Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-869/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobil 12064 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X6 illik 17% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 449.57 manat, ümumilikdə isə 15285 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 15285 manat 12064 manatı əsas məbləğ təşkil edir. 22 fevral 2021-ci il tarixdə X2 Orxan Vaqif oğlu və İddiaçı MMC arasında MAS-2738 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 sentyabr 2020-ci il tarixi MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 noyabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 270 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 avqust 2021-cı il tarixdə 2000 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 noyabr 2021-ci il tarixə 866 manat gecikdirilmiş əsas, 243.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.75 manat dəbbə pulu ümumilikdə 1470.69 manat gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə gorə 04 noyabr 2021-ci il tarixə 866 manat gecikdirilmiş əsas, 243.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.75 manat dəbbə pulu, 270 manat dəymiş zərər, ümumilikdə 1740.69 manat borc və ödənilmiş 37.81 manat dövlət rüsumu İddiaçı MMCnın xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X6 arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında müqavilə ilə əldə edir. Lizinq obyekti və satıcı lizinq alan tərəfindən seçilib. Lizinq verən lizinq obyektinin satıcısına onun lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. - 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili Lizinq” müqaviləsinə 18 sentyabr 2020-c il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinin siyahısı təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 12,064 (on iki min altmış dörd) manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: buraxılış ili 2019, minik markalı “Khazar SD”, dövlət qeydiyyat nişanı **-PX-***, ban nömrəsi NVAW01HHFKE166689, rəngi qara. - 18 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili X6 təhvil alınmışdır. - X2 Orxan Vaqif oğlu və İddiaçı MMC arasında bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-2738 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 18 sentyabr 2020-ci il tarixi MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 22 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 Orxan Vaqif oğluna təhvil vermişdır. - 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 34 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 12,064 manat krediti hər ayın 18-dən gec olmayaraq 449,57 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsindən görünür ki, lizinq alan X6 12,064 AZN məbləğinə pulu 17% illik faizlə 34 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli İddiaçı MMC-nin qüsur aktından görünür ki, avtomobilə dəymiş zərərin ümumi məbləği 270,00 manat müəyyən olunmuşdur. - İddiaçı MMC-nin 25 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1194.71 manat gecikmə borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytrılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - İddiaçı MMC-nin 13 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 04 noyabr 2021-ci il tarixə 1470.69 manat gecikmə borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - İddiaçı MMC-nin 10 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS- 2788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 04 noyabr 2021-ci il tarixə 866 manat gecikdirilmiş əsas, 243.94 manat gecikdirilmiş mükafat, 360.75 manat dəbbə pulu, ümumilikdə 1470,69 manat borcu vardır. - AE seriyalı 001096 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMCdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 37,41 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X6 arasında 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi” bağlanaraq İddiaçı MMC lizinq alanın sifariş etdiyi və həmin “Lizinq” Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. X2 Orxan Vaqif oğlu və İddiaçı MMC arasında bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-2738 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsinə əsasən Cavabdeh 18 sentyabr 2020-ci il tarixi MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür və ödəniş cədvəlinə əsasən 34 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 12,064 manat krediti hər ayın 18-dən gec olmayaraq 449,57 manat ödəniş etməli idi. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin 866 manat gecikdirilmiş əsas, 243.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.75 manat dəbbə pulu, 270 manat dəymiş zərər, ümumilikdə 1740.69 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, tərəflər arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli “Daxili lizinq” və 22 fevral 2021-ci il tarixli “Öhdəliklərin otürürülməsi” müqavilələri ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, müqavilə üzrə 360,75 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 360,75 manat məbləğində dəbbə pulu azaldılmalı və 43,3 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37,81 manat məbləğində dövlət rüsumunun 30.91 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 6.9 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 noyabr 2021-ci il tarixə 866 manat əsas, 243.94 manat gecikdirilmiş mükafat, 43,3 manat dəbbə pulu və 270 manat dəymiş zərər, ümumilikdə 1423.24 manat borc və ödənilmiş dövlət rüsumunun 30.91 manat hissəsi tutularaq “Azərmaş" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 6.9 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. AZƏRMAŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 noyabr 2021ci il tarixə 866 manat əsas, 243.94 manat gecikdirilmiş mükafat, 43,3 manat dəbbə pulu və 270 manat dəymiş zərər, ümumilikdə 1423.24 manat borc və ödənilmiş dövlət rüsumunun 30.91 manat hissəsi tutularaq “Azərmaş" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6.9 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-869/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-869/2022
08.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver