Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-840/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ağalarova (Sultanova) Gülarə Rəhman qızının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ağalarova (Sultanova) Gülarə Rəhman qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinin “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi” əsası ilə ləğv edilməsini və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” MMC arasında 28.01.2017-ci il tarixdə satıcı vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. Faktiki olaraq o, işdən çıxsa da, elektron İnformasiya sistemində onun işdən azad olunması barədə bildiriş yerləşdirilməmişdir. Ümumiyyətlə onun bu barədə heç bir xəbəri yox imiş və o, təzə işə düzəlmək istəyəndə məlum olmuşdur ki, o, işçi kimi hələdə Elektron İnformasiya sistemində mövcuddur. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şifahi olaraq müraciət etmiş və orada ona bildirmişlər ki, o, məhkəməyə müraciət etməlidir. O, işdən azad olunması üçün “xxxx” MMC-yə 10.09.2020-ci il tarixdən onu işdən azad edərək bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydlər aparılmasını xahiş etsə də, görünən budur ki, həmin ünvanda cəmiyyət fəaliyyət göstərmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 elektron informasiya sistemində işə qəbul və işdən çıxarılma ilə bağlı əməliyyatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə aparıldığını, bu səbəbdən bununla bağlı onlar tərəflərindən hər hansı əməliyyat aparıla bilmədiyini bildirdi və iddia tələbinin təmin edilməsinə etiraz etmədi. Cavabdeh xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair 13.08.2020-ci il tarixli arayışından görünür ki, X6 "xxxx" MMC-də 28.01.2017-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı vəzifəsinə müddətsiz işə qəbul edilmişdir. - X6 tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, onunla cəmiyyət arasında 28.01.2017-ci il tarixdə satıcı vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. Faktiki olaraq o, işdən çıxsa da, elektron İnformasiya sistemində onun işdən azad olunması barədə bildiriş yerləşdirilməmişdir. 10.09.2020-ci il tarixdən onu işdən azad edərək bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydlər aparılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin X4 ünvanlanmış 16.03.2021-ci il tarixli **********1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişi elektron infarmasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar 6 iyun 2014-cü ildə Nazirlər Kabinetinin № 183 qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “Qaydalar” təsdiq edilmişdir. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olunmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi “ xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26.04.2021-ci il tarixli **********445700 saylı məlumatından görünür ki, idarədə olara reyestrə əsasən “EA X3” MMC 20.12.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağalarova (Sultanova) Gülarə Rəhman qızı 28.01.2017-ci il “EA X3” MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının cəmiyyətdəki işinə faktiki olaraq xitam verilməsi də, bunda dair qeydlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə yerləşdirilməmişdir. İddiaçı bununla bağlı “EA X3” MMC-yə müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinin “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi” əsası ilə ləğv edilməsini və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddəsinin 1-ci bəndinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının nümayəndəsinin izahatından və iş materiallarından görünür ki, tərəflər arasında əmək müqаviləsi bаğlаnmışdır. İddiaçı əmək müqaviləsinə 10.09.2020-ci il tarixdən xitam verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəf Ağalarova (Sultanova) Gülarə Rəhman qızı ilə aralarında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinə xitam verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Ağalarova (Sultanova) Gülarə Rəhman qızı ilə “EA X3” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndində göstərilən (tərəflərdən birinin təşəbbüsü) əsaslarla 10.09.2021-ci il tarixdən xitam verilməlidir. Bu Qətnamə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidməti tərəfindən Ağalarova (Sultanova) Gülarə Rəhman qızı ilə “EA X3” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı Ağalarova (Sultanova) Gülarə Rəhman qızı ilə “EA X3” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndində göstərilən (tərəflərdən birinin təşəbbüsü) əsaslarla 10.09.2021-ci il tarixdən xitam verilsin. Bu Qətnamə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidməti tərəfindən Ağalarova (Sultanova) Gülarə Rəhman qızı ilə “EA X3” MMC arasında bağlanmış 28.01.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-840/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-840/2021
20.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver