Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-870/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nı̇ n nümayəndəsı̇ Nəcəflı̇ Elnur Tofı̇ q oğlunun, Cavabdeh Şı̇ rəli oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti saniblik və stifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 661,85 manat gecikdirilmş əsas, 536,11 manat gecikdirilmiş mükafat, 404,2 manat dəbbə pulu, 240 manat dəymiş zərər, ümumilikdə 1842,16 manat borc və ödənirmiş 38,83 manat dövlə rüsumunun "Azərmaş” MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı “Daxili lizinq’’ müqaviləsinə əsasən Cavabdeh istifadəsinə 2020-ci il buraxılışlı ‘'Khazar SD" minik markalı 9S-PS-154 dövlət qeydiyyat nişanlı NVAW01HHFLE231701 ban nömrəli qara rəngli avtomobil 16700 manat məbləğə Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkb hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilkdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22438 manatın 16700 manatı əsas məbəğ təşkil edir. "xxxx" MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "Khazar SD" minik markalı 99 PS-154 dövlət qeydiyyat nişanlı avtomobil 22 noyabr 2021-ci il tarixdə İizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 240 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödənişi xx.xx.2021-cı ii tarixdə 407 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı ‘Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və stifadə edilməsinə görə xx.xx.2021ci il tarixə 661,85 manat gecıkdırilmış əsas, 536, 11 manat geckdirilmış mükafat, 404,2 manat dəbbə pulu ümumilikdə 1602,16 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsı̇ Nəcəflı̇ Elnur Tofı̇ q oğlu iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdehlə MMC arasında xx.xx.2020-ci ildə lizinq müqaviləsi bağlanılmış, cavabdehin qardaşı MMC-yə yaxınlaşmış və yeni qrafik açılmasını xahiş etmişdir. Aralarında barışıq olmamışdır. Əgər avtomobili götürmək istəyirsə borcun yarısını ödəməlidir. Məhkəmə iclasında Cavabdeh Şı̇ rəli oğlu iddianı qismən qəbul etdiyini bildirdi və iddiada olan borcun 1500 manatını ödədikdən sonra qrafik açılmağını, həbsdə olduğu müddətin nəzərə alınmağını xahiş etdi. O, həmçinin MMC-yə yaxınlaşsa da aralarında razılıq olmadığını, bu müddət ərzində həbsdə olduğunu, tutulmağından əvvəl avqust, sentyabr aylarında olan gecikmələri ödəməyə razı olduğunu, aylıq 370 manat ödəniş olsa da hazırda 500-600 manat ödəyə biləcəyini, tək dolanacaq yerinin həmin avtomobil olduğunu, xəstə uşağı olduğunu qeyd etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı ‘'Khazar SD" minik markalı 9S-PS-154 dövlət qeydiyyat nişanlı NVAW01HHFLE231701 ban nömrəli qara rəngli avtomobil Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilmişdir; - İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2020-ci il buraxılışlı ‘'Khazar SD" minik markalı 9S-PS-154 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirən zaman aşkar olunmuşdur ki, avomobilin dəyişilməli olan ehtiyyat hissələrinin qiyməti ümumilikdə 240 manat təşkil edir. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı müqavilə üzrə əsas borc 661.85 manat, mükafat borcu 661.85 manat, cərimə borcu üzrə 404.2 manat olmaqla, ümumilikdə 1602.16 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 38,83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı daxili lizinq müqaviləsi və ona əlavəyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı ‘'Khazar SD" minik markalı 9S-PS-154 dövlət qeydiyyat nişanlı NVAW01HHFLE231701 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini ödəməmişdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş pul məbləğlərini, habelə lizinq obyektinə vurduğu maddi zərəri iddiaçıya ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2020-ci il buraxılışlı ‘'Khazar SD" minik markalı 9S-PS-154 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirən zaman aşkar olunmuşdur ki, avomobilin dəyişilməli olan ehtiyyat hissələrinin qiyməti cəmi 240 manat təşkil edir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ı̇ lə Cavabdeh Şı̇ rəli oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməli, Cavabdeh Şı̇ rəli oğlundan "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı "Daxili lizinq" müqaviləsi üzrə 661,85 manat əsas borc, 536,11 manat mükafat üzrə borcu, 46 manat dəbbə pulu, 240 manat dəymiş zərər olmaqla ümumilikdə 1483,96 manat və dövlət rüsumuna görə ödənilmiş 38,83 manat vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ı̇ lə Cavabdeh Şı̇ rəli oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MAS-2969 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh Şı̇ rəli oğlundan "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli MAS-2969 saylı "Daxili lizinq" müqaviləsi üzrə 661,85 manat əsas borc, 536,11 manat mükafat üzrə borcu, 46 manat dəbbə pulu, 240 manat dəymiş zərər olmaqla ümumilikdə 1483,96 manat və dövlət rüsumuna görə ödənilmiş 38,83 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-870/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-870/2022
24.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver