Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-806/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlunun yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, alimentin tutulmasının ərizənin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı səhəri Səadət sarayı tərəfindən 208 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlu dünyaya gəlmişdir. Cavabdeh X3 ilə faktiki olaraq bir yerdə yaşamırlar. Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı X1 üçün heç bir maddi köməklik göstərmir. Övladı onun himayəsindədir və onun bütün maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. Cavabdehin maddi vəziyyəti olduqca yaxşıdır. Bu səbəbdən də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, bağçada müəllimə işləyir və 300 manat əmək haqqı alır. Cavabdeh mağazada işləyir, aylıq 300 manat alır, əlavə 200 manat əlavə gəliri olur, yəni ayda 500 manat gəliri əldə edir. Onlar birlikdə yaşayanda cavabdeh uşağını normal təmin edirdi. O, hal-hazırda anası ilə yaşayır, 7 aydır ki, evdən çıxmışdır. Bu müddət ərzində ata uşaqla heç maraqlanmamış və uşağın saxlanmasında köməklik göstərməmişdir. Onun uşağının 16-17 yaşı var, uşağı atası köməklik etsin deyə göndərmiş, ata da uşağa ana nə vaxt evdən çıxsa onda pul verəcəyini demişdir. Uşaq ondan pul istəyəndə cavabdeh uşağa 5 manat vermişdir. O, həmçinin bildirdi ki, cavabdeh içki içir. O, 16 ildir övladına görə dözmüş, lakin cavabdeh öz ailəsinə 16 ildir cavabdeh ola bilməmişdir. Cavabdeh əmək haqqı kartını pandemiya vaxtı ona vermiş, pandemiya vaxtı işləməmiş, həmin pulu çıxardıb uşağa, uşağın müalicəsinə, hazırlığına xərcləmiş və Səxavətin borclarını vermişdir. Həmin karta ayda 236 manat pul otururdu. Məhkəmə iclasında Cavabdeh 220 manat aliment ödəməyə etiraz etmədiyini, uşağına qeyri-rəsmi köməklik etdiyini, övladına baxdığını, əmək haqqı kartında olan iddiaçı tərəfindən götürülmüş 6000 manatın alimentə hesablanmasına razı olduğunu, uşağını görmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya münasibətdə bildirdi ki, 220 manat aliment ödəməyə etirazları yoxdur. İddiaçı cavabdehin kartında olan 6000 manatı qaytarsın ki, həmin pulu alimentə versinlər. İddiaçıdan 6000 manatı istəyəndə anası pulun onda olduğunu demişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Mı̇ rzəyeva Rası̇ mə Ası̇ m qızı ilə cavabdeh Mı̇ rzəyev Səxavət Süleyman oğlu xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlu adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış Mı̇ rzəyev Süleyman Səxavət oğlunun saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq xx.xx.2008ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 220 manat sabit pul miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Mı̇ rzəyev Səxavət Süleyman oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlunun yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında aliment tutularaq Mı̇ rzəyeva Rası̇ mə Ası̇ m qızına verilməlidir. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Mı̇ rzəyev Səxavət Süleyman oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Mı̇ rzəyev Süleyman Səxavət oğlunun yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında aliment tutularaq Mı̇ rzəyeva Rası̇ mə Ası̇ m qızına verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mı̇ rzəyeva Rası̇ mə Ası̇ m qızı tərəfı̇ ndən mediasiya xərcinə görə çəkı̇ lmı̇ ş 50 manat xərc ona aid edilsin. Mı̇ rzəyev Səxavət Süleyman oğlundan dövlət rüsumuna görə 50 manat vəsait tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-806/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-806/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver