Məhkəmə qərarları › İş №2(007)-855/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-855/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-855/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaç Bank "xxxx"ASC-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı müqaviləsinə əsasən 28.10..2020-ci il tarixə Banka borclu olduğu 4677,61 manat məbləğində əsas borc, 579,89 manat məbləğində faiz borcu, 402,06 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 5659,56 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddia tələbini belə əsaslandırdı ki, Cavabdeh ilə bağlanmış 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsinə əsasən o, “Bank "xxxx" ASC-dən illik 27 faizlə 24 ay müddətinə 5000,00 manat kredit götürmüşdür. Həmin razılaşmaya əsasən borcalan kredit məbləğini, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 24 ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 27% faiz vəsait ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin 28.10..2020-ci il tarixinə borcundan əlavə 402,06 manat məbləğində cərimə borcuda mövcuddur. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 4677,61 manat məbləğində əsas borc, 579,89 manat məbləğində faiz borcu, 402,06 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 5659,56 manat məbləğində borcu qalmışdır. İddiaçı Bank "xxxx" ASC məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinə baxıb müvafiq qərara qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının dəlillərini, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2020-ci il tarixli FN- 00047-17/20A saylı kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 24 ay müddətinə, illik 27 faiz olmaqla, 5000,00 məbləğində pul ayrılmışdır. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Bank "xxxx" ASC-nin 28.10..2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsi üzrə 4677,61 manat məbləğində əsas borc, 579,89 manat məbləğində faiz borcu, 402,06 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 5659,56 manat pul məbləğində borcu vardır. - 03.11.2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, Bank "xxxx" ASC ilə ilə Cavabdeh arasında bağlanmış 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 24 ay müddətinə, illik 27 faiz olmaqla, 5000,00 məbləğində pul ayrılmışdır. Həmin razılaşmaya əsasən borcalan kredit məbləğini, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 24 ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 27% faiz vəsait ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı Bank "xxxx" ASC ilə bağladığı 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanılmış 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsi ləğv edilməli və həmin müqavilə üzrə Cavabdeh 4677,61 manat məbləğində əsas borc, 579,89 manat məbləğində faiz borcu, 402,06 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 5659,56 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanılmış 04.03.2020-ci il tarixli FN- 00047-17/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 04.03.2020-ci il tarixli FN-00047-17/20A saylı kredit müqaviləsi üzrə 4677,61 manat məbləğində əsas borc, 579,89 manat məbləğində faiz borcu, 402,06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5659,56 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar