Məhkəmə qərarları › İş №2(007)-862/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-862/2021

25.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-862/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Rahatlığın Məkanı" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X8 verilmiş qeydiyyat sənədinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.01.2017-ci il tarixdə cavabdeh “Rahatlığın Məkanı“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında, söküləcək mənzilin əvəzinə yeni inşa edlmiş binada mənzil verilməsinə dair, müqavilə bağlanmışdır. Müqaviləyə əsasən yeni binanın inşa edilməsi məqsədilə onlara məxsus Bakı şəhəri. Ə.Hacıyev küçəsi, ev 34də yerləşən 4 və 6 saylı mənzillərin boşaldılıb MMC-yə təhvil verilməsi və əvəzində ünvan 2 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili istifadələrinə verilməsi qeyd edilmişdir (müqavilə 1.1., 1.2.). İnşaat işlərinə başlanılandan 3 ay ərzində təmirli mənzili istifadələrinə verilməsi cavabdehin vəzifəsi kimi müqavilədə müəyyən edilmişdir (müqavilə 2.2.1.). Müqavilə bağlandıqdan dərhal sonra, yəni 03.01.2017-ci il də qeyd olunan mənzili onlara təhvil verdilər və 6 ay təmir işləri gördükdən sonra, yəni dəqiq desək 15 iyul 2017-ci ildə həmin mənzilə köcdülər və hal-hazıra qədər həmin mənzildə yaşayirlar. Bir müddət sonra (həmin şirkətlə bağlı məhkəmə cəkişmələri zamanı) məlum oldu ki, mənzilin onlara 03.01.2017-ci il tarixində təhvil verilməsinə baxmayaraq 2 il sonra, yəni 12.01.2019-cu il tarixində "xxxx" MMC-nin təsisçisi X7 adına sənədləşdirmişlər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış sənədə əsasən "xxxx" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair sonuncunun adına ilkin qeydiyyat sənədi alınmış və hazırda mülkiyyətindədir. Yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdeh saxtakarlığa yol verərək mənzilə dair aralarında müqavilənin mövcud olmasına baxmayaraq 12.01.2019-cu il tarixdə E.Mustafayevlə eyni mənzilə dair yeni müqavilə bağlanmış, nəticədə DƏDRX tərəfindən sonuncuya mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Nəticədə onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bu səbəbdən “Rahatlığın Məkanı" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X8 verilmiş qeydiyyat sənədi ləğv edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və "xxxx" MMC ilə X9 və İddiaçı2 ilə ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında, 3-cü mərtəbə, 3 saylı təmirli mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmşdır ki, İddiaçı1 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan və hazırda qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(007) - 7800/2018 saylı qərardadı ilə təsdiqlənən barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə "xxxx" MMC qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli vəziyyətdə mənzil alıb verməlidir. Həmin qərardadın 2.2-ci bəndinə əsasən saziş notarial qaydada təsdiq olunduqdan sonra tərəflər tələblərindən imtina edir və iddia tələbləri ödənilmiş hesab olunur. Həmin qərardadın 2.3cü bəndində göstərilir ki, tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırdıqda məcburi icraya yönələcəkdir. Hazırda həmin qərar Nizami rayon İcra və Probasiya şöbəsində məcburi icra icraatındadır. 23 dekabr 2016-cı il tarixdə həmin barışıq sazişi notarial qaydada təsdiqlənib. Lakin cavabdeh tərəf köçməyə razı olduğu mənzil barəsində mövqe bildirməməsi səbəbindən mənzilin alınıb cavabdehlərin mülkiyyətinə verilməsi ilə əlaqədar öhdəliyin icrası indiyədək mümkün olmamışdır. "xxxx" MMC ilkin iddiada iddiaçıların mülkiyyət hüquqlarını pozmamaq məqsədi ilə sökülən otaqların istifadəçiləri olan İddiaçı1 və İddiaçı2 ilə 03 yanvar 2017-ci il tarixli müqavilə imzalayaraq ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili cavabdehlərin müvəqqəti istifadəsinə verib. İlkin iddiada iddiaçılar X9 və İddiaçı2 iddia ərizələrində ünvan 11 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilin "xxxx" MMC-nin Fizuli və Bella Məmmədovların mülkiyyətinə verildiyi göstərilib. Halbuki, həmin mənzil cavabdehlərin mülkiyyətinə deyil, istifadəsinə verilib. Mənzilin məhz cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı xüsusat tərəflərin imzaladığı müqavilənin 1.2 - ci maddəsində birmənalı şəkildə qeyd olunub. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlərin yataqxanada istifadəsində olan otaqların ümumi sahəsi 41.8 kv.m. olub. Mövcud praktikaya və Məmmədovlarla "xxxx" MMC arasında bağlanan 03 yanvar 2017-ci il tarixli müqavilənin preambulasının sonuncu abzasına əsasən, sakinlərə tikilən binalarda əvvəl istifadə etdikləri sahədən 20 faiz artıq, yəni maksimum 50 kvm. həcmində yaşayış sahəsi verilə bilər. Cavabdehlərin hazırda istifadə etdikləri mənzilin sahəsi isə 83 kvadratmetrdən artıqdır. Bundan əlavə, həmin mənzilə bitişik 53.78 kvm. sahədə yarısı üstüörtülü, digər yarısı üstüaçıq teras mövcuddur. Bu mənzil terasla birlikdə "xxxx" MMC-nin mülkiyyətidir və şirkətlə Məmmədovlar arasında bağlanan barışıq sazişi üzrə öhdəliklər yerinə yetirilənədək Məmmədovların müvəqqəti istifadəsinə verilib. İşin hallarından görünür ki, cavabdehlər əslində mülkiyyətçisi olmadıqları, yalnız istifadə etdikləri yataqxanadakı ümumi sahəsi cəmi 41.8 kvm. olan 2 otaq əvəzinə ümumi sahəsi həmin mənzildən üç qat artıq olan mənzil əldə etmək niyyətinə düşüblər və bununla əlaqədar olaraq heç bir hüquqi əsas olmadan guya "xxxx" MMC tərəfindən qeyri-qanuni tikinti aparılmasına dair əsası olmayan məhkəmə iddiası qaldırıblar. Həmin iddia təmin edilməyib. Bununla əlaqədar, "xxxx" MMC-nin rəhbərliyi Məmmədovlara dəfələrlə bildirişlə müraciət edərək onların istifadəsində olan ünvan 4 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzilin "xxxx" MMC-yə təhvil verilməsini tələb etmişdir. Həmçinin Məmmədovlar ailəsinin nəzərinə çatdırılıb ki, "xxxx" MMC qarşı tərəflə imzaladığı barışıq sazişininin tələbinə əsasən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzil alaraq onların mülkiyyətinə verməyə hazırdır. Lakin cavabdehlər bu müraciəti müzakirə etməkdən imtina ediblər. Bundan sonra, Rahatlığın Məkanı" MMC-nin rəhbərliyi ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzili X1 və hazırda həmin mənzil onun mülkiyyətindədir. Yuxarıda qeyd olunan işin hallarına məcmu halda qiymət verərək belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 ilə 03 yanvar 2017-ci il tarixli ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili cavabdehlərin istifadəsinə verilməsinə dair müqavilə aşağıda qeyd olunanlara əsasən bağlandığı andan etibarsız sayılmalıdır:

1. İddiaçı1 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan və hazırda qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(007) - 7800/2018 saylı qərardadı ilə təsdiqlənən barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə "xxxx" MMC qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli vəziyyətdə mənzil alıb verməlidir. Hazırda həmin qərar Nizami Rayon İcra və Probasiya Şöbəsində məcburi icra icraatındadır. Cavabdehlərin iddia etdikləri kimi, əgər barışıq sazişi ilə əlaqədar müvafiq qərardad qüvvədə olduğu halda, 41 kv.m yaşayış sahəsinin əvəzinə sahəsi 83 kv.m təmirli mənzilin Məmmədovların mülkiyyətinə verilməsi sağlam məntiqlə izah oluna bilməz. Bu halda, cavabdehlərə iki otağın əvəzinə iki ədəd iki otaqlı mənzilin verilməsi öhdəliyi yaranır. "xxxx" MMC üzərinə belə öhdəlik götürməyib və götürə də bilməzdi.

2. ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilə qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb. Belə ki, mənzilin istifadəyə verilməsinə dair müqavilə əslində icarə müqaviləsidir və bu müqavilənin bağlanması şərtləri qanunvericilikdə dəqiq müəyyən edilib. Müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi icarə müqaviləsində nəzərə alınmadığı, icarənin müddəti müqavilə ilə müəyyənləşdirilməli olduğu müəyyən edilmədiyindən müqavilə şərtlərinə əməl olunmayıb. X11 17.02.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmasını və işə qoşulmasının təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında ikin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 11 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilinin alqı-satqısına dair onunla "xxxx" MMC arasında bağlanan müqavilənin ləgv edilməsinə dair mülki iş mövcuddur. Həmin iş üzrə məhkəmənin qərarı onun hüquq və maraqlarına təsir göstərə bilər. Belə ki, "xxxx" MMCnin rəhbərliyi ilə onun arasında bağlanan müqaviləyə əsasən o, ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzili almışdır və hazırda həmin mənzil onun mülkiyyətindədir. Hesab edir ki, üçüncü şəxs qismində iştirak etmədiyi təqdirdə məhkəmə tərəfindən onun hüquqlarının pozulmasına səbəb olan qanunsuz qərarın qəbul edilməsinə gətirib çıxara bilər. Ona görə də X7 2(007)-862/2020 saylı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmasını və işə qoşulmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə X7 ərizəsinə münasibət bildirərək, ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilin hazırki mülkiyyəçisi olduğundan mübahisənin onun maraqlarına toxunduğu qənaətinə gəlir və Elnur Mustafayevi müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən qanuni və əsaslı hesab edir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ünvan 5 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X15 ogluna təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin rəhbərliyi ilə onun arasında bağlanan müqaviləyə əsasən o, ünvan 11 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzil almış və hazırda həmin mənzil onun mülkiyyətindədir. Həmin mənzil heç vaxt cavabdehlərin mülkiyyətinə verilməyib, yalnız istifadəsinə verilib. Mülki qanunvericiliyin tələbinə əsasən, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi və ünvan 6 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X8 təhvil verilməsi vəzifəsinin X5 və İddiaçı2 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2017-ci ilin yanvarın 3-də onlar köhnə mənzili "xxxx" MMC-nə təhvil vermişdirlər və əvəzində onlara Ə.Hacıyev 40 ünvanında tikilmiş 1 saylı binanın, 3 saylı mənzilini vermişlər, onlar da hamı kimi kirayə mənzillə təmin edilmişlər, 6 ay kirayədə yaşamışlar ev təmir olunanadək, onlar öz növbəsində istədikləri kimi evi təmir etmişdirlər. Döşəməyə parket vurmuşlar, kombi çəkdirdirmişlər, tavana alçıpan vurmuşlar və 6 aydan sonra iyul ayında öz evlərinə köçmüşlər. Aradan 3 ay keçdikdən sonra digər binanın hazır olduğunu görmüşlər, lakin iki binanın arasında tikinti aparılırdı, soruşanda nə inşa edilir, dedilər ki, mağaza olacaq iki mərtəbəli, bundan sonra onlara məlum oldu ki, üçüncü mərtəbədə inşa olunur. O, etiraz etsə də onun ertirazına məhəl qoyan olmadı. O, öz növbəsində məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra MMC-nin nümayəndələri gələrək məhkəmədən ərizənin geri götürməsini xahiş etmişlər qarşılığında isə həmin ərazini ona verəcəklərini, onun istədiyini etməsi üçün şərait yaradacaqlarını, cam balkon belə edə bilməsi üşün icazə verəcəklərini öz öhtələrinə götürmüşlər. O, heç bir şərtlə razılaşmayıb, ya tikintinin sökülməsini ya da ona yeni bir mənzil verilməsini tələb etmişdir. Hadisədən 2 il müddət keçdikdən sonra Bakı Apellyasiya Məhkəməsində onlara məlum oldu ki, 2019-cü ildə yanvar ayında onların mənzilinə X11 öz adına çıxarış alıb. Onlara dedilər ki, mənzilə adam gələcək və evin kv.m-ni ölçəcək, o, evdə olmadığı zaman iki nəfər gəlib evin kv.m ölçüb getmişdir. Sonradan o, şübhələnmiş və qonşulardan soruşmuşdur. Məlum olmuşdur ki, heç bir qonşunun evinə bu məsələ ilə bağlı gedilməmişdir. Onlar məsələni aydınlaşdırmaq üçün Elnur müəllimə müraciət ediblər. Lakin Elnur müəllim inkar etdi. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsində məlum olduğu məsələ üzə çıxandan sonra onlar çıxarışın ləğvi ilə bağlı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışlar. Bundan başqa Fikrət Mirzəyevin icraatında onlara qarşı olan "xxxx" MMC-nin iddiası üzrə iddia ərizəsi təmin edilmişdir. Onlara məxsus olan mənzil təhvil verilməklə onlara yeni, yəni Leninqrad proyekti olan tam təmirli mənzil ilə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Onlar həmin qətnamədən Apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsi isə 27.01.2021-ci il tarixli qətnaməsi ilə şikayətini qismən təmin etmiş, onlara aid olan hissədə ləğv etmişdir. Göstərdikləri Leninqrad layihəli mənzillərdən kəskin nəmişlik qoxusu gəlirdi, aşağı mərtəbədən idilər. Təklif olunan Leninqrad layihəli mənzilləri bəyənmədikləri üçün 2017-ci ilin yanvarın 3-də yeni müqavilə bağlamışlar onunla da Barışıq sazişi qüvvədən düşmüşdür. Ona görə də “Rahatlığın Məkanı" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X8 verilmiş qeydiyyat sənədinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı2 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbinə uyğun izahat verərək “Rahatlığın Məkanı" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X8 verilmiş qeydiyyat sənədinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etməyərək qeyd etmişdir ki, müvəkkili tam ətraflı məlumat vermişdir, müqavilə 2017-ci ilin yanvarın 3-də bağlanan müqaviləyə əsasən köhnə mənzilin əvəzində yeni mənzil verilməli idi. Sonradan 2019-cu ildə MMC-nin təsiscisi ilə MMC arasında müqavilə bağlanır və deyilir ki, mənzili alqı-satqı yolu ilə almışdır. Bir müqavilə qüvvədə ola-ola ikinci müqavilə necə bağlana bilərdi? 2017-ci il ilin müqaviləsi qüvvədə ola-ola 2019-cu ildə necə müqavilə bağlana bilərdi özü də təsisçi ilə, bu artıq qanun pozuntusudur və saxtakarlıqdı, bununla bağlı, yəni bir mənzilin 5 nəfərə satılması barədə bir çox işlərdə cinayət işi qaldırılıb, buda öz növbəsində analojı bir işdir. Qeyd erdiklərinə görə vəsatətlə müraciət edib xüsusi qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Qarşı tərəf Barışıq sazişinə istinad etsə də Apellyasiya Məhkəməsi 27.01.2021-ci il tarixli Qərardadda və eyni tarixli Qətnamədə açıq-aydın həmin Barışıq sazişinin qüvvədən düşməsini qeyd etmişdir. Bu səbəbdən ilkin iddia tələbinin təmin olunmasını qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmədiyini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etdiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirmişdir. O, şirkətə 2018-ci ilin avqust ayında gəlmişdir artıq bu proseslər gedirdi, birinci dəfə məsələnin həll yoluna çalışmışlar onlar istəyirmiş ki, barışıq yolu ilə həll etsinlər və real təkliflər irəli sürmüşlər. Məsələnin həlli üçün dəfələrlə cavabdehin vəkili ilə də danışmışlar. Fizulinin deməsinə görə onlara təklif olunan mənzillərdən kəskin qoxular gəlirmiş, həmin mənzillər o, şirkətdə işləmədiyi vaxtlarda təklif olunubmuş, amma o, özü bildiriş ilə rəsmi qaydada mənzil təqdim eləmişdir, düzdü heç bir bildirişə imza çəkilməmişdir. Komendant vasitəsi ilə bir çox normal evlər onlara təqdim etmişdir və özlərinə dəfələrlə demişdir ki, hansı Leninqrad layihəsi olan iki otaqlı evi bəyənsələr onlara alırlar. Hörmətli nümayəndə deyir ki, barışıq sazişi Apellyasiyada ləğv olunub, barışıq sazişi ləğv oluna bilməz çünki həmin məsələ iddia predmeti deyil, sadəcə məhkəmə istinad edib ki, birinci instansiyada qaldırılan iddiaya münasibəti belə olur ki, barışıq sazişi üzrə Leninqrad layihəsi olan evə köçürməklə bunlar çıxarılsın. Yəni məhkəmə o evin istifadəyə verildiyini və istifadədə olduğunu qəbul edir, sadəcə başqa məhkəmənin qanuni qüvvəyyə minmiş qərarı olduğundan xitam verib. Onlar da xitamla bağlı məhkəməyə ərizə təqdim etmişlər, çünki məsələnin həlli üçün onların da mövgeyi belə olub. Qaldı iddia ilə bağlı məsələyə, evlər Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən sökülüb, iki dəfə ekspertiza təyin edilib qaldırlmış iddia ilə bağlı. İddia tələbi tamamilə əsassız idi. Dəfələrlə Məmmədovlara tərəfindən müraciət edilib ki, gedib baxsınlar hansı iki otaqlı mənzil xoşlarına gəlsə, həmin evi o, qiymətindən asılı olmayaraq onlara alır. Onların iki otaqdan ibarət olan 41 kvm mənzili var idi, mülkiyyət hüququ olmadan sadəcə orda yaşayıblar yataqxana olub. Həmin otaqların yerinə iki otaq Leninqrad tipli bunların mülkiyyətinə verilməklə ev alırlar özüdə istədikləri şəkildə, həmdə təmirli. Bu gündə burda qeyd edir ki, gedib baxsınlar Leninqrad layihəli iki otaqlı mənzili onlar cavabdehlərə alsınlar. Barışıq sazişi ilə olan qərar Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsində məcburi icradadır, necə ləğv oluna bilər. İstifadə huququ ilə bağlı evin verilməsi məsələsinə gələndə,1 saylı bina tikilib yanında 34 saylı bina da var, tərəf sadəcə huquqdan sui istifadə edərək verilən mənzilin heç birini bəyənməyərək barışıq sazişinə əsasən məcbur qalıb müqavilə bağlayıb iki otaqlı 83 kv.m olan mənzili verib istifadəsinə. Cavabdeh deyir ki, mənzil təmir olunub özləri tərəfindən, amma həqiqətə uyğun deyil, mənzil təmir edilib şirkət tərəfindən, indi orada ola bilər hansısa aksesuarı özləri qoyublar, laminat əvəzinə parket ediblər xərclərini özləri çəkə bilərlər, amma onlar faktiki olaraq mənzili təmir edib onların istifadəsinə vermişdirlər. İstifadə hüququ sərəncam vermək hüququ deyil, bu qanunda göstərilib birmənalı şəkildə. Onlar bütün müqavilələr də yazırlar mülkiyyətinə verilir, heç bir müqavilədə ondan əvvəl olsada belə yazılmır ki, kiminsə istifadəsinə verilir. 2018-dən bu vaxtacan dəfələrlə demişdir ki, gəlin razılıq əldə edək. Qeyd etmişdir ki, əgər Leninqrad proekti onları qane etmirsə şirkət ona da razılaşır gedin novostoykadan iki otaq tapın, gedib 3 otaq 117 kv.m 41 kv.m otağın yataqxanada olan otağın əvəzinə tapıb gəliblər. İcarə müqaviləsi bağlananda tərəflərindən qayda pozuntularına yol verilib, yəni müqavilənin müddəti göstərilməyib, hansı ki, qanunvericiliyin tələbinə görə göstərilməlidir və müqavilədən sonra mənzilin təhvil verilməsi hansı şərtlər əsasında təhvil veriləcəyi qanunda öz əksini tapıb. Mülki Məcəllənin 337-ci maddəsində göstərilib mülki qanunvericiliyin tələblərinə şərtlərinə uyğun gəlməyən əqdlər etibarsızdır. Onlar hesab edirik ki, həmin əqd müddət göstərlmədiyi üçün mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləninn 337.1-ci maddəsinin tələbinə uyğun bağlandığı andan etibarsız sayılmalıdır. Müstəqil tələb irəli sürən 3-cü şəxs X8 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürən 3cü şəxs X7 işrirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən müstəqil tələb irəli sürən 3-cü şəxs X11 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı və tərəfindən təqdim olunmuş iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, “Rahatlığın Məkanı" MMC-də hüquqşünas kimi çalışır. Aldığı mənzilə çıxarışı var və tərəf olaraq ilkin iddia onun maraqlarına toxunur. Alqı-satqı müqaviləsinin şirkətlə nə vaxt bağladığını xatırlamır. Müqavilənin tərkibi kommersiya sirri olduğuna görə mənzilin neciyə aldığını demək istəmir. Məmmədovları o, çox uzun müddətdir tanıyır və bilir ki, mənzil onlara aid deyil, çünki mənzil tikiləndən bu günədək bütün proseslərdə iştirak etmişdir. Məmmədovlar ailəsi ilə şirkət arasında müqavilə bağlandı. Həmin bina Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş pilot layihə ilə cənab Prezidentin 86 saylı qərarı əsasında sınaq müddəti bitmiş qəzalı vəziyyətdə olan binaların sırasında olduğuna görə sökülüb və sakinlər köçürülüblər. Pilot layihə ilə köçürülmə zamanı mənzil sahiblərinə 15-20 faiz artıq olaraq kompensasiya verilməli idi. Məmmədovlar ailəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində Barışıq sazışi bağlanıldı. Barışıq sazişinə görə təklif olunan mənzil ilə razılaşmadıqlarına görə birinci binada mənzil təmir olunaraq növbəti müqavilə ilə müvəqqəti olaraq mənzil onların istifadələrinə verildi, Leninqrad layihəli mənzil tapılıb alınanadək şərtilə. Açıq aydın görünür ki, yeni binanın mənzilindəki kv.m Leninqrad layihəli mənzilində olan kv.m uyğun gəlmir. Məmmədovların yataqxanadakı otaqları 41 kv.m olub. Mənzil kommunal təsərrüfat birliyində bu binaların tikintisi üçün layihələr var idi, arxiv sənədlər, bizim akt var idi mənzilin 41 kv.m olması barədə. 03 yanvar 2017-ci ildə bağlanmış müqavilədə Barışıq sazişinin ləğv edilməsi barədə bənd yoxdur. O, mənzili alanda Məmmədovlar ilə şirkət arasında bağlanmış müqavilədən xəbəri var idi və bilirdi ki, onlara mənzil müvəqqəti verilib mənzili onlar tərk etməlidirlər. Müqavilə bağlananda Məmmədovların mənzildən çıxmaları dəfələrlə təklif edilib bundan başqa 2019-cu ildə onların məhkəməsi gedirdi və qərar qəbul edilmişdi şirkətin xeyirinə onların mənzildən çıxarılmaları barədə. Həm də bağlanmış barışıq sazişi ilə bağlı qərar məcburi icraya yönəldilmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi və ünvan 6 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X8 təhvil verilməsi vəzifəsinin X5 və İddiaçı2 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə ləğv edilməli, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı1, İddiaçı2, və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarında olan 03 yanvar 2017-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Acalov İsmayil ilə sakin İddiaçı2 və İddiaçı1 arasında ünvan 7 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.m olan mənzilin sakin tərəfindən MMC-yə təhvil verilməsinə, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilinin isə MMC tərəfindən sakinə verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan 03 yanvar 2017-cı il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X10, Ə.Hacıyev 34 № 4/6 otağının istifadəçisi İddiaçı2 Şaqenovna və İddiaçı1 tərəfindən sözügedən mənzilin mövcud vəziyyətdə ümumi sahəsinin 41.8 kv.metr olduğu müəyyənləşdirildi və sxem tərtib edildi. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin **********62 nömrəli, 21 may 2020-ci il tarixli ünvan 8 ünvanlamış məktubundan görünür ki, ünvan 9nvanında yerləşən mənzilə dair müvafiq məlumatların verilməsi ilə bağlı 12.05.2020-ci il tarixli, 260887 saylı sorğuya baxılmışdır. Sorğu ilə əlaqədar olaraq, ünvan 5 ("xxxx" MMC ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilədə əmlakın ünvanı ünvan 10ın 3-cü mərtəbəsindəki 3 nömrəli mənzil şəklində qeyd edilmişdir) X7 adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan 23 dekabr 2016-cı il tarixli barışıq sazişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı2 və İddiaçı1 arısında Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmaqla barışıq sazişi bağlanmışdır. İş materiallarında olan 21.12.2018-ci il tarixli icraata başlamaq haqqında Qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7800/2016 nömrəli, 22.12.2017-ci il tarixdə qərardadının icrası üçün vermiş icra vərəqəsinin əsasında icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın "xxxx"MMC-nə qarşı qanunsuz tikilinin sökülməsinə dair ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx"MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna asında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsi Rahatlığın Məkanı”MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx"MMC-nə təhvil verilməsi vəzifəsi İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovna həmin mənzildən çıxarılması, onların mənzildən çıxarılmaları və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. İş Materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qaradadından görünür ki, İddiaçı1 və İddiaçı2 Şaqenovna tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC ilə Məmmədov Mirzəli oğlu və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraatına xitam verilmişdir. İş Materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələbləri təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın- (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla), apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manat İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X4, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), mütəxəssis rəyinin xərci qismində 200 (iki yüz) manat “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun hesabına (VÖEN **********, H/h: AZ33AZFİ********************, "xxxx" ASC) köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onların özlərinə aid olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07.09.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 83/2021nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli 2(103)-83/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli,2(103) - 83/2021 saylı qətnaməsi "xxxx" MMC- nin iddia tələblərinin təmin edilməməsi hissəsində ləgv edilməli, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin X3 və İddiaçı2 üzərinə qoyulması, X3 və İddiaçı2 həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmasının Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsinə dair"xxxx" MMC- nin iddia tələbinin təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 22.12.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtlərinə görə: 2.1. "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2-otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2mn mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hə birinin sahəsi 24,0 kv.m olan 4 və 6 saylı mənzillərinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürür. 2.2. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxanda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər bir-birlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir. 2.3. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəkdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7800/2016 saylı 22 dekabr 2016-cı il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtlərinə görə: 2.1."xxxx" MMC 2 ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2-otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hə birinin sahəsi 24,0 kv.m olan 4 və 6 saylı mənzillərinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürür. 2.2. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxanda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər bir-birlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir. 2.3. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan 12 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X12 ilə X11 arasında alqı-satqı müqaviləsi bağlanmışdır və "Cəmiyyət" ünvan 11 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzili "Alıcı" -ya verməyi, "Alıcı" isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Tikinti altı satış sahəsi 105.21 m2-dir. Yaşayış sahəsi 39.64 m2-dir. Göstərilən mənzil 2 otaqdan ibarətdir. İş materiallarında olan 12.01.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X7 (şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd AZE №18591903 ASAN 5 29.11.2018) Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev 40A ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında 3 №-li mənzilə görə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 29.12.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi, 2439-məhəllə, ev 40A, mənzil 3 yeni qaydalarla AZ1060, ünvan 13 ünvanı X7 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin 28.12.2019-cu il tarixli 04/44557 invertar nömrəli texniki psportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəs, bina 40 A, mənzil 3 (yeni qaydalarla: ünvan 14 ünvanı X7 xüsusi mülkiyyətindədir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 saylı evin (yataqxananın) 4 və 6 saylı otaqları Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş, həmin ərazidə "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan sakinlərə müvafiq mənzil verilməsi şərtilə istifadə etdikləri yaşayış sahələrini boşaltmaq təklif olunmuş, ilkin iddiaçılar bu təkliflə razılaşmadıqları üçün MMC onlara qarşı “mənzildən çıxarılma” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən işə baxılarkən tərəflər arasında 23.12.2016-cı il tarixində Bakı şəhəri 50 saylı notariat kontorunda Barışıq sazişi bağlanmiş, sazişin 2.1-ci bəndinə əsasən “Rahatlığın Məkanı" MMC 2 (iki) ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hər birinin sahəsi 24.0 kv.metr olan 4 və 6 saylı mənzillərini sökülməsi üçun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Eyni məzmunlu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmuş və 22.12.2016-cı il tarixli qərardadla işin icraatına xitam verilmişdir. Bununla yanaşı işin hallarından aydın olur ki, 03.01.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq “Müqavilənin Predmeti” başlıqlı bəndə əsasən ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-nə təhvil verməyi (mad 1.1), MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi (mad 1.2) öhdələrinə götürmüşlər. Məmmədovlar mübahisəli mənzildə şirkət tərəfindən edilmiş təmirdən əlavə müəyyən qədər təmir işləri apararaq faktiki olaraq həmin mənzildə yaşayırlar. Eyni zamanda ünvan 11 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzilin alqı-satqısına dair 12 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə X11 arasında alqı-satqı müqaviləsi bağlanmışdır və qeyd olunan mənzil X7 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadından görünür ki, «qarşılıqlı iddiaçının ("xxxx" MMC-nin) sökülən otaqların əvəzinə Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli olan binadan 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və Məmmedova Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2017-ci il tarixli qərardadının icrası qaydasında həll edilməli olan məsələdir və bu tələbə müstəqil iddia tələbi kimi baxılması mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, işin icraatına xitam verilməlidir.» Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının eyni tarixli 2(103)-83/2021 saylı qətnaməsindən görünür ki, «Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsindəki 34 saylı evin (yataqxananın) yerləşdiyi ərazidə "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan sakinlərə müvafiq mənzil verilməsi şərtilə istifadə etdikləri yaşayış sahələrini boşaltmaq təklif olunmuş, ilkin iddiaçılar bu təkliflə razılaşmadıqları üçün MMC onlara qarşı “mənzildən çıxarılma” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən işə baxılarkən tərəflər arasında 23.12.2016-cı il tarixli barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən MMC, ilkin iddiaçıların istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, ev 34 ünvanındakı evin (yataqxananın) hər birinin sahəsi 24 kv.m olan 4 və 6 saylı otaqlarının boşaldılması müqabilində onlara Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzili təmirli vəziyyətdə təhvil vermək öhdəliyini götürmüş, saziş məhkəmə tərəfindən təsdiq olunaraq 23.12.2017-ci il tarixli qərardadla həmin işin icraatına xitam verilmişdir. Eyni zamanda 03.01.2017-ci il tarixdə ilkin iddiaçılarla "xxxx" MMC arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “onun imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya əqdə istinad hüquqlarını itirdikləri” vurğulanaraq ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-nə təhvil verməyi, MMC isə bunun əvəzində ərazidə inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi və mənzil verilənə qədər onlara aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər.» Məhkəmə iclasında müəyyən olundu ki, Fizuli və Bella Məmmədov(a)lar 03.01.2017ci il tarixli müqavilə bağlandıqdan sonra mübahisəli mənzili təmir edərək faktiki olaraq orada yaşayırlar. "xxxx" MMC-nin nümayəndəsi izahatında bildirdi ki, Məmmədovlar həmin mənzildə yaşadıqları üçün Cəmiyyət 300 manat kirayə haqqını onlara ödəmir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə qeyd olunan «03.01.2017ci il tarixli müqavilədə onun əvvəllər mövcud olan hər hansı anlaşma və ya əqdi əvəz etdiyinin vurğulanması və müqavilənin sözügedən barışıq sazişinin icrası ilə şərtləndirilmədən bağlanması, ilkin iddiaçıların həmin müqavilənin predmeti olan mənzildən çıxarılmaları və mənzilin MMC-nə təhvil verilməsi tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, 03.01.2017-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında müvafiq barışıq sazişində razılaşdıqlarından fərqli olan yeni razılaşma əldə olunmuş və əslində onlar barışıq sazişində təsbit edilmiş öhdəliklərinə xitam vermişlər. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmçinin qeyd olunmalıdır ki, 03.01.2017-ci il tarixli müqavilə hazırkı dövrə qədər qüvvədədir və onun etibarsız sayılması barədə iddia qaldırılmamışdır, qarşılıqlı iddia tələbləri isə ilkin iddiaçıların MMC-nə qarşı iddia qaldırmalarından sonra irəli sürülmüşdür.» əsaslanması ilə məhkəmə kollegiyası mübahisəyə hüquqi qiymət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası 07.09.2021-ci il tarixdə baxaraq, "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(102) 3837/2021 nömrəli Qərar qəbul etmişdir. Qərardan görünür ki, «Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq MMCyə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və Məmmedova Şaqenovnaya həvalə edilməsi, ilkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi 03.01.2017-ci il tarixli müqavilə üzrə tərəflərin öhdəlikləri əsasında həll olunmalıdır. Qeyd olunan müqavilə qüvvədə olduğuna görə həmin iddia tələblərinin təmin olunması uçun əsas yoxdur.» Həmçinin, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 yanvar 2017-ci il tarixində müqavilə bağlanmışdır. Müstəqil tələb irəli sürən şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 29 dekabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 yanvar 2017-ci il tarixli müqaviləyə xitam verilmədiyi müddət ərzində eyni mənzilin alqı-satqısı ilə bağlı X11 arasında müqavilə bağlana bilməzdi. Həmin müqavilə əsasında X7 mülkiyyətinə verilmiş və ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasızdır və ləğv edilməlidir. Beləliklə ilkin iddia üzrə məhkəmə belə qənaətə gəlir ki, 03.01.2017-ci il tarixli müqavilənin 5.2-ci bəndində “onun imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya əqdə istinad hüquqlarını itirdikləri” qeyd olunduğundan aydın olur ki, tərəflər arasında bağlamış 23.12.2016-cı il tarixli barışıq sazişi 03.01.2017-ci il tarixli müqavilə bağlandığı andan qüvvədən düşmüş hesab olunur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi 03.01.2017-ci il tarixli müqavilənin düzgün bağlanmadığını bildirmişdir və bu səbəbdən müqavilənin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Sözügedən mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilə qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasını, mənzilin istifadəyə verilməsinə dair müqavilənin əslində icarə müqaviləsi olmasını və icarə müqaviləsinin bağlanması şərtləri qanunvericilikdə dəqiq müəyyən edildiyini qeyd etmişdir. Lakin qeyd olunan müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarması vəzifəsi və icarənin müddəti müqavilədə qeyd edilmədiyindən, müqavilə şərtlərinə əməl olunmamasına istinad etdərək müqavilənin bağlandığı andan etibarsız hesab olunmalı olduğunu bildirmişdir. Məmmədovlarla bağlanmış 03.01.2017-ci il tarixli müqavilə əsasında mənzilin onların mülkiyyətinə yox istifadəsinə verilməsini qeyd etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərərk qeyd edir ki, 03.01.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi yox alqı-satqı müqaviləsidir. Göründüyü kimi "xxxx" MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə İddiaçı1 və İddiaçı2 12.01.2019-cu il tarixli müqavilənin və onun əsasında verilmiş qeydiyyat sənədinin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, 03.01.2017-ci il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin eribarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Göründüyü kimi müqavilə ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, "xxxx" MMC mübahisələndirdiyi tərəflər arasında bağlanmış 03.01.2017-ci il tarixli müqavilə üzrə hüquqlarının pozulmasından bağlandığı andan məlumatı olmalı idi, belə ki, müqavilə "xxxx" MMC tərəfindən tərtib olunaraq Məmmədovlara təqdim olunmuşdur. Belə olan halda "xxxx" MMC əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Beləliklə, müqavilə 2017-ci ildə bağlanmışdır və müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir. Əgər əqdin eribarsız sayılmasına əsas verən hallar mövcud olmuş olsa idi Cəmiyyət müqavilə bağlandığı andan 1 il müddətində müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə münasibət bildirərərək qeyd edir ki, X11 "xxxx" MMC-nin təsisçisidir. Mustafayev Cəmiyyətin təsisçisi olduğu üçün İddiaçı1 və İddiaçı2 ilə Cəmiyyət arasında baglanmış 03.01.2017-ci il tarixli müqavilə barədə məlumatlı idi. Lakin buna baxmayaraq 12.01.2019-cu il tarixdə Cəmiyyətlə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 11 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzili, 29.12.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəsi ilə Çıxarış alaraq xüsusi mülkiyyətinə çevirmişdir. Qeyd olunduğu kimi E.Mustafayev Cəmiyyətin təsisçilərindən biri olduğu üçün iddia etdiyi kimi mənzil Məmmədovlara istifadəyə verilmiş olsa idi, aralarındakı mübahisə uzun müddət davam etdiyi üçün hazırki iddia tələbi ilə daha öncə məhkəməyə müraciət etmiş olardı. İddia ərizəsindən görünür ki, Mustafayev Elnur müstəqil tələb irəli sürən üçüncü şəxs kimi ilkin iddianın maraqlarına toxunduğunu əsas gətirərək yalnız 17 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını araşdırıb belə qənaətə gəlir ki, X2 mənzildən çıxarılması tələbi əsassızdır. Belə ki, Məmmədovlarla "xxxx" MMC aralarında bağlanmış 03.01.2017-ci il tarixli müqavilə alqı-satqı müqaviləsididir və Elnur Mustafayevlə Cəmiyyət arasında bağlanmış müqavilədən öncə bağlanmışdır. Belə olan halda Məmmədovlar mənzildən çıxarılmamalı əksinə E. Mustafayev mənzilin başqa şəxslərə satıldığını bildiyi halda 12.01.2019-cu il tarixdə Cəmiyyətlə alqı-satqı müqaviləsi bağlayaraq 29.12.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəsi ilə Çıxarış aldığı üçün 12.01.2019-cu il tarixli müqavilə və 29.12.2019-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. İddiaçı1, İddiaçı2, vəkili və nümayəndəsi Vəkil 17 fevral 2021-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək "xxxx" MMC barəsində xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası təmin edilməli. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə ləğv edilməli və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 15 ünvanında tikilmiş mənzilə dair X8 29 dekabr 2019-cu il tarixdə verilmiş çıxarış ləğv edilməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı1, İddiaçı2, və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri hesab olunan ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanmış 12.01.2019-cu il tarixli müqavilə ləğv edilsin və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 15 ünvanında tikilmiş mənzilə dair X8 29 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri hesab olunan ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar