Məhkəmə qərarları › İş №2(007)-79/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-79/2020

23.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-79/2020 23.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Soltanova Arı̇ fə Əbı̇ lqasım qızının prosessual hüquq varisi Soltanov Vüqar Təşkilta oğlunun, cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızının, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlunun nümayəndəsi Hüseynov Kamandar Əbülfəz oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qurbanov Azər Yusif oğlunun iştirakı ilə, İddiaçı Soltanova Arifə Əbilqasım qızının cavabdehlər Soltanov Kamran Bəhruz oğluna, Əsədli Şəhriyar Cabbar oğluna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı “ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Soltanov Arifə Əbilqasım qızı cavabdehlər Soltanov Kamran Bəhruz oğluna, Əsədli Şəhriyar Cabbar oğluna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 5 sayı mənzilinin cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədli Şəhriyar Cabbar oğlu arasında 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Soltanov Arifə Əbilqasım qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu Soltanov Bəhruz Təşkilat oğlu 09 oktyabr 2015-ci ildə Şamaxı rayonunda vəfat etmişdir. Vəfatına qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin mükiyyətçisi olmuş və həmin evdə yaşamışdir. Oğlu 2014-cü ildə cavabdeh ilə aralarında olan nikahlarını Nizami rayon məhkəməsində pozmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Oğlu vəfatından əvvəl bir xalçasını və bir neçə məişət əşyasını Şamaxı rayonuna onun evinə gətirmişdir. Oğlunun vəfatından sonra onun mükiyyətində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, ev 37, mənzil 5 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 sayı ünvanda yerləşən paylar məlum olan, Qurbanov Azər Yusif oğlu ilə birgə mükiyyətdə 55,0 kv.metrdən ibarət qeyri yaşayış obyekti olmuşdur. Mülkiyyətin 20 faizi mərhum oğlunun, qalan 80 faizi isə Qurbanov Azərin idi. Həmin qeyri-yaşayış obyektini öldüyü günə qədər A.Y.Qurbanov ilə özü şərikli işlətmişdir. Oğlunun vəfatından sonra Azər Qurbanovun tərəfindən icarə haqqları yığılaraq hər ay ona həmin obyektdən icarə haqqı olaraq 400 manat pul verilirdi. Oğlunun ölümündən sonra qeyri-yaşayış obyektindən gələn gəliri eyni qaydada Azər yığırdı. Oğluna verilən 400 manat puldan 150 manat cavabdeh Soltanova Vəfa İkram qızına nəvəsinin saxlanılması üçün, 250 manatını isə ona verirdi. O, imkanı olanda mütəmadi olaraq həmin qeyri-yaşayış obyektinə gedirdi. Oğlundan miras qalan obyektə sahiblik edir, obyektin vəziyyəti ilə maraqlanırdı. Bütün bu faktları oğlu ilə şərik olan Qurbanov Azər Yusif oğlu və orada işəyən icarəçi şəxslər təsdiq edə bilərlər. O, faktiki olaraq oğlunun vəfatından sonra onun miras qoyduğu daşınmaz əmaklara münasibətdə faktiki olaraq sahiblik və istifadə etmişdir. Bununla da oğlundan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Bununla bağlı Nizami rayon məhkəməsinə müraciət edərək 09 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda vəfat etmiş oğlu Sotanov Bəhruz Təşkilat oğlundan miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 5 saylı mənzilə və ünvan 2 ünvanda yerləşən 51 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi, miras əmlakların ½ hissəsinə payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda həmin mənzil üzərində həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri,Nizami rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 09 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda vəfat etmiş oğlu Sotanov Bəhruz Təşkilat oğlundan miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilmiş, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, ev 37, mənzil 5 saylı mənzilə və ünvan 3 ünvanda yerləşən 51 kv.metrdən ibarət qeyri yaşayış sahəsinə dair Çıxarışlar ləğv edilmiş, miras əmlakların ½ hissəsinə payı müəyyən edilmişdir. Məhkəmə mənzil üzərində həbsin qoyulması ərizəsinə baxmamış, mənzil üzərində həbs qoyulmamışdır. Lakin, cavabdehlər Azərbaycan Respublikası ƏMDKY DƏDRX Bakı Ərazi İdarəsi və Bakı şəhər, 52 saylı Notariat Kontoru maraqlı tərəf kimi məhkəməyə dəvət edilmiş, mənzilin mübahisəli olması barədə yazılı məlumatları olmuşdur. Məhkəmənin qətnaməsinin çıxarılmasından bir neçə gün sonra cavabdeh Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı qanunsuz olaraq miras əmlak olan mənzili cavabdeh Əsədli Şəhriyar Cabbar oğluna satmışlar. Hazırda Nizami rayon məhkəməsinin həmin qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmsinin MK-da baxılmaqdadır. Bakı şəhəri, 52 saylı NK-dan alqı-satqı müqaviləsinin surətini tələb etməsinə baxmayaraq bu müqavilənin surətini ala bilməmişdir. Mülki işə məhkəmədə baxılarkən Qurbanov Azər Yusif oğlu iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçı Soltanov Arifə Əbilqasım qızının prosessual hüquq varisi Soltanov Vüqar Təşkilta oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə verərək, Soltanov Kamran Bəhruz oğlunun (qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı) ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında Bakı şəhəri, 52 saylı notariat kontorunda bağlanmış 12 dekabr 2018ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Soltanov Arifə Əbilqasım qızının prosessual hüquq varisi Soltanov Vüqar Təşkilta oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mübahisəli əmlak onunla mərhum həta yoldaşının birgə nikah dövründə əldə olunmuş əmlak olmuş, həyat yoldaşı vəfat etdikdən sonra mənzil oğluna miras qalmışdır. İddiaçı mənzillə dair vərəsəliklə bağlı məhkəmədə iddia qaldırarkən əmlakın üzərində hər hansı məhdudiyyət olmamış, mənzilə olan pay əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. O mənzili satarkən mənzillə bağlı mübahisə olsa da, heç kimin hüquqlarını pozmamış, mənzili övladının xəstəliyi üçün ona pul vəsaiti lazım olduğu üçün satmış və qalan pula da yenidən özlərinə mənzil almışdır. Həmçinin o bildirmişdir ki, mənzili alan şəxsi, yəni Əsədli Şəhriyarı mənzil alqı-satqısı ilə məşğul olan Rəşad adlı şəxs vasitəsi ilə tanımış, Əsədli Şəhriyarı mənzil satılanadək ümumiyyətlə tanımamışdır. Hesab edir ki, o vicdanlı alıcıdır. Məhkəmə iclasında cavabdeh Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlunun nümayəndəsi Hüseynov Kamandar Əbülfəz oğlu iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. O etirazı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, Əsədli Şəhriyar Cabbar oğluna mənzili satmış və hazırda da iş üzrə cavabdeh olan Soltanov Kamran Bəhruz oğlunu və onun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızını tanımamış, əvvəl hər hansı bir ünsiyyəti olmamışdır. Əsədli Şəhriyar Cabbar oğlu 2018-ci ilin noyabr dekabr aylarında mənzil almaq barədə niyyətini birneçə yaxın şəxsə bildirmiş, bu barədə maraqlanmışdı. Nəsimi adlı makler dayısı oğluna təcili bir mənzil satıldığını bildirmiş, dayısı oğlu almaq istəmədiyini söyləmiş, daha sonra Nəsimi Əsədli Şəhriyar Cabbar oğluna zəng edərək söyləmişdir ki, təcili satılan bir mənzil var, qiyməti münasibdir, mənzilin sahibinə təcili pul lazımdır, xəstəsi var, onu ölkə xaricinə - İrana müalicəyə aparmalıdır. Əsədli Şəhriyar Cabbar oğlu qardaşı, dayısıoğlu ilə birgə həmin mənzilə baxmağa getmişlər. Mənzili satan makler isə Rəşad adlı bir şəxs olmuş, mənzil satılması üçün ona yazılmışdır. Ortada hətta başqa bir makler olmuşdur. Gedib mənzilə baxmış, mənzil təmirsiz olsa da onu bəyənmiş və mənzilin sahibinə beh vermişdir. Bir-neçə gündən sonra isə Xalqlar Dostluğu metrosuna yaxın ərazidə yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin çıxarışını isə əlavə ödəniş olmasın deyə tezləşdirmə olmadan 21 gün ərzində reyestr xidmətindən almışdır. Mənzili alarkən və aldıqdan sonra mənzil barəsində məhkəmə mübahisəsinin olması, üzərinə hər hansı bir məhdudiyyət qoyulması barədə onda məlumat olmamış, satıcı tərəfindən bu barədə ona heç bir məlumat verilməmişdir. Əsədli Şəhriyar Cabbar oğlu son vaxtlar, 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edildikdən sonra bütün bu baş verənlərdən xəbərdar olmuş və ona agah olub ki, mənzillə bağlı hansısa mübahisələr və çəkişmələr getmişdir. Satıcı bu barədə ona bir kəlimə də olsun söz deməmiş, sözsüz ki, bu barədə məlumatlı olsaydı həmin mənzili almış olmazdı. Əsədli Şəhriyar Cabbar oğlu mənzili heç bir mübahisə və çəkişmədən xəbəri olmadan almış və mülkiyyətinə keçirmişdir. İndiki halda isə iddiaçı mülkiyyət hüququna qanunsuz müdaxilə edərək bu hüquqdan onu məhrum etmək istəyir. Əsədli Şəhriyar Cabbar oğlu, vicdanlı alıcı olaraq mənzili əldə etdiyindən iddia tələbi təmin edilə bilməz və o əmlakın dəyərini mənzili Əsədli Şəhriyar Cabbar oğluna satan şəxslə mübahisələndirməlidir. Mübahisəli mənzilə dair Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədli Şəhriyar Cabbar oğlu arasında 12 dekabr 2018-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanılmış və həmin müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Bu alqı-satqı əqdinin imzalanması üçün tərəflər tam səlahiyyətli olmuşlar. İşdən görünür ki, iddiaçının göstəridiyi dəlillər qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsas ola bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə əldə etdiyindən vicdanlı alıcı hesab olunur. İşin mübahisələndirilməyən hallarından görünür ki, Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı tam səlahiyyətli şəxs kimi 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə mənzili Əsədli Şəhriyar Cabbar oğluna satmış, əmlakın razılaşdırılmış dəyəri tərəfindən ona tam ödənilmiş və mənzil Əsədli Şəhriyar Cabbar oğluna təhvil verilmişdir. O, mübahisəli mənzili almamışdan əvvəl o, Soltanov Kamran Bəhruz oğlunu və onun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızını tanımamış, mənzilin mülkiyyətçisi ilə digər şəxslər arasında məhkəmə mübahisəsinin olduğunu bilməmişdir. Alqı-satqı müqaviləsi bağlayarkən Soltanov Kamran Bəhruz oğlunun mübahisəli mənzilə mülkiyyət hüququları dövlət qeydiyyatına alınmış hüquq olmuş, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrıayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, cavabdeh vicdanlı əldə edən olduğundan, Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə onun arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış etibarsız hesab edilə bilməz. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Əsədli Şəhriyar Cabbar oğlu, bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə Əsədli Şəhriyar Cabbar oğlunda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmiş və həmin mənzilə dair hüquqularını qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi Əsədli Şəhriyar Cabbar oğlu, iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İzahatında qeyd olunanlara əsasə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qurbanov Azər Yusif oğlu izahat verərək göstərdi ki, onun da paylı mülkiyyətində olan qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulması onun hüquqlarını pozmur. O, iddiaçının iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin, Bakı şəhəri 52 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə şəxslərin, onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 0905612 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 27 avqust 2010-cu il tarixdə Soltanov Bəhruz Təşkilat oğlunun adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı, 0112824 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 27 avqust 2010-cu il tarixdə Soltanov Bəhruz Təşkilat oğlunun adına qeydiyyata alınmışdır; - AZ-İ 768434 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Soltanov Bəhruz Təşkilat oğlu 09 oktyabr 2015-ci il tarixdə ölmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 1125604 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 25 avqust 2017-ci il tarixdə Soltanov Kamran Bəhruz oğlunun adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 1360152 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 09 avqust 2018-ci il tarixdə Soltanov Kamran Bəhruz oğlunun və Qurbanov Azər Yusif oğlunun ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-306/2017 saylı, 08 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, Soltanova Vəfa İkram qızı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Soltanova Arifə Əhilqasım qızının iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, sözügedən qətnamə ilə Soltanova Arifə Əbilqasım qızının mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq, Soltanova Arifə Əbilqasım qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 5 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Apellyasiya məhkəməsinin 2(103)-306/2017 saylı, 08.02.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və Soltanova Arifə Əbilqasım qızının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 5 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.07.2017-ci il tarixli, 2(102)- 4294/17 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 306/2017 saylı, 08.02.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını qərara almışdır. - Soltanov Kamran Bəhruz oğlu (onun adından qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı tərəfindən imza edilmişdir) ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında 30 noyabr 2018-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanaraq reyestrdə 4Ə-1080 nömrə ilə qeyd olunmuş daşınmaz əmlakın alqısatqısına dair AN-İ 0735903 nömrəli müqavilənin surətindən görünür ki, Soltanov Kamran Bəhruz oğlu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilini Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlunun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 53.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə dərhal alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 1433567 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 05 dekabr 2018-ci il tarixdə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlunun adına qeydiyyata alınmışdır; - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)- 3779/2018 nömrəli qətnaməsindən görünür ki, 09.10.2015-ci il tarixində vəfat etmiş Soltanov Bəhruz Təşkilat oğlundan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsinin 1/5 hissəsinə dair Soltanov Kamran Bəhruz oğlunun adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, Soltanova Arifə Əbilqasım qızı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı Bakı şəhəri, Nizami rayonu Q.Qaravev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə ½ hissədə, Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının ½ hissəsinə tanınması, hər iki mirasdan digər ½ hissədə pay isə Soltanov Kamran Bəhruz oğlu tərəfindən qəbul olunması üçün açıq saxlanılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)-3779/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(102)-6868/2019 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsi qeyri-yaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, ünvan 2 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə Soltanov Bəhruz Təşkilat oğlunun payı ½ hesab edilmiş və bu paya Soltanov Arifə Əbilqasım qızının payı ½ hesab edilmiş, Soltanov Kamran Bəhruz oğlunun ünvan 2 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(102)- 4294/2017 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cu il tarixli, 2(007)-5359/2014 nömrəli qətnaməsi ilə Soltanov Arifə Əbilqasım qızı tərəfindən , Nizami rayonu Q.Qaravev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə mirasın qəbul edilməsi üçün müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2017ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cu il tarixli, 2(007)-5359/2014 nömrəli qətnaməsi ləğv edilmiş, Soltanov Arifə Əbilqasım qızı tərəfindən Nizami rayonu Q.Qaravev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin bu qərarı ilə apellyasiya instansiyasının 08 fevral 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Soltanov Bəhruz Təşkilat oğluna məxsus olmuşdur. Soltanov Bəhruz Təşkilat oğlu 09 oktyabr 2015-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümüdndən sonra xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil 25 avqust 2017-ci il tarixdə oğlu Soltanov Kamran Bəhruz oğlunun adına qeydiyyata alınmışdır. Soltanov Kamran Bəhruz oğlu (onun adından qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı tərəfindən imza edilmişdir) ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu ilə 30 noyabr 2018-ci il tarixdə notariat kontorunda daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlayaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilini 53.000 manata Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğluna satmış, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu isə həmin alqı-satqı müqaviləsi əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Soltanov Bəhruz Təşkilat oğlunun anası Soltanov Arifə Əbilqasım qızı Soltanov Kamran Bəhruz oğluna qarşı ilk öncə mübahisəli mənzilə dair mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cu il tarixli, 2(007)-5359/2014 nömrəli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2016-cu il tarixli, 2(007)-5359/2014 nömrəli qətnaməsi ləğv edilmiş, Soltanov Arifə Əbilqasım qızı tərəfindən Nizami rayonu Q.Qaravev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin bu qərarı ilə apellyasiya instansiyasının 08 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Soltanov Arifə Əbilqasım qızı “şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul ediməsi faktının müəyyən olunması” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, 09.10.2015-ci il tarixində vəfat etmiş Soltanov Bəhruz Təşkilat oğlundan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsinin 1/5 hissəsinə dair Soltanov Kamran Bəhruz oğlunun adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, Soltanova Arifə Əbilqasım qızı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı Bakı şəhəri, Nizami rayonu Q.Qaravev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə ½ hissədə, Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının ½ hissəsinə tanınması, hər iki mirasdan digər ½ hissədə pay isə Soltanov Kamran Bəhruz oğlu tərəfindən qəbul olunması üçün açıq saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)-3779/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsi qeyriyaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, ünvan 2 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə Soltanov Bəhruz Təşkilat oğlunun payı ½ hesab edilmiş və bu paya Soltanov Arifə Əbilqasım qızının payı ½ hesab edilmiş, Soltanov Kamran Bəhruz oğlunun ünvan 2 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinin “Soltanov Kamran Bəhruz oğlunun (onun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızını) ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, Soltanov Kamran Bəhruz oğlunun ləyaqətsiz vərəsə hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən Soltanov Kamran Bəhruz oğlunun ləyaqətsiz vərəsə hesab edilməsi xahiş edilsə də, onun atası Soltanov Bəhruz Təşkilat oğlunun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızını isə vərəsə olmadığından ona qarşı belə bir tələbin qaldırılması anlaşılan deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında Bakı şəhəri, 52 saylı notariat kontorunda bağlanmış 12 dekabr 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsinə” dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Məhkəmə qeyd edir ki, cavabdeh Soltanov Kamran Bəhruz oğlu (onun adından qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı tərəfindən imza edilmişdir) ilə cavabdeh Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu əmlakın dəyərini Soltanov Kamran Bəhruz oğluna (onun adından qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızna) ödəməklə əmlakı qəbul etmiş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə müəyyən etmişdir ki, Soltanov Kamran Bəhruz oğlu ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu ərizə ilə notariat kontoruna müraciət edərək hazırda mübahisələndirilən mənzilin alqı-satqısını həyata keçirmək istədiklərini bildirmişlər, müqavilə bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, depozit hesabları, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 30 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz ərizəsində göstərmişdir ki, Bakı şəhəri,Nizami rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 09 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda vəfat etmiş oğlu Sotanov Bəhruz Təşkilat oğlundan miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilmiş, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, ev 37, mənzil 5 saylı mənzilə və ünvan 3 ünvanda yerləşən 51 kv.metrdən ibarət qeyri yaşayış sahəsinə dair Çıxarışlar ləğv edilmiş, miras əmlakların ½ hissəsinə payı müəyyən edilmişdir. Məhkəmənin qətnaməsinin çıxarılmasından bir neçə gün sonra cavabdeh Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı qanunsuz olaraq miras əmlak olan mənzili cavabdeh Əsədli Şəhriyar Cabbar oğluna satmışlar. Məhkəmə həmin dəlillərə münasibətdə qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 25 avqust 2017-ci il tarixdə Soltanov Kamran Bəhruz oğlunun adına qeydiyyata alınmışdır. Soltanov Kamran Bəhruz oğlu isə onun adına olan həmin əmlakı 30 noyabr 2018-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğluna satmışdır. Soltanov Kamran Bəhruz oğlu həmin mənzili satarkən, mənzilin bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Belə ki, iddiaçının qeyd etdiyi məhkəmə qətnaməsi 12 noyabr 2018-ci il tarixdə qəbul edilsə də, cavabdeh Soltanov Kamran Bəhruz oğlu mübahisəli mənzili satanadək, yəni 30 noyabr 2018-ci il tarixədək öz qanuni qüvvəsini almamışdır. Həmçinin həmin işlə bağlı mübahisəli əmlakın özgənikiləşdirilməsinin yol verilməməsinə dair iddianın təmin tədbiri və ya başqa məhdudiyyət mövcud olmamışdır. Məhkəmə iddiaçının həmin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən qətnamə hər nəqədər ki öz qanuni qüvvəsini almamışdır, cavabdeh Soltanov Kamran Bəhruz oğlu öz əmlakına müstəqil sərəncam vermək hüquqlarını özündə saxlamışdır. Bununla yanaşı, Məhkəmə nəzərə alır ki, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu vicdanlı əldə edən olduğunu görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırki halda müəyyən edildi ki, Soltanov Kamran Bəhruz oğlu ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Baxılan iş üzrə cavabdeh Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu mübahisəli əmlakı alqısatqı yolu ilə əldə edərkən həmin əmlak dövlət reyestrində Soltanov Kamran Bəhruz oğlu adına qeydə alınmışdır. Sonuncular arasında 30 noyabr 2018-ci il ildə alqı-satqı müqaviləsi bağlanarkən əmlaka dair vərəsəlik üzrə payların müəyyən olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamə müvcud olmamışdır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmişdir. Bununla da vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu vicdanlı əldə edən olduğundan, Soltanov Kamran Bəhruz oğlu ilə onun arasında 30 noyabr 2018-ci il tarixlərdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edilə bilməz, həmin əqdin etibarsız sayılması üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı əmlakı vicdanlı əldə edəndir. Məhkəmə onu da qeyd edir ki, nə qədər ki, mənzilin alqı-satqı müqavilələri qüvvədədir, onların etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlədən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Soltanova Arifə Əbilqasım qızının cavabdehlər Soltanov Kamran Bəhruz oğluna, Əsədli Şəhriyar Cabbar oğluna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı “Soltanov Kamran Bəhruz oğlunun (qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı) ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında Bakı şəhəri, 52 saylı notariat kontorunda bağlanmış 12 dekabr 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Soltanova Arifə Əbilqasım qızının cavabdehlər Soltanov Kamran Bəhruz oğluna, Əsədli Şəhriyar Cabbar oğluna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı “Soltanov Kamran Bəhruz oğlunun (qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı) ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehlər Soltanov Kamran Bəhruz oğlunun qanuni nümayəndəsi Soltanova Vəfa İkram qızı ilə Əsədlı̇ Şəhrı̇ yar Cabbar oğlu arasında Bakı şəhəri, 52 saylı notariat kontorunda bağlanmış 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Soltanov Arifə Əbilqasım qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar