat sabit pul məbləğində aliment tutulması, eləcə də onu 2(007)-4512\2017 saylı mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı əsasında əlavə xərclərə görə Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində təyin edilmiş 200 manat pulun tutulmasından azad edilməsi” barədə ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “cavabdeh İddiaçı qarşı 26.12.2006-cı il təvəllüdlü oğlu X3 xəstəliyi üçün müəyyən olunmuş 200 manat alimetin miqdarını artıraraq 400 manat müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-781/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-781/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver